İQLİMİN MELİORASİYASI

iqlimin yaxşılaşdırılması, torpaq səthi havada insan üçün əlverişli istiqamətdə yerli iqlimin dəyişdirilməsi üzrə tədbirlər, məsələn, suvarma, bataqlıqların qurudulması, meşə zolalarının salınması və s.
İQLİMİN ANTROPOGEN DƏYİŞMƏSİ
İQLİMİN TEXNOGEN DƏYİŞMƏSİ, İQLİMİN ANTROPOGEN DƏYİŞMƏSİ
OBASTAN VİKİ
İqlimin meliorasiyası
İqlimin təsnifatı
Yer kürəsinin iqlim rayonlaşdırılması çox mürəkkəb bir vəzifə olub, onu həll edərkən bütün təbii şərait kompleksini nəzərə almaq lazımdır. İqlim rayonlaşdırılmasının əsasını insolyasiya rejimi, atmosfer dövranı və yer səthinin xassəsindən asılı olaraq meteoroloji şəraitin məkan daxilində dəyişməsi təşkil edir. Lakin meteoroji ünsürlərin kəmiyyət dəyişmələri yalnız ümumi şəkildə iqlimin keyfiyyət dəyişmələrini əks etdirir. Başqa sözlə o, iqlimin təbii mühitin başqa amillərinə təsiri xassəsinin dəyişməsini ümumi şəkildə göstərir. Məhz bu axırıncı iqlim rayonlaşdırılmasının əsas məqsədindən ibarətdir. İqlimin keyfiyyət dəyişmələrinə torpaq- bitki örtüyünün xarakteri daha çox uyğun gəlir. Bununla əlaqədar olaraq ümumiləşdirilmiş geobotanik sərhədlər bir çox hallarda iqlim sərhədləri kimi baxıla bilər. Geobotanika göstəicilərindən iqlim rayonlaşdırılması məqsədləri üçün istifadə edərkən, həmişə iqlimin meteoroloji təbiətini yadda saxlamaq lazımdır. İqlim vilayətlərini ayırarkən təkcə bir landşaft göstəricilərini əsas tutmaq olmaz, başqa sözlə müxtəlif insolyasiya və sirkulyasiya rejiminə malik olan əraziləri geobotanik göstəricilərinə görə bir qrupda cəmləşdirmək olmaz. Məs: tundra landşaftının mövcud olması həmin ərazidə bütün hallarda arktika hava kütlələrinin hakim olmasına, daha sonra rütubətli tropik meşələrinin olması hələ ekvatorial iqlim tipinin mövcudluğuna tam sübut deyildir.
İqlimin qlobal problemləri
İqlimin radiyasiya amili
İqlimin radiyasion amilinə daxildir. günəş radiyasiyası atmosfer radiyasiyası yerin şüa buraxması Günəş radiyasının paylanması coğrafi enlikdən və qismən ilin fəsillərindən çox asılıdır. Müşahidələrdən aydın olurki: Gecə-gündüz bərabərliyi vaxtlarında radiyasiya ekvatordan ekvatordan qütblərə doğru simmetrik paylanır. Yaz bərabərliyi vaxtı yer günəşə daha yaxın olduğundan radiyasiya qismən artır. Yayda gün uzun olduğu vaxt ən çox radiyasiya qütbdə baş verir, çünki bütün sutka boyu şüanın düşmə bucağı 23.5 dərəcədir. Orta və yuxarı enliklərdə radiyasiya xeyli çox olub, enliyə görə çox cüzi dəyişmir. Qışda qısa gündüz vaxtı qütb dairəsindən qütbə qədər radiyasiya olmur. Ekvatordan qütb dairəsinə doğru radiyasiya kəskin surətdə azalır. Radiyasiyanın illik amplitudu ekvatordan qütblərə doğru çox tez artır. Bununla elaqədar olaraq tempratur amplitudu artır.
Su hövzələrinin bioloji meliorasiyası
Su hövzələrinin bioloji meliorasiyası – faydalı su orqanizmlərinin yaşayış şəraitinin yaxşılaşmasına və su sahələrinin bioloji və təsərrüfat məhsuldarlığının süni yüksəlməsinə yönəldilən kompleks tədbirlər. Su hövzələrinin bioloji meliorasiyası balıq təsərrüfatında (su hövzəsinin dərinləşdirilməsi və təmizlənməsi, təbii balıq kürü qoyan yerlərin saxlanması və süni kürüləmə yerlərinin düzəldilməsi), həm də ov təsərrüfatında istifadə olunur. Su hövzələrinin bioloji meliorasiyasına həm də hövzədə bitki ilə qidalanan balıqların introduksiyası daxildir (su hövzələrinin "çiçəkləməsi"" ilə mübarizə məqsədilə).