İRRİQASİYA EROZİYASI

torpaq eroziyasının bir növüdür: suvarma əkinçiliyində aqrotexnika və suvarma qayda və normalarına rəayət etmədikdə baş verir: yaxşı planlaşdırma aparılmayan sahələrdə (maili yamaclarda) torpağın üst qatı yuyulub aparılır (eroziyaya uğrayır), bəzən yarğanlar əmələ gəlir. İ.e. əsasən dağətəyi rayonlarda şum sahələrində (qarğıdalı, tütün və s.) müşahidə olunur.
İRRİQASİYA
İSTİ QAYNAQLAR
OBASTAN VİKİ
İrriqasiya
Suvarma — bitkilərin rütubətlə təminatı və həmçinin şorlaşmış torpaqlarda duz rejiminin tənzimlənməsi məqsədilə torpaqların süni nəmləndirilməsi. Meliorasiya növlərindən biridir. Suvarma arid zona torpaqlarının əhəmiyyətli dərəcədə yaşılaşdırılmasına imkan verir. Suvarmada məqsəd kənd təsərrüfatı bitkilərindən yüksək məhsul almaq, torpağın su, hava, istilik rejimlərini təmin edib nizamlamaqdır. Vegetasiya dövründə bitkinin inkişafı üçün torpaqda nəmlik çatışmadıqda suvarmaya ehtiyac yaranır. Suvarma kənd təsərrüfatı bitkilərinin suya olan tələbatını təmin edir, faydalı mikroorqanizmlərin inkişafına imkan yaradır, bitkinin qida rejimini, boy və inkişafını gücləndirir, torpağın hava rejimini tənzimləyir və məhsuldarlığı artırır, torpaqda çatışmayan rütubəti tamamlayır. Suvarma müxtəlif üsullarla (səthi suvarma, süni yağışyağdırma, torpaqaltı suvarma, damcılı suvarma və s.) aparılır. Suvarma norması – bütün vegetasiya dövründə kənd təsərrüfatı bitkilərinin tələbatını ödəmək üçün 1 ha torpaq sahəsinə verilən suyun miqdarı. Suvarma norması vegetasiya dövründə bitkilərin inkişaf fazalarında onların su sərf etməsinə, suvarılan torpaqlarda suyun itməsinə müvafiq olaraq dövri suvarma normalarına bölünür. Dövri Suvarma norması müəyyən bitki əkilmiş tarlanın ha-na bir suvarma dövründə verilən suyun miqdarıdır.
Buzlaq eroziyası
Su eroziyası
Su eroziyası - adətən torpağın bütöv bitki örtüyü ilə mühafizə olunduğu landşaft zonalarında müşahidə olunur. Respublikamızda su eroziyası dağlıq regionda daha çox yayılmışdır. Burada erzoiyanın güclü getməsinin əsas səbəbləri dik yamaclarda meşələrin qırılması və eroziyaya qarşı aqrotexniki tədbirləri həyata keçirməkdən yamacların şumlanması, dağ-çəmən zonasında isə çim qatının dağıdılmasıdır. Belə sahələrdə, yağış suları torpağa hopa bilmədiyindən səthi su axımı əmələ gətirir və torpağı yuyub aparır, bir çox hallarda isə qobu yarğanların əmələ gəlməsinə səbəb olur. Bu isə çay hövzələrində su rejiminin pozulması və sellərin baş verməsinə gətirib, çıxarır. Bu cür arzuolunmaz hala demək olar ki, respublikamızın bütün dağlıq regionlarında rast gəlmək mümkündür. Böyük Qafqaz dağlarının şərq qurtaracağında axan çayların hövzələrində meşələrin yaxşı mühafizə olunmaması ilə əlaqədar olaraq eroziya prosesi intensiv inkişaf edir.
Yataq eroziyası
Yataq eroziyası (rus. русловая эрозия, ing. channel erosion) — əsasən daşqın və sel zamanı çay yatağının (məcrasının) yuyulması. Yataq eroziyası yan və dərinlik eroziyasına ayrılır.
Çay eroziyası
Nivasiya (qar eroziyası)
Nivasiya, qar eroziyası (rus. нивация, ing. nivation) — ekzogen relyef əmələgətirici proses, əsasən qütb, subqütb və yüksək dağlıq rayon­larda qarın təsiri altında baş verir. Bunun üçün havanın tempe­ratu­runun suyun donma həddi ətrafında tərəddüdü və ərimiş qar suyunun olması vacib şərtdir.
Uşaqlıq boynunun eroziyası