irrasionalizm
irriqator
OBASTAN VİKİ
İrriqasiya
Suvarma — bitkilərin rütubətlə təminatı və həmçinin şorlaşmış torpaqlarda duz rejiminin tənzimlənməsi məqsədi ilə torpaqların süni nəmləndirilməsi. == Ümumi məlumat == Meliorasiya növlərindən biridir. Suvarma arid zona torpaqlarının əhəmiyyətli dərəcədə yaşılaşdırılmasına imkan verir. Suvarmada məqsəd kənd təsərrüfatı bitkilərindən yüksək məhsul almaq, torpağın su, hava, istilik rejimlərini təmin edib nizamlamaqdır. Vegetasiya dövründə bitkinin inkişafı üçün torpaqda nəmlik çatışmadıqda suvarmaya ehtiyac yaranır. Suvarma kənd təsərrüfatı bitkilərinin suya olan tələbatını təmin edir, faydalı mikroorqanizmlərin inkişafına imkan yaradır, bitkinin qida rejimini, boy və inkişafını gücləndirir, torpağın hava rejimini tənzimləyir və məhsuldarlığı artırır, torpaqda çatışmayan rütubəti tamamlayır. Suvarma müxtəlif üsullarla (səthi suvarma, süni yağışyağdırma, torpaqaltı suvarma, damcılı suvarma və s.) aparılır. == Suvarma norması == Suvarma norması – bütün vegetasiya dövründə kənd təsərrüfatı bitkilərinin tələbatını ödəmək üçün 1 ha torpaq sahəsinə verilən suyun miqdarı. Suvarma norması vegetasiya dövründə bitkilərin inkişaf fazalarında onların su sərf etməsinə, suvarılan torpaqlarda suyun itməsinə müvafiq olaraq dövri suvarma normalarına bölünür. Dövri Suvarma norması müəyyən bitki əkilmiş tarlanın ha-na bir suvarma dövründə verilən suyun miqdarıdır.

Digər lüğətlərdə

безли́ко грампласти́нка конспекти́рование крови́нушка лужича́не метаморфизи́ровать обкури́ть по-министе́рски согла́сный чадорожде́ние шу́точный актива́тор высокопро́чный кузне́цкий ну́лик опустошённость профилакти́чески рок-н-ро́лльный фехтова́ние зима курить claircole grain-cleaner outside of perplexing