İstifadəçi interfeysi
İstinad
OBASTAN VİKİ
İstiqamət
İstiqamət — aşağıdakıları izah edən çoxmənalı söz: Vektorun istiqaməti — coğrafiyada vektorun yönəldiyi səmt. Azimut — verilən koordinatlar sitemində səmt. Elmin inkişaf xətti. Silahlı Qüvvələrdə hərbi birləşmələrin strateji nöqtəsinə planlı hərəkət.
İstiqamət rulu
Gəmi sükanı, dəniz nəqliyyatı və avianəqliyyat vasitələrində defolt hərəkətini həyata keçirmək üçün nəzərdə tutulan şaquli stabilizatordakı nəzarət səthi. Gəmi sükanının iki növü mövcuddur - hidravlik və joystick. Təyyarələrdə sükanı hündürlük sükanından ayırmaq üçün çox vaxt istiqamət sükanı terminindən istifadə olunur. Uçuş zamanı təyyarənin bütün hərəkətləri təyyarədəki təzyiq paylanmasından asılıdır. Sabit qanadlı bir təyyarə üçün əsas nəzarət səthləri, bu səthlərin axına qarşı dayanması və onu pozması, bununla da yüksək təzyiq zonası yaratması prinsipi ilə işləyirlər. Nəzarət səthləri işlədikdə, təyyarənin iki əks tərəfindəki təzyiq simmetriyası pozulur, bu da istənilən hərəkəti təmin edir. Gəmi sükanı, ümumiyyətlə, quyruqun arxa kənarına yerləşdirilir. Pilot sol pedala basanda sükan sola dönür və rulda yüksək təzyiq zonası yaranır. Sükan sıfıra çatmayana qədər (notrlanmadıqca), təyyarə əyilməyə davam edir. Bəzi təyyarələrdə rulda trim nişanı vardır.
İstiqamət sükanı
İstiqamət sükanı — quyruq lələkində yerləşən və təyyarənin normal oxa nisbətən idarə olunması üçün nəzərdə tutulan təyyarə idarəetmə orqanı (yəni, istiqamət sükanın köməyi ilə yellənmənin bucağı dəyişir). Kilə bərkidilən hərəkətli müstəvidir. İstiqamət sükanına təsir pilotun kabinəsində yerləşən pedalları basmaqla həyata keçirilir. Ağır magistral avialaynerlərdə istiqamət sükanı, əsasən, qaçış və yüyürmə zamanı kursun düzəldilməsi üçün istifadə olunur. Eyni zamanda, səsdən surətli təyyarələrdə uçuşun yüksək sürətlərində döndərmə radiusu həddindən artıq böyük olur, buna görə də "məzənnə üzrə çarpaz siqnal" deyilən yellənmə kanalına yeridilir. Eyni zamanda, təyyarənin yellənməyə girməsi ilə eleronların bir proporsional bucaqa sapması ilə eyni vaxtda sükan çarxı dönərək istiqamət sükanıda rədd edilir.
İstiqamət tanrıları
Baş istiqamət
Əgər ikitərtibli əyriyə nəzərən hər hansı istiqamət özünə perependikulyar olan istiqamətlə qoşma olarsa, baş istiqamət adlanır. Başqa sözlə öz qoşma istiqamətinə perependikulyar istiqamət baş istiqamətdir. Qoşmalıq qarşılıqlı olduğundan baş istiqamət perependikulyar olan istiqamətin özü də baş istiqamətdir. ( 0 , i , j ) {\displaystyle (0,i,j)} sistemində p → ( p 1 , p 2 ) {\displaystyle {\vec {p}}(p_{1},p_{2})} baş istiqamət vekorudur. Onda p → ⊥ q → {\displaystyle {\vec {p}}\bot {\vec {q}}} və p → {\displaystyle {\vec {p}}} qoşma q → {\displaystyle {\vec {q}}} olmalıdır. Yəni, 1) p 1 q 1 + p 2 q 2 = 0 {\displaystyle p_{1}q_{1}+p_{2}q_{2}=0} 2) a 11 p 1 q 1 + a 12 ( p 1 q 2 + p 2 q 1 ) + a 22 p 2 q 2 = 0 {\displaystyle a_{11}p_{1}q_{1}+a_{12}(p_{1}q_{2}+p_{2}q_{1})+a_{22}p_{2}q_{2}=0} ödənməlidir. 1)-i nəzərə alsaq, a 11 p 1 q 1 + a 12 ( p 1 q 1 − p 2 q 2 ) + a 22 p 2 q 2 = 0 {\displaystyle a_{11}p_{1}q_{1}+a_{12}(p_{1}q_{1}-p_{2}q_{2})+a_{22}p_{2}q_{2}=0} buradan da a 11 ( p 1 2 − p 2 2 ) + ( a 22 − a 11 ) p 2 p 1 = 0 {\displaystyle a_{11}(p_{1}^{2}-p_{2}^{2})+(a_{22}-a_{11})p_{2}p_{1}=0} alınır. Bu tənlik baş istiqamətlərin müəyyən edilməsinə imkan yaradır. Aşağıdakı hallara baxaq: 1. a 12 ≠ 0 , p 1 ≠ 0 {\displaystyle a_{12}\neq 0,p_{1}\neq 0} olarsa, p → ≠ 0 , k = p 2 p 1 {\displaystyle {\vec {p}}\neq 0,k={\frac {p_{2}}{p_{1}}}} işarə etsək k 2 a 12 + ( a 11 a 22 ) k − a 12 = 0 , k 1 , 2 = a 22 a 11 ± ( a 11 a 22 ) 2 + 4 a 12 2 2 a 12 , k 1 ⋅ k 2 = − 1 {\displaystyle k^{2}a_{12}+(a_{11}a_{22})k-a_{12}=0,k_{1,2}={\frac {a_{22}a_{11}\pm {\sqrt {(a_{11}a_{22})^{2}+4a_{12}^{2}}}}{2a_{12}}},k_{1}\cdot k_{2}=-1} Buradan alınır ki, γ {\displaystyle \gamma } əyrisinə nəzərən yalnız iki baş istiqamət vardır.
Baş istiqamət (həndəsə)
İstiqamət bucaqları (naviqasiya)
İstiqamət bucağı — Meridianla verilən xətt (istiqamət) arasında qalan bucağı ifadə edir. İstiqamət bucağı üçdür- azimut, rumb və direksion bucaq. Ərazidə hərəkət edərkən, hərəkətin istiqamətini hər hansı əsas qəbul edilmiş xəttə nisbətən təyin etmək lazım gəlir. Adətən əsas xətt meridian istiqamətində götürülür. Üç cür meridian var: Coğrafi (həqiqi) meridian Maqnit meridianı Ox meridianı Coğrafi meridian Yerin coğrafi qütüblərindən, maqnit meridianı Yerin maqnit qütüblərindən, ox meridianı isə 6°-lik zonanın ortasından keçir. Yerin coğrafi və maqnit qütübləri üst-üstə düşmədiyi üçün, həqiqi və maqnit meridianıları kəsişərək bucaq əmələ gətirir. Həqiqi və maqnit meridianı arasında kı bucağa inhiraf bucağı deyilir. İnhiraf bucağı β hərfi ilə işarə olunur. İnhiraf bucağının qiyməti Yer kürəsinin ayrı-ayrı məntəqələrində xeyli müxtəlifdir. Ona görə də hər bir topoqrafik xəritə vərəqi üçün inhiraf və meridianların yaxınlaşam bucağının qiyməti vərəqin çərçivəsinin aşağı sol küncündə verilən sxemdə yazılır.
Küləyin istiqaməti
Küləyin istiqaməti. Külək istiqaməti və surəti ilə səciyyələnir. Surət m/san və ya Bofort şkalası üzrə (0-12 bal ilə) göstərilir. Küləyin istiqaməti və surəti flüger və anamometr vasitəsilə ölcülur. Surəti 0-dan 50 m/san-yədək, yüksək təbəqələrdə qasırğa zamanı 100 m/san-yədək olur.
Sağ və sol istiqamətli hərəkət
Sağ və sol istiqamətli hərəkət — müvafiq olaraq yolun sağına və ya soluna hərəkət etmək üçün birbaşa istiqamətli hərəkət. Yol hərəkəti axınının əsas elementi, bəzən yolun qaydası olaraq da adlandırılır. Sağ istiqamətli hərəkət 165 ölkə və ərazidə istifadə olunur, qalan 75 ölkə və ərazidə sol istiqamətli hərəkət istifadə olunur. Sol istiqamətli hərəkətdən istifadə edənlər dünya əhalisinin üçdə biri və yollarının dörddə biri ilə dünya ərazisinin altıda birinə sahibdir. 1919-cu ildə dünyanın 104 ərazisində sol istiqamətli hərəkət sağ istiqamətli hərəkətlə bərabər sayda idi. 1919-dan 1986-cı ilə qədər sol istiqamətli hərəkət ərazilərinin 34-ü sağ istiqamətli hərəkətə keçdi. Bir çox sol istiqamətli hərəkət ölkəsi əvvəllər Britaniya İmperiyasının tərkibində idilər, baxmayaraq ki, bəziləri məsələn Yaponiya, Tayland, İndoneziya və Surinam belə deyildi. Əksinə, bir çox sağ istiqamətli hərəkət ölkəsi Fransa müstəmləkə imperiyasının tərkibində idi. Dəmiryol nəqliyyatı üçün sol istiqamətli hərəkət Qərbi Avropada (Almaniya, Danimarka, Avstriya, İspaniya və Hollandiya istisna olmaqla), Latın Amerikasında (Meksika istisna olmaqla) və əvvəllər Britaniya və Fransa imperiyalarında, Şimali Amerika və Mərkəzi və Şərqi Avropa qatarlarında isə sağ istiqamətli hərəkət üstünlük təşkil edir. Google Maps placemarks of border crossings where traffic changes sides (brauzerə əsaslanan),Google Earth placemarks file Arxivləşdirilib 2017-10-20 at the Wayback Machine (Google Earth) kimi də mövcuddur.
Xalqı istiqamətləndirən Azadlıq
"Xalqı istiqamətləndirən Azadlıq" (fr. La Liberté guidant le peuple) və ya "Azadlıq barrikadalarda" və ya "28 iyul 1830-cu il" - fransız rəssamı Ejen Delakrua tərəfindən çəkilmiş tablo. Bu tablonu "Fransız rəssamlığının Marselyezası" da adlandırırlar. Ejen Delakrua xalq üsyanlarından və inqilablarından qorxurdu. İyul inqilabı günlərində o öz evini tərk etməmişdi. Yazıçı Aleksandr Düma bildirir ki, həmin günlərdə Delakrua çox çaşqın görünürdü. Rəssam özü də etiraf edirdi ki, o "üsyançıdır, lakin inqilabçı deyil". Lakin rəssam respublikaçılara simpatiya bəsləyirdi və o İyul inqilabına dair tablo çəkmək qərarına gəlir. 20 sentyabr 1830-cu ildə Burbonlar monarxiyasının bərpasına son qoymuş İyul inqilabının motivləri əsasında bu tablonu çəkməyə başlamışdı (bəzən səhvən Böyük Fransa inqilabı ilə əlaqələndirilir). Çoxlu hazılıq eskizlərindən sonra bu tablonu üç ay ərzində ərsiyə gətirmişdir.
İstiqamətlilik

Digər lüğətlərdə