1. Bir şeyin hərəkət xətti, hərəkətin yönəldiyi cəhət, səmt, tərəf. İnsanlar təbiəti istədikləri istiqamətdə dəyişdiriblər. Adamlar müxtəlif istiqamətlərə yollandılar.
– Nəhayət, qadın birdən-birə istiqamətini dəyişib, üzüaşağı Dəclə sahilinə tərəf getməyə başladı.
□ İstiqamət almaq (götürmək) – müəyyən bir tərəfə, səmtə doğru yönəlmək, üz tutub getmək.
Bir göz qırpımında düşmən tankı artıq ön atəş xəttini keçmiş, … batalyon komanda məntəqəsi yerləşən təpəyə doğru istiqamət almışdı.
2. məc. Hər hansı bir fəaliyyətin, işin, hadisənin və s.-nin inkişaf xətti. Səyahətin istiqaməti. Elmin başlıca istiqaməti.
– Respublikada neft axtarışının istiqaməti haqqında qızğın mübahisələr gedirdi.
3. İctimai, siyasi, elmi və s. cərəyan.
…Səlimi tamamilə başqa bir istiqamətin adamı idi.
□ İstiqamət vermək (göstərmək) – istiqamətləndirmək, yönəltmək, yol göstərmək. Din düşüncəsi tarix boyu cəmiyyətin mənəvi inkişafına istiqamət veribdir.