Azərbaycan–İtaliya münasibətləri — Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr.
Azərbaycan-İtaliya münasibətləri | |||||
---|---|---|---|---|---|
|
|||||
Azərbaycanin İtaliyadaki səfirliyi | |||||
Səfir | Rəşad Aslanov[1] | ||||
Ünvan | Roma, Giovanni Battista de Rossi küç., Torloniya villası | ||||
İtaliyanin Azərbaycandaki səfirliyi | |||||
Səfir | Klaudio Taffuri[rus.][2] | ||||
Ünvan | Bakı, Xaqani küçəsi, 77a | ||||
Digər | |||||
Quruluş tarixi | 8 may 1992 | ||||
Dövriyyə | 18,123 mlrd doll. (2022) | ||||
Vikianbarda əlaqəli mediafayllar |
İtaliya Azərbaycanın müstəqilliyini 1 yanvar 1992-ci ildə tanımışdır.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakıda Molokanskaya küçəsi 35 ünvanında İtaliyanın nümayəndəliyi yerləşmiş, nümayəndəliyə konsul Enriko Ensom rəhbərlik etmişdir.[3]
İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin may ayının 8-də qurulmuşdur.[4]
1997-ci ilin mart ayında İtaliyanın Azərbaycanda, 2003-cü ilin dekabr ayında isə Azərbaycanın İtaliyada səfirliyi təsis edilmişdir. Azərbaycan Respublikasının İtaliyadakı hazırkı səfiri Vaqif Sadıqov etimadnaməsini İtaliya Prezidenti C.Napolitanoya 8 fevral 2011-ci il tarixində təqdim etmişdir. İtaliyanın ölkəmizdəki səfiri M.Baldi etimadnaməsini Azərbaycan Respublikasının Prezidentinə 23 oktyabr 2009-cu ildə təqdim etmişdir.
İtaliya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in prinsipləri əsasında sülh yolu ilə danışıqlar vasitəsi ilə həlli üçün yaradılmış ATƏT-in Minsk qrupunun tərkibinə daxildir.[5]
Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir.[6] Bu işçi qrupu 7 mart 1997-ci il tarixində yaradılmış və ilk rəhbəri Şəfiqə Məmmədova olmuşdur.[7] 4 mart 2016-cı il tarixindən Azər Kərimli işçi qrupunun rəhbəridir.[6]
İtaliya Senatında yaradılmış İtaliya-Azərbaycan dostluq qrupunun rəhbəri isə xanım Rossana Boldidir.
Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında 30 sənəd imzalanmışdır.
İl | İxrac | Idxal | Ümumi dövriyyəsi |
---|---|---|---|
2019 | 369 900 | ||
2020[8] | 4 172 239 | 396 214 | 4 568 455 |
2021[9] | 9 243 521 | 419 657 | 9 663 178 |
2022[10] | 17 782 508,08 | 340 432,64 | 18 122 940,72 |
İxraci təşkil edən mallar: neft, qaz, yeyinti məhsullari.
Azərbaycanın İtaliyada:
İtaliyanın Azərbaycanda:
Azərbaycan ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |