izooktan 2021

izooktan
izonitrillər 2021
izopeyz
OBASTAN VİKİ
İzooktan
İzooktan (2,2,4-trimetilpentan) – alifatik sıranın doymuş karbohidrogenidir. Kimyəvi formulu С(СН3)3—CH2—CH(CH3)2-dir. Oktanın izomeridir. Izooktan – şəffaf, rəngsiz, benzin iyi gələn mayedir; tər. -107,38o C, tqay. 99,3oC, sıxlığı 0.66192 q/sm³ (20 °C), nD20 1,39145, yanma istiliyi 5,463 mkc/mol və ya 1305,29 kkal/mol (25oC, p=const), buxarlanma istiliyi 307,63 kc/q və ya 73,50 kal/q (25oC). izooktan suda həll olmur, adi üzvi həlledicilərdə həll olur; azeotrop qarışıqlar əmələ gətirir (məsələn, benzolla, metil və etil spirtləri ilə). Izoktanın detonasiya xassələri oktan ədədi şkalasında 100 vahidə bərabər qəbul edilir. Izooktan oktanın digər izomerləri kimi az miqdarda birbaşa qovulan benzinin tərkibində olur. Sənayedə izooktanı diizobutileni katalizator (məc., mis-xrom) üzərində hidrogenləşdirməklə və ya izobutan-izobutileni qatı sulfat turşusu, AlCl3, BF3 və s.

Digər lüğətlərdə