izolyator
izsiz
OBASTAN VİKİ
İzrail
İsrail (ivr. ‏יִשְׂרָאֵל‏‎; ərəb. إِسْرَائِيل‎) və ya rəsmi adı ilə İsrail Dövləti (ivr. ‏מְדִינַת יִשְׂרָאֵל‏‎, Medinat Yisra'el) — Yaxın Şərqdə yerləşən dövlət. 31 dekabr 2019-cu il tarixində aparılan siyahıyaalmaya əsasən əhalisi 9 136 000 nəfərdir. Ərazisi 22,072 km² əhatə edir. Əhalisinə görə dünyada 96-cı, ərazisinə görə isə 148-ci yeri tutur. Yaxın Şərqdə, Aralıq dənizinin şərq sahillərində yerləşir. Şimaldan Livan, şimal-şərqdən Suriya, şərqdən İordaniya və İordan çayının qərb sahili, cənub-qərbdən Misir və Qəzzə zolağı ilə həmsərhəddir. Dövlət dili ivritcə olsa da, ərəb dili xüsusi statusa malikdir.
İzrail Çarni
İzrail Çarni (ing. Israel Charny; 1931, Filadelfiya, Pensilvaniya) — yəhudi əsilli ABŞ və İsrail psixoloqu, sosioloq-tarixçi, soyqırım üzrə mütəxəssisi, professoru. O, 1979-cu ildə psixiatr Şamayi Devidson və Holokostdan sağ çıxmış ictimai intellektual Eli Vizel bütün xalqların məruz qaldığı soyqırımların öyrənilməsinə həsr edilmiş Holokost və Soyqırım İnstitutunu təsis etmişdir. İnstitut 1982-ci ildə, İsrailin Təl-Əviv şəhərində Holokost və Soyqırım haqqında Beynəlxalq Konfransı keçirmişdir.
Aslan İzrailov
Aslan İzrailov (17 oktyabr 1977, Tazen-Kala[d], Çeçen-İnquş MSSR – 18 dekabr 2009, Vedeno rayonu, Çeçenistan) — çeçen separatçılarının liderlərindən biri, səhra komandiri, İkinci Çeçenistan müharibənin fəal iştirakçısı. Əmir (rəhbər) Vedeno və Naji-Yurt rayonlarının meşələrində fəaliyyət göstərən mobil mücahid qrupunun komandiri. Ləqəbi - "Savab" (ərəb. ثواب‎, rus. mükafat), təxəllüsü - Əmir "Savab". Milliyyətcə çeçendir. Sələfiliyin tərəfdarı olaraq tanınmışdır. == Bioqrafiyası == Aslan İsrailov 1977-ci il oktyabrın 17-də anadan olmuşdur. 2006-cı il iyulun 31-dən o, Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 208-ci (qanunsuz silahlı birləşmə təşkil etmə), 222-ci (qanunsuz olaraq silah əldə etmə və gəzdirmə) və 317-ci (hüquq-mühafizə orqanı əməkdaşının həyatına qəsd) maddələri ilə cinayətlərə görə federal axtarışda olur. Kadırovun sözlərinə görə, o, fəal şəkildə gəncləri silahlı təşkilat sıralarına cəlb edirdi.