Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Taxta
Ağac yoxsa taxta — ağaclarda və kollarda hüceyrə bölünməsi nəticəsində yaranan daimi toxumadan ibarət materialdır. Ağacın oduncaq hissəsi sənaye üçün qiymətli hesab olunur. Ondan müxtəlif məqsədlər üçün konstruksiya materialları kimi istifadə olunur. Metala nisbətən aşağı möhkəmlik göstəricilərinə malik olmasına baxmayaraq ağacın texnikada öz tətbiq sahəsi mövcuddur. Ağac gövdəsinin en kəsiyi şəkildə göstərilmişdir. Gövdə xarici və daxili qatlardan ibarətdir. Xarici qat gövdəni xarici təsirlərdən qoruduğu halda, daxili qat – mantar qida madəllərini ağacın daxilinə hərəkət etdirməyə xidmət edir. Mantarın altında cavan hüceyrələrin və qabıq hissələrinin inkişaf etdiyi nazik kambi qatı yerləşir. Mərkəzə doğru getdikcə ağac gövdəsində sütul, nüvə və özək yerləşir. Sütul qatında əsas inkişaf prosesi gedir.
Damalı taxta
Damalı taxta — dama oynamaq üçün nəzərdə tutulmuş damalı taxta. Əksər hallarda tünd və açıq rəngli, adətən yaşıl və sarı (rəsmi turnirlər), qara və qırmızı (istehlakçı reklamları) və ya qara və ağ (çap qrafikləri) rəngli 64 kvadratdan (8×8) ibarətdir. 8x8 damalı taxta başqa oyunlarda, o cümlədən şahmatda istifadə olunur, buna görə də şahmat taxtası kimi də tanınır.
Taxta biti
Taxta biti (Anobium punctatum), (Coleoptera) dəstəsindan bir böcək növü.
Taxta şirni
Taxta şirni — Karameləoxşar Azərbaycan şirniyyatı. Tərkibinə şəkər tozu, limon turşusu daxildir, ətirləndirici kimi gülab, qızılgül yağından, üyüdülmüş fındıqdan, vanilindən və keşniş toxumundan, müstəlif yeyinti boyalarından istifadə olunur. Taxta şirni rafinad qənd kimi yalnız dişləmə çay içmək üçün bişirilirdi. Keçmiş dövrlərdə taxta şirni ən çox kəndlərdə, kasıb əhali arasında geniş yayılmışdır. == Mənbə == Əhmədov Ə. 1002 şirniyyat. Bakı, «Gənclik», 2010.
"Taxta ayaq" əməliyyatı
"Taxta ayaq" əməliyyatı 1985-ci ilin sentyabrında 3 İsrail vətəndaşının Kiprdə öldürülməsi İsrail hökumətini bu işə görə məsuliyyəti öz üzərinə götürən Fələstin Azadlıq Təşkilatının (FAT) Tunisdəki mənzil-qərargahına hücum etməyə vadar etmişdi. Əməliyyat "Taxta ayaq" adı altında 1 oktyabr 1985-ci ildə həyata keçirilmişdi. 8 ədəd F-15, 8 ədəd F-16 markalı qırıcı-bombardmançı təyyarələrin hücumu ilə müşayiət olunan əməliyyat zamanı FAT-ın Tunis qərargahı dağıdılmış, 60-a yaxın üzvü həlak olmuşdu. Tunis rəhbərliyi ölənlər arasında dinc əhalinin olduğunu bildirdikdən sonra, sadiq müttəfiqi ABŞ da daxil olmaqla, dünya ictimaiyyəti İsraili bu işə görə sərt tənqid etmişdi. BMT isə zərərə görə Tunisə ödəniləcək reparasiya məsələsi qaldırdı. FAT buna "Akille Laura" gəmisini ələ keçirib, bir neçə nəfəri öldürməklə cavab vermişdi.
Xosrovun taxta çıxması
Xosrovun taxta çıxması — I Şah Təhmasibin sifarişi ilə 1539-1543-cü illərdə hazırlanmış və Təbriz miniatür məktəbinin sənətkarları tərəfindən çəkilmiş rəsmlərlə bəzədilmiş Nizami Gəncəvinin "Xəmsə" əlyazmasına daxil olan, Ağa Mirək Mirzə Qiyas tərəfindən çəkilmiş rəsm əsəridir. Miniatürün daxil olduğu əlyazma hazırda Britaniya Milli Kitabxanasında (MS Or. 2265) saxlanılır. == Mövzu == Nizaminin "Xosrov və Şirin" poemasında, Xosrov, atası öldükdən sonra üsyan qaldıran əyan Bəhram Çubinə qarşı dura bilmir və mübarizə meydanından qaçır. O, Bərdəyə, Şirinin yanına gəlir. Lakin, Xosrovun bütün yalvarışlarına cavab olaraq Şirin ona xatırladır ki, başqaları onun taxtını tutduğu halda, Xosrovun eyş-işrətə uyması qəhrəmana yaraşan hərəkət deyil. Ancaq atasının taxtını geri aldığı təqdirdə Şirin Xosrovun arvadı ola bilər. Bu məğruranə və haqlı sözlər Xosrova təsir edir. O, Rum məmləkətinə gəlib ordan hərbi kömək aldıqdan sonra qayıdır, Bəhram Çubinə qalib gəlir və taxt-taca sahib olur. Miniatürün sağ tərəfində iki düzbucaq içərisində Şirinin dili ilə Xosrova müraciət edilən beyt yazılmışdır: == Təsviri == Miniatürdə izdihamlı təntənə şəraitində gənc şahın yenidən taxta çıxması mərasimi təsvir olunur.
Xorvat Zaqoryesinin taxta oyuncaqları
Xorvat Zaqoryasının taxta oyuncaqları (xorv. Drvene igračke Hrvatskog zagorja) — ənənəvi xorvat uşaq oyuncaqları. 19-cu əsrdən bəri Xorvat Zaqoryası bölgəsində xalq sənətkarları tərəfindən hazırlanır. 2009-cu ildə Xorvat Zaqoryasında taxta oyuncaqları xalq sənətkarlığı UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmişdir.Oyuncaq istehsalı Mariya Bistritsa və Qornya Stubitsaş şəhərlərinin ətrafındakı kəndlərdə başladı və hələ də davam edir. Bistriçki Laz, Stubiçki Laz, Qorniya Stubitsa, Mariya Bistritsa, Tuqonitsa və Turnişçe oyuncaqlar istehsalının əsas mərkəzləridir. Tütək, treşotka (təkərli quş formasında oyuncaqlar), tambura, taxta heyvanlar (adətən atlar), fit, avtomobillər, yük maşınları, qatarlar, təyyarələr, kuklalar üçün uşaq mebelləri və s. kimi təxminən 50 oyuncaq modeli hazırlanır.Oyuncaqların xüsusiyyətlərindən biri onun əsasən kişilər tərəfindən əl ilə hazırlanması və qadınlar tərəfindən rəngləndirilməsidir. Hamısı əllə düzəldiyindən tamamilə eyni olan oyuncaqlar olmur. Oyuncaqlar yerli ağaclar söyüd, ağcaqayın, fıstıq və cökədən hazırlanırlar. Ağac kəsilir, qurudulur, doğranılır və taxta və ya karton qəliblərdən istifadə edilərək ərsəyə gətirilir.
Armud taxtabitisi
Armud taxtabitisi (lat. Stephanitis pyri F. ) - Buğumayaqlılar tipinin Yarımsərtqanadlılar və ya Taxtabitilər dəstəsinə aid olan növ. == Biologiyası == Bədəninin forması yastı olub, qanadları yarımşəffaf haldadır və tutqun rəngli seyrək damar şəbəkəsi ilə örtülmüşdür. Üst qnadları və ayaqları açıqsarı rəngdədir. Cücünün qabaq döş hissəsində yastı çıxıntılar vardır. Bədəninin uzunluğu 2,5-3 mm-dir. Bu növ yetkin formada tökülmüş yarpaqların altında, ağac qabığında əmələ gələn yarıqlarda, bitki tör-töküntüləri arasında və s. bu kimi yerlərdə qışlayır. Erkən yazda taxtabitilərdə qışlama yerlərindən çıxdıqdan sonra cütləşmə prosesi gedir və mayalanmış dişilər ağacların çiçəklədiyi dövürdə yumurta qoymağa başlayır. Yumurtalar uzunsov və qara rəngli olur.
Badam taxtabitisi
Badam taxtabitisi (lat. Apodiphus amygdali Germ. ) - Buğumayaqlılar tipinin Yarımsərtqanadlılar və ya Taxtabitilər dəstəsinə aid olan növ. == Biologiyası == Bədəninin rəngi qırmızımtıl olub, üzəri qara, batıq nöqtələrlə doludur. Başı düzbucaqlı şəkildə olub, qabağa çıxmışdır. Skul lövhələri qabağa çıxıb, dilçəyi onlardan onlardan qısa və aşağı basıq şəkildədir. Ona görə qabaqdan başın qurtaracağı üçbucaq şəklində görünür. Gözləri iri olub, başın qurtaracağında yerləşmişdir. Qalxancığı üçbucaq şəklindədir. Taxtabitilər içərisində bədəncə iri növlərdən biridir.
Kələm taxtabitisi
Kələm taxtabitisi (lat. Eurydema ventralis) — Buğumayaqlılar tipinin Yarımsərtqanadlılar dəstəsinin Qalxancıqlar fəsiləsinə aid olan növ. == Xarici quruluşu == Qara rəngli, beli və qanadları qırmızı naxışlı böcəklərdir. Yetkin fərdin ön kürəciyi qırmızı rəngdə olmaqla, üzərində 6 qara ləkə vardır. Qalxancıq və qanadüstlüyündə zolaq, qara və qırmızı rəngdə naxışlar vardır. Qarıncıq üst tərəfdən qırmızıdır. Uzunluğu 8–10 mm-dir. Yumurtası silindrvari, çəlləkşəkillidir. Yanlarında yumru ləkələr vardır. Böyüklüyü 1 mm-dir.
Mərmər taxtabiti
Mərmər taxtabiti — (lat. Halyomorpha halys Stal.) Yarımsərtqanadlılar dəstəsinin (Hemiptera) bağacıq-taxtabitilər (Pentatomidae) fəsiləsinə aiddir. İngilis dilli ədəbiyyatda "brown marmorated stink bug" adlandırılır. Qəhvəyi mərmər iyili zərərverici orijinal rənginə görə belə adlandırılıb. == Morfoloji xüsusiyyətləri == Mərmər taxtabitinin bədəni armudşəkillidir, azca yastılaşmışdır, bədən uzunluğu 12–17 mm-dir. Həşəratın rəngi qəhvəyidir, baş və döş hissədə qeyri-adi naxışlar vizual görünüşdə mərməri xatırladır. Bədənin alt hissəsi ağ, yaxud açıq qəhvəyi rəngdədir, bəzən boz və ya qara nöqtəlidir. Bığcıqlarının son iki buğumunda ağ zolaqlar vardır. Ətrafları qəhvəyi olub ağ zolaqlıdır. == Bioekoloji xüsusiyyətləri == Aprel ayından başlayaraq həşəratlar qışladıqları yerlərdən çıxırlar və 1-2 həftə ərzində qidalanmaq üçün sahib bitkilərini axtarırlar.
Taxtabaşı
Taxtabaşı — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Taxtabaşı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Kəlbəcər rayonunun Taxtabaşı kəndi Başlıbel kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Taxtabaşı kənd Soveti yaradılmışdır. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatları nəticəsində Azərbaycana qaytarılıb. == Toponimikası == Yaşayış məntəqəsini 1935-ci ildə həmin rayonun Xallanlı kəndindən çixmiş ailələr salmışlar. Kənd Taxta düzünün (keçmiş Ağdərə rayonu ərazisindədir) baş tərəfində yerləşdiyinə görə belə adlanır. Taxta burada "dağlıq yerdə, yüksəklikdə düz yer", baş isə coğrafi termin olub, burada "üst tərəf, yuxarı tərəf" mənasındadır. Kəndin adı yerli əhali arasında bəzən Xallanlı Taxtabaşısı da adlanır. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir. === Yaylaqları === Sünbüllü yurd, Gülnazoğlu yurdu, Qərvənd yurdu, Hacı Pənahın yurdu, Buzxana yurdu, Boğaz yurdu, Gicitkanlı yurd, Çala yurd, Şurabad yurdu, Çullu yurd, Solaxayıçala yurdu, Köhnə binələr yurdu, Mahmudun yurdu, Ləzgi yurdu, Məndilin yurdu, Səlim bəyin yurdu.
Taxtabiti
Taxta biti (Anobium punctatum), (Coleoptera) dəstəsindan bir böcək növü.
Taxtakörpü SES
Taxtakörpü SES (tam adı: Taxtakörpü Su Elektrik Stansiyası) — Samurçay, Taxtakörpü su anbarı üzəində su elektrik stansiyası olub, Şabran şəhərinin yaxınlığında yerləşir. Taxtakörpü SES-də ümumi gücü 25 meqavat olan üç hidroaqreqat quraşdırılmışdır. Stansiya sərfiyyata nəzarət hovuzuna malikdir. Buraya su xüsusi ötürücü vasitəsilə verilir. Hovuzdakı dörd qapıdan üçü elektrik enerjisinin alınması məqsədilə suyun turbinlərə verilməsinə xidmət edir. Həmin hovuzdan dəryaçaya sutullayıcı inşa edilmişdir. Taxtakörpü-Ceyranbatan kanalında gələcəkdə təmir aparılmasına ehtiyac olarsa və ya digər zəruri hallar yaranarsa, hovuzdakı normadan artıq su sutullayıcı vasitəsilə dəryaçaya yönəldiləcəkdir. Su elektrik stansiyası və açıq paylayıcı qurğuda əsasən Almaniya, Çexiya və digər xarici ölkələrdən gətirilən avadanlıq quraşdırılmışdır. Tikinti-quraşdırma işlərini əsasən yerli mütəxəssislər yerinə yetirmişlər. Bu prosesin reallaşmasına Almaniya, Çexiya və Türkiyədən dəvət olunan mütəxəssis və quraşdırıcılar da cəlb edilmişlər.
Taxtakörpü qəsəbəsi
Taxta Körpü qəsəbəsi və ya Laçın obaları — Ağcabədi rayonunda əsasən Laçın rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı qəsəbə. == Tarixi == Bura 1990-cı illərə qədər Laçınlıların qışlaq ərazisi olmuşdur. 18 may 1992-ci ildə Laçın rayonu erməni silahlıları tərəfindən işğal edildikdən sonra rayon əhalisi əsasən burada məskunlaşmışdır. Ərazi Laçın Qaçqınlarının Taxta Körpü Düşərgəsi kimi də tanınır. Laçın Rayon İcra hakimiyyəti də bu qəsəbədə yerləşir. == Mədəniyyət == Taxtakörpü qəsəbəsində 2 hektarlıq sahədə Heydər Əliyev parkı salınmışdır. == Sosial infrastruktur == Qəsəbədə Təcili tibbi yardım məntəqəsi, Laçın Petrol yanacaqdoldurma məntəqəsi, Kapitalbankın şöbəsi fəaliyyət göstərir.
Taxtakörpü su anbarı
Taxtakörpü su anbarı — Samur-Abşeron suvarma sisteminə aid su anbarı. Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsi çərçivəsində Azərbaycan Respublikasının Şabran rayonu ərazisində inşa edilmişdir. == Tarixi == İnşasına 2007-ci ildə başlanmışdır. "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sifarişçisi olduğu həmin layihəni "Azərkörpü" – indi Avropa-Asiya İnşaat Korporasiyası "Evrascon" Açıq Səhmdar Cəmiyyəti adlanan iqtisadi qurumun rəhbərlik etdiyi konsorsium həyata keçirmişdir. Taxtakörpü su anbarına suyun verilməsinə başlanması münasibətilə rəsmi mərasim 2013-cü il iyulun 19-da keçirilmişdir. Samurçaydan götürülən su öz axarı ilə Vəlvələçay-Taxtakörpü kanalı ilə Taxtakörpü su anbarına ötürülür. === Açılış mərasimi === Açılış mərasimi 28 sentyabr 2013-cü ildə keçirilmişdir. Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak etmişlər. == Texniki göstəriciləri == Taxtakörpü su anbarının sahəsi 8,71 kvadratkilometrdir. Bu qurğunun ümumi su tutumu isə 270 milyon kubmetrdir.
Taxtakörpü çayı
Taxtakörpüçay — Zəngəzurda, indiki Ermənistanda çay. Qərbi Azərbaycanın Zəngəzur mahalının Sisian rayonundakı Ərəfsə kəndində Gəvik dağının ətəklərində formalaşıb, kəndin aralıq hissəsində Xırdaçay və Salvartıçay ilə, aşağı məhəllənin orta hissəsində isə Dəliçayla birləşərək, aşağı axarlarında Bazarçay, Bərgüşad və Arazla qovuşaraq, son hesabda Xəzər dənizinə tökülür. Taxtakörpü çayı Salvartıçay və Xırdaçaydan fərqli olaraq, suvarma vasitəsi kimi kəndin təsərrüfat həyatında o qədər də mühüm rol oynamırdı. Qədim İpək yolunun bir qolu da Naxçıvandan Culfaya, oradan həmin rayonun Ərəfsə kəndinə, Gəviyi aşdıqdan sonra isə Sisian mahalındakı Ərəfsə kəndi vasitəsilə Qarakilsəyə, oradan da Gorus və Qubadlı vasitəsilə Qarabağa, Qafan vasitəsilə də Cənubi Azərbaycana gedirdi. Qədim İpək yolunun qalıqları indi də qalmaqdadır. Müsafirlərin çaydan keçidinin asanlaşdırılması üçün meşənin orta hissəsində Taxtakörpü çayı üzərindən daşdan aşırımlı körpü salınmışdır. Həmin körpünün qalıqları günümüzədək gəlib çatmışdır. Görünür elə bu səbəbdən də çaya Taxtakörpü adı verilmişdir. Taxtakörpüçayın bir adı da Abuzər çayıdır. Çayın başlanğıc hissələrində meşə başında mədənlər vardır.
Taxtakörpüçay
Taxtakörpüçay — Zəngəzurda, indiki Ermənistanda çay. Qərbi Azərbaycanın Zəngəzur mahalının Sisian rayonundakı Ərəfsə kəndində Gəvik dağının ətəklərində formalaşıb, kəndin aralıq hissəsində Xırdaçay və Salvartıçay ilə, aşağı məhəllənin orta hissəsində isə Dəliçayla birləşərək, aşağı axarlarında Bazarçay, Bərgüşad və Arazla qovuşaraq, son hesabda Xəzər dənizinə tökülür. Taxtakörpü çayı Salvartıçay və Xırdaçaydan fərqli olaraq, suvarma vasitəsi kimi kəndin təsərrüfat həyatında o qədər də mühüm rol oynamırdı. Qədim İpək yolunun bir qolu da Naxçıvandan Culfaya, oradan həmin rayonun Ərəfsə kəndinə, Gəviyi aşdıqdan sonra isə Sisian mahalındakı Ərəfsə kəndi vasitəsilə Qarakilsəyə, oradan da Gorus və Qubadlı vasitəsilə Qarabağa, Qafan vasitəsilə də Cənubi Azərbaycana gedirdi. Qədim İpək yolunun qalıqları indi də qalmaqdadır. Müsafirlərin çaydan keçidinin asanlaşdırılması üçün meşənin orta hissəsində Taxtakörpü çayı üzərindən daşdan aşırımlı körpü salınmışdır. Həmin körpünün qalıqları günümüzədək gəlib çatmışdır. Görünür elə bu səbəbdən də çaya Taxtakörpü adı verilmişdir. Taxtakörpüçayın bir adı da Abuzər çayıdır. Çayın başlanğıc hissələrində meşə başında mədənlər vardır.
Taxtalar
Taxtalar — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati-ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 2 aprel 2010-cu il tarixli, 982-IIIQ saylı Qərarı ilə Dəvəçi rayonunun Taxtalar kəndi Düz Bilici kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Taxtalar kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. == Coğrafiyası və iqlimi == Kənd 19 iyul 2013-cü ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin iştirakı ilə açılışı olmuş Şabran-Pirəbədil-Zeyvə avtomobil yolunun üstündədir. == Əhalisi == Kəndin əhalisi 532 nəfər təşkil edir.
Taxtalar bələdiyyəsi
Şabran bələdiyyələri — Şabran rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Taxtalı məscid
Taxtalı məscid (rus. Тахталы-Джами, ukr. Тахтали Джамі, krımtat. Tahtalı Cami, türk. Tahtalı Cami) — Ukraynada, Krımın Bağçasaray şəhərində XVIII əsrə aid məscid. 1707-ci ildə I Səlim Girayın qızı Bəyxan Sultanxani tərəfindən tikilmişdir. İsmayıl Qaspıralı küçəsində yerləşir. == Memarlıq == Məscidin memarlığında şəhərin köhnə üslubu dominantdır. Bu üslubu köhnə Bağçasarayın demək olar ki, hər yerindən görmək olar. Məscid taxta lövhələrdən tikilmişdir, sonra divarları çəkərkən daş bloklarla örtülmüşdür.
Taxtamukaysk rayonu
Taxtamukaysk rayonu (adıq Тэхъутэмыкъуае район) — Rusiya Federasiyası, Adıgey Respublikasının tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Taxtamukaysk auludur. == Coğrafiyası == Taxtamukaysk rayonu, Adıgey Respublikasının şimal-qərb hissəsində yerləşir. Rayonun ümumi sahəsi 463.60 km²-dir. Bura 2 şəhər və 5 kənd yaşayış məntəqəsi daxildir. Aşağıdakı ərazilərlə həmsərhəddir: şərqdə Teuçejsk rayonu, cənub-şərqdə Qoryaşi Klyuç şəhər dairəsi, cənub və qərbdə Severski rayonu, şimalda Krasnodar şəhər dairəsi. Krasnodar şəhər dairəsi ilə təbii sərhəd rolunu Kuban çayı oynbayır. Rayon respublikanın düzənlik zonasında yerləşir. Ərazisi şimalda bir qədər parçalanmış və zəif dalğalı, tədricən cənubdan təpəli əraziyə çevrilir. Cənub-şərqdən şimal-qərbə qədər ümumi bir hündürlük aralması müşahidə edilir.
Taxtanəkəran
Taxtanəkəran — Azərbaycan Respublikasının Astara rayonunun inzibati ərazi vahidində kənd. == Adın mənşəyi və tarixi == Toponim taxta komponenti və kəran isə talışca "kənd", "evlər" sözlərindən ibarətdir (Taxtalı evlər kəndi). == Tanınmış şəxslər == === Şəhidləri === Elşən Baxşıyev (1973-1994). İlqar İbrahimov (əsgər) (2002-2020).
Taxtaxanı dağı
Taxtaxanı dağı – Ordubad rayonu ərazisində dağ (hünd. 1651,2 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Səfərdərə yüksəkliyindən (3826,4 m) cənub-qərbə ayrılan Xoşkesin qolunun qərbə istiqamətlənmiş Elti şaxəsinin cənub yamacında zirvə. Biləv kəndindən 2,75 km cənub-şərqdədir. Orta Eosenin Lütet mərtəbəsinə aid Biləv lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş sıldırım yamaclı, kəsik konusa bənzər yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentində, eyniadlı əyilmənin mərkəzi strukturu olan Şurud-Vənənd sinklinalının cənub-qərb qanadını mürəkkəbləşdirən ikinci dərəcəli Daşbaşı asimmetrik antiklinalının tağ hissəsində yerləşir. Cənub-qərb yamacından antiklinalın tağını yaran şimal-qərb istiqamətli əks-fay qırılması keçir.
Taxtazavod
Hacışamlı — Azərbaycan Respublikasının Laçın rayonunun Kürdhacı kənd inzibati ərazi dairəsində kənd. == Etimologiyası == Hacısamlı kəndində taxta emalı zavodu fəaliyyət göstərdiyi üçün çox vaxt el arasında bu kəndə "Taxta zavodu" və yaxud da sadəcə "Zavod" adlandırırdılar. Lakin kəndin adı Qaraqasımlı tayfasının ulu babası Hacı Sam İslam oğlunun şərəfinə Hacısamlı adlandırılmışdır. Söz kökü mürəkkəb söz olmaqla düzəltmə sözdür. Hacısamlı antrotoponimi üç hissədən ibarətdir ki, sözün birinci hissəsi olan hacı sözü haca (həccə) gedən şəxsin tituludur və şəxs adlarının əvvəlində işlənir. Sözün ikinci hissəsi Sam sözü əski türk dilində – böyük anlamını verir. Türkdilli xalqlar islam dinini qəbul etdikdən sonra şəxs adlarının ərəb dilində olan sözlərdən yararlanması prosesi çox sürətləndi. Sam ərəbcə isti ölkələrdə əsən güclü, isti külək - səmum (güclü, yandırıcıı) küləyi anlamındadır. Quran ayəsində də bu küləyin adı çəkilir. Sözün üçüncü hissəsi olan, tipik soyad sonluqlarına qoşulan –lı şəkilçisi burada yer adının sonluğuna qoşularaq sözün həm formasını, həm də mənasını dəyişdirməklə yeni mənalı söz əmələ gətirmişdir.Hacısamlı adlanan bu təxəllüs (soyad) Azərbaycan türkcəsində bir neçə formada - Hacısamlı tayfası, Hacısamlı camaatı, Hacısam köyü, Hacısamlı kəndi, Hacısamlı dairəsi, Hacısamlı bölgəsi, Hacısamlı nahiyəsi, Hacısamlı bəyliyi, Hacısamlı obası, yaxud da Hacısamlı dərəsi və s.
Taxtaçı türkmənlər
Taxtaçı türkmənlər "Ağac əri" türkmənlərinin nəslindəndir. Taxta işləriylə məşğul olduqları üçün belə adlanırlar. Taxtaçılar Oğuz türklərindəndir. Alp Arslandan əvvəl Anadoluya gəlmiş və burada məskunlaşmışlar. Daha əvvəllər yaşadıqları yerlər Türküstan, Xorasan və Azərbaycandır. Taxtaçılar indi də özlərinə türkmən deyirlər. Onların xalq yaradıcılığı başqa oğuz xalqlarının ənənəvi şer biçimlərindədir.
Taxıl taxtabitisi
Taxıl taxtabitisi (lat. Trigonotylus ruficornis Geoffr.- ) — Buğumayaqlılar tipinin Yarımsərtqanadlılar və ya Taxtabitilər dəstəsinə aid olan növ. == Biologiyası == Bu növ korcalar Miridae fəsiləsinə məmsub olub, geniş yayılmışdır. Uzunluğu 5.7–6.3 mm – dir. Yumurta mərhələsində qışlayır. Payızda yarpaqların toxumaları arasında 6 – 10 dənə yumurta qoyur. Erkən yazda yumurtadan çıxan sürfələr payızlıq dənli bitkilər üzərində qidalanır. İyunun əvvəllərində birinci nəsil yetkin formaya keçir. Bunlar yazlıq dənli bitkilər üzərində qidalanır və yumurta qoyur. İkinci nəslin inkişafı da dənli bitkilər üzərində gedir.
Maxta
Maxta — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Maxta kənd inzibati-ərazi vahidi Şərur rayonunun tərkibinə verilmişdir. == Etimologiyası == Naxçıvan MR Şərur rayonunda kənd kimi mövcud olan Maxta adı qrammatik formasına görə Maxta/maq-tağ/q/ şəklində olmaqla iki hissədən ibarətdir. Sözün ilk hissəsi olan max-maq formasının danışıq şəkli (şifahi nitq) hesab edilməlidir. "Tağ/taq/" isə tağ, qol, hissə mənası verir. Avesta abidəsi ilə əlaqədar dini ayinləri icra edən şəxslərə "maq" deyilirmiş. Bu söz sonralar öz mənalarını genişləndirərək kahinlik, kahin kasta (Midiyada və İranda), həmçinin Məzdəkiliyin ardıcıllığı və s. kimi mənalar daşımışdır. Maq sayılan şəxs cadugər (əslində bu türkəçarə, müalicə, dini müalicə məqsədilə işlər görən mənası kimi nəzərdə tutulmalıdır), sehrbaz, astroloq və b. mənalar vermişdir.
Tafta
Tafta — ipəkdən hazırlanan parça növü. Saya və naxışlı olur. "Tafta" sözünün izahını İranda olan yer adı ilə bağlayırlar, ehtimal ki, parçanın adı da burdan götürülüb. Tafta, sapının zərif tovluluğu, sıxlığı, davamlılığı, naxışlarının sadəliyi, rəng harmoniyasının ifadəli həlli ilə həmnövlərindən fərqlənən, xalq məişətində istifadə olunan ipək toxumadır. Azərbaycan milli toxumalarından olan tafta hələ XV-XVII əsrlərdə Avropa və Rusiyada böyük şöhrət tapmışdı. XIX əsrdə Şuşa, Şamaxı və onun ətraf kəndləri tafta parça istehsalında Zaqafqaziyada birinci yeri tuturdu. Bu zaman Şamaxıda ən çox qırmızı, sarı, yaşıl, göy və s. rəngli zolaq və millərdən ibarət dama-dama naxışlı tafta parçalar daha çox istehsal edilirdi. Ən sıx toxumada dörd əriş sap götürülürdü. Bu cür kip toxunuşlu tafta parça xalq arasında "Çarta tafta" adlanırdı.
Tamta
Tamta Qoduadze və ya sadəcə Tamta (gürc. თამთა გოდუაძე; yun. Τάμτα Γκοντουάτζε; 10 yanvar 1981, Tbilisi) — Gürcü əsilli Yunanıstan müğənnisi. O, 2004-cü ildə iştirak etdiyi Super Idol musiqi yarışmasından sonra Yunanıstan və Kiprdə şöhrət qazanmışdır. Tamtanın Yunanıstan və Kiprdə bir neçə hit mahnıları olmuşdur. O, 2014-cü ildə X Factor Gürcüstan və 2016-cı ildə isə X Factor Yunanıstan yarışmalarında münsif olaraq yer almışdır. Tamta "Replay" mahnısı ilə Kipri Tel-Əvivdə keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyatı və musiqi karyerası == Tamta Qoduadze Gürcüstanda anadan olmuş və böyüyüb başa çatmışdır. Orada beş yaşında ikən musiqi ilə maraqlanmağa başlamışdır. Tamta 22 yaşında ailəsi ilə birlikdə Yunanıstana köçmüşdür.
Tatta
Tatta (urdu ٹھٹہ) — Pakistanın Sind əyalətində tarixi şəhər. Tatta orta əsrlərdə Sindin paytaxtı idi və ardıcıl üç sülalə üçün hakimiyyət yeri olaraq xidmət etdi. YUNESKO-nun Dünya İrsi Siyahısında olan Tattanın Makli Nekropolu, dünyanın ən böyük qəbiristanlıqlarından biridir və həmçinin 14-18-ci əsrlər arasında alt Sindin sincretik cənazə üslubunda tərtib edilmiş çox sayda monumental məzarı var. 17-ci əsrdə tikilmiş Şah Cahan məscidi dekorativ plitələrlə zəngindir və Cənubi Asiyada kafel işlərinin ən mükəmməl abidəsi sayılır. == Etimologiyası == Sindlilərin fikrində Thattanın Sindhi adı əslində Tatto olmalıdır və ya çay kənarındakı yaşayış məntəqələrinə aid olan Sindhi 'Tatti' və ya 'Tatto' sözlərindən qaynaqlana bilər.
Toxta
Toxta xan - Qızıl orda xanı. 1291-ci ildə Noğay xanın köməyi ilə taxta gəlmişdi. Hakimiyyətə gələn kimi rusların yarım-müstəqilliyini ləğv etmək üçün qardaşı Tudanı hücuma göndərdi. O 1293-cü ildə 14 şəhəri yandırdı. Xan özü Tver şəhərinə hücuma keçdi və Vladimir-Suzdal knyazı Dmitri Aleksandroviçi taxtdan qovdu. Ruslar arxivlərində "Batu geri döndü" yazırdılar. == Hakimiyyət == Tezliklə Toxta və Noğay xan düşmənə çevrildilər. Toxta xan qaynatası Salçiday ilə müttəfiq oldu. Salçiday Tuluy xanın kürəkəni idi. 1300-cü ildə Noğay xanla döyüşdə məğlub olan Toxta geri çəkildi.
Yaxta
Yaxta — motorlu, yaxud yelkənli yüngül gəmi, su nəqliyyat növü. “Yaxta” holland sözüdür, qovmaq, təqib etmək mənasını verir. Motorlu, yaxud yelkənli yüngül gəmidir. Yelkənli yaxtalar daha geniş yayılıb. İlk yelkənli yaxtalar 17-ci əsrdə meydana çıxıb. Hazırda yaxta əsasən imkanlıların istifadə etdiyi su nəqliyyat növüdür. Müasir dövrdə yaxtaları üç qrupa bölmək olar: yelkənli yelkənli-motorlu motorlu yaxtalar.Amma bütün müasir yelkənli yaxtaların da, demək olar, hamısının köməkçi motoru olur.
Şaxta
Şaxta — havanın temperaturunun 0°-dən aşağı göstəricisidir. Bioiqlimşünaslıqda şaxta orqanizmə təsirinə görə: zəif (0°-dən -2,4°-dək), mülayim (-2,5°-12,4°), şaxtalı (-12,5°-22,4°), bərk (-22,5°-32,4°), sərt (-32,5°-42,4°), və şiddətli (-42,4°-dən aşağı) şaxtaya bölünür. == Şaxtasız dövr == Şaxtasız dövr yazın son şaxtalı (ayazı) orta günü ilə payızın ilk şaxtalı (ayazı) orta günü arasındakı dövrdür. Aqroiqlimşünaslıqda böyük əhəmiyyət daşıyaraq hər hansı bir məkanda bu və ya digər bitkinin yetişdirilməsi imkanını müəyyənləşdirir.
Axta
Axta rayonu — Ermənistan SSR-da və Ermənistan Respublikasında inzibati ərazi vahidində rayon olmuşdur. Aşağı Axta — Qərbi Azərbaycan (indiki Ermənistan Respublikası) ərazisində yerləşən şəhər. Yuxarı Axta — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Axta (Razdan) rayonunda kənd. Axta (Razdan) — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Axta (Razdan) rayonunda qəsəbə və rayonun inzibati mərkəzi. Axta (Dərələyəz) — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Paşalı (Əzizbəyov, Vayk) rayonunda kənd.
Tata
Mahindra — 1945-ci ildə Jagdish Chandra Mahindra tərəfindən Hindistanda yaradılan şirkət. 1949-cü ildə Jeep CJ. Firma Hindistanın Nasik, Zaheerabad və Haridwar şəhərlərində qurduğu fabrikləriylə istehsal etməkdədir. 2000-cü Bolero. Mahindra dünyanın ən SUV Mahindra Scorpio yaratmışdır.
Taxt
Taxt ya Tron(yun. θρόνος) — bərli-bəzəkli hökmdar oturacağı. Monarxiya, hökmdar və onun hakimiyyətinin rəmzi.
Böyük Şaxta
Böyük Şaxta (ing. Younger Dryas və ya ing. Big Freeze) - eramızdan əvvəl 10800-9500-cü illər arasında soyuq iqlim vəziyyəti və quraqlığın izlədiyi 1300 (± 70) illik perioddur. Böyük Şaxta Şimali Amerikadakı buz təbəqələrinin toqquşması nəticəsində baş vermişdir.
Don (şaxta)
Don, şaxta — havanın sıfırdan aşağı dərəcəsi. Havada və torpaqda temperaturun dəyişməsi nəticəsində yaranan təhlükəli atmosfer hadisələrindən biridə Şaxtadır.Şaxta davamlı müsbət temperatur müşahidə edilən zaman ,havanın və torpaq səthinin temperatutunun 0 °C və ya daha aşağı düşməsi adlanır.Şaxta əmələ gəlməsinə görə 3 tipə bölünür : "radiyasion" ,"advektiv" ,"advektiv-radiasion (qarışıq) .
Helix texta
Helix texta (lat. Helix texta) — heyvanlar aləminin molyusklar tipinin i̇lbizlər sinfinin stylommatophora dəstəsinin helicidae fəsiləsinin helix cinsinə aid heyvan növü.
Laxta-mərkəz
Laxta-mərkəz (rus. Лахта-центр) — Sankt-Peterburqda, Rusiyanın yaşayış sahəsindən kənarda genişmiqyaslı tikinti layihəsi. == Haqqında == Laxta-mərkəz şəhərin ilk yüksək səviyyəli göydələnini, elm və təhsil kompleksi, idman və boş vaxtları dəyərləndirmək üçün məkanları və açıq amfiteatrı inşa etməyi planlanmışdır. 2018-ci ilin sonlarında başa çatdırılan Laxta-mərkəzin 462 metr yüksəkliyindəki əsas qülləsi, Rusiya və Avropanın ən yüksək binası olmuşdur. Və Laxta-mərkəzi dünyanın şimaldakı ən hündür göydələni hesab edilir. Yüksəkliyinə görə, Ostankino teleqülləsidən (540 m) sonra Rusiyanın ən yüksək ikinci binası olmuşdur. Lahta Mərkəzi dünyanın ən ekoloji göydələnlərinin beşliyinə daxil oldu (LEED Platinum level). == Dizayn xüsusiyyətləri == Hər biri bir mərtəbəli olan iki ağır strukturdan ibarət olan qutu tipi əsas qüllənin mərtəbəsini təşkil edir. Təməlin aşağı döşəməsi 20 metr dərinlikdə olmaqdadır. Qutu tipi təməli hər biri 2 metr səviyyəsində və uzunluğu 82 metr olan 264 metrlik bir yığma quraşdırılmışdır.
Maxta nekropolu
Maxta nekropolu — Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Maxta kəndinin şimal-şərqində, Naxçıvan-Sədərək avtomobil yolunun sol tərəfində yerləşən antik dövrə aid arxeoloji abidə. Nekropola aid küp qəbirlər 1988-ci ildə su hovuzunun yerləşdiyi təpədə aşkar edilmişdir. Küp qəbirlərdən əldə edilən qablardan yalnız birinin (qum qarışığı olmayan gildən hazırlanaraq boz rəngli, hər iki üzdən çəhrayı boya ilə örtülmüş küpə tipli qab) sınığı saxlanmışdır. Abidənin II – III əsrlərə aid olması ehtimalı irəli sürülsə də, hələ ki, ətraflı tədqiq edilməmişdir.
Saxta xəbərlər
Saxta xəbərlər (ing. fake news) və ya yanlış xəbərlər — Sarı jurnalistikanın növü sayılır və ənənəvi çap, yayım xəbərləri mediası və ya onlayn sosial media vasitəsi ilə yayılmış qəsdən səhv məlumatlar və ya xaoslardan ibarətdir. Saxta və ya yanlış xəbərlərin arxasında müxtəlif məqsədlər durur, lakin ekspertlərin fikrincə, bu xəbərlər əsasən maddi gəlir və ya siyasi hədəflərdən ilhamlanır.
Saxta xəyanət
Saxta xəyanət, kəşfiyyat dairələrində adətən "təxribat" və ya "podstava" — kəşfiyyat agenti tərəfindən saxta iddialar əsasında edilən xəyanət. Saxta xəyanətkarlar dezinformasiya yaya və ya köstəbəklərin ifşa edilməsində kömək ola bilər. Xəyanətin saxta olması ehtimalı adətən xəyanətkarlar haqqında məlumat verən kəşfiyyat agentliklərində narahatlıq doğurur.
Tafta (parça)
Tafta — ipəkdən hazırlanan parça növü. Saya və naxışlı olur. "Tafta" sözünün izahını İranda olan yer adı ilə bağlayırlar, ehtimal ki, parçanın adı da burdan götürülüb. Tafta, sapının zərif tovluluğu, sıxlığı, davamlılığı, naxışlarının sadəliyi, rəng harmoniyasının ifadəli həlli ilə həmnövlərindən fərqlənən, xalq məişətində istifadə olunan ipək toxumadır. Azərbaycan milli toxumalarından olan tafta hələ XV-XVII əsrlərdə Avropa və Rusiyada böyük şöhrət tapmışdı. XIX əsrdə Şuşa, Şamaxı və onun ətraf kəndləri tafta parça istehsalında Zaqafqaziyada birinci yeri tuturdu. Bu zaman Şamaxıda ən çox qırmızı, sarı, yaşıl, göy və s. rəngli zolaq və millərdən ibarət dama-dama naxışlı tafta parçalar daha çox istehsal edilirdi. Ən sıx toxumada dörd əriş sap götürülürdü. Bu cür kip toxunuşlu tafta parça xalq arasında "Çarta tafta" adlanırdı.
Şaxta Baba
Şaxta baba (rus. Дед Мороз və ya Дедушка Мороз; belar. Дзед Мароз; ukr. Дід Мороз; serb. Деда мраз; bolq. Дядо мраз; sloven. Dedek Mraz; mak. Дедо мраз; xorv. Djed Mraz ) — Yeni il bayramının əsas nağıl personajı.