İŞRAK
İŞRAQİ
OBASTAN VİKİ
İşraqilik
İşraqilik—Şəhabəddin Yəhya Sührəvərdi tərəfindən yaradılan fəlsəfi və teosofik təlim. Müsəlman dünyasında fəlsəfənin nüfuzunu itirməsi və sönük sahəyə çevrilərək tarix səhnəsindən silinməsi faktı təhlil edilərkən əsas səbəb kimi Əbu Hamid əl-Qəzalinin islam fəlsəfəsi əleyhinə fundamental çıxışı göstərilir. Amma biz bunu təqlidi-emosional yanaşmanın meydana çıxardığı arqument hesab edirik. Düzdür, Qəzalinin fəlsəfəyə qarşı çıxmasından sonra müsəlman ziyalıları arasında bu elmlə məşğul olmaq öz aktuallığını itirmişdi. Lakin bəzi müəlliflərə görə, Qəzalinin tənqidlərindən sonra Şərqdə nüfuzunu itirən təlim rasional məşşailik fəlsəfəsi olmuşdur. Bir tərəfdən, İbn Rüşdün ölümündən sonra məşşailik süqut etmiş, digər tərəfdən, yeni fəlsəfi təlim – işraqilik təşəkkül tapmışdı. İşraqilik “məşşailik və işraqilikdə dərya olan” “şeyx əl-məqtul” (öldürülmüş şeyx), “şeyx əş-şəhid” (şəhid şeyx), “əl-feyləsuf əl-məqtul” (öldürülmüş filosof) (5, 6) və “şeyx əl-işraq” ləqəbləri ilə tanınan Şihabəddin Əbülfütuh Yəhya ibn Həbəş Sührəvərdi (1154-1191) tərəfi ndən qurulmuşdu. İşraqilik bilikləri kəsbdə mistik təcrübə (zövq) və intuisiyaya (kəşf, həds) əsaslanan teosofi k təlim idi və rasional məşşailik fəlsəfəsinin antipodu sayılırdı. XII əsrdən sonra Şərqdə fəlsəfi düşüncəni təmsil edən işraqilik Şührəvərdinin, Şəmsəddin Şəhrəzurinin (vəfatı - 1288), İbn Kəmmunənin (1215- 1284), Qütbəddin Şirazinin (1236-1310), Nəsirəddin Tusinin (1201-1274), Cəlaləddin Dəvvaninin (1427- 1502), Məhəmməd Baqir Mir Damad (1551-1631) və Molla Sədranın (1571-1640) timsalında məşşailiyin süqutundan sonra da öz mövcudluğunu davam etdirmişdir. İşraqiliyin islam metodoloji fikri tarixindəki yerini müəyyənləşdirmək üçün bu məktəbin nümayəndələrinin həqiqəti kəsb və biliyi hasil məqsədilə istifadə etdikləri metodları öyrənmək lazımdır.
Mürtəza İşraqi
Mürtəza İşraqi (fars. مرتضی اشراقی‎) — İran prokuroru, 1980-ci illərin ortalarında Tehranın prokuroru. O, 1988-ci ilin yayında minlərlə siyasi məhbusun taleyini həll etmək üçün Seyid Ruhullah Xomeyni tərəfindən yaradılmış "Tehran Ölüm Komitəsi"nin üzvlərindən biri idi. == Siyasi məhbusların edamı == 1988-ci ildə Mürtəza İşraqi məhbusların siyasi və dini inancları ilə bağlı bəzi suallar verdikdən sonra onları edam etmək və ya sağ saxlamaq qərarına gələn "Tehran Ölüm Komitəsi"nin kimi tanınan komitənin üzvü olmudur. Hüseynəli Müntəziri komitənin üzvləri kimi Tehran prokuroru olan Mürtəza İşraqi, o zamankı Tehran prokurorunun müavini Seyid İbrahim Rəisi, o zamankı şəriət hökmdarı Hüseynəli Nayeri və nümayəndəsi Mustafa Purməhəmmədi hallandırmışdır. Həbs cəzalarını çəkən bir neçə on min məhbus əməliyyat çərçivəsində qanundan kənar edam edilmişdir. "Amnesty International" 2019-cu ildə hesabat dərc etməklə Mürtəza İşraqini 1988-ci ildə siyasi məhbusların öldürülməsindən məsul olan "Tehran Ölüm Komitəsi" kimi tanınan dörd nəfərdən ibarət komitənin üzvü olduğuna görə insanlığa qarşı cinayət törətməkdə ittiham etmişdir. Onun daha sonra Ali Məhkəmənin şöbələrindən birinə rəhbərlik etdiyi deyilir.

Digər lüğətlərdə