Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İnarə Babayeva
Babayeva İnarə Əhməd qızı — Azərbaycan Respublikasının əməkdar artisti, Prezident mükafatçısı, Akademik Opera və Balet teatrının solisti, Mədəniyyət və İncəsənət Universitetinin Musiqi sənəti fakültəsinin solo oxu kafedrasının dosenti. İnarə Əhməd qızı Babayeva 1977-ci il Aprel ayının 14 Bakı şəhərində anadan olmuşdur.. 1996-2002-cü illərdə Üzeyr Hacıbəyli adına Bakı Musiqi Akademiyasının solo oxuma fakültəsində ali təhsil almış və Akademiyanı magistratura pilləsi üzrə 2005 ci ildə isə akademiyanın Asperanturasını fərqlənmə ilə bitirmişdir.Opera və kamera ifaçısı,vokal müəllimi,ixtisası üzrə bitirmişdir.İnarə Babayeva akademiyada təhsil aldığı müddət ərzində, 1999- cu ildən Azərbaycan Akademik Musiqili teatrın aparıcı solisti kimi fəaliyyətə başlayır.O teatrda çalışdığı müddət ərzində teatrın rus bölməsində: İ.Kalmanın – “Silva”, “Bayadera”, “Maritsa”,”Qaraçı- Premyer” , F.Leqarın - “Şən dul qadın”, Q.Qarayevin- “Çılğın qasqonçu”, Ü.Hacıbəylinin-“ O Olmasın bu olsun” operettalarında baş qəhrəman obrazlarını ifa etmişdir. İnarə Babayeva 2002-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solistidir. O, Opera və Balet Teatrının repertuarında milli və klassik dünya bəstəkarlarının yaradıcılığına məxsus bir sıra tamaşalarda əsas partiyaları Gülnaz - «O olmasın bu olsun» Ü.Həcibəyli Gülçöhrə- «Arşın mal alan»Ü.Həcibəyli Humay- «İntizar» F.Əlizadə Zoluşka-«Zoluşka» L.Vaynştey Cırtdan- «Cırtdan» N.Əliverdibəyov Rozina- «Sevilya bərbəri» C.Rossini Serpina -“Hammı elə edir” V.Mozart Adina -“Sevgi şərbəti” Donizetti Süzanna -“Don-Juan” V.Mozart Oskar-“Bal-Maskarad” D.Verdi Pamina-“Sehirli-tetək” V.Mozart Dilbər-“Sevil”F.Əmirov Amur-“Orfey və Evredika” Gluk Məhsəti-“Məhsəti” P.Axundova Cilda- «Riqoletto» C.Verdi Violetta- “Traviata» C.Verdi Muzetta- «Boqema» C.Puççini Mikaella-«Karmen»,J.Bizen və s Rolların öhdəsindən özünəməxsus gələrək,yüksək professionallıqla ifa edir. Gügüclu səs tembri ilə yanaşı, gözəl səhnə görkəminə, yüksək artistizm qabliyyətinə malikdir. İnarə Babaeva Azərbaycan Mədəniyyətini təmsil edərək,Ölkəmizin hüdudlarından kənarda,bir sıra müsabiqə və festivallarda iştirak etmiş, laureat və diplomant adına layiq görülmüşdür: Gənc vokalçıların Respublika müsabiqəsinin laureatı-1 yer(1994);Opera ifaçılarının Respublika müsabiqəsi laureatı-2 yer(2000);“Türksoy” (Türkiyə) beynalxalq festivalının iştirakçısı(2002);Vokalçıların Yaltada keçirilən müsabiqəsinin diplomantı(2006);Opera ifaçılarının Tuluza şəhərində (Fransa) keçirilən müsabiqəsinin diplomantı (2008); *Operetta ifaçılarınin Yekaterinburqda (Rusiya) keçirilən festivalının iştirakçısı. İ.Babayeva 2005-ci ildən, Yaponiya,Çin,İngiltərə,Fransa,İtaliya, Almaniya,Gürcüstan,Belorusiya,Kazakistan,Qırgızıstan,Makidoniya, Serbiya,Mərakeş keçirilən Azərbaycan mədəniyyəti günlərinin iştirakçısı olmuş, bir sıra dövlət və yubiley tədbirlərində iştirak etmişdir. İnarə Babayeva 2006 cı ildən Mədəniyyət və İncəsənət Universiteti vokal müasir estrada ifaçılığı fakültəsinin müəllimi 2013 cü ildən baş müəllimi,2019- cu ildən isə Kafedaranın dosentidir.O,vokal müasir estrada ifaçılığına aid 5 məqalənin, Azərbaycan vokal Nümunələri Soprano səsi üçün “Antaloğiya” kitabının müəllifidir. İnarə Babayeva 2ci təhsil olaraq 2014 cü ildə Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsinə daxil olur elə həmin ildə Akademik opera və Balet Teatrının səhnəsində dünya klassik opera inciləri sırasında olan, Perqolezinin “Qulluqçu- xanım” operasına quruluş vermişdir.
İnarə Quliyeva
İnarə Quliyeva (4 yanvar 1950, Moskva) — Rusiyanın tanınmış teatr və kino aktrisası, Rusiyanın Əməkdar Artisti (1994) İnara Aleksnadrovna Quliyeva 1950-ci il yanvarın 4-də Moskvada anadan olub. Atası azərbaycanlı, anası rus idi. Atası Bakıda yaşayıb, zabit kimi fəaliyyət göstərib. Bakıda xeyli qohumları olsa da, babası ilə nənəsi boşandıqdan sonra aktrisanın azərbaycanlı qohumları ilə əlaqəsi kəsilmişdir. 1972-ci ildə Rus teatral incəsənət akademiyasını (GİTİS) bitirib. 1994-cü ildən Rusiyanın əməkdar artistidir. İnara Quliyeva Moskva operetta teatrının solisti olub. 1978-ci ildə "müsiqili teatr rejissoru” ixtisasını alan İ.Quliyeva bu gün rus telekanallarında bir sıra məşhur verilişlərin müəllifidir. İnara Quliyeva çoxlu sayda musiqili teatr tamaşalarının quruluşunu verib. O, bir sıra bədii filimlərdə çəkilib.
Minarə
Minarə (ərəb. منارة‎) vəya Güldəstə (fars. گلدسته‎) — Azan vermək üçün məscidlərin yanında və ya üstündə ucalan qüllə.
Çinarə
Çinarə — İranın Kürdüstan ostanının Mərivan şəhristanının Sərşiv bəxşində şəhər və bu bəxşin mərkəzidir. 2006-cı il üzrə əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 433 nəfər və 101 ailədən ibarət idi.
İcarə
Eçara (əvvəlki rəsmi adı İcarə (2013-cü ilədək)) — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Kürdlər kənd inzibati ərazi vahidində kənd. 31 may 2013-cü ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Kürdlər kənd inzibati ərazi dairəsi tərkibindəki İcarə kəndinin tarixi adı bərpa edilərək həmin kənd Eçara kəndi adlandırılmışdır. Eçarə (oyk.), (sadə.) - Cəlilabad rayonunun Kürdlər inzibati ərazi vahidində kənd. Burovar/Buravar silsiləsinin şimal-şərq ətəyindədir. Tədqiqatçılar bu oykonimi "üzüaşağı yol" (ehtimalən yol hissəsi farsca və talışca "yol" mənasını verən "rah" (talışca "ro") sözünün vasitəsi ilə) mənasında izah edirlər. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 644 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
İdarə
İdarə — mülkiyyətçi tərəfindən idarəçiliyi, sosial-mədəni və digər qeyri-kommersiya fəaliyyətini həyata keçirən, mülkiyyətçi tərəfindən tam və ya qismən maliyyələşdirilən qeyri-kommersiya təşkilatı. Mülkiyyətçidən asılı olaraq aşağıdakı növləri vardır: Dövlət idarələri; Bələdiyyə idarələri; Özəl idarələr; müəssisə, təşkilat; müəssisənin, təşkilatın yerləşdiyi bina; dövlət idarəetmə, dövlət hakimiyyəti orqanı; xidmətlər sahəsində, mənəvi informasiya məhsulunun istehsalında təsərrüfat, sosial-mədəni fəaliyyəti həyata keçirən təşkilat; hər hansı bir iş, fəaliyyət sahəsinə (dövləti, elmi, ictimai, ticarət, təsərrüfat və s.) baxan, müəyyən struktura malik personalı, ştatı, müdiriyyəti olan təşkilat; Azərbaycan Respublikasında dövlət idarələri və ictimai idarələr fəaliyyət göstərir. İdarə hüquqi şəxs hesab olunmur. İdarənin öhdəlikləri üçün məsuliyyət idarəni yaratmış hüquqi şəxsin üzərinə düşür. Əliquliyev R.. Şükürlü S., Kazımova S. Elmi fəaliyyətdə istifadə olunan terminlər. Bakı, İnformasiya Texnologiyaları, 2009, 201 s.
İşarə
İşarə — Dildə müəyyən mənanın ifadəçisi, göstəricisi, semiotikanın əsas məfhumu. Dilçilikdə işarə olunanla işarə edən arasında kauzal əlaqəni bildirən siqnal və ya əlamət. Məsələn, dərinin sarı rəng olması müəyyən xəstəliyin simptomu ola bilər. Ancaq "sarı" rənglər spektrində konkret bir rəngin adıdır. F. de Sössür dili işarələr sistemi kimi götürür və onun aşağıdakı əlamətlərini müəyyən edir: a) ikitərəflilik. İşarə bir tərəfdən səsi və ya qrafik reallaşan (işarələyən), o biri tərəfdən isə ideyanı, cismin konsepsiyasını bildirir (işarələnən). Məlumdur ki, Ç. Pirs (1839–1914) işarənin güclü tərəfindən çıxış edirdi; işarənin substansiyası, işarələnən və danışan; b) ixtiyarilik. İşarələyənlə işarələnən arasındakı əlaqə şərti olsà da, ixtiyaridir, çünki onlar arasında əlaqənin heç bir motivi yoxdur; c) xəttilik. Mənaca dərk edilən hər bir işarə müəyyən zaman daxilində baş verir. İşarə nəzəriyyəsində üç, bəzən isə dörd aspekt fərqləndirilir: sintaktik aspekt işarələr arasındakı əlaqəni öyrənir (sintaksis), semantik aspekt işarə ilə onun ifadə etdiyi məna arasındakı əlaqəni (semantika), praqmatik aspekt işarə ilə onun spesifik tətbiqi məqam arasındakı əlaqəni (praqmatika) və nəhayət, siqmatik aspekt (işarə ilə xarici aləm arasındakı əlaqəni öyrənir) (siqmatika).
Dinarə Gimatova
Dinarə Gimatova (18 noyabr 1986, Həştərxan) — Azərbaycanı təmsil edən bədii gimnast. == Karyerası == Dinarə Gimatova 2002-ci ilə qədər Rusiya yığmasında çıxış edirdi. Komanda da rəqabət səbəbilə "bir nömrə" ola bilməyəcəyini başa düşən Dinarə Gimatova 2002-ci ildə Azərbaycan vətəndaşlığını qəbul elədi və Azərbaycan bayrağı altında beynəlxalq turnirlərdə mübarizə apardı. Dəfələrlə Azərbaycan Çempionatlarının qalibi və bir sıra beynəlxalq turnirlərin medalçısı olan Dinarə Gimatova 2003-cü ildə Budapeşt şəhərində (Macarıstan) Dünya Çempionatını 8-ci pillədə başa vurdu. Bu nəticələrə əsasən Dinarə Gimatova olimpiya lisenziyasına sahib oldu. Dinarə Gimatova Azərbaycanı 2004-cü ildə Yunanıstanın Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil eləməli idi. Amma həmin ilin avqustunda Patras şəhərində (Yunanıstan) təlim-məşq toplanışları zamanı Dinarə Gimatovanın ayağı burxuldu və yığmanın məşqçiləri onu 17 yaşlı Anna Qurbanova ilə əvəzlədi. Karyerası ərzində Dinarə Gimatova birinci uğurlarına isə 2007-ci ildə imza atdı. Həmin ilin iyununda Azərbaycanda baş tutan Avropa Çempionatında Aliyə Qarayeva, Anna Qurbanova və Dinarə Gimatovadan ibarət Azərbaycan yığması turnirinin nəticələrinə əsasən bürünc medalların sahibi oldu. Sentyabrda isə Aliyə Qarayeva, Anna Qurbanova və Dinarə Gimatovadan ibarət Azərbaycan yığması bu səfər Yunanıstanın Patras şəhərində baş tutan Dünya Çempionatının bürünc medallarına sahib oldu.
Dinarə Gərəkməzli
Gərəkməzli Dinarə İsa qızı (14 aprel 1948, Sərvan) — şair, tərcüməçi, ssenarist, kino redaktoru, 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Dinarə Gərəkməzli 1948-ci il aprelin 14-də Gürcüstanın Marneuli şəhərində qulluqçu ailəsində anadan olmuşdur. 1963-cü ildə ailəliklə Bakıya köçmüşlər. Burada 150 saylı şəhər orta məktəbini bitirmişdir (1966). Aparatçı, tabelçi və "Azərkitab"ın kitab bazasında fəhlə işləmişdir (1966–1969). Moskvada M. Qorki adına Ədəbiyyat İnstitutunun poeziya fakültəsində təhsil almışdır (1969–1974). "Molodyoj Azerbaydjana" qəzeti redaksiyasında müxbir işləmişdir (1974–1977). Hazırda "Azərbaycanfilm" studiyasında redaktor kimi çalışır (1977-ci ildən). Rus dilində yazıb-yaradır. Bədii yaradıcılığa 1967-ci ildən başlamışdır.
Dinarə Kərəkməzli
Gərəkməzli Dinarə İsa qızı (14 aprel 1948, Sərvan) — şair, tərcüməçi, ssenarist, kino redaktoru, 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Dinarə Gərəkməzli 1948-ci il aprelin 14-də Gürcüstanın Marneuli şəhərində qulluqçu ailəsində anadan olmuşdur. 1963-cü ildə ailəliklə Bakıya köçmüşlər. Burada 150 saylı şəhər orta məktəbini bitirmişdir (1966). Aparatçı, tabelçi və "Azərkitab"ın kitab bazasında fəhlə işləmişdir (1966–1969). Moskvada M. Qorki adına Ədəbiyyat İnstitutunun poeziya fakültəsində təhsil almışdır (1969–1974). "Molodyoj Azerbaydjana" qəzeti redaksiyasında müxbir işləmişdir (1974–1977). Hazırda "Azərbaycanfilm" studiyasında redaktor kimi çalışır (1977-ci ildən). Rus dilində yazıb-yaradır. Bədii yaradıcılığa 1967-ci ildən başlamışdır.
Dinarə Yusifova
Dinarə Yusifova (13 yanvar 1958, Qutqaşen) — Azərbaycan aktrisası. == Həyatı == 13 yanvar 1958-ci ildə Qəbələdə anadan olub. Dinarə Yusifova rejissor Fərhad Yusifovun bacısıdır. == Filmoqrafiya == Ad günü (film, 1977) (tammetrajlı bədii film)-rol: qonaq Arxadan vurulan zərbə (film, 1977) Aşkarsızlıq şəraitində...
Minarə Tahirova
Minarə Məmməd qızı Tahirova (1936, Göyçay rayonu, Zaqafqaziya SFSR, SSRİ – 20 oktyabr 2017, Sumqayıt, Azərbaycan) — Azərbaycan Respublikasının Əməkdar müəllimi, "Şöhrət" ordenli pedaqoq. Uzun müddət 1987-ci ildən 2011-ci ilədək Sumqayıt şəhəri N.Gəncəvi adına Texniki və Təbiət Elmləri təmayüllü Liseyin direktoru olmuşdur. Minarə Məmməd qızı Tahirova 1936-cı ildə Göyçayda ziyalı ailəsində anadan olmuşdur. 1954-cü ildə o vaxtkı APİ-nin Tarix fakültəsinə daxil olmuşdur. 1959-cu ildən taleyini Sumqayıtla bağlayıb. O, bu şəhərə münasibətini belə ifadə edir: Əvvəlcə 12 saylı məktəbdə ibtidai sinif müəllimi, sonra indiki 10 saylı məktəbdə direktor müavini, 23 saylı məktəbdə direktor vəzifəsidə çalışmışdır. 1981–1983-cü illərdə Sumqayıt Şəhər Təhsil Şöbəsinin müdiri, 1983–1986-cı illərdə Sumqayıt şəhər Partiya Komitəsinin ikinci katibi vəzifəsində işləmişdir. 1987-ci ildən 2011-ci ilədək Sumqayıt şəhəri N.Gəncəvi adına Texniki və Təbiət Elmləri təmayüllü Liseyin direktoru olmuşdur. Həmin lisey uzun müddət Sumqayıtda "Minarənin liseyi" adı ilə tanınıb. 20 oktyabr 2017-ci ildə Sumqayıt şəhərində vəfat etmişdir.
Minarə məscidi
Minarə məscidi (az-əbcəd. میناره مسجیدی‎) — Qacarlar dönəmində Urmiyada Hacı Əliyarxan sifarişi ilə tikilmiş tarixi məscid. Minarə məscidi Qacarlar dönəmində və 19-cu əsrin sonlarında tikilib. Minarə məscidində 1908-ci ildə quruculuq işləri aparılaraq, restavrasiya edilmişdir. Bu məscid Urmunun başqa məscidləri ilə fərqli olaraq, bir uca minarəyə malik olmasına görə belə adlandırılmışdır. İndilikdə məscid Urmunun mərkəzi hissəsi olan İmam xiyabanında yerləşir. Minarə məscidi kiçik bir məscid olaraq, həyət, eyvan və hovuzu yoxdur. Bu məscid bir uca minarəsi olmaqla, günbəzsizdir. Amma damının qabarıq olmasına görə ilk baxanda günbəzli bir məscidə bənzəyir. Məscidin tikintisində işlədilən əsas materiallar kərpic, daş və ağacdır.
Sükanla idarə
Sükanla idarə — nəqliyyat vasitələrinin hərəkət istiqamətinin sükanla idarə sistemidir. O, təkərlərin (və ya digər hərəkət vasitələri, məsələn: xizək) vəziyəti ilə sükan arasında (dönmə bucağı) proporsional əlaqə yaradan mexanizmlərdən ibarətdir. 4WS (4 Wheel Steering, ingil. 4 idarə olunan təkər) — avtomobilin arxa təkərlərini döndərən sistem. Yüksək sürətlərdə arxa təkərlər (eynilə qabaq təkərlər kimi) dönmə istiqamətinə dönürlər, bu kəskin manevrlərdə avtomobilin stabilliyini artırır. Kiçik sürətlərdə isə əks hal baş verir: arxa təkərlər qabaqdakıların əksinə dönərək manevretmə qabiliyyətini yüksəldir və dönmə radiusunu kiçildirlər. Avtomobillərdə sükanla idarə sükanön fırlanma hərəkətini idarə olunan təkərlərin dönməsinə çevirən mexaniki reduktor və dartıcı sistemdən ibarətdir. Sükanın və təkərin dönmə bucaqları arasındakı nisbət adətən 15:1 … 25:1 arasında yerləşir və ötürmə nisbəti adlanır. Təkərlərin müxtəlif bucaqlara dönməsini təmin edən dartıcılar sisteminə sükan trapesiyasını təşkil edir. Traktorlarda quruluşundan asılı olaraq iki idarəetmə növü məlumdur: qabaq təkərlərin dönməsi *avtomobillərə analoji olaraq) və ya yarımçərçivələrin dönməsi.
Uzaqdan idarə
Uzaqdan idarə — uzaqdan idarə elektron cihazların, məşhur olaraq televizorların, DVD oxuyucu və digər audio, video qurğuların qısa məsafələrdə uzaqdan idarə ediləbilməsini təmin edən hissəsidir. Uzaqdan idarə ilk nümunələrindən biri, 1898-ci ildə Nikola Tesla tərəfindən "Hərəkət edən vasitə və ya vasitələrin mexanizmlərinin idarəsi üçün cihaz texnikası" adı ilə inkişaf etdirildi. 29 iyun 1956-cı ildə avstriya əsilli amerikalı ixtiraçı Robert Adler (Robert Adler) televizor üçün ilk pultu yaratmışdır. Zenith Space Commander adlanan bu pult mexaniki idi və kanalın və səsin dəyişdirilməsi üçün ultrasəsdən istifadə edirdi. Maraqlıdır ki, xanımının sözlərinə görə, Adler nadir hallarda televizora baxırdı, o mütaliə etməyi daha üstün tuturdu. Görkəmli ixtiraçı 180 patentin müəllifidir. Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: “İnformasiya Texnologiyaları” nəşriyyatı, 2013, 169 səh.
Xəncər (işarə)
Tipoqrafik xəncər – † simvolu. "Mətbəə xaçı", "obelisk", "ölü işarə" də adlandırırlar. Bəzən haşiyəni (səhifənin aşağısında xətt altında yazılan mətni, qeydi, izahatı) göstərmək üçün istifadə olunur. Azərbaycan mətbəəçiliyində, praktik olaraq, işlədilmir, "qoşa xaç"dan isə, ümumiyyətlə, istifadə olunmur. Bəzi nəşrlərdə onunla ölüm tarixini göstərirlər, doğum tarixi isə ulduz (*) işarəsi ilə qeyd olunur. Avropa mətbəəçiliyində "xəncər"dən əsasən ikinci haşiyə işarəsi (* ulduzdan sonra), "qoşa xaç"dan isə üçüncü haşiyə işarəsi (* ulduz və † xəncərdən sonra) kimi istifadə olunur. Linqvistikada və bəzən etnoqrafiyada ölmüş dilləri və yox olmuş xalqları göstərmək üçün bu işarədən istifadə olunur. Mötərizədə xəncər (†) isə, demək olar ki, ölmüş dilləri və ya yox olmuş xalqları göstərir. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Yivli minarə
Yivli Minarə — Antalyadakı ilk İslam tikililərindəndir. XIII əsrə aid bir Səlcuqlu əsəridir. Qaydası kəsmə daşdandır. Gövdə hissəsi kərpic və firuzə rəngli çinilərdən tikilmişdir. 8 Yivlidir. Minarə hazırda Antalya şəhərinin simvolu halına gəlmişdir. Hündürlüyü 38 mt olub 90 pilləli pilləkən ilə çıxılır. Yivli minarənin bir qismi kərpic və firuzə rəngli kaşılardan yaranmışdır. Yivllərinə görə Yivli Minarə adı verilmişdir. Qalaqapısı səmtində yerləşən və çoxsaylı Səlcuqlu yaradıcılığından ibarət əsərlər birliyidir.
Çinarə Köçəriyeva
Çinarə Köçərli (tam adı: Çinarə Mahir qızı Köçəriyeva) — azərbaycanlı yazıçı; uşaq hekayələri yazarı; Azərbaycan Yazıçılar Birliyinin üzvü; 10-dan çox uşaq kitabının müəllifi və "Ting" nəşriyyatının təsisçisidir. Çinarə Mahir qızı Köçəriyeva 1985-ci ildə anadan olub. 2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin "Marketinq" fakültəsini "Reklam işi" ixitisası üzrə bitirib. Dizayn proqramları (Corel Draw, Photoshop, AutoCad, 3DxMax, ArchiCad) üzrə ixtisaslaşıb. Rus dili, İngilis dili, Ərəb dili olmaqla 3 əcnəbi dil bilir. 2006-cı ildə "İdeal" dizayn mərkəzinin təsisçisi olub. 2009-cu ildə Ərəb dilinin qrammatikası və dili üzrə təhsil alıb, ixtisaslaşıb. 2012-ci ildə uşaqlar üçün ilk rəngli illüstrasiyalı "Ərəb Əlifbası" kitabı nəşr edilib. Bu kitab həmçinin Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının fonduna daxil edilib. 2013-cü ildə şəkilli hekayələrdən ibarət, uşaqlar üçün "Hədislərlə 100 hekayə" kitabı nəşr edilib.
Çinarə Köçərli
Çinarə Köçərli (tam adı: Çinarə Mahir qızı Köçəriyeva) — azərbaycanlı yazıçı; uşaq hekayələri yazarı; Azərbaycan Yazıçılar Birliyinin üzvü; 10-dan çox uşaq kitabının müəllifi və "Ting" nəşriyyatının təsisçisidir. Çinarə Mahir qızı Köçəriyeva 1985-ci ildə anadan olub. 2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin "Marketinq" fakültəsini "Reklam işi" ixitisası üzrə bitirib. Dizayn proqramları (Corel Draw, Photoshop, AutoCad, 3DxMax, ArchiCad) üzrə ixtisaslaşıb. Rus dili, İngilis dili, Ərəb dili olmaqla 3 əcnəbi dil bilir. 2006-cı ildə "İdeal" dizayn mərkəzinin təsisçisi olub. 2009-cu ildə Ərəb dilinin qrammatikası və dili üzrə təhsil alıb, ixtisaslaşıb. 2012-ci ildə uşaqlar üçün ilk rəngli illüstrasiyalı "Ərəb Əlifbası" kitabı nəşr edilib. Bu kitab həmçinin Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının fonduna daxil edilib. 2013-cü ildə şəkilli hekayələrdən ibarət, uşaqlar üçün "Hədislərlə 100 hekayə" kitabı nəşr edilib.
İcarə (mülkiyyət)
İcarə (lat. arrendare — icarəyə vermək) — mülkiyyətin müəyyən məbləğə müvəqqəti olaraq başqasının idarəçiliyinə verilməsi. Honkonqun Kozvey Bey küçəsi dünyanın ən bahalı icarə küçəsidir. Cushman & Wakefield şirkətinin tədqiqatlarına görə bu küçədə 2012-ci ilin birinci yarısında bir kvadrat metrə icarə haqqı 22 307 avro təşkil edib.
İqtisadi icarə
İqtisadi icarə — sahibinə və ya istehsal amilinə bu faktoru istehsala gətirmək üçün lazım olan xərcləri aşan hər hansı bir ödənişdir. Klassik iqtisadiyyatda iqtisadi kira, yer (torpaq) kimi istehsal olunmamış girişlər və təbii fürsətlər (məsələn, patentlər) üzərində rəsmi imtiyaz yaratmaqla formalaşan varlıqlar üçün alınan hər hansı bir ödənişdir (ehtimal olunan dəyər daxil olmaqla) və ya fayda. Neoklasik iqtisadiyyatın əxlaq iqtisadiyyatında iqtisadi kira, əmək gildiyaları və qeyri-rəsmi korrupsiya kimi əmək və ya digər "uydurulmuş" şəxslərin (bazarın təbiidir və dövlət və sosial güzəştlər tərəfindən meydana gəlmədiyi fərz olunur) dövlət faydalananlarının qazandığı gəlirləri əhatə edir. İqtisadiyyat ənənəsinin əxlaq iqtisadiyyatında geniş şəkildə iqtisadi renta istehsalçının artığına və ya normal mənfəətə qarşı çıxır və bunların hər ikisi də məhsuldar insan fəaliyyətini əhatə edəcək şəkildə nəzəriyyə olunur. İqtisadi renta, fürsət qiymətinin vacib bir komponent olduğu iqtisadi mənfəətdən fərqli olaraq fürsət maliyyətindən də müstəqildir. İqtisadi renta qazanılmamış gəlir kimi qəbul edilir , iqtisadi mənfəət isə riskə görə tənzimlənən alternativlər arasından seçim edərək qazanılan gəlirləri izah edən daha dar bir müddətdir. İqtisadi mənfəətdən fərqli olaraq iqtisadi renta rəqabət yolu ilə nəzəri cəhətdən aradan qaldırıla bilməz, çünki gəlir alanın icarəyə götürülən obyektin yaxşılaşdırılması kimi edə biləcəyi hər hansı bir hərəkət daha sonra ümumi gəliri müqavilə icarəsinə çevirəcəkdir. Hələ də ümumi gəlir iqtisadi qazancdan (qazanılan) və iqtisadi icarədən (qazanılmamış) ibarətdir. İstehsal olunmuş məhsul üçün iqtisadi icarə patentin qanuni mülkiyyətinə (bir prosesin və ya tərkib hissəsinin istifadəsi üçün siyasi olaraq tətbiq olunan hüquqa) görə ola bilər. Təhsil və peşə lisenziyalaşdırması üçün bilik, performans və etik standartlar, eləcə də icazə və lisenziyaların dəyəri, yalnız qiymətə rəqabət etmək istəyənlərin səriştəsindən və istəklərindən asılı olmayaraq, onların sayına görə kollektiv olaraq nəzarət olunur.
İcarə (idman)
İdman (ing. sport) — insanların müəyyən qayda üzrə təşkil edilmiş hərəkəti. ABŞ-nin elm adamlarının uzun müddətli araşdırmalarından sonra idmanın insan orqanizminə olan təsirlərinin ancaq müsbət yöndə olduğu aşkarlanmışdır. İdman ümumiyyətlə fiziki atletizm və ya fiziki çevikliyə əsaslanan fəaliyyət sistemi olaraq qəbul edilir və Olimpiya Oyunları kimi böyük yarışlarda yalnız bu tərifə cavab verən idman növləri qəbul edilir. Avropa Şurası kimi digər təşkilatlar fiziki elementi olmayan fəaliyyətləri idman növü kimi təsnif etmir. İdmanla məşğul olmağın orqanizmə bir çox faydaları vardır. Məsələn: İdman insanın əhval-ruhiyyəsini yüksəldir. Belə ki, idmanla məşğul olduqdan sonra insan özünü əvvəlkindən daha yaxşı hiss edir. İdman narahatlığı və gərginliyi aradan qaldırır. Vaxtaşırı idmanla məşğul olmaq ürəyi gücləndirir, yüksək qan təzyiqini və qanda xolesterinin miqdarını nizamlayır ki, bu da bir çox xroniki xəstəliyin qarşısını alır.
Əyri minarə
Əyri minarə (ərəb. منارة الحدباء‎) ― İraqın Nineva əyalətinin inzibati mərkəzi Mosul şəhərində, xüsusilə də Mosulda Dəclə çayının sağ sahilində (qərb) yerləşən Qədimi şəhər ərazisindəki böyük əl-Nuri məscidinin minarəsinə deyilir. Əl-Nuri məscidi minarəsi ilə birgə əslən Səlcuq əmirlərindən olan Nurəddin Zəngi tərəfindən 1172-ci ildə tikilib. Əyri minarə və Ən-Nuri məscidi İraqın tarixi məscidlərindən biridir və onun yaşı təxminən doqquz əsrdir. Məscid şəhərdəki Əməvilər məscidindən sonra Mosulda tikilən ikinci məscid hesab olunur. Bir neçə dəfə yenidən qurulmuş, sonuncusu dəfə isə hicri 1363 / miladi 1944-cü ildə təmir edilmişdir. Məscid orijinal binanın yeganə qalan hissəsi olan şərqə doğru əyilmiş minarəsi ilə məşhurdur. Ona görə Əl-Hədbə (əyri) sözü adətən Mosulla əlaqələndirilir və bu mayaka bənzər minarə şəhərin ən görkəmli tarixi abidələrindən biridir. Baxımsızlıq üzündən minarə uçmaq təhlükəsi ilə üzləşdiyindən İraqın Turizm və Qədim Əsərlər Nazirliyi tərəfindən bir neçə dəfə onu təmir etmək cəhdləri olub, lakin bu cəhdlər lazımi səviyyədə olmayıb. 2014-cü ildə İŞİD terror təşkilatı ilə döyüşdən sonra ciddi xəsarət alıb və daha sonra minarə bəzi videogörüntülərə görə elə içəridən yerləşdirilən partlayıcılarla partladılıb.
Çinarə Məlikzadə
Çinarə Məlikzadə (11 oktyabr 1990, Bakı) — Azərbaycanlı müğənni, aktrisa. Mustafa Ceceli, Haluk Levent, Rafet El Roman kimi sənətçilər ilə duetlər ifa edib və birlikdə səhnəyə çıxıb. Çinarə Məlikzadə 11 oktyabr 1990-cı ildə Bakıda anadan olub. Kiçik yaşlarından musiqiyə maraq göstərən Çinarə Məlikzadə xalq artisti Oqtay Zülfiqarovdan xanəndəlik dərsi alıb və musiqi məktəbində fortepiano üzrə oxuyub. 2008–2012-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsini bitirib. "Pöhrə", "Yeni Ulduz", "O səs Türkiye" kimi bir çox müsabiqələrdə iştirak edib. Çinarə Məlikzadə "Gedək üzü küləyə" mahnısı ilə məşhurlaşdıqdan sonra solo fəaliyyətə başlayıb. O, hazırda həm filmlərə çəkilir, həm də solo ifaçıdır. Mustafa Ceceli, Haluk Levent, Rafet El Roman kimi sənətçilər ilə duetlər ifa edib və birlikdə səhnəyə çıxıb. Vətən müharibəsi dövründə ifa etdiyi "Azərbaycan" mahnısı ilə məşhurlaşıb.
Dinarə Əliyeva
Dinarə Əliyeva (17 dekabr 1980, Bakı) – Azərbaycan və Rusiya opera ifaçısı (soprano), Azərbaycanın xalq artisti (2018). == Həyatı == Dinarə Əliyeva 1980-ci ildə Bakı şəhərində anadan olmuşdur. Bülbül adına orta ixtisas musiqi məktəbini 1998-ci ildə bitirmişdi. 2004-cü ildə isə Bakı Musiqi Akademiyasını magistr pilləsi üzrə bitirmişdir. Hazırda Musiqi Akademiyasının aspiranturasında təhsil alır. Hələ 1998-ci ildə Bülbül adına məktəbin şagirdi ikən D. Əliyeva Vokalçıların orta ixtisas musiqi məktəbləri üzrə keçirilən VII Respublika müsabiqəsində iştirak etmiş və müsabiqənin laureatı olmuşdu. 2002 – 2005 illərdə Azərbaycan Dövlət Opera və Balet teatırın solistı olub. 2004-cü ilin əvvəllərində, Dinara Əliyeva Puççininin "Boqema" operasının tamaşasında ifa etdiyi Mimi partiyası müğənnin simasında milli opera səhnəmizdə yeni bir ulduzun parladığını xəbər verdi. 2005-ci ildə C. Verdinin "Trubadur" operasının tamaşasında Leonora partiyası ilə Dinarə öz sənət bioqrafiyasına daha bir uğur yazmışdır. Hazırda isə D. Əliyeva "Traviata" operasında əsas partiyalardan biri Violetta partiyası üzərində çalışır.
İndre Girdauskayte