JELATİN

I
сущ. желатин (прозрачное белковое вещество, употребляемое в кулинарии, фотографии, кинопроизводстве). Yeyinti jelatini пищевой желатин, fotoqrafiya jelatini фотографический желатин
II
прил. желатиновый, желатинный:
1. относящийся к желатину. Jelatin istehsalı желатиновое производство
2. приготовленный, сделанный из желатина. Jelatin həlməşiyi желатиновый студень, jelatin lövhəciyi желатиновая пластинка
3. содержащий в себе желатин. фото. Jelatin qarışığı желатиновая смесь, jelatin kütləsi желатиновая масса
JE
JELATİNƏBƏNZƏR
OBASTAN VİKİ
Jelatin
Jelatin (fr. gelatine, lat. gelātus "dondurulmuş") — Jelatin qida, eləcə də, qeyri-ərzaq sənayesində geniş tətbiq olunan, toksik olmayan və bioloji parçalana bilən xüsusiyyətlərə malik, heyvanların birləşdirici toxumalarından alınan makromolekulyar birləşmədir. Ayrı-ayrı spiral zəncirlərin ümumi molekulyar ox ətrafında spiralvari şəkildə bağlandığı üç zəncirli quruluşa malik ağ və ya sarımtıl, şəffaf, parıltılı bərk maddədir. Jelatin kollagenin dönməz şəkildə hidrolizə edilmiş formasıdır, burada hidroliz protein liflərini daha kiçik peptidlərə azaldır; denaturasiyanın fiziki və kimyəvi üsullarından asılı olaraq, peptidlərin molekulyar çəkisi geniş diapazona düşür. Jelatin kövrəkdir, təbəqə, lopa və ya toz şəklində ola bilir. İsti su, qliserin və sirkə turşusu kimi polyar həlledicilərdə həll olur, lakin spirt kimi üzvi həlledicilərdə həll olma başş vermir. Jelatin suda çəkisinin 5-10 qatını uda bilir və bu zaman gel əmələ gətirir. Jelatinin əmələ gətirdiyi gel yenidən qızdırılmaqla əridilə bilər və gərginlik altında artan özlülüyünə malikdir. Jelatin-su qarışığının özlülüyü jelatinin konsentrasiyası yüksək olduqda və qarışıq təxminən 4 °C (39 °F) temperaturda sərin saxlanıldıqda ən yüksək həddinə çatır.

Digər lüğətlərdə