jele
jest
OBASTAN VİKİ
Jenşen
Jenşen (lat. Panax) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin araliyakimilər fəsiləsinə aid bitki cinsi. Jenşen şəfalı bitki kimi yüz ildən çoxdur ki, istifadə edilməkdədir. Çin ölkələrində becərilsə də vətəni Çənubi Amerikanın qərb hissəsi hesab edilir. XIX əsrdən bu bitkinin kökləri və yarpaqları ABŞ-də ağdərililər tərəfından müalicə məqsədilə Çin və Hong-Konglu tacirlərə satılır. Nyu-York və Kanadanın Ontario bölgəsində yayılmışdır. Ancaq məşhurluğu və şəfalı bitki kimi tez-tez istifadə edilməsinə məruz qalması, çox toplanması səbəbindən məhvolma altındadır. Artıq ABŞ ilə Kanadanın bir çox sahələrində çətin rast gəlinən hala gəlmişdir. Yeni şəhərsalma, marallar tərəfindən istehlak edilmə də həyat sahələrinin daralmasına gətirib çıxarmışdır.
Jenşen (cins)
Yalançı jenşen
Yalançı jenşen (lat. Panax pseudoginseng) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin araliyakimilər fəsiləsinin jenşen cinsinə aid bitki növü. P. pseudoginseng ssp. himalaicus P. pseudoginseng ssp. pseudoginseng P. pseudoginseng ssp.
Üçyarpaq jenşen
Üçyarpaq jenşen (lat. Panax trifolius) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin araliyakimilər fəsiləsinin jenşen cinsinə aid bitki növü.
Adi jenşen
Adi jenşen (lat. Panax ginseng) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin araliyakimilər fəsiləsinin jenşen cinsinə aid bitki növü. == Tarixçə == Jenşen bitkisi haqqında ilk tarixi məlumat e. ə. I əsrə aid olan və "Şennunbentsao" adlanan dərman maddələri haqda qədim çin yazısında qeyd olunub. Buna baxmayaraq şərq təbabətində onun istifadəsinin 4-5 min illik tarixi var. Tibb tarixində jenşen qədər əfsanəvi ikinci bir bitki olmayıb. İnsanlar onun nəinki bütün xəstəliklərin çarəsi olduğuna, həmçinin ölən adama həyat qaytardığına inanırdılar. Əhali arasında ona "həyat kökü", "dünyanın möcüzəsi", "ölməzlik zərbəsi" kimi adlar verilmişdi. Bitkinin belə qeyri-adi şöhrəti “jenşen qızdırmasının” yaranmasına və bir çox cinayət və bədbəxtliklərə səbəb olmuşdur.

Digər lüğətlərdə