Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Atiye
Atiyə Dəniz (22 noyabr 1988, Bremen) — türk-holland milliyətli müğənni və bəstəkar. == Həyat və Karyerası == Uşaq yaşlarından etibarən musiqiyə bağlı olan müğənni, 6 yaşında piano dərsləri almağa başlamışdır. Səs təhsilinə opera sənətçisi və İzmir Dövlət Opera və Baleti Şan pedoqoqu Bariton Aşkın Metiner ilə başlayan Atiyə hələ də bu məşqlərinə davam edir. Ailəsindən gələn musiqi mədəniyyəti və atasının çaldığı tembr nağaraları ilə bərabər musiqi məşqlərini sürətləndirməş və hələ 19 yaşında ikən, 2007-ci ilin Mart ayında ilk studiya albomu "Gözyaşlarım"ı çıxarmışdır. Albomda həm ingiliscə həm də türkcə mahnıları olan Atiye, çıxış mahnısı "Don't think" mahhnısı ilə internetdə qısa zaman kəsiyində populyarlaşmağı bacarmışdır. Bu mahnısıyla 2007-ci ildə qurulan beynəlxalq "Kral Tv Video Musiqi Mükafatları"nda "Ən yaxşı çıxış edən qadın sənətiçi" mükafatını almışdır.
Mişa Titiyev
Mişa Titiyev (ing. Mischa Titiev; 1901, Kremençuk, Poltava quberniyası[d] – 1978) – rus əsilli ABŞ antropoloqu. Kremençuq şəhərində doğulmuş, 1907-ci ildə ailəsi ilə birlikdə ABŞ-nin Boston şəhərinə köçmüşdür. == Karyerası == Titiyev Harvard Universitetində təhsili alaraq 1923-cü ildə bakalavr dərəcəsi, 1924-cü ildə ingilis ədəbiyyatı üzrə magistr dərəcəsi, 1935-ci ildə antropologiya üzrə fəlsəfə doktoru dərəcəsi almışdır. O, 1935-36-cı illərdə ABŞ Milli Park Xidməti üçün köməkçi muzey kuratoru və gənc arxeoloq olaraq işləmişdir. 1936-cı ildə Miçiqan Universitetində işləməyə başlamış, 1951-ci ildə universitetin professoru olmuşdur.İkinci dünya müharibəsi zamanı Strateji Servis Ofisi üçün işləmişdir. 1954-cü ildə Fulbrayt təqaüdü əsasında Avstraliya Milli Universitetinin professoru olmuşdur. Təhsil sahəsindən təqaüdə çıxdıqdan sonra Miçiqan Universitetinin emerit professoru adına layiq görülmüşdür. == Araşdırmaları == Titiyevin əsas akademik maraqları hopilərin etnologiyası, Yaponiya və Peruda yaşayan yaponların sosial təşkilatlanması, Çilidə yaşayan araukanların etnologiyası olmuşdur. O, Arizona ştatında hopilər, Çilidə araukanlar, Peruda yaponlar və Yaponiyanın Okayama bölgəsində yerlilər arasında sahə araşdırması aparmışdır.
Pitivye (rayon)
Pitivye (fr. Pithiviers) — Fransanın Mərkəz - Luara vadisi regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Luare (departament). Suprefektura — Pitivye. Rayon əhalisi 2006-cı ildə 59 924 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 50 nəf / km². Rayon sahəsi — 1198 km².
Atiye (albom)
Atiye - türk müğənni Atiyə Dənizin ikinci studiya albomu. == Albom haqqında == 24 mart 2009-cu ildə "Atiye" adlı ikinci studiya albomunu Sony BMG etiketi ilə satışa buraxan müğənni, bu albomun ilk video klipini Murad Küçük-ün rejissorluğu ilə Muamma adlı mahnıya çəkmişdir. Bu mahnısı Billboard Türkiyənin Top 20 listində 5-ci yerə, MTV Türkiyənin 5+TR siyahısında isə ilk həftədə 1-ci yerə yüksəlmişdir. Bu albomda Nazan Öncelin mahnısı olan "Aşkına da sana da" və Teoman ilə duet olaraq oxuduğu "Kal" adlı mahnıları da dinləyicilər tərəfindən rəğbət qazanmış və hitə çevrilmişdir. Albomun ikinci klipi "Salla" adlı mahnıya çəkilib. Bu klip də həmçinin Murad Küçük tərəfindən çəkilmiş və iyun ayında yayımlanmışdır. Mahnı Powertürk, Kral TV və Number One TV-də 4, MTV Türkiyə və Billboard Türkiyədə isə 3-cü yerə qədər yüksəlmişdir. Alboma daxil olan "Muamma" və "Salla" sinqlları Balkan ölkələrində də uğurlu olmuş və Balkanika TV-də yayımlanmışdır. Albomun üçüncü klipi olaraq noyabr ayında "Deli ya" adlı mahnı seçilmiş və bu mahnıya klip Kıbrısda çəkilən konsertdən götürülmüş hissələrlə düzəldilmişdir. Albomun dördüncü video klipi də Teomanla birlikdə oxuduğu duetə-Kal duetinə olmuşdur.
Atiye (serial)
Atiye (ing. The Gift) — Türkiyə istehsalı internet serialı. Yazıçı Şengül Boybaşın Dünyanın oyanışı adlı əsərinə əsaslanır. == Mövzu == İstanbul əsilli bir rəssam Atiye, universal sirrlərə sahib olduğu və keçmişi ilə əlaqəli bir arxeoloji bir yer araşdırmaq üçün bir macəraya imza atır. == Çəkilişlər == Serial çəkilişləri Göbeklitepe- də aparılmaqdadır.
Anri Fransua Pittye
Anri Fransua Pittye de Fabreqa (fr. Henri François Pittier de Fábrega; 13 avqust 1857 – 27 yanvar 1950, Karakas) — Venesuela florasını öyrənən İsveçrə botanik-sistematiki. == Pittenin şərəfinə adlandırılmış taksonlar == Pittiera Cogn., 1891 [= Polyclathra Bertol., 1840] Pittierella Schltr., 1906 [= Cryptocentrum Benth., 1880] Pittierothamnus Steyerm., 1962 [= Amphidasya Standl., 1936] == Bəzi elmi işləri == Durand T.; Pittier, H. (1882—1885). Catalogue de la flore vaudoise. 3 vols. Pittier, H. (1891). Viaje de exploración al valle del Río Grande de Térraba. 138 p. Pittier, H. (1906). Ensayo sobre las plantas usuales de Costa Rica.
Atiye (serial, 2019)
Atiye (ing. The Gift) — Türkiyə istehsalı internet serialı. Yazıçı Şengül Boybaşın Dünyanın oyanışı adlı əsərinə əsaslanır. == Mövzu == İstanbul əsilli bir rəssam Atiye, universal sirrlərə sahib olduğu və keçmişi ilə əlaqəli bir arxeoloji bir yer araşdırmaq üçün bir macəraya imza atır. == Çəkilişlər == Serial çəkilişləri Göbeklitepe- də aparılmaqdadır.
Le-Tiye
Le-Tiye (fr. Le Thillay) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Sarsel, kanton — Qoness. Əhalisi — 3.969 nəfər (2006). Bələdiyyə Paris şəhərinin təxminən 18 km şimal-şərqdə, Serji belediyyənin 30 km şərqdə yerləşir.
Moris Tiye
Moris Tiye (fr. Maurice Tillet) — fransız güləşçi, poliqlot, "Şrek" cizgi filminin əsas qəhrəmanının prototipi. == Həyatı == Moris Tiye 1903-cü il 23 oktyabrda Rusiyada, Uralda fransız ailəsində anadan olub. Anası müəllimə, atası dəmiryolunda mühəndis işləyib. Kiçik yaşlarında atası dünyasını dəyişir. Rusiyada 1917-ci il inqilabından sonra Tiye anası ilə birlikdə Rusiyanı tərk edir və Fransaya, Reyms bölgəsinə yerləşirlər. Tiye 17 yaşından sonra qəribə xəstəliyə yoluxur. Həkimlər ona "akromeqaliya" diaqnozu qoyurlar. Bu xəstəlik sümüklərin böyüməsinə səbəb olan nadir xəstəliklərdəndir. Belə ki, Tiyenin boyu 170 sm olduğu halda, çəkisi 122 kq idi.
Ziviyə
Ziviyə dəfinəsi — İranın Kürdüstan ostanının ərazisində, Manna dövlətinə aid arxeoloji abidə kompleksi. ‎Ziviyə (Qürvə) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd.
İjiyə
İjiyə — İranın İsfahan ostanının İsfahan şəhristanının Cülgə bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,309 nəfər və 948 ailədən ibarət idi.
Tiğiyə (Nəmin)
Tiğiyə (fars. تيغيه‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 215 nəfər yaşayır (44 ailə).
Ziviyə (Qürvə)
Ziviyə (fars. زيويه‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 291 nəfər yaşayır (67 ailə). Əhalisini kürdlər təşkil edir.
Ziviyə dəfinəsi
Ziviyə — İranın Kürdüstan ostanının ərazisində, Manna dövlətinə aid arxeoloji abidə kompleksi. Ziviyə abidələri daha çox buradan tapılan dəfinə ilə məşhurlaşmışdır. Dəfinə, Saqqız yaxınlığında Ziviyə kəndinin sakinləri tərəfindən aşkarlanmışdır. R.Girşman hesab edir ki, bu yeri tutan skiflər ona öz adlarını vermiş və Saqqız sözü saka sözündən törəmişdir. Ziviyə kəndinin adı II Sarqonun və Aşşurbanipalın kitabələrində Zibia-İzzibia-Uzbia kimi qeyd edilmişdir. R.Daysonun tədqiq etdiyi ərazinin təsvirinə görə Zibia, görünür əhalinin yaşadığı yer – yaşayış yeri yox, daha mühüm yaşayış yerinə gedən yolu kəsən və ancaq qoşun yerləşdirilən adi istehkam məntəqəsi olmuşdur. Ziviyə dəfinəsi əşyaları e.ə. IX-VII əsrlərə aid edilir. Kubanyanı və Şimali Qara dənizyanı skif kurqanlarının sənət abidələri ilə müqayisə edilən Ziviyə dəfinəsinin skif üslublu qızıl əşyalarını B.B.Piotrovski e.ə. VII əsrin sonlarına aid edir.
Atiyə Dəniz
Atiyə Dəniz (22 noyabr 1988, Bremen) — türk-holland milliyətli müğənni və bəstəkar. == Həyat və Karyerası == Uşaq yaşlarından etibarən musiqiyə bağlı olan müğənni, 6 yaşında piano dərsləri almağa başlamışdır. Səs təhsilinə opera sənətçisi və İzmir Dövlət Opera və Baleti Şan pedoqoqu Bariton Aşkın Metiner ilə başlayan Atiyə hələ də bu məşqlərinə davam edir. Ailəsindən gələn musiqi mədəniyyəti və atasının çaldığı tembr nağaraları ilə bərabər musiqi məşqlərini sürətləndirməş və hələ 19 yaşında ikən, 2007-ci ilin Mart ayında ilk studiya albomu "Gözyaşlarım"ı çıxarmışdır. Albomda həm ingiliscə həm də türkcə mahnıları olan Atiye, çıxış mahnısı "Don't think" mahhnısı ilə internetdə qısa zaman kəsiyində populyarlaşmağı bacarmışdır. Bu mahnısıyla 2007-ci ildə qurulan beynəlxalq "Kral Tv Video Musiqi Mükafatları"nda "Ən yaxşı çıxış edən qadın sənətiçi" mükafatını almışdır.
Atiyə Sultan
Atiyə Sultan (2 yanvar 1824, Konstantinopol – 11 avqust 1850, Konstantinopol) — 30. Osmanlı sultanı II Mahmudun qızı. == Həyatı == Atiyə Sultan 2 yanvar 1824-cü ildə Topqapı sarayında dünyaya gəldi. Atası Sultan Mahmud, anası isə Pərviz-fələk Sultandır. Ondan yaşca kiçik 2 doğma bacısı dünyaya gəlsə də, bunlardan Xədicə Sultan 17 yaşında, Fatma Sultan isə cəmi bir yaşında ikən vəfat etmişdir. 1839-cu ildə atası vəfat etdi və ögey qardaşı Sultan Əbdülməcid taxta çıxdı. Cəmi bir il sonra 8 yanvar 1840-cı ildə qardaşı onu Rodoslu Əhməd Fəthi Paşayla nişanladı. Həmin ilin 25 iyununda şeyxülislam Mustafa Asım Əfəndi tərəfindən nigahlanan cütlüyün toy mərasimi 7 avqust 1840-cı ildə Dolmabağça sarayında baş tutdu və yeddi gün boyunca davam etdi. Mərasimin ardından Arnavutköy sahilsarayında yaşayan cütlüyün bu nigahdan 2 qızı dünyaya gəldi. Ancaq əri Əhməd Fəthi Paşa daha öncə Ayşə Şəmsinur (ö.
Rıtıy burnu
Rıtıy burnu (bur. Хээрэ Хушуун, (rus. Рытый) — Baykal gölünün şimal-qərb sahilində yerləşən burun. İrkutsk şəhərindən 310 km şimal-şərqdədoir. Burada geniş otlaqlar vardır. == Elmi faktlar == Burun Baykal gölünün daxilinə 2 km məsafədə uzanır. Onu Olxon adasından asanlıqla görmək mümklkündür. Ritıy çaylarının vadisi geoloji çatlar üzərində yerləşir. Rıtıy burnundan Barquzin çayının vadisinə qədər Baykalıq sahili ilə səkkiz iri təpə uzanır. Geoloji düzülüşdə alt proterozoy erasının dağ suxurları üstünlük təşkil edir.
Bozsifət xortumlu itiyəz
Bozsifət xortumlu itiyəz (lat. Rhynchocyon udzungwensis) — xortumlu itciyəc cinsinə aid heyvan növü.
Burnaz Atiyə Sultan
Burnaz Atikə Sultan (1614, Konstantinopol, Osmanlı imperiyası – 1674, Konstantinopol, Osmanlı imperiyası) — 14-cü Osmanlı sultanı I Əhmədin qızı. == Həyatı == Atikə Sultan 1614-cü ildə İstanbulda dünyaya gəlmişdir. Atası Osmanlı sultanı I Əhməd, anası isə Mahpeykər Kösəm Sultandır. Şahzadə Qasımın əkizidir. Uşaqlıq illəri ilə bağlı yetərli məlumat yoxdur. Ancaq 1617-ci ilin noyabrında atası Sultan Əhmədin vəfat etməsiylə anası Mahpeykər Kösəm Sultan və bacıları Fatma, Abidə, Xanzadə və Aişəylə birlikdə Köhnə saraya göndərildilər. Əmisi Sulan Mustafanın və ögey qardaşı Sultan Osmanın qısa səltənətlərinin ardından doğma qardaşı Sultan Muradın 1623-cü ilin sentyabrında taxta çıxmasının ardından anası və bacıları ilə birlikdə yenidən Topqapı sarayında yaşamağa başladılar. 1633-cü ildə qardaşı Sultan Muradın istəyilə kaptan-ı dərya Bostancı Cəfər Paşayla nigahlandı. Ancaq Cəfər Paşa qısa zaman sonra gözdən düşdü və cəmi bir il sonra - 30 iyun 1634-cü ildə vəzifədən alındı. Bununla yanaşı Sultan Muradın əmriylə Atikə Sultandan boşandı və paytaxtdan uzaqlaşdırıldı.