jığ-jığ 2021
jiletka 2021
OBASTAN VİKİ
Qırmızı jiletli oğlan
"Qırmızı jiletli oğlan" — Pol Sezanın 1889 və ya 1890-cı ildə yaratdığı yaradıcılığının yetkinlik dövrünə aid əsəridir. Sürixdə Emil Byurle fondunun kolleksiyasında saxlanılır. Sezann bu italyan oğlanın qırmızı jiletdə dörd fərqli portretini çəkmiş, oğlan və mühit arasındakı əlaqələri araşdırmışdır. Portretlərin ən məşhuru, masa arxasında başını ovucuna söykəyərək melankolik pozada oturan uşağı təsvir edir. Emil Byurle fondunun kolleksiyası, rəsmin "diqqətlə düşünülmüş kompozisiya ilə birbaşa bədii hissiyat arasındakı mükəmməl tarazlığı" yüksək mənalılığını qeyd edir. 1895-ci ildə tənqidçi Qustav Jeffrua, əsəri köhnə ustaların ən yaxşı əsərlərinə bərabər adlandırmışdı . Rəsm zəngin, şən rənglərlə çəkilib. Kompozisiyanın üç əsas çarpazı var: oğlanın beli və başı boyu, arxasındakı tünd yaşıl pərdə boyu və sol aşağı küncdən qalxan stol və stulun xətti boyu. Bu diaqonallara kəsişən çarpazların möhkəm birləşmiş strukturunu yaradan oğlanın əl və ayaqlarının vəziyyəti qarşı qoyulub. Əsər 1895-ci ildə sənət alverçisi Ambruaz Vollar tərəfindən Sezandan alınmışdı.

Digər lüğətlərdə

афе́лий вы́вернуть испа́костить междунача́лие осолове́лый оттолкну́ться переснаще́ние сопра́нный туркофо́б шалопа́йство васса́льский всепобежда́ющий межево́й мечта́ние проопери́рованный чешу́йчатые шату́н грамота клянча abmodality bibliology dust-pan illiteracy notarial start-stop printer