Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kabablar
Kabab — əsasən şişə çəkilərək manqalda bişirilən ət yeməyi. Bununla belə tərəvəzlərdən, xüsusilə də pomidor, badımcan, bibər və kartofdan da kabab hazırlanır. Digər tərəfdən kabab tavada da bişirilir. Buna "tava-kababı" deyilir. Kababı hazırlayan aşpaz adətən kababçı adlandırılır. == Tarixi == Kabab rusca "şaşlık" adlanır. "Şaşlık" sözünün kökü "şişlik" türk sözündən götürülüb və "şiş üstündə" deməkdir. Hələ "Kitabi Dədə Qorqud"da "şişlik" sözünə dəfələrlə rast gəlinir. Əsrlər boyu kabab qafqazlıların ən sevimli yeməyi olmuşdur.
Kababçı
Kabab — əsasən şişə çəkilərək manqalda bişirilən ət yeməyi. Bununla belə tərəvəzlərdən, xüsusilə də pomidor, badımcan, bibər və kartofdan da kabab hazırlanır. Digər tərəfdən kabab tavada da bişirilir. Buna "tava-kababı" deyilir. Kababı hazırlayan aşpaz adətən kababçı adlandırılır. == Tarixi == Kabab rusca "şaşlık" adlanır. "Şaşlık" sözünün kökü "şişlik" türk sözündən götürülüb və "şiş üstündə" deməkdir. Hələ "Kitabi Dədə Qorqud"da "şişlik" sözünə dəfələrlə rast gəlinir. Əsrlər boyu kabab qafqazlıların ən sevimli yeməyi olmuşdur.
Əhməd Kabaklı
Əhməd Kabaklı (5 dekabr 1924 - 8 fevral 2001)—Türk yazıçısı, jurnalisti, ədəbiyyatşünası. == Həyatı == XX əsr Türkiyəsinin elmi-ədəbi, ictimai-fəlsəfi fikir gündəmində Şeyxül-mühərrir Əhməd Kabaklı fədakar araşdırıcılıq səriştəsinə, analitik təfəkkürə, yenilikçi düşüncəyə, milli ruha malik ədəbiyyat tarixçisi, ədəbiyyatşünas-alim, yazar, pedaqoq və jurnalist kimi yetərincə tanınır, təqdir və təbliğ olunur. Onun son qırx beş ildə on dörd dəfə nəşr edilən, ümumi həcmi 4330 səhifədən çox olan beş cildlik “Türk ədəbiyyatı” tarixi bu sahəyə həsr edilən ilk və ən mükəmməl ensiklopediya, türk ədəbi-mədəni mühitinin dolğun və sanballı atlasıdır. Onun “Kültür imperializmi” (1970), “Müsəlman Türkiyə” (1970), “Məbəd və millət” (1970), “Yunus Əmrə” (1971), “Mehmet Akif Ərsoy” (1970), “Mövlana” (1975), “Təməllərin duruşmasi” (1989), “Güney-doğu yaxından” (1990), “Şeir incələmələri” (1992), “Doğudan doğuş” (1993), “Sultan-üş şüəra Nəcib Fazil” (1995), “Şairi Cahan Nədim” (1996), “Millətə vurulan canlı qandal - bürokratiya” (2002), “İstanbul gül dəstəsi” (2003), “İslamla qaynaşmış türk ədəbiyyatı” (2006), “Aşıq ədəbiyyatı” (2006), “Alpərən” (2007), “Nazim Hikmət” (2007), “Dövlət fəlsəfəmiz” (2007), “Türkiyəni yoğuranlar” (2008), “Çağlara hökm edənlər” (2008), “Fateh və İstanbul” (2011), “Divan ədəbiyyatı” (2011) və b. kitabları nəsillərin təlim və tərbiyəsində, milli şüurun oyanışında, ədəbiyyatşünaslıq elminin zənginləşməsində əlahiddə əhəmiyyət kəsb edən mənəvi xəzinədir. Bir elmi-tədqiqat institutunun on illərlə görə bilməyəcəyi işi təkbaşına yerinə yetirən, çətinliklərə, məşəqqətlərə sinə gərən, min beş yüz ildən artıq mürəkkəb, keşməkeşli bir dövrün ədəbi, tarixi materiallarını incələyən, əlyazmaları, arxiv sənədlərini saf-çürük edən, dəyərləndirən Əhməd Kabaklı mənsub olduğu türk ədəbiyyatına, mədəniyyətinə misilsiz milli mənəvi töhfələr bəxş etmişdir.Əsərlərində, xüsusilə “Türk ədəbiyyatı”nda xalq yaradıcılığına, “Alp Ər Tonqa”, “Şu”, “Boz qurd”, “Ergenekon”, “Törəyiş”, “Köç” və s. əfsanələrin şərhinə geniş yer ayıran Əhməd Kabaklı 1924-cü ilin mayın 24-də əfsanəvi Harputda, Saray Xatun məscidinin azançısı (müəzzini) Ömər əfəndinin ailəsində həyata göz açmışdır. Türkiyənin tanınmış ədəbiyyatşünası Bəşir Ayvazoğlunun fikrincə Əhməd Kabaklının ata-babaları Harputun Daşlıbağında meyvə, özəlliklə kabak (balqabaq yetişdirdikləri üçün onlara kabaklılar deyilirdi. Fərqli bir dəyərləndirməyə - Dr. S.Sərvət Kabaklının düşüncələrinə əsasən bu nəslin nümayəndələri həmişə xeyirxahlıqda, zəhmətsevərlikdə, müdriklikdə öndə, irəlidə, qabaqda olduğu üçün xalq onlara Kabaklı adı vermişdir.
Adana kababı
Adana kababı ― Türk mətbəxinə aid kabab növü. Quzu ətindən qıyma, quyruq yağı, pul bibər və digər inqredientlərdən hazırlanır.Adana kababının müəllifi barədə konkret məlumat mövcud deyil. Ancaq qeyd olunan təamın Türkiyənin Adana bölgəsində meydana çıxdığı güman üçün adı da həmin coğrafi məntəqə ilə bağlıdır. Ümumən Yaxın Şərqdə bu qəbildən olan kabab növləri geniş yayılmış olsa da, təamın müəlliflik hüquqları hal-hazırda Adana Ticarət Palatasına məxsusdur.Adana kababı quzu ətinin xüsusi bıçaqla kiçik hissəciklərə bölündükdən sonra quyruq yağı və pul bibər ilə qarışdırılması ilə əldə olunan qıymanın zəif yanan közdə kabab edilməsi ilə əldə olunur. Kababın servisi həm dürmək, həm də birbaşa boşqabda əsas yemək olaraq həyata keçirilir. Adanada sözügedən təama həsr olunmuş xüsusi tədbirlər həyata keçirilir. Hər il dekabr ayının ikinci şənbə günü "Adana kababı və şalğam şirəsi festivalı" olaraq qeyd olunur. Küçə festivalı halında qeyd olunan tədbir müsiqiçilərin müşaiyəti ilə baş tutur. İştirakçılar Türkiyədə ənənəvi kombinasiya hesab olunan adana kababı, şalğam şirəsi və türk milli spirtli içkisi rakı istehlak edirlər.
Alabalıq kababı
Alabalıq kababı – alabalıqdan izqarada, manqalda və ya duxovkada hazırlanan kabab növü. == Tərkibi == Alabalıq kababının hazırlanmasında alabalıqdan, sarımsaqdan, limondan, kəkotundan, maye yağdan, duzdan və istiotdan istifadə olunur. == Hazırlanması == Alabalıq kababını hazırlamaq üçün əvvəlcə alabalıq təmizlənir və yuyulur. Dərin bir qabda yağı, limon suyu, kəkotu, istiot, duz və əzilmiş sarımsaq qarışdırılır. Balıqlar bu qaba qoyulur və sous suyu qurudulmuş balıqlara yedirilir. Soyuducunun içərisində də balıqları arada çevirilir ki, sous canına yaxşı çəksin. Sonra alabalıq tavada, elektrikli izqarada və ya qızğın alovsuz manqalda bişirilir. Balıq bişərkən hər iki tərəfi də arada fırçayla yağlanır. Servis edilərkən salat və yaxud göyərti ilə bəzədilir.
Balıq kababı
== Tərkibi == Balıq əti (Nərə balığı) – 347q. Bitki yağı ( ya xama – 10q) – 5q. Baş soğan – 240q. Göy soğan – 32q. Pomidor – 100q. Limon – 1/5 ədəd . Narşərab – 5q. Sumaq – 1q. İstiot – 0,1q. Duz – zövqə görə.
Bibər kababı
Böyrək kababı
Böyrək kababı — Azərbaycan mətbəxində qoyun böyrəyindən hazırlanan kabab növü. == Tərkibi == Böyrək kababının hazırlanmasında qoyun böyrəyindən, kərə yağından, baş soğandan, cəfəridən, sumaqdan, istiotdan və duzdan istifadə olunur. == Hazırlanması == Böyrək kababını hazırlamaq üçün qoyun böyrəklərinin pərdəsi soyulub soyuq suda yuyulur, sonra isə eninə tərəf hərəsi iki hissəyə bölünür, duzlanıb şişə taxılır və üstünə yağ sürtülərək manqalda kömür üzərində qızardılır. Buna qızardan vaxtda da arabir yağ sürtülür. Böyrək kababı süfrəyə veriləndə yanına halqavari doğranmış baş soğan qoyulub üstünə doğranmış göyərti səpilir və ayrıca da sumax və döyülmüş istiot verilir.Yay vaxtı böyrək kababının yanına şişdə qızardılmış pomidor qoyulur.
Ciyər kababı
Ciyər kababı – Azərbaycan və Türkiyə mətbəxində ciyərdən hazırlanan kabab növü. == Haqqında == Ciyər kəbabı həm şişdə, həm də boşqabda servis edilə bilər. Türkiyənin hansısa bölgəsi üçün spesifik xörək deyil, lakin Qaziantep və Diyarbəkir şəhərlərində daha çox bişirilir. Qaziantepdə ciyər kababı lavaşda servis edilir, üzərinə nanə, bibər əlavə olunur. Diyarbəkirdə səhər yeməyi hesab olunur. == Hazırlanması == Ciyər kababının hazırlanmasında qoyun qaraciyərindən, sumaqdan və duzdan istifadə olunur. Qaraciyər pərdələrdən azad edilib kub formalı tikəciklərə, eyni zamanda da qoyun quyruğu tikəciklərə doğranır, növbə ilə şişə taxılır. Manqalda qızartmazdan əvvəl kababa duzlu su səpilir. Hazır olduqda bunun yanında süfrəyə göyərti və sumaq verilir.
Cücə kababı
Cücə kabab ― kabab növlərindən biri. İran mətbəxində məşhur yeməklərdən biridir. == Hazırlanması == Cücə kababın hazırlanmasında cücə ətindən, xamadan, soğandan, keşniş və cəfəri kimi göyərtilərdən, limondan, narşərabdan, duz və istiot kimi ədviyyatlardan istifadə olunur. Cücə iki hissəyə bölünür, istiot və duz vurulub şişə taxılır. Xama ilə isladılıb manqalda qızardılır. Bu zaman şişlər arasıkəsilmədən çevrilir. Hazır vəziyyətə gətirildikdən sonra cücə şişdən çıxardılıb boşqaba qoyulur. Cücə şərab narşərab və ya limon dilimləri ilə yeyilə bilər.
Düyü kababı
Düyü kababı (fars. چلوکباب‎) — İran mətbəxinin ən məşhur ənənəvi yeməklərindən biri. Kababın hazırlanması üçün yağdan, düyüdən və pomidordan istifadə olunur. Bu yemək ilk dəfə Naser od Din tərəfindən yeyilib. Bişmiş düyüdən ibarət olan İran yeməyidir. İranın "milli yeməyi" hesab olunur. Ehtimal ki, Qacar ​​sülaləsi dövründə yaradılmışdır. Kababın inqridentləri kərə yağı, soğan, pomidor və yumurtadır. Kabab ilə müşayiət olunan ənənəvi içki, karbonatlı sulardan hazırlanmışdır. Kabab əvvəlcə bişirilir sonra lavaşın içərisinə qoyulur.
Həvəskar kababı
== Tərkibi == Qoyun əti — 330 qram, baş soğan — 60 qram, göy soğan — 40 qram, cəfəri və reyhan — 10 qram, sumaq — 3 qram və ya nar şərab — 5qram, duz, istiot. == Hazırlanma qaydası == Xammallar və hazırlanma qaydası tikə kababda olduğu kimidir. Burada qoyun cəmdəyi belinin qabırğa hissəsindən qabırğa sümükləri ilə birlikdə 5–6 tikə ət kəsilir və şişə taxıldıqda həmin tikələrin üstü bir tərəfə baxmalıdır.
Kartof kababı
Kartof kababı — Azərbaycanın milli yeməyi. Ət məhsullarından hazırlanmış kababların yanında qarnir kimi verilir. == Hazırlanması == Kartof kababı bişirilərkən şişə taxılmır, ət məhsullarından hazırlanmış kabablar bişirildikdən sonra manqalda közə basdırılır. == İstifadə == Süfrəyə verilərkən kartofun qabığı bıçaq vasitəsi ilə qaşınaraq təmizlənir.
Pomidor kababı
Pomidor kababı — kabab kimi bişirilmiş pomidor. Ət məhsullarından hazırlanmış kababların yanında qarnir kimi verilir. Həzm prosesinin sürətlənməsinə təsir göstərir. == Hazırlanması == Bunun üçün bərk və yetişmiş pomidorlar seçilir. Yuyulur, yan tərəfdən şişə taxılır və manqalda qızardılır. Qızardılma zamanı şişdəki pomidorlara duzlu su çilənir. == İstifadə == Süfrəyə verilən zaman üstünə duz, göyərti səpilir. == Mənbə == Azərbaycan Kulinariyası Ensiklopediyası, səh.
Qaraciyər kababı
Ciyər kababı – Azərbaycan və Türkiyə mətbəxində ciyərdən hazırlanan kabab növü. == Haqqında == Ciyər kəbabı həm şişdə, həm də boşqabda servis edilə bilər. Türkiyənin hansısa bölgəsi üçün spesifik xörək deyil, lakin Qaziantep və Diyarbəkir şəhərlərində daha çox bişirilir. Qaziantepdə ciyər kababı lavaşda servis edilir, üzərinə nanə, bibər əlavə olunur. Diyarbəkirdə səhər yeməyi hesab olunur. == Hazırlanması == Ciyər kababının hazırlanmasında qoyun qaraciyərindən, sumaqdan və duzdan istifadə olunur. Qaraciyər pərdələrdən azad edilib kub formalı tikəciklərə, eyni zamanda da qoyun quyruğu tikəciklərə doğranır, növbə ilə şişə taxılır. Manqalda qızartmazdan əvvəl kababa duzlu su səpilir. Hazır olduqda bunun yanında süfrəyə göyərti və sumaq verilir.
Qazan kababı
== Lazımlı ərzaqlar == adambaşına 300 qr qoyun əti 20 qr quyruq yağı 25 qr nar 2 ədəd baş soğan 5 qr göyərti habelə tam üçün istiot, duz götürülür. == Hazırlanma qaydası == Qoyun əti tikələrə doğranıb quyruq yağı ilə qazanda (qalaylı mis qazanda) qovrulur, istiot, duz və yağda qızardılmış soğan qatılır. Hazır olmasına 5 – 6 dəq qalmış xörəyə yetişmiş nar dənələri əlavə edilir və üstünə göyərti səpilir. Süfrəyə verilən zaman qazan kababı boşqaba çəkilir, yanına mövsümdən asılı olaraq pomidor, xiyar və göyərti qoyulur.
Tava kababı
Tava kababı — kababın növlərindən biri. == Tərkibi == Qoyun əti - 220q Ərinmiş yağ - 30q Soğan - 40q Yumurta - 2 ədəd şəkər - 5q Yay vaxtı şəkər və sirkə 50q pomidorla əvəz edilir. sirkə - 10q keşniş, şüyüd - 25q, duz, istiot. == Hazırlanma qaydası == Qoyun ətinin yumşaq hissəsi soğanla ətçəkən maşından keçirilir, istiot və duz vurulub qarışdırılır. Hər pay üçün 3 ədəd girdə bitoçki hazırlanıb yağda qızardılır, şəkər və sirkə vurulub şirə hazırlanır. Tava kababını kiçik tavaya düzüb üstünə göyərti qarışdırılmış yumurta, habelə soğandan hazırlanmış şirə töküb hazır vəziyyətə gətirirlər. Süfrəyə verdikdə üstünə göyərti səpilir.
Toyuq kababı
== Tərkibi == Toyuq əti - 300q, Baş soğan - 35q, keşniş və cəfəri - 25q, Duz, İstiot, Sumaq. == Hazırlanma qaydası == İlk emaldan keçirilmiş toyuq ətpdən 40-50 qramlıq tikələr kəsilir, duz və istiot vurulur. Şişə taxılıb manqalda qızardılır. Hazır kababın yanına halqavari doğranmış baş soğan verilir və üstünə göyərti səpilir. Hind quşu kababı da belə hazırlanır.
Təndir kababı
Təndir kababı — Əsasən Orta Asiya xalqlarına məxsus ətdən hazırlanan kabab növü == Qısa məlumat == Tandır kavap və ya tono kavap (uyğurca tono kavap — tonur kavap) və ya tandır kabob (özbəkcə - tandir kabob) — Mərkəzi Asiyada ətdən hazırlanmış məşhur qızardılmış yeməyin adıdır. "Tandıre" adlanan xüsusi sobada bişirilir. Özbəklər onun öz milli yeməyi hesab edirlər. == Hazırlanması == Yeməyin hazırlanması üçün adətən quyruqlu qoyunların ətindən və dağlıq rayonlarında keçilərin ətindən istifadə olunur. Yemək tez-tez ardıcın ( Asiyada ardıcın müxtəlif dağlıq növləri vardır) iynəyarpağıyla (iynəyarpaqlı ağacın budağıyla) ədviyyat vurulur və bu da ona xüsusi dadı verir. Bu yeməyi təndirdə hazırlayırlar. Havanın girişini məhdudlaşdırılmaqla və təndirin ağzının sıx tıxanmasıyla yüksək temperatur əldə edilir. Sonra onu dəmir tavaya çıxardırlar . Qədimdən Türkistanın ərazisində xüsusi yolla hazırlanmış qoyun əti köçərilərin, döyüşçülərin və səyahətçilərin sevimli yeməyi idi. Yürüş zamanı hazırlanan bu üsul olduqca sadədir.
Xarablıq yaşayış yeri
Xarabalıq yaşayış yeri (Culfa) —
Qara ciyər kababı
Ciyər kababı – Azərbaycan və Türkiyə mətbəxində ciyərdən hazırlanan kabab növü. == Haqqında == Ciyər kəbabı həm şişdə, həm də boşqabda servis edilə bilər. Türkiyənin hansısa bölgəsi üçün spesifik xörək deyil, lakin Qaziantep və Diyarbəkir şəhərlərində daha çox bişirilir. Qaziantepdə ciyər kababı lavaşda servis edilir, üzərinə nanə, bibər əlavə olunur. Diyarbəkirdə səhər yeməyi hesab olunur. == Hazırlanması == Ciyər kababının hazırlanmasında qoyun qaraciyərindən, sumaqdan və duzdan istifadə olunur. Qaraciyər pərdələrdən azad edilib kub formalı tikəciklərə, eyni zamanda da qoyun quyruğu tikəciklərə doğranır, növbə ilə şişə taxılır. Manqalda qızartmazdan əvvəl kababa duzlu su səpilir. Hazır olduqda bunun yanında süfrəyə göyərti və sumaq verilir.
Visente Kalabuiq
Visente Kalabuiq Saus (isp. Vicente Calabuig Saus; 3 mart 1953) — İspaniya həndbolçu, sol cinah oyunçusu. O, 1980 Yay Olimpiya Oyunlarında iştirak etmişdir. == Həyatı == Visente Kalabuiq 3 mart 1958-ci ildə İspaniyanın Moxente bələdiyyəsində anadan olmuşdur. O, sol cinah müdafiəçisi kimi həndbol oynayırdı. Valensiyada "Markol" və "Qranolyers" komandaları üçün oynamışdır. 1976-cı ildə "Qranolyers" ilə Kubok Qalibləri Kubokunun ilk buraxılışını qazanmışdır. 1979–1983-cü illərdə "Barselona"da çıxış etmiş, burada iki dəfə İspaniya çempionu (1980, 1982), bir dəfə isə İspaniya kubokunun qalibi (1983) olmuşdur.1979-cu ildə İspaniya millisində Çexoslovakiyaya qarşı debüt etmişdir. O, həmin il Dünya Çempionatının "B" divizionunun qalibi olmuşdur.1980-ci ildə Moskvada keçirilən Yay Olimpiya Oyunlarında İspaniyanın həndbol milli komandasına qoşulmuş, onlar 5-ci yeri tutmuşdur. Meydanda çıxış etmiş, 6 oyun keçirmişdir, 3 qol vurmuşdur (ADR, Macarıstan və Polşa milli komandalarına qarşı hər birində bir qol).