künc-bucaqda danışmaq

to converse in whispers / to whisper to someone in the corner говорить по углам
külünü göyə sovurmaq (yox etmək)
küncdə-bucaqda qalmaq (ən axırıncı yerdə)
OBASTAN VİKİ
Özünüzlə səslə danışmaq
Özünüzlə səslə danışmaq — insanın digər insanların yanında da daxil olmaqla, özü ilə ucadan danışdığı psixoloji vəziyyət. İnsanın özü ilə davamlı daxili ünsiyyətinin psixoloji prosesi ilə əlaqələndirilir. Özünüzlə yüksək səslə danışmaq şəxsiyyətin inkişafında müsbət rol oynayır. Bəzi insanlar bunu psixi pozuntu kimi qəbul edirlər, lakin öz-özünə danışmaq həmişə psixi pozuntunun əlaməti deyil. 2-7 yaş arasında uşaqların öz-özünə danışdıqlarını müşahidə etmək olar. Onların danışıqları səsli olsa da, nə başqaları üçün nəzərdə tutulub, nə də onlara yönəlib. Tədqiqatçılar uşaqların öz-özü ilə danışmalarından istifadə etmələri ilə onların tapşırıqların icrası və nailiyyətləri arasında müsbət korrelyasiya olduğunu qeyd ediblər. Bu faktı daha əvvəl Vıqotski qeyd etmişdir. Uşaqlar məktəbə getdikdən sonra onların öz-özünə danışıqları azalır və “gizli” olur. Banqalor Universitetinin alimləri Mery–Beffa Paloma və Aleksander Kirkheim tədqiqatlar nəticəsində sübut ediblər ki, tapşırıqları yüksək səslə söyləmək onların icrasına nəzarəti yaxşılaşdırır..
Azərbaycansayağı künc zərbəsi
Azərbaycansayağı künc zərbəsi — 1994-cü ildə Azərbaycan futbol məşqçisi Vaqif Sadıqov tərəfindən yaradılan və futbolda istifadə olunan taktiki gediş. == Tarixi == Azərbaycansayağı künc zərbəsi Azərbaycan futbol məşqçisi Vaqif Sadıqov tərəfindən yaradılıb. Taktiki gedişin əsas məqsədi futbolda künc zərbəsi zamanı topa yaxınlaşan futbolçu onu cərimə meydançasına doğru ötürür. Bu zaman topa doğru şığıyan 2 və ya 3 futbolçu topa toxunmayıb onu arxaya buraxır. Öncədən planlaşdırıldığı kimi sonuncu şəxs qapıya doğru zərbə vurur. Vaqif Sadıqov ilk dəfə Azərbaycansayağı künc zərbəsini 1994-cü ildə Neftçi klubunun baş məşqçisi olduğu vaxtda Bərdənin Pambıqçı klubu ilə görüşdə tətbiq etmişdi. Həmin oyunda Neftçinin futbolçuları Bəxtiyar Musayev və Mirbağır İsayev künc zərbəsinin yerinə yetirilməsində iştirak etsələr də, topa toxunmamış, son nöqtəni rəqibin cərimə meydanına gələn müdafiəçi Yaşar Vahabzadə vurmuşdur. Vaqif Sadıqov baş məşqçisi təyin olunandan sonra da bu üsuldan istifadə etdi. Bu oyun elementinin uğurlu tətbiqi sayəsində 1997-ci ildə Tofiq Bəhramov adına Respublika Stadionunda Azərbaycan millisi Türkmənistanla yoldaşlıq matçından qalib ayrılmağı bacarmışdı. Belə ki, yerinə yetirilən künc zərbəsindən sonra müdafiəçi Rasim Abışov matçdakı yeganə qola imza atmışdı.
Künc zərbəsi (futbol)
Futbol oyunun 17-ci qaydası künc zərbəsi və ya kornerin yerinə yetirilməsi prosedurunu tənzimləyir. Künc zərbəsi oyun bərpasının üsuludur. Künc zərbəsi o vaxt təyin olunur ki, top sonuncu dəfə müdafiə olunan komandanın oyunçusuna toxunaraq yerdən və ya havadan qapı xəttini keçir və eyni zamanda 10-cu qaydaya əsasən qol qeydə alınmırsa. Futbolda künc zərbəsindən birbaşa vurulan qollar hesaba alınır. == Proseduru == Top qapı xəttini keçdiyi tərəfdən künc sektoruna, bayraq dirəyinin yanına qoyulur. Top nə qədər ki, oyuna daxil edilməyibsə, rəqib komandanın oyunçuları 9,15 m-dən (10 yard) az olmayan məsafədə dayanmalıdılar. Topa hərəkətdə olduğu və ya ona zərbə dəyildiyi zaman oyuna daxil olunmuş kimi sayılır. Zərbəni yerinə yetirən oyunçu hər hansı digər oyunçunun topa toxunmadığına və ya topun yenidən qapı xəttini keçməyənə qədər topa dəyə bilməz. == Pozuntular və cəzalar == Əgər zərbəni yerinə yetirən oyunçu hər hansı digər oyunçunun topa toxunmasından əvvəl topa dəyərsə, o zaman qarşı komanda təmasın baş verdiyi yerdən sərbəst zərbə vurmaq imkanı qazanır. Rəqib tərəfindən digər pozuntuların edildiyi halda, künc zərbəsi təkrarlanır.