Künc zərbəsi (futbol)
Futbol oyunun 17-ci qaydası künc zərbəsi və ya kornerin yerinə yetirilməsi prosedurunu tənzimləyir.
Künc zərbəsi oyun bərpasının üsuludur. Künc zərbəsi o vaxt təyin olunur ki, top sonuncu dəfə müdafiə olunan komandanın oyunçusuna toxunaraq yerdən və ya havadan qapı xəttini keçir və eyni zamanda 10-cu qaydaya əsasən qol qeydə alınmırsa. Futbolda künc zərbəsindən birbaşa vurulan qollar hesaba alınır.
Top qapı xəttini keçdiyi tərəfdən künc sektoruna, bayraq dirəyinin yanına qoyulur. Top nə qədər ki, oyuna daxil edilməyibsə, rəqib komandanın oyunçuları 9,15 m-dən (10 yard) az olmayan məsafədə dayanmalıdılar. Topa hərəkətdə olduğu və ya ona zərbə dəyildiyi zaman oyuna daxil olunmuş kimi sayılır. Zərbəni yerinə yetirən oyunçu hər hansı digər oyunçunun topa toxunmadığına və ya topun yenidən qapı xəttini keçməyənə qədər topa dəyə bilməz.
Əgər zərbəni yerinə yetirən oyunçu hər hansı digər oyunçunun topa toxunmasından əvvəl topa dəyərsə, o zaman qarşı komanda təmasın baş verdiyi yerdən sərbəst zərbə vurmaq imkanı qazanır.
Rəqib tərəfindən digər pozuntuların edildiyi halda, künc zərbəsi təkrarlanır.