KÜRDOĞLU

сущ. муз. “Курдоглу” (один из мотивов ашугской музыки)
KÜRDKÜLƏŞ
KÜRDÜ
OBASTAN VİKİ
Hüseyn Kürdoğlu
Hüseyn Kürdoğlu (tam adı: Hüseyn Həsən oğlu Alışanov; 15 iyun 1934, Əhmədli, Laçın rayonu – 12 iyul 2003, Bakı) — şair, ədəbiyyatşünas, 1973-cü ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü olmuşdur. == Həyatı == Hüseyn Kürdoğlu 1934-cü il iyunun 15-də Azərbaycanın Laçın rayonunun Əhmədli (Mollaməhmədi) kəndində anadan olmuşdur. . Orta təhsilini Əhmədli kənd yeddiillik, Ağdam şəhər 1 saylı orta, Laçın şəhər orta və Qubadlı rayonu Xanlıq kənd məktəblərində alıb ADU-nun filologiya fakültəsinə daxil olmuşdur (1953–1958). Əmək fəaliyyətinə Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsində ədəbi dram şöbəsinin redaktoru kimi başlamışdır. Sonra Azərbaycan EA Şərqşünaslıq İnstitutunda kiçik elmi işçi vəzifəsində işləmişdir (1960). "Müasir kürd şairi A. Qoranın poeziyası" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir (1966). Şərqşünaslıq İnstitutunun "İran ədəbiyyatı" şöbəsində böyük elmi işçi vəzifəsində çalışmışdır (1968–1993). Ömrünün sonunadək Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunda işləmişdir (1993-cü ildən). Ədəbi yaradıcılığa erkən başlamış, ilk şeirlərini hələ orta məktəbin beşinci sinfində ikən Laçın rayonunda çıxan "Sovet Kürdüstanı" qəzetində çap etdirmişdir. Onun "Gözəldir" rədifli ilk qoşması 1950-ci ildə "Azərbaycan gəncləri" qəzetində dərc olunandan sonra dövri mətbuatda müntəzəm çıxış etməyə başlamışdır.
Şahmalı Kürdoğlu
Şahmalı Mirsəqulu oğlu Hacıyev (12 aprel 1930, Ağdam rayonu – 6 noyabr 1992) — azərbaycanlı xanəndə 1930-cu il aprelin 12 də Ağdamın Qiyaslı kəndində dünyaya göz açıb. Atası, əslən Dərələyəz mahalından Mirsəqulu Fətəliyev qaçaq olub. Daha sonra Qarabağa üz tutub. Ağdamın Qiyaslı kəndinə sığınıb Ermənilərin onu tanımaması üçün özünə "kürd" ləqəbi götürüb. Təqiblərə məruz qalmamaqdan ötrü anası oğlunun soyadını "Hacıyev" yazdırıb. Buna baxmayaraq atasının adına uyğun olaraq Şahmalı Kürdoğlu kimi tanınıb. Şahmalı Kürdoğlu Ağdam pedaqoji institutunu (indiki Şuşa Pedaqoji Texnikumu) Aşqabad Universitetinin hüquq fakültəsini, Asəf Zeynallı adına musiqi texnikumunu, Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Asəf Zeynallı adına Musiqi Kollecində Seyid Şuşinskidən muğam təhsili alıb. İslam Abdullayev, Xan Şuşinski, Seyid Şuşinski kimi xanəndələrin davamçısı hesab olunurdu. Atasına görə Sovet hökuməti onu ixtisası üzrə işləməyə qoymamışdı.

Digər lüğətlərdə