KÜRDOĞLU

kürdün oğlu, kürdün övladı.
KUTAYS
KÜRƏN
OBASTAN VİKİ
Hüseyn Kürdoğlu
Hüseyn Kürdoğlu, Alışanov Hüseyn Həsən oğlu (15 iyun 1934, Əhmədli, Laçın rayonu – 12 iyul 2003, Bakı) — şair, ədəbiyyatşünas, 1973-cü ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü olmuşdur. == Həyatı == Hüseyn Kürdoğlu 1934-cü il iyunun 15-də Azərbaycanın Laçın rayonunun Əhmədli (Mollaməhmədi) kəndində anadan olmuşdur. Bəzi mənbələrdə onun mənşəcə kürd,idi. Orta təhsilini Əhmədli kənd yeddiillik, Ağdam şəhər 1 saylı orta, Laçın şəhər orta və Qubadlı rayonu Xanlıq kənd məktəblərində alıb ADU-nun filologiya fakültəsinə daxil olmuşdur (1953–1958). Əmək fəaliyyətinə Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsində ədəbi dram şöbəsinin redaktoru kimi başlamışdır. Sonra Azərbaycan EA Şərqşünaslıq İnstitutunda kiçik elmi işçi vəzifəsində işləmişdir (1960). "Müasir kürd şairi A. Qoranın poeziyası" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir (1966). Şərqşünaslıq İnstitutunun "İran ədəbiyyatı" şöbəsində böyük elmi işçi vəzifəsində çalışmışdır (1968–1993). Ömrünün sonunadək Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunda işləmişdir (1993-cü ildən). Ədəbi yaradıcılığa erkən başlamış, ilk şeirlərini hələ orta məktəbin beşinci sinfində ikən Laçın rayonunda çıxan "Sovet Kürdüstanı" qəzetində çap etdirmişdir.
Şahmalı Kürdoğlu
Şahmalı Mirsəqulu oğlu Hacıyev (12 aprel 1930, Ağdam rayonu – 6 noyabr 1992) — Azərbaycanın tanınmış xanəndələrindən biri. == Həyatı == Ötən əsrin əvvəllərində qəddar ermənilərin soydaşlarımıza qarşı törətdiyi haqsızlıqlar neçə-neçə ailənin öz yurdundan, yuvasından didərgin düşməsinə səbəb olub. Yandırılan, dağıdılan mülklər, malikanələr deyildi. Mənəviyyat da qətlə yetirilirdi. İnsanlar qəzavü-qədərin yazdığı qara yazıların badına gedirdi. Haqsızlıqlara dözməyən Mirsəqulu Fətəliyev Dərələyəzi bürümüş erməni taunundan xilas olmaq üçün çox gənc yaşlarından Qarabağa üz tutub. Qisas aldığı daşnaklar isə zaman-zaman bu qoçaq, mərd türk balasını daim axtarıblar. Sonda Ağdamın Qiyaslı kəndinə sığınan Mirsəqulu düşmən hədəfinə keçməmək üçün adını gizlədib. Vaxtilə dağların o tayından Qarabağa gələn insanları yerli əhali "kürd" çağırardı. Erməni riyakarlığından gizlənən Mirsəquluya bu ad sərf edirdi.

Digər lüğətlərdə

недопла́чиваться ошелуди́веть припи́лка сообра́зно аэроби́ческий выгора́живать напереко́р отора́чивать помири́ть соуча́стница стару́шка стасо́вывание шиньо́нный императрица ляка слалом sublieutenant talent-money trouser pocket wireless молиться оздоровлять привоз умилиться шрапнельный