küt

fool / dunce / numskull / dimwit мякинная голова (тупица)
küsmək
küt getmək
OBASTAN VİKİ
Əl-Küt
Əl-Küt — İraqda şəhər. Bağdaddan 160 km uzaqlıqdadır. Dəclə çayı üzərində yerləşir. Əhalisi 315.000 nəfərdir.
Demmində kütləvi intihar
Demmində kütləvi intihar (alm. Massensuizid in Demmin‎; ing. Mass suicide in Demmin) - 1945-ci ilin 1 may tarixində Almaniyanın Meklenburq-Ön Pomeraniya vilayətində yerləşən Demmin şəhərində baş vermiş kütləvi intihar hadisəsi. Üçüncü Reyx tərəfindən Sovet ordusuna qarşı aparılan propaqandadan təsirlənən şəhər sakinləri sovet əsgərlərinin şəhərə yaxınlaşması ilə bağlı xəbərləri aldıqdan sonra, sağ ələ keçməməkləri üçün özlərini öldürmüşdür. Kütləvi intihar nəticəsində mindən çox şəhər sakinin bir necə saat ərzində canına qəsd etdiyi ehtimal olunur.
Elmi kütləvi ədəbiyyat
Elmi kütləvi ədəbiyyat – elm, onun yaradıcıları haqqında əsərlər. Elmi kütləvi ədəbiyyata fundamental və tətbiqi elmlərin əsaslarından, aktual problemlərindən, elm xadimlərinin həyatından, səyahətlərdən bəhs edən müxtəlif janrlı əsərlər daxildir. R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Gümrüdə kütləvi qətl
Gümrüdə kütləvi qətl — 2015-ci il yanvarın 12-də Gümrüdə, Masnikyan küçəsi 188 ünvanında həyət evində yaşayan Serj Avetisyanın özü və 5 ailə üzvü - arvadı, qızı, oğlu və glini, üstəgəl 2 yaşındakı nəvəsi güllənib. 6 aylıq nəvəsi isə süngü ilə ağır yaralanıb. Hadisə yerində əsgər çəkmələri, əsgər çantası və Kalaşnikov avtomatı və 5x45 çaplı güllə gilizləri aşkarlanıb. Ayaqqabıların üzərində yazılmış addan yola çıxan polis və şəhərdəki 102 saylı Rusiya Hərbi bazasının əsgələri burada çağırışçı kimi xidmət edən Valery Pavlovic Permyakovun axtarışlarına başlayıblar. Onun eyni gündə xidməti silahını da götürüb hərbi hissəni səhər 4-də özbaşına tərk etdiyi müəyyən olunub. Yanvarın 14-də minlərlə şəhər sakini 102-ci Rusiya hərbi bazasının qarşısına yürüş keçirib bazada saxlanan əsgərin Ermənistan tərəfinə təhvil verilməsi üçün bu gün saat 5-ə qədər onlara vaxt vermişdilər. Yanvarın 15-də şəhər sakinləri artıq şəhər prokurorluğunun da qarşısına yığışıblar, Yerevan ve Gümrüdə Rusiya səfirliyi qarşısında polislə toqquşmalar olub.
Hava kütlələri
Hava kütlələri — fiziki xassələrinə görə aşağıdakı coğrafi tiplərə ayrılır: Ekvatorial hava (Eh)ekvatorial qurşaq üzərində formalaşaraq,yüksək temperatur və çox rütubətliliyi ilə səciyyələnir.Ekvatorial qurşaqda quru səthinin ifrat rütubətli olması ilə əlaqədar,həm okean,həm də quru üzərində formalaşan Eh eyni fiziki xassəyə malik olur.Buna görə də ekvatorial hava kütləsi dəniz və kontinaental növlərə bölünmür.Eh hakim olan ərazilərdə bol,leysan tipli yağıntılar baş verir. Tropik hava (Th) dəniz(DTh)və kontinental tropik hava(Kth)yarım tiplərinə bölünür.Dəniz tropik havası (DTh)tropik və subtropik qurşaqların okean səthləri üzərində-Azor və Havay maksimumlarında əmələ gələrək,yüksək temperaturu və rütubət tutumu,lakin alçaq nisbi rütubətliyi ilə səciyyələnir. Kontinental tropik hava (KTh) kütlələri tropik enliklərin quru səthləri üzərində,xüsusilə tropik barik maksimumlarında-Böyük Səhra,Ərəbistan,Tar,Kalaxari üzərində,yayda isə subtropiklərdə və mülayim qurşağın cənubunda(şm.yarımkürəsində)-Şimali Çində,Qazaxıstanda,Orta Asiyada,Kolarado yaylası üzərində əmələ gəlir.Yüksək temperaturu,qururluğu və tozluluğu ilə başqa hava kütlələrindən fərqlənir.Tropik hava kütlələri passatların tərkibində ekvatora,yayda isə mülayim enliklərə,o cümlədən Azərbaycan ərazisinə daxil olur. Mülayim enliklər havası (Mh) dəniz(DMh) və kontinental(Kmh) yarım tiplərinə bölünür. Dəniz mülayim enlikləri havası (DMh)hər iki yarımkürənin mülayim qurşaqların okean səthi üzərində formalaşır.Qışda materik üzərinə gəldikdə şaxtaları yumşaldır,qara,bəzən dumanlı yağışlı tutqun havalara səbəb olur.Yayda bu hava kütləsi istiliyi azaldır,rütubətliyi artırır,özü ilə bəzən gur yağışlar gətirir.DMh,adətən,qərb küləkləri və siklonlar sistemində hərəkət edərək,materiklər üzərinə gəlir. Kontinental mülayim enliklər havası (KMh)ancaq şimal yarımkürəsinin quru səthi üzərində öz səciyyəvi xassəsini alaraq,qışda çox soyuq,quru,şaxtalı və açıq şəffaf olur.Sibirdə bu hava qışda Arktika havasından da soyuq olduğundan,Sibirin bəzi rayonlarında havanın temperaturu -70 °C-dək aşağı düşür.Yayda geniş quru səthi üzərində formalaşan KMh bərk qızır,qalxan hava cərəyanları əmələ gətirərək,leysan yağışların yağmasına və hətta tufanların baş verməsinə səbəb olur.Azərbaycan ərazisində iqlimin formalaşmasında mülayim enliklər hava kütlələrinin hər iki yarım tipinin (KMh və DMh)rolu olduqca böyükdür.Belə ki,yayda respublika ərazisinə daxil olan hava kütlələrinin 50%-dən çoxunu Mh tipi təşkil edir. Arktik hava kütlələri (Ah) kontinental Arktika havası(KAh) və dəniz Arktika havası (DAh) yarımtiplərinə bölünür. Kontinental Arktika havası (KAh) Arktikanın buz səthi üzərində,qışda isə həm də Taymır,Kolıma hövzəsi,Çukot və Şimali Kanada üzərində yaranır.Alçaq temperaturu,az rütubətliliyi və yüksək şəffaflığı ilə xarakterizə olunur.KAh-nin mülayim enliklərə daxil olması qışda kəskin şaxtaların,yazda və payızda isə ayazların yaranmasına səbəb olur.Cənub yarımkürəsində KAh-nin analoqu Antraktidanın buz örüyü üzərində formalaşan,lakin daha kəskin şaxtalı,küləkli Antarktika hava kütləsidir.(KAh). Dəniz Arktika havası (DAh)Avropa Arktikasında okeanın buzlardan azad olan hissəsi üzərində əmələ gəldiyindən KAh-a nisbətən rütubətli və temperaturu bir qədər yüksək olur.Qışda DAh-ın materikin üzərinə hərəkət etməsi qısamüddətli istiləşməyə səbəb ola bilər.Azərbaycan ərazisinə bu hava kütlələrinin daxil olması temperaturun kəskin aşağı düşməsinə,buludluluğun artmasın və cəbhə boyu yağıntı düşməsinə gətirib çıxardır.Cənub yarımkürəsində Antarktika hava kütləsinin (Ah)dəniz yarımtipi yoxdur.
Hava kütləsi
Hava kütləsi– troposferin təqribən eyni fiziki xassəyə malik olan, atmosferin ümumi sirkulyasiyası sistemində hərəkət edən, sahəsinə görə materiklərlə müqayisə edilən irihəcmli hava hissəsi. Hava kütləsi qalınlığı bir neçə kilometr olub, bəzi hallarda bütövlükdə troposferi əhatə edir. Fiziki xassələrini (temperatur, rütubətlik, şəffaflıq və s.) üzərində yerləşdiyi ərazinin təsiri nəticəsində formalaşdırır. Fiziki xüsusiyyətlərinə görə hava kütləsinin aşağıdakı tiplərini ayırırlar: Ekvatorial hava kütləsi Tropik hava kütləsi Mülayim enlik (və ya qütb) hava kütləsi Arktik və ya Antarktik hava kütləsi Rütubətliyinə görə Ekvatorial hava kütləsindən başqa, bütün hava kütlələri iki tipə bölünürlər. Dəniz hava kütləsi (məsələn, dəniz tropik hava kütləsi) Kontinental hava kütləsi (məsələn, kontinental tropik hava kütləsi) Stabilliyinə hava kütləsinin adlandırılması: İsti hava kütləsi- hava kütləsinin temperaturu keçdiyi ərazinin temperaturundan daha yüksəkdir. Soyuq hava kütləsi- hava kütləsinin temperaturu keçdiyi ərazinin temperaturundan daha soyuqdur. Bu və ya digər ərazidə daimi və yaxud ilin müəyyən dövründə hakim olan hava kütləsi həmin ərazinin iqlim tipini müəyyən edir.
Kütahmehr (Bünab)
Kütahmehr (fars. كوته مهر‎) — İranın Şərqi Azərbaycan ostanının Bünab şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 338 nəfər yaşayır (81 ailə).
Kütahya
Kütahya — Türkiyənin Kütahya ilinin inzibati mərkəzi.
Kütahya ili
Kütahya ili — Türkiyədə il.
Kütb (Marağa)
Kütb (fars. ‎‎خطب‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 163 nəfər yaşayır (36 ailə).
Kütburun nərə
Kütburun nərə (lat. Acipenser brevirostrum) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinin nərə cinsinə aid heyvan növü.
Kütburun timsah
Kütburun timsah (lat. Osteolaemus tetraspis) — əsl timsahlar sinfinin nümayəndələrindən biri. Bu sinfin indi mövcud olan ən kiçik növü və hamaralın kaymanlarla birlikdə timsahlar dəstəsinin ən kiçik nümayəndəsidir. Qərbi Afrikanın şirin su hövzələrində geniş yayılmışdır. Ayrı bir Osteolaemus cinsinə daxildir. Yetkin kütburun timsahın ölçüsü ümumiyyətlə 1,5 m-dən çox deyil. Qeydə alınan maksimum uzunluq 1,9 m-dir. Rəngi qara, qarnı isə sarıdır. qarnında qara ləkələri var. Yetkinlik yaşına çatmayanların adətən arxa və yan hissələrində açıq qəhvəyi zolaqlar, başlarında sarı ləkələr olur.
Kütburun xullar
Kütburun xulları (lat. Proterorhinus) — Xulkimilər fəsiləsinə daxil olan cins. Cins nümayəndələrinin xarakterik xüsusiyyətləri yuxarı dodaq üzərində asılı uzun anten şəklində olan bığcıqdır. Mərmər xul (Proterorhinus marmoratus) — Qara dənizin duzlu sularında yaşayır. Proterorhinus nasalis — Xəzər dənizinin cənubunda yayılmışdır. Proterorhinus semilunaris — Qara dənizin qərb hissəsinə tökülən çaylarda yaşayır. Proterorhinus semipellucidus. Xəzər dənizinin hövzəsinə aid şirin sularda yayılmışdır. Proterorhinus tataricus — Krımın Çornaya çayında yayılmışdır. Stepien C. A., Tumeo M. A. (2006) Invasion genetics of Ponto-Caspian gobies in the Great Lakes: a "cryptic" species, absence of founder effects, and comparative risk analysis.
Kütləvi qətl
Kütləvi qətl və ya Qətliam — bir çox insanın tipik olaraq eyni vaxtda və ya nisbətən qısa bir müddətdə və coğrafi yaxınlıqda qətlə yetirilməsidir. FTB kütləvi qətli qətllər arasında "soyutma müddəti" olmayan bir hadisə zamanı dörd və ya daha çox insanın öldürülməsi kimi təyin edir. Kütləvi qətl, ümumiyyətlə, bir və ya daha çox insanın bir neçə nəfəri öldürdüyü tək bir yerdə baş verir. Kütləvi qətl fərdlər və ya təşkilatlar tərəfindən törədilə bilər, bir adam öldürmək isə bir və ya iki şəxs tərəfindən törədilir. Kütləvi qatillər qətllər arasında demək olar ki, heç bir zaman fasiləsi olmayan iki və ya daha çox yerdə öldürən və qurbanların sayı ilə təyin olunmayan qırğın qatillərindən və insanları uzun müddət öldürə biləcək seriyalı qatillərindən fərqlənir.
Kütləvi xidmət sistemləri
Kütləvi xidmət sistemləri (Q-sxemləri) -Kəsilməz stoxastik yaxınlaşmada riyazi sxemlər kimi Q-sxemləri adlandırılan kütləvi xidmət sistemlərindən (Queuing system) istifadə edilir. Kütləvi xidmət sistemləri mahiyyətinə görə xidmət prosesi olan sistemlərin fəaliyyət proseslərini formalaşdırmaq üçün kütləvi xidmət nəzəriyyəsində və ona əlavələrdə işlənilmiş riyazi sxemlər sinifini təmsil edirlər. Xidmət prosesi kimi öz fiziki təbiətinə görə müxtəlif iqtisadi, istehsal, texniki və digər sistemlərin fəaliyyət proseslərini göstərmək olar. Bu zaman qeyd olunan obyektlər üçün xidmətə qəbul olunan sifarişlərin təsadüfi meydana gəlməsi və onların xidmətinin başa çatması təsadüfi zaman anlarında olması xarakterikdir. Başqa sözlə onların fəaliyyət prosesi stoxastik xarakter daşıyır .
Kütləvi çoxnəfərli onlayn rol oyunu
Kütləvi çoxnəfərli onlayn rol oyunu (abr. KÇORO, ing. Massively multiplayer online role-playing game, (abr. MMORPG) — çox sayda oyunçunun kompüterlərindən və ya oyun konsollarından internetə bağlanaraq birlikdə oynadığı, oyun əsnasında müxtəlif xarakterlərə büründüyü nəhəng videooyun janrı. 1997-ci ildən bəri yayılmışdır. MMORPG-lərdə oyunçuların seçdikləri ya da meydana gətirdikləri xarakterlər tamamilə fantaziya məhsuludur və oyunçuların oyundakı irqləri və digər şəxsiyyət məlumatları bəzi istisnalar xaricində həqiqəti əks etdirmir. Xarakterin idarəsi əksəriyyətlə tamamilə oyunçuya aiddir. MMORPG-də oyunçular oyuna daxil olduqdan sonra ümumiyyətlə müəyyən qruplara və ya qəbilələrə üzv olaraq, oyunun xəyali kainatını kəşf etməyə başlayırlar.
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) ― Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında" 2021-ci il 12 yanvar tarixli 1249 nömrəli Fərmanı ilə yaradılmışdır. Agentlik medianın inkişafının dəstəklənməsi, media sahəsində mütəxəssislər hazırlanması və onların əlavə təhsilinin təşkili, audiovizual, çap, onlayn media subyektlərinin və informasiya agentliklərinin, habelə jurnalistlərin və digər media işçilərinin fəaliyyətinin, eləcə də media sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması istiqamətində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Müvafiq sahənin inkişafını təmin etmək; Müvafiq sahədə dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində iştirak etmək; Müvafiq sahədə aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, təkliflərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək; Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 yanvar tarixli 1249 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Nİzamnaməsi" ilə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək.
Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) ― Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında" 2021-ci il 12 yanvar tarixli 1249 nömrəli Fərmanı ilə yaradılmışdır. Agentlik medianın inkişafının dəstəklənməsi, media sahəsində mütəxəssislər hazırlanması və onların əlavə təhsilinin təşkili, audiovizual, çap, onlayn media subyektlərinin və informasiya agentliklərinin, habelə jurnalistlərin və digər media işçilərinin fəaliyyətinin, eləcə də media sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması istiqamətində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Müvafiq sahənin inkişafını təmin etmək; Müvafiq sahədə dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində iştirak etmək; Müvafiq sahədə aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, təkliflərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək; Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 yanvar tarixli 1249 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Nİzamnaməsi" ilə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək.
Kütuclular üsulu
“kütuclular" üsulu – ədədin yaddaşda saxlanma üsulu; bu halda ən qiymətli bayt ədədin birinci baytı olur. Məsələn, onaltılıq A02B ədədi yaddaşda “kütuclular” üsulu ilə A02B şəklində, “sivriuclular” üsulu ilə isə 2BA0 şəklində saxlanılır. Birinci üsuldan Motorola şirkətinin, ikincidən isə Intel şirkətinin mikroprosessorlarında istifadə olunur. Bu termin öz mənşəyini Conatan Svift’in “Qulliverin səyahəti” əsərindən alır: imperatorun əmrinə görə yumurtanı yalnız sivri icundan sındırıb yemək olar. Bu əmrə tabe olmaqdan imtina edən bir qrup adamı “kütuclular” adlandırırdılar. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Kütyarpaq kassiya
Kütyarpaq püstə
Kütyarpaq püstə yaxud Atlantika püstəsi - (lat. Pistacia mutica Fisch.et C.A. Mey.) — Sumaqkimilər (Anacardiaceae Lindl.) fəsiləsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Təhlükəli həddə yaxın olanlar”– NT. Azərbaycanın nadir növüdür. Rusiya, Türkiyə, İraq və Iranda təbii arealı vardır. Abşeron, Quba, Qobustan, Göyçay, Ağdaş rayonları və Naxçıvan MR-in (Sədərək, Şərur) ərazilərində təbii halda rast gəlinir. Statusu: Azərbaycanın nadir bitkisidir. CR. B1ab(i, ii,iv). Bitdiyi yer İşıqlı quru yamaclarda yayılmışdır. Azərbaycanda təbii ehtiyatı çox deyildir. Kütyarpaq püstə təbiətdə 5–12 m hündürlüyü olan bir ağac növüdür.
Kütyarpaq saqqızağacı
Kütyarpaq püstə yaxud Atlantika püstəsi - (lat. Pistacia mutica Fisch.et C.A. Mey.) — Sumaqkimilər (Anacardiaceae Lindl.) fəsiləsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Təhlükəli həddə yaxın olanlar”– NT. Azərbaycanın nadir növüdür. Rusiya, Türkiyə, İraq və Iranda təbii arealı vardır. Abşeron, Quba, Qobustan, Göyçay, Ağdaş rayonları və Naxçıvan MR-in (Sədərək, Şərur) ərazilərində təbii halda rast gəlinir. Statusu: Azərbaycanın nadir bitkisidir. CR. B1ab(i, ii,iv). Bitdiyi yer İşıqlı quru yamaclarda yayılmışdır. Azərbaycanda təbii ehtiyatı çox deyildir. Kütyarpaq püstə təbiətdə 5–12 m hündürlüyü olan bir ağac növüdür.
Kütüm
Kütüm və ya Ziyad balığı (lat. Rutilus frisii kutum) — Xəzər dənizində, duzsuz və az duzlu suda yaşayan balıqdır. Azərbaycanın və İranın Xəzər sahillərində tutulur. Balığın əti və kürüsü delikates hesab olunur. Azərbaycanda kütümdən Kütüm küküsü və Kütüm ləvəngisi hazırlanır. Sümüklü balıqdır. Xəzərin cənubi-qərbində yaşayan əhalinin ən sevimli balığı olan kütüm yalnız Xəzər dənizində yayılmışdır. Ətindən təzə, hisə verilmiş və duzlanaraq qurudulmuş halda istifadə olunur. Kütümün Xəzər dənizi Xəzərdə arealı Terek çayından başlamış Qorqan körfəzinə qədər olan ərazini əhatə edir. İl ərzində Orta və Cənubi Xəzərin qərb sahili boyu 9–24 m dərinliklər kütümün ən çox yayıldığı zonalardır.
Kütüm (növ)
Kütüm (lat. Rutilus frisii) — Şüaüzgəclilər yarımsinfinə, Çəkikimilər dəstəsinə aid olan növ. İki yarıpm növü vardır: Kütüm (Rutilus frisii frisii) — Qara və Azov dənizlərimdə yayılmışdır. Kütüm (Rutilus frisii kutum) — Xəzər dənizinin cənub və mərkəzi hissələrində yayılmışdır 75 sm uzunluğa və 6 kq çəkiyə qədər böyüyə bilirlər. Beli tünd, bir az yaşıl, böyürləri gümüşü, qarnı isə ağ olur. Dənizin çayların mənsəbinə yaxın ərazilərində yaşasalarda kürüləmə zamanı çaylara üz tuturlar. Yetkinliyə 4—5 yaşında, 40 sm uzunluğa sahib olarkən çatırlar Dənizdə yaşayan canlılarla, əsasən ilbiz, yengəc, krevetka və s. ilə qidalanır.
Kütüm küküsü
Kütüm küküsü — Azərbaycanın milli xörəklərindən biridir. Əsasən kütüm balığından hazırlanır. Abşeron və Azərbaycanın Lənkəran, Masallı, Səlyan, Neftçala rayonlarında daha çox bişirilir. Kütüm küküsü adətən sacda bişirilirdi. Texnologiyanın inkişafı ilə əlaqədar son illər daha çox qaz sobalarında, tavada da bişirilir. Süfrətə narşərabla və ya limon suyu ilə verilir. Sumaq da istifadə etmək olar. Hisə verilmiş kütüm – 200 q. Göy və ya baş soğan – 35 q. Keşniş – 15 q.
Kütüm ləvəngisi
Ləvəngi — Azərbaycanın Talış mətbəxinə aid milli yemək. İçi doldurulan balıq və ya toyuqdan hazırlanır. Digər bir ləvəngi növü isə badımcan ləvəngisidir. Ləvəngi sözünün ilkin mənası talış dilində "içi doldurulmuş" deməkdir. Talışca "ləvə" — "qarın" deməkdir, qarnı doldurulmuş isə "ləvəngi"dir. Bu sözün başqa mənası isə qoz, soğan və lavaşanadan (alça turşusundan) ibarət qiymədir. Sulu ləvəngi Quru ləvəngi Əsasən kütüm (ziyad) balığından hazırlanır. Azərbaycanın Masallı Rayonunda daha çox bişirilir. Ləvəngi adətən təndirdə bişirilir. Texnologiyanın inkişafı ilə əlaqədar son illər daha çox elektrik sobalarda da bişirilir.

Значение слова в других словарях