KƏLMEYİ-ŞƏHADƏT

İslamı qəbul etmənin sözlü ifadəsi və təsdiqidir. Kəlimeyi-şəhadət “Əşhədü ən lə ilahə illəllah və əşhədü ənnə Muhammədən əbduhu və rasuluh” kimi ifadələrdən ibarət olmaqla Allahın varlığını və birliyini, Məhəmmədin Onun bəndəsi və göndərdiyi peyğəmbər olduğuna şahidlik etmədir. Gördüyümüz kimi kəlmeyi-şəhadət tövhid inancını və Məhəmmədin peyğəmbərliyini ifadə etməklə iki hissədən ibarətdir. Birinci hissədə Allahdan başqa tanrının olmadığına, ikinci hissədə isə Məhəmmədin Allahın bəndəsi və Rəsulu olduğuna şahidlik edilir. Bu şahidlik qətilik qazanan bir təsdiq olmaqla yanaşı, eyni zamanda inancın sözlü ifadəsidir. Ənənəyə görə kəlmeyi-şəhadəti söyləyən insan müsəlman olur. Bundan sonra o, İslam hüququnun müsəlmanlar üçün müəyyən etdiyi bütün haqq və hüquqlara malik olmaqla yanaşı dinin buyurduğu əmr və qadağaları yerinə yetirməklə öhdəçilik daşıyır. Fiqhdə heç kim kəlmeyi-şəhadəti söyləməyə məcbur edilə bilməz, məcbur edilən şəxsin şahidliyi etibarlı hesab olunmur.
KƏLAM
KƏRAMƏT
OBASTAN VİKİ
Kəlmeyi-şəhadət
Kәlmeyi-şəhadət (ərəb. الشهادة‎ — əş-şəhadə, tərc. "şahidlik ", ) — İslamın iki əsas ehkamını ifadə edən düsturdur. Tək Allaha və Məhəmməd peyğəmbərin onun elçisi olmasına inamı ifadə edir. Müsəlman ibadətlərində şəhadətdən geniş istifadə olunur. Ərəbcə: Ərəbcə tələffüzü: Azərbaycanca: İslam (qısa məlumat kitabı). Azərbaycan Sovet Ensiklopediyasının Baş Redaksiyası. Bakı: 1989, səh.128.
Kəlmeyi Şəhadət

Şəhadət

Kəlimeyi-şəhadət

Kəlmeyyi şəhadət

Şəhadət (Göyçay)
Şəhadət — Azərbaycan Respublikasının Göyçay rayonunun inzibati ərazi vahidində kənd. Göyçay rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Şirvan düzündədir. Oykonimin Şəhadət şəxs adı ilə bağlılığı güman edilir. Şəhadət eyni zamanda ər.”şahidlik” və ya “şəhidlik” mənasındadır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 900 nəfər əhali yaşayır. Əsasən azərbaycanlılardan ibarətdir. Kənddə 11 türk ailəsi məskunlaşmışdır.
Şəhadət (dəqiqləşdirmə)
Kəlmeyi-şəhadət — İslamın iki əsas ehkamını ifadə edən formuldur. Şəhadət (Göyçay) — Göyçay rayonunda kənd. Şəhadət bələdiyyəsi — Göyçay rayonunda bələdiyyə.
Şəhadət Usubov
Şahadət Qalib oğlu Üsüfov (13 dekabr 2000, Göylər, Şamaxı rayonu – 10 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq hərbi xidmətçisi (əsgər), İkinci Qarabağ müharibəsinin şəhidi. Şahadət Üsüfov 2000-ci ilin dekabr 13-də Şamaxı rayonunun Göylər kəndində anadan olub. 2006-2017-cı illərdə Ə.Məmmədov adına 1 saylı Göylər kənd tam orta məktəbində təhsil alıb. Şahadət Üsüfov 2018-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Xüsusi Təyinatlı Qüvvələrin Cəlilabad rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmətə başlayıb. Azərbaycan Ordusunun kiçik çavuşu olan Şahadət Üsüfov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 10-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Şamaxı rayonunun Göylər kəndində dəfn edilib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahadət Üsüfov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahadət Üsüfov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Şəhadət barmağı
Şəhadət barmağı-ikinci barmaqdır, baş barmaqla orta barmaq arasında yerləşir. Bu barmaqdan daha çox işarə məqsədilə istifadə olunur. Jestlərlə danışanda çox istifadə olunur. Məsələn, kimisə işarə etdikdə, diqqəti nəyəsə çəkmək istədikdə bu barmaqdan geniş istifadə olunur. Bununla yanaşı, bütün barmaqlar kimi, şəhadət barmağının da tiblə əlaqəsi vardır. Bu barmaq böyrək və sidik kisəsi ilə əlaqəlidir. Fiziki simptonlaraşağıdakılardır: qarın sancısı, dəri problemləri, baş ağrısı, əsəbilik.
Şəhadət bələdiyyəsi
Göyçay bələdiyyələri — Göyçay rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Şəhadət (film, 2017)
Şəhadət — 2017-ci ildə Azərbaycanda istehsal olunmuş sənədli film. Film Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilmişdir. Film Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsinə həsr olunub. Filmdə Vətən uğrunda şəhadətə qovuşmuş qəhrəmanlarla yanaşı, dini fanatizmin və radikalizmin təsirinə məruz qalmış, bir sıra xarici ölkələrdəki ekstremist-terrorçu silahlı birləşmələrin tərkibində döyüşmüş şəxslərdən bəhs edilir. Ssenari müəllifi: Nadir Bədəlov Quruluşçu rejissor: Böyükağa Məmmədov Məsləhətçilər: Səyavuş Heydərov, Gündüz İsmayılov; 22 sentyabr 2017-ci il tarixində Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində filmin təqdimatı keçirilmişdir. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Dövlət Təhlükəsizlik Xidməti, Müdafiə və Daxili İşlər nazirliklərinin, Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti və əməkdaşları, Yeni Azərbaycan Partiyasının fəal gəncləri, həmçinin dini icma nümayəndələri iştirak ediblər.

Digər lüğətlərdə