KƏMƏNDİŞ
KƏMƏRBƏND
OBASTAN VİKİ
Kəmər
Kəmər (geyim)
Kiçik Kəmər
Kiçik Kəmər (dan. Lillebælt)-Fyon və Ere adalarını (şərqdə) Als adası və Yutlandiya yarımadasını (qərbdə) ayırır. Baltik dənizi ilə Katteqat boğazını birləşdirir. Uzunluğu 50 km, eni 800 m - 28 km arası dəyişir. Dayaz yeri 12 m, ən dərin yeri 75 m təşkil edir. Boğaz üzərində 2 körpü vardır. Körpülər Yeni və Köhnə körpü adlandırılır.
Kəmər (geyim)
Kəmər ya da Toqqa — geyim elementi. Qədimdən mövcuddur. Yoxsulların kəmərləri sadə, hakim sinfin nümayəndələrinin kəmərləri isə, adətən, daş-qaşla bəzədilmiş qiymətli metaldan olurdu. Kəmərin qayışına bəzən qızıl və ya gümüş pullar da düzülürdü. Hələ 6-7 min il bundan əvvəl kəmər geniş yayılmışdı. Qazıntılar zamanı Azərbaycanın Gədəbəy rayonunda e.ə. I minilliyə aid müxtəlif təsvirlərdə bəzədilmiş tunc kəmər tapılmışdır. Azərbaycan tətbiqi sənətində geniş yayılmış kəmərin bir sıra nümunəsi Azərbaycanın, eləcə də xarici ölkə muzeylərində saxlanılır. Məsələn, İstanbuldakı Topqapı muzeyində saxlanılan 1507-ci ildə düzəldilmiş və zəngin daş-qaşla bəzədilmiş I Şah İsmayılın kəməri sənətkarlıq nümunələrindəndir. Kəmər qadın bəzəyi kimi Azərbaycanda geniş yayılmışdı.
Kəmər (ilçə)
Kəmər — Türkiyə Respublikası Antalya əyalətində rayon. Aralıq dənizi sahilində, Antalya əyalət mərkəzindən 40 km uzaqlıqda yerləşir. 1980-cı ildən etibarən sürətlə inkişaf edən Kəmər bölgəsi 1991-ci ildə rayon adı aldı və ölkə turizminin mühüm mərkəzlərindən birinə çevrildi. Rayonun şimalında Konyaaltı rayonu, qərbində və cənub-qərbində Kumluca rayonu, cənubunda, cənub-şərqində və şərqində isə Aralıq dənizi yerləşir == Adlandırılması == XX əsrin 10-cu illərində Köhnə kənd (Eski köy) xalqı, kəndi sellərdən qorumaq məqsədi ilə dağın ətəklərində 23 km uzunluğunda bənd hörmüşlər. Sonralar bu divara görə kəndi Kəmər adlandırmışlar == Tarixi == Kəmər rayonunun tarixi E.ə. 690-cı ilə dayanır. Tarixi Likiya şəhərləri olan Faselis, Olimpos, İdyros Kəmər rayonu ərazisində yerləşir. E.ə. 690-cı ildə Rodos kralı I Oleios tərəfindən Faselis şəhərinin əsası qoyuldu. Şəhərin qalıqları bu gündə qalmaqdadır.
Kəmər (şəhər)

Kəmər (Ərdəbil)
Kəmər (fars. كمر‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 138 nəfər yaşayır (34 ailə).
Kəmər və Yol Təşəbbüsü
Kəmər və Yol Təşəbbüsü (abr. KYT; ing. Belt and Road Initiative; abr. BRI və ya B&R), əvvəlki adı ilə Bir kəmər, bir yol (çin. 一带一路; ing. One Belt One Road; abr. OBOR) — Çin hökumətinin 2013-cü ildə 70-ə yaxın ölkəyə və beynəlxalq təşkilata sərmayə yatırmaq məqsədilə qəbul etdiyi qlobal infrastruktur inkişaf strategiyası. Bu, Çin Kommunist Partiyasının (ÇKP) baş katibi və Çinin rəhbəri Si Tszinpinin xarici siyasətinin mərkəzi hissəsidir. O, təşəbbüsü ilk olaraq 2013-cü ilin sentyabrında Qazaxıstana rəsmi səfəri zamanı strategiyanı "İpək Yolu İqtisadi Kəməri" adı ilə elan etmişdir. "Kəmər" sözü "İpək Yolu İqtisadi Kəməri"nin qısaltmasıdır.
Böyük Kəmər
Böyük Belt (dan. Storebælt) şərq tərəfdən Lollan və Zelandiya, qərb tərəfdən Lanqelann və Fyun adaları arasında yerləşən boğaz. Böyük Kəmər Kattegat və Baltik dənizi birləşdirən üç ən böyük Danimarka boğazlarından biridir (o biri ikisi:Öresund və Kiçik Kəmər). Boğazın üzərindən 20 m. dərinliyində gəmi farvateri keçir və Baltik dənizinə vacib yollardan biri sayılır. Boğazda İsveç və Danimarkanı bağlayan bərə keçidi fəaliyyət göstərir Kil borusu tikiləndən sonra (1895) skandinaviya boğazları Atlantik okeana yeganə yol kimi artıq sayılmırdı və indi ancaq yerli üzgüçülük üçün istifadə olunur. Şərq küləklərinə görə qışda buzla donur. Burada yerləşən Sproqo adası boğazı şərq və qərb borusuna bölür. Onların üstündən iki hissədən ibarət olan Böyük Kəmər körpüsü tikilib. Həm də şərq borusunun altından dəmir yol tuneli keçir.
Kəmər (paltar)
Kəmər — adətən dəridən, plastikdən və ya ağır parçadan hazırlanmış, təbii bel ətrafında taxılan bant və ya qayış. Kəmərin ucları sərbəstdir və toka bir ucunu kəmərin digər hissəsinə, o biri ucunda və ya onun yaxınlığında bərkidərək kəməri ilgək halına gətirir. Kəmərlərin çoxu qara rəngdədir. Bel ölçülərinin müxtəlifliyinə görə kəmərlərin çoxu uzunluqda olur və əksər kəmərlər taxanın belinə uyğun olaraq toqqada tənzimlənə bilər.
"Qara kəmər" əməliyyatı
"Qara kəmər" əməliyyatı — Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi əməliyyat. Əməliyyat 2005-ci il martın 10-da həyata keçirilib və 11 mart 2005-ci il tarixdə Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluq uzun müddət ölkədə adam oğurluğu və digər ağır cinayətlər törətmiş kriminal dəstənin ifşa olunması barədə məlumat yayıb. "Qara kəmər" əməliyyatı nəticəsində cinayətkar dəstənin başçısı, DİN-in Cinayət Axtarış Baş İdarəsinin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Hacı Məmmədov və dəstənin üzvləri həbs olunub. "Qara kəmər" əməliyyatı uzun müddət bağlı qalmış bir sıra ağır cinayətlərin açılmasına kömək etdi. Prezident İlham Əliyevin sərəncamı ilə mütəşəkkil cinayətkar dəstənin zərərsizləşdirilməsində peşəkarlıq göstərdiklərinə görə MTN-in bir qrup əməkdaşı dövlət təltiflərinə layiq görüldü.
Qara kəmər (əməliyyat)

Siyah Kəmər (Əsədabad)
Siyah Kəmər (fars. سیاه‌کمر‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 28 nəfər yaşayır (10 ailə).
Zərdə Kəmər (Bicar)
Zərdə Kəmər (fars. زرده كمر‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 219 nəfər yaşayır (52 ailə). Əhalisini kürdlər təşkil edir.
Qara kəmər əməliyyatı
"Qara kəmər" əməliyyatı — Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi əməliyyat. Əməliyyat 2005-ci il martın 10-da həyata keçirilib və 11 mart 2005-ci il tarixdə Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluq uzun müddət ölkədə adam oğurluğu və digər ağır cinayətlər törətmiş kriminal dəstənin ifşa olunması barədə məlumat yayıb. "Qara kəmər" əməliyyatı nəticəsində cinayətkar dəstənin başçısı, DİN-in Cinayət Axtarış Baş İdarəsinin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Hacı Məmmədov və dəstənin üzvləri həbs olunub. "Qara kəmər" əməliyyatı uzun müddət bağlı qalmış bir sıra ağır cinayətlərin açılmasına kömək etdi. Prezident İlham Əliyevin sərəncamı ilə mütəşəkkil cinayətkar dəstənin zərərsizləşdirilməsində peşəkarlıq göstərdiklərinə görə MTN-in bir qrup əməkdaşı dövlət təltiflərinə layiq görüldü.
Bir kəmər, bir yol
Kəmər və Yol Təşəbbüsü (abr. KYT; ing. Belt and Road Initiative; abr. BRI və ya B&R), əvvəlki adı ilə Bir kəmər, bir yol (çin. 一带一路; ing. One Belt One Road; abr. OBOR) — Çin hökumətinin 2013-cü ildə 70-ə yaxın ölkəyə və beynəlxalq təşkilata sərmayə yatırmaq məqsədilə qəbul etdiyi qlobal infrastruktur inkişaf strategiyası. Bu, Çin Kommunist Partiyasının (ÇKP) baş katibi və Çinin rəhbəri Si Tszinpinin xarici siyasətinin mərkəzi hissəsidir. O, təşəbbüsü ilk olaraq 2013-cü ilin sentyabrında Qazaxıstana rəsmi səfəri zamanı strategiyanı "İpək Yolu İqtisadi Kəməri" adı ilə elan etmişdir. "Kəmər" sözü "İpək Yolu İqtisadi Kəməri"nin qısaltmasıdır.
Hacıqabul-Astara-Abadan qaz kəməri
Hacıqabul-Astara-Abadan Azərbaycanın Hacıqabul rayonundan İrana doğru uzanan təbii qaz kəməri. == Tarixi == Qaz kəmərinin təməlinin atılması barədə 1965-ci ildə SSRİ və İran arasında qarşılıqlı razılaşma əldə olunmuşdur. Layihənin açılışı 1970-ci ildə Astarada İran şahı Məhəmməd Rza Pəhləvi və həmin vaxt SSRİ Ali Soveti Rəyasət Heyətinin Sədri funksiyasını icra edən Nikolay Podqornı olmuşdur. 1971–79 illəri aralığında Cənubi Qafqaz ölkələri bu kəmər vasitəsilə Irandan gələn təbii qaz ehtiyatı ilə təmin olunmuşdur. Sonradan İranda baş verən İslam İnqilabı SSRİ ilə əməkdaşlığın sonuna, dolayısı ilə layihənin ləğvinə gətirib çıxarmışdır. 2006-cı ildə Azərbaycan və İran tərəfi arasında gerçəkləşmiş qarşılıqlı anlaşmaya əsasən Azərbaycan İranı Bakı-Astara istiqaməti üzrə qazla təmin etməyi öhdəliyinə götürmüş, İran isə öz növbəsində Naxçıvan Muxtar Respublikasını qazla təmin etməyi qəbul etmişdir. 2011-ci ilin noyabr ayında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və İran Milli Neft-Qaz Səhmdarlığı arasında bağlanan memorandumda 2010-cu ildən etibarən Azərbaycanın qarşı tərəfə 500 milyon kub metr illik qaz hasilatı etməsi göstərilmişdir. == Texniki xüsusiyyətləri == Qaz kəmərinin ümumi uzunluğu 1474.5 km-dir. Bəhsi keçən diapazonun 296.5 km-i Azərbaycanın payına düşür. Kəmərin ümumi diametri 1020 mm-dir və standard fəaliyyət rejimində hər il 10 milyon kub metr qaz hasilatı gücünə sahibdir.
Kirkuk-Ceyhan neft kəməri
Kərkük-Ceyhan neft kəməri (İraq-Türkiyə neft nəqledici) — 970 kilometr neft nəqli, Kərküklə Ceyhanı birləşdirən İraqın ən böyük neft nəql etmə sistemi. == Texniki təsvir == Neftin ötürülməsi diametri 1, 170 və 1,020 millimetr olan 2 boru ilə həyata keçirilir. Neft nəqletmə qabiliyyəti gün ərzində 1,100 və 500 min barel təşkil edir. Neft nəqli qurğuların ötürmə qabiliyyətinə uyğun tam gücdə istifadə edilmir. 2013-cü ildə Nasos stansiyasında işlərdən sonra İraqın şimalında onunla ötürülən neftin həcmində artım müşahidə olunmuşdur. Belə ki, bu rəqəm 300 dən 500-600 min barelə qədər yüksəlmişdir. Bir çox yerlərdə borular əsaslı təmirə ehtiyac duyur. 2003-cü ildə İraq tərəfdən neft nəqli çoxsaylı sabotaj hərəkətlərinə görə çətinləşdi. 2009-cu il 26 oktyabr tarixində Mosul ətrafında borularda problem yarandı. 2015-ci il iyul ayının 29-da Türkiyədən 18 km sərhəddə boruların bir hissəsi partladıldı.
Kəmərkuh (Miyanə)
Kəmərkuh (fars. كمركوه‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 337 nəfər yaşayır (63 ailə).
Kəmərli
Kəmərli — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. İncə dərəsinə aid üç kənddən biridir. Azərbaycanda qədim yaşayış məskənlərindən biri. 1982-ci ildə kənd ərazisinin bir hissəsi yəni Korbulağ ərazisinin 1,5 hissəsi SSRİ Mərkəzi komitəsinin qərarı ilə Ermənistana verilmişdir. Kəmərlilər o dövr üçün çox ciddi sayılacaq müqavimət göstərmişdir. == Etimologiya == Kəndin adı Kimer (Kəmərli) tayfasının adından yaranmışdır. Mənbələrin verdiyi məlumata görə kimmerlər Şimali Qara dəniz hövzəsindən köç edərək Azərbaycanda və Şərqi Anadoluda məskunlaşmşdılar. Herodotun yazdığına görə, e.ə. VIII əsrdə Şərqdən Qara dənizin Şimal çöllərinə-kimmerlərin ölkəsinə skiflər gəlmişdilər. Kimmerlər onlarla toqquşmaqdan çəkkinmiş, yığışıb Cənubi Qafqaza, oradan da Kiçik Asiyaya köç etmişdilər.
Kəmərli bələdiyyəsi
Qazax bələdiyyələri — Qazax rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Kəmərli xalçaları
Kəmərli xalçaları — Azərbaycan xalçaçılıq məktəblərindən olan Qazax xalçaçılıq məktəbinin Qazax qrupuna aid olan xovlu xalça növü. == İstehsalı == "Kəmərli xalçaları" öz adını Qazax şəhərindən 38 km şimal-qərbdə yerləşən Kəmərli kəndinin adından almışdır. Kənd Qazax rayonunun Qaymaqlı, Şıxlı, Salahlı kimi tanınmış xalçaçılıq məntəqələrinin arasında yerləşir. Kəmərli, hər şeydən əvvəl, xovsuz xalçaların ("zili") və məişət əşyalarının (çul, xurcun və s.) istehsal mərkəzidir. "Kəmərli" xalçaları təkcə Kəmərli kəndində deyil, Ermənistan Respublikasının və Gürcüstan Respublikasının Kəmərli kəndinə yaxın olan eyni adlı xalçaçılq məntəqələrində də istehsal olunmuşdur. == Bədii xüsusiyyətləri == "Kəmərli xalçaları"nın bədii xüsusiyyətləri "Qaçağan xalçaları"nda olduğu kimidir. Yeganə fərq ondan ibarətdir ki, buradakı mərkəzi medalyonlar ara sahədə daha sərbəst yerləşmişdir. == Texniki xüsusiyyətləri == "Kəmərli xalçaları"nın ölçüsü, adətən, böyük olmur. Uzunsov formatlı və böyük ölçülü "kəmərli xalçaları"na nadir hallarda rast gəlinir. "Kəmərli xalçaları"da bir kvadrat desimetrdə ilmələrin sıxlığı 30x30 ilmədən 35x35 ilməyə qədər yerləşir.
Kəmərqaya
Kəmərqaya (Daşkəsən) — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Kəmərqaya kənd inzibati ərazi dairəsində kənd. Kəmərqaya (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd.
Kəmərqaya (Daşkəsən)
Kəmərqaya (əvvəlki adı: Şarukkar) — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Kəmərqaya kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Daşkəsən rayonunun Şarukkar kəndi Kəmərqaya kəndi adlandırılmışdır. 21 dekabr 2012-ci il tarixli "Gəncə şəhərinin və Daşkəsən, Goranboy, Göygöl, Samux rayonlarının sərhədlərində qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu"na görə Kəmərqaya kənd inzibati ərazi dairəsi tərkibindəki Kəmərqaya kəndinin ərazisindən 24,65 ha (bundan dövlət mülkiyyətində olan 3,8 ha, bələdiyyə mülkiyyətində olan 4,25 ha və xüsusi mülkiyyətdə olan 16,6 ha) torpaq sahəsi Gəncə şəhər Nizami rayonunun inzibati ərazisinə verilmişdir. == Toponimikası == Kənd ərazidəki eyniadlı dağın adını daşıyır. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Qoşqarçayın sahilində, Murovdağ silsiləsinin ətəyində yerləşir. == Əhalisi == == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. 2020-ci ildə kənddəki 134 fərdi yaşayış evinə təbii qaz verilib. == Mədəniyyəti == Kənddə Kəmərqaya kənd kitabxana filialı, Kəmərqaya kənd Mədəniyyət Evi fəaliyyət göstərir. == Təhsil == Kənddə Daşkəsən rayon Kəmərqaya kənd F.Ələsgərov adına tam orta məktəb fəaliyyət göstərir.
Kəmərqaya (Germi)
Kəmərqaya (fars. كمرقيه‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 227 nəfər yaşayır (42 ailə).
Kəmərqaya bələdiyyəsi
Daşkəsən bələdiyyələri — Daşkəsən rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Kəmərtük
Qırmızıqaya (əvvəlki adı: Kəmərtük, Komraquç) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Hadrut qəsəbə inzibati ərazi dairəsində kənd. == Toponimikası == Kəndin keçmiş adı Kemraquç olmuşdur. Yaşayış məntəqəsi Ermənistanın Qafan rayonundan köçüb gəlmiş ailələrin Kemraquc adlı ərazidə məskunlaşması nəticəsində yaranmışdır. Tədqiqatçılara görə, bir qədər təhrifə uğramış oykonim Azərbaycan dilindəki kəmrə (heyvan ağılı) və qoç (erkək qoyun) sözlərindən düzəlib, "qoc saxlanılan ağıl" mənasındadır. == Tarixi == Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Komraquç kəndi Qırmızıqaya kəndi adlandırılmışdır. 1992-ci ildən 14 oktyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Qırmızıqaya kəndi 14 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. === Tarixi abidələri === Qırmızıqaya kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə təhsil müəssisəsi mövcud deyil.
Kərkük-Ceyhan neft kəməri
Kərkük-Ceyhan neft kəməri (İraq-Türkiyə neft nəqledici) — 970 kilometr neft nəqli, Kərküklə Ceyhanı birləşdirən İraqın ən böyük neft nəql etmə sistemi. == Texniki təsvir == Neftin ötürülməsi diametri 1, 170 və 1,020 millimetr olan 2 boru ilə həyata keçirilir. Neft nəqletmə qabiliyyəti gün ərzində 1,100 və 500 min barel təşkil edir. Neft nəqli qurğuların ötürmə qabiliyyətinə uyğun tam gücdə istifadə edilmir. 2013-cü ildə Nasos stansiyasında işlərdən sonra İraqın şimalında onunla ötürülən neftin həcmində artım müşahidə olunmuşdur. Belə ki, bu rəqəm 300 dən 500-600 min barelə qədər yüksəlmişdir. Bir çox yerlərdə borular əsaslı təmirə ehtiyac duyur. 2003-cü ildə İraq tərəfdən neft nəqli çoxsaylı sabotaj hərəkətlərinə görə çətinləşdi. 2009-cu il 26 oktyabr tarixində Mosul ətrafında borularda problem yarandı. 2015-ci il iyul ayının 29-da Türkiyədən 18 km sərhəddə boruların bir hissəsi partladıldı.
Mərkəzi Asiya - Mərkəzi qaz kəməri sistemi
Mərkəzi Asiya - Mərkəzi qaz kəməri sistemi Türkmənistandan Özbəkistan və Qazaxıstandan Rusiyaya keçən bir Qazprom tərəfindən idarə olunan qaz kəmərləri sistemidir. Şərq filialına Türkmənistanın cənub-şərq qaz yataqlarından başlayaraq 1, 2, 4 və 5 boru kəmərləri daxildir. Qərb filialı 3-cü boru kəmərindən və yeni paralel Xəzər boru kəmərinin inşası layihəsindən ibarətdir. Qərb filialı Türkmənistanın Xəzər dənizinin sahilindən şimala doğru axır. Qərbi Qazaxıstanda filiallar var. Oradan boru kəmərləri şimala gedir, burada Rusiya qaz boru kəməri sisteminə qoşulurlar. Sistem 1960 -1988-ci illər arasında qurulmuşdur. İnşaat, Amudərya hövzəsindəki Türkmən Carkak yatağının kəşfindən sonra başladı və boru kəmərinin ilk hissəsi 1960-cı ildə tamamlandı. 1 və 2 boru kəmərləri 1969-cu ildə, 4-ü isə 1973-cü ildə istismara verilmişdir. 1976-cı ildə Şatlıq kompressor stansiyası ilə Xivə arasında iki paralel xətt çəkildi.
Nabukko (boru kəməri)
Nabukko Vest qaz kəməri — Xəzər bölgəsi və Orta Şərq təbii qaz ehtiyatlarını Avropa bazarlarına çatdırmağı nəzərdə tutan qaz kəməri layihəsi. Kəmərin Türkiyə-Bolqarıstan sərhəddindən Avstriyanın Baumqarten un der Març qəsəbəsinə kimi çəkilməsi nəzərdə tutulub. Boru kəmərinin çəkilməsinin məqsədi Avropanın Rusiyadan qaz alışında asılılığını azaltmaqdır. Layihə Avropa Birliyi ölkələri və ABŞ tərəfindən dəstəklənir və Rusiyanın Qazprom şirkətinin həyata keçirmək istədiyi Cənub axını layihəsinə rəqib qismində görülür. Lakin bəzi ekspertlər boru kəməri üçün lazım olan miqdarda təbii qaz ehtiyatlarının olmadığından ehtiyat edirlər. Layihənin əsas xammal tədarükçüsünün Azərbaycan, Türkmənistan və Misirin də həmçinin layihənin təchizatçısı olması ehtimal edilir. Bolqarıstandan başlayıb Rumıniya, Macarıstandan keçərək Avstriyaya qədər uzanması planlaşdırılan bu xəttin ümumi uzunluğu 1 329 km-dir. Nabukko Təbii Qaz Boru Xəttinin minimum 10, maksimum 23 milyard barrel illik daşıma həcminə sahib olması və 2018-ci ildə istismara verilməsi nəzərdə tutulur. 1 329 kilometrlik bu boru xətti layihəsində OMV (Avstriya), Bulgargaz (Bolqarıstan), FGSZ (Macarıstan), Transgaz (Rumıniya) və BOTAŞ (Türkiyə) iştirak edir. Həmçinin, Fransa şirkəti olan Engie (GSZ) SA də 28 may 2013-cü ildə bu layihəyə qoşulmaq istəyini bildirmişdir.
Nabukko qaz kəməri

Odessa - Bordı neft kəməri
Odessa - Bordı neft kəməri — 2001-ci ildə Qara dənizdəki Odessa şəhəri ilə Lvov vilayətinin Brodı şəhəri arasında tikilmiş və Drujba neft kəməri ilə birləşdirilən kəmər. İstismar uzunluğu - 667 km, layihə gücü - ildə 14,5 milyon ton neft təşkil edir. Bu layihə Xəzər və Qazaxıstan neftini Türkiyə boğazlarından yan keçməklə Odessa yaxınlığındakı Yujnı limanından Şərqi və Mərkəzi Avropanın neftayırma zavodlarına, Qdansk limanı vasitəsilə isə Şimali Avropaya nəql etməli idi. Neft kəməri 1996-2002-ci illərdə tikilib. Tikintinin dəyəri 453 milyon dollar olur. Ehtimal edilirdi ki, sonradan Broddan Polşanın Plokka şəhərinə bir boru xətti çəkiləcək. Bu boru xətti artıq neft kəməri ilə Qdanska birləşdirilir. Lakin 2002-2004-cü illərdə Odessa-Brodı neft kəmərində işlər durur, səbəb isə Ukrayna hökumətinin Xəzər dənizində fəaliyyət göstərən neft şirkətlərindən onun xammalla yüklənməsinə zəmanət almaması idi. Rusiya Aralıq dənizi limanlarına öz neftinin tədarükü üçün bu xətdən əks rejimdə istifadə etməyə çalışırdı. 2004-cü il avqustun 18-də Rusiya və Ukrayna uzunmüddətli neft tranziti sazişi imzalayır və bu müqaviləyə əsasən, Drujba boru kəmərindən neft Ukraynanın Yujnı limanının terminallarına çatdırılmalı idi.
On yeddi kəmərbəst
On yeddi kəmərbəst: Şiə inancına görə, Həzrəti Əli tərəfindən kəmərləri bağlanan on yeddi övliaya verilən ad. Səlman Farsi Əmmar ibn Yasir Əbuzər əl-Ğəffari Abdullah ibn Abbas Malik Əştər Veysəl Qarani Məhəmməd ibn Əbubəkir Harim ibn Haris Abdullah ibn Yeddi-xəzai Abdullah ibn Ədiəl Əbu əl-Hişam Haris Şeybani Haşim ibn Ütbə Məhəmməd ibn Əbu Xəziqə Qəmbər Mürtəfi ibn Vəzza Səid ibn Qeys Digər bir rəvayətdə Həzrəti Əli öz oğullarının belini kəmərlə bağlayır.
Oğuz-Qəbələ-Bakı su kəməri
Oğuz–Qəbələ–Bakı su kəməri — Abşeron yarımadasının içməli su təchizatı sahəsində həyata keçirilən sonuncu və ən iri layihədir. Oğuz rayonu ərazisindən təmiz suyun boru xətti vasitəsilə Bakıya gətirilməsini nəzərdə tutan bu layihə Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyev 2002-ci ilin dekabrında keçirilən müşavirədə Bakı şəhərinə yüksək keyfiyyətli bulaq suyunun gətirilməsinin vaxtının çatdığını bildirmiş və bu məqsədlə Oğuz-Qəbələ zonasının yeraltı sularından istifadə ilə bağlı müvafiq göstəriş vermişdi. Prezident İlham Əliyevin "Azərbaycan Respublikası regionlarının, o cümlədən Qəbələ, İsmayıllı, Oğuz və Şamaxı rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında" 25 avqust 2005-ci il tarixli 972 saylı sərəncamı ilə Oğuz–Qəbələ–Bakı su kəməri layihəsinin icrasına başlanmışdır. Həmin sərəncamla təsdiqlənmiş Tədbirlər Planında Nazirlər Kabinetinə və "Azərsu" ASC-yə Oğuz rayonu ərazisindən Bakı şəhərinə yeni su kəmərinin çəkilməsinə dair təkliflər hazırlamaq tapşırılır. 2005-ci il sentyabrın 1-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə layihənin parametrləri müzakirə edilir və 2 il sonra — 2007-ci ilin martında tikinti işlərinə start verilir. Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaiti hesabına maliyyələşən Oğuz–Qəbələ–Bakı su kəmərinin rəsmi açılış mərasimi 2010-cu il dekabrin 28-də keçirilmişdir. Oğuz–Qəbələ–Bakı su kəmərinin uzunluğu 262,5 kilometr, diametri 2000 millimetr, suburaxma qabiliyyəti saniyədə 5 kubmetr olmaqla özaxımlıdır və şüşəlifli (GRP) borulardan çəkilmişdir. Kəmərin təzyiqi 20 atmosferdən yuxarı olan, çay və yol keçidləri də daxil olmaqla 55 kilometrlik hissəsi polad borulardan tikilmişdir. Kəməri su ilə təmin etmək üçün Oğuz rayonu ərazisində 78 istismar, 20 müşahidə quyusu qazılmışdır.

Значение слова в других словарях