Kərmədüz mahalı
Kərmədüz mahalı — Qaradağ xanlığının bölgələrindən biri.
== Mahal haqqında ==
Kərmədüz mahalı Qaradağ xanlığının 18 mahalından biri idi. Baş kəndi Həsrətan şenliyi sayılırdı.
== Tarixi ==
Zeynalabidin Əli "Təkmilət-ül əxbər" əsərində yazır ki, göstərdiyi igidliyə görə "Tozqoparan" ləqəbini almış Qara Piri bəy Qacar İsmayıl tərəfindən 1501-ci ildə Ağqoyunlu Əlvəndə qarşı göndərilmiş avanqard qoşuna rəhbər təyin edilmişdi. Ağqoyunlu qüvvələri Hüseyn Ağa Şükür oğlunun başçılığı altında Meşkin mahalında Kərmədüz adlı yerdə Qara Piri bəy Qacarın yaxınlaşdığını xəbər tutaraq qaçmış və Sultan Əlvəndin əsas qüvvələrinə qoşulmuşdu.
== Əhalisi ==
Kərmədüz mahalının əsas eli Çələbiyanlı idi.
== Tarixi abidələri ==
Kəhran qalası-1190-cı ildə yenidən Həmədan yaxınlığında Qızıl Arslanın üzərinə hücuma keçir, lakin Əmir Fəxrəddin Qutluq qoşununu darmadağın edir, özünü əsir alır.
III Toğrul ümid edir ki, əmisi Qızıl Arslan onu tutmuyacaq. Lakin Atabəy onu qandallayıb Kərmədüzdə Kəhran qalasında tutuqlu edir.
III Toğrulun dustaq saxlandığı qala bir çox qaynaqlarda dürlü yerlərdə göstərilib, Əl-Hüseyni yazır ki, "Azərbaycanda, Təbriz yaxınlığında bir qalaya salır".