Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Eski-Kermen
Eski-Kermen (Krım tatar dilində "Köhnə qala") — Krımda orta əsr mağara şəhərinin xarabalığı. Bağçasaraydan 14 km cənub qərbdə, Manqupdan 5 km şimal qərbdədir. Şəhərin sahəsi 8,5 ha, uzunluğu 1040 m, eni 170 m idi. Hündürlüyü 30 m-ә çatan sıldırımlarla məhdudlaşan Stolovaya dağının yaylasında salınmışdır. Şəhərin salınması 5-ci əsrin sonu – 6-cı əsrin əvvəllərinə aiddir.
Kerman
Kirman şəhəri İranın cənub-şərqində yerləşən şəhər. Kirman ostanının mərkəzi. 515 114 nəfər əhalisi var.
Jermen Lens
Jermen Marsiano Lens (d. 24 noyabr 1987, Amsterdam, Niderland) — Surinam əsilli hollandiyalı futbolçu. Türkiyə Super Liqası təmsilçilərindən Beşiktaş’da oynayır.
Jermen Teylor
Karmen (opera)
Karmen (fr. Carmen) — fransız bəstəkarı Jorj Bizenin Lüdovik, Halevi və Anri Melyakın librettosuna bəstələdiyi 4 pərdəli faciə janrında opera. Operanın librettosunun süjeti Prosper Merimenin eyniadlı novellasından götürülmüşdür. Opera 1874 cü ildə yazılmışdır. Onun primyerası 3 mart 1875 ci ildə Parisdə, “Opera-Komik”də baş tutmuşdur. Lakin opera tam iflasa uğrayır. O dövr üçün müasir sayılan parislilər opera səhnəsindəki çılpaq reallıqları həzm edə bilmir. Paris qəzetləri operanı tənqid atəşinə tutmaqda bir- biri ilə elə bir bəhsə girmişdilər. == Personajlar == == I Pərdə == Sevilya, siqar fabrikinin yanında suvari eskadronu düşərgə salır. Əsgərlər fabrikdə çalışan gözəl qızlarla əylənirlər.
Karmen Amaya
Karmen Amaya (isp. Carmen Amaya; d. 2 noyabr 1918[…] – 19 noyabr 1963[…]) — İspan rəqqasə, müğənni, film aktrisası, əfsanəvi flamenko rəqqasəsi. == Bioqrafiyası == Əslən qaraçı, gitaraçı Francisko Amayanın qızı (ləqəbi El Çino, Çinli). Altı yaşından bəri rəqs edir; atası ilə Barselonadakı "Yeddi qapı" restoranında çıxış edirdi. Onun istedadını ilk dəfə Kataloniya sənətşünası Sebastiyan Qaş görür. 1923-cü ildə Madriddə çıxış edir. 1929-cu ildə Parisdə debüt edir, Rakel Meler truppasındakı ifası böyük bir uğura səbəb olur. 1936-cı ildən bəri Portuqaliyada, ABŞ-da, Latın Amerikasında, Fransada, Böyük Britaniyada, Cənubi Afrikada yaşamış və ya səyahət etmişdir. O Arturo Toscanini və Leopold Stokovskidən yüksək qiymətləndirmələr almışdır.
Karmen Kas
Karmen Kas (est. Carmen Kass d. 14 sentyabr 1978, Tallin) — Estoniyanın top-modeli, aktrisası və siyasətçisi. Res Publica partiyasının üzvü, 2000-ci ildə Avropa Parlamentinə namizəd. 2004-cü ildə Estoniya Şahmat Birliyinin prezidenti seçilmiş və şahmat yarışlarında iştirak etmişdir. == Bioqrafiyası == Karmen bir Payde supermarketində bir italyan model agentliyi açılana qədər «Miss Payde» və «Miss Yarvamaa torpağı» daxil olmaqla bir sıra gözəllik müsabiqələrində qalib gəldi. Yeganə valideyni olan anası ofisiant işləyirdi və qızının üç ay Milana getməsi üçün icazə imzalamaqdan imtina etmişdi. Buna görə Kas sənədlərdə anasının yerinə saxta imza atmalı olmuşdur. == Karyerası == 14 yaşında Karmen yerli Baltic Models agentliyi üçün model olaraq çalışmağa başladı. Bununla yanaşı məşhur markaların üzü oldu:Calvin Klein, Chanel, Chloé, Christian Dior, Donna Karan, Dsquared2, Elle Sport, Emanuel Ungaro, Emilio Pucci, Fendi, General Motors, Givenchy, Gucci, Just Cavalli, Kenzo, Mango, MaxMara, Max Factor, Mercedes, Michael Kors, Omega, Ralph Lauren, Revlon, Salvatore Ferragamo, Swarovski, Tommy Hilfiger, Valentino, Versace, Victoria's Secret və Yves Saint Laurent.
Karmen Martinez
Karmen Martinez (26 dekabr 1982) — Paraqvaylı marafonçu. Karmen Martinez Paraqvayı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Karmen Martinez birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 56 dəqiqə 43 saniyəyə qət edərək 157 marafonçu sırasında 115-ci yeri tutdu.
Maykl Keymen
Maykl Keymen (ing. Michael Kamen; /ˈmaɪkəl ˈkeɪmən/, 15 aprel 1948[…], Nyu-York, Nyu-York ştatı – 18 noyabr 2003[…], London) — amerikalı bəstəkar (əsasən film musiqisi bəstəkarı), orkestr aranjimançısı, dirijor və mahnı müəllifi.70-dən çox filmin yaradılmasında iştirak edib, bunların arasında “Dağlı”, “Cənab Hollandın Opusu” (Ən yaxşı alətli kompozisiya üzrə «Qremmi»), “Robin Hud: Oğrular şahzadəsi”, “Braziliya”, “İks-adamlar”, “Ölümcül Silahın” bütün 4 hissəsi və “Məğlubedilməz” filmləridir. == Həyatı == Maykl Arnold Keymen Nyu-Yorkda anadan olub, dörd qardaşın ikincisidir. Atası Sol Keymen diş həkimi, anası Helen isə müəllim idi. Yəhudi əsilli idi.Nyu-York şəhərindəki Musiqi və İncəsənət Ali Məktəbində oxuyarkən Keymen “Məxfi materiallar” və digər layihələr üçün mövzu musiqisini bəstələyən Martin Fulterman (sonralar Mark Snou kimi tanınıb) ilə dost oldu. Keymen qoboy üzrə təhsil alarkən sinif yoldaşları Fulterman, Dorian Rudnitski və Toms Riverdan olan Klifton Nivison və Brayan Korriqan ilə birlikdə New York Rock & Roll Ensemble adlı rok-klassik fyujn-qrupu yaratmışdı. Bu qrup 1968-1972-ci illərdə beş albom buraxmışdı (Self-Titled, Reflections, Faithful Friends, Roll Over və Freedomburger). Qrup, adətən klassik musiqiçilər kimi ağ frakla (smokinq yox) çıxış edirdi. Konsertin ortasında Fulterman və Keymen qoboy dueti ifa edirdilər. 1967 ildə Alice Tully Hall'da qrup, rəfiqələri və sinif yoldaşı Cenis Yenın konsertində müşayiət etmişdilər.
Roman Karmen
Roman Lazareviç Karmen (rus. Рома́н Ла́заревич Карме́н, əsl soyadı - Kornman; 16 (29) noyabr 1906 - 28 aprel 1978) — Sovet kinooperatoru və rejissoru. Sosialist Əməyi Qəhrəmanı (1976), SSRİ Xalq artisti (1966), Azərbaycan SSR-in Əməkdar incəsənət xadimi (1959). == Həyatı == == Filmoqrafiya == === "Bakı Kinostudiyası" === Xəzər neftçiləri haqqında dastan (film, 1953) Dənizi fəth edənlər (film, 1959) == Mənbə == М. Рзаева. О двух фильмах Романа Кармена. "Изв. АН Азерб. ССР (серия общ. наук), 1962, № 9. Азербайджанской ССР кинематография.
Sofiya Cermen
Sofiya Cermen fr. Marie-Sophie Germain; 1 aprel 1776[…], Paris – 27 iyun 1831[…], Paris) — Fransa riyaziyyatçısı, mexaniki və filosofu. == Həyatı == Zəngin ipək tacirinin qızı olan Mari Sofiya Jermen ailəsinin üç qız uşağından ikincisi idi. O, 1 aprel 1776-ci ildə Parisdə anadan olub. 1789-cu il iyulunda Bastiliya hadisələri zamanı Paris küçələrində başına bir iş gəlməsin deyə Sofiyanın evdən çıxması qadağan edilmişdi. Evdə sıxıldığı münasibətlərdən qaçan Sofiya çarəni atasının zəngin kitabxanasına sığınmaqda görür. Riyaziyyata olan həvəsi qədim yunan riyaziyyatçısı Arximedin Sirakuzanın romalılar tərəfindən istilası zamanı həndəsə məsələsini həll etməyə çalışdığı anda öldürülməsi hekayəsini oxuduğu zaman yaranmışdı. Bu tarixi hadisədən o qədər mütəəssir olur ki, riyaziyyat araşdırmaları ilə məşğul olmağa qərar verir. Sofiya riyaziyyat çalışmaları ilə yanaşı, maraqlandığı sahələr üzrə mətnləri oxuya bilmək üçün latın və yunan dillərini də öyrənməyi düşünürdü. Ancaq atası bu istəyinə etiraz edir.
Çermen (kənd)
Çermen (Oset. Черменыхъæу) kəndi Şimali Osetiya Respublikasının Priqorodnı rayonunda yerləşir. Çermenski kənd yaşayış məntəqəsinin inzibati mərkəzidir. == Coğrafiya == Vladiqafqazdan 12 km şimalda, Kambileyevka çayının sağ sahilində yerləşir. Kəndin şimal kənarında "Qafqaz" federal magistral yolu keçir və "Çermen" federal postu yerləşir. == Tarix == 1844-cü ildə İnquş zadəganı M. B. Bazorkin tərəfindən təsis edilmişdir. Qismən müasir kəndin yerində Qraf Uvarovun əmlakı var idi.1944-cü ilə qədər Çermen kəndi Bazorkino adlanırdı və Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının tərkibində idi və İnquşetiyanın ən vacib siyasi və iqtisadi mərkəzi idi. Xüsusilə, 1917-ci ildə Sovet hakimiyyəti İnquşetiyada ilk dəfə burada elan edildi.Kəndlilər yüksək təhsilli idilər. İnquşetiyanın ilk məktəbləri burada yarandı. Kəndin sakinləri generallar, elm adamları, yazıçılar, şairlər, idmançılar var idi.
Keren (mifologiya)
Keren (yun. Χάρων) — yunan mifologiyasında ölülərin ruhlarını canlılar dünyasından ölülər dünyasına aparan Aidin qayıqçısı.
Pari Sen-Jermen FK
Paris Sen-Jermen — Fransanın Paris şəhərini təmsil edən futbol klubu. == Tarix == "Paris Sen-Jermen" futbol klubu 1970-ci ildə "Paris" və "Stade Sen-Jermen" klublarının birləşməsi nəticəsində yaranmışdır. 1974-cü ildən Fransa çempionatında çıxış edir. 2011-ci ilin mayında klubun aksiyalarının 70 faizi "Qatar Sports Investments" tərəfindən alınıb. == Klub formala == == Tərkibi == Bu heyət 11 Avqust 2021-ci il tarixinə istinadən qurulmuşdur.
Paris Sen-Jermen FK
Paris Sen-Jermen — Fransanın Paris şəhərini təmsil edən futbol klubu. == Tarix == "Paris Sen-Jermen" futbol klubu 1970-ci ildə "Paris" və "Stade Sen-Jermen" klublarının birləşməsi nəticəsində yaranmışdır. 1974-cü ildən Fransa çempionatında çıxış edir. 2011-ci ilin mayında klubun aksiyalarının 70 faizi "Qatar Sports Investments" tərəfindən alınıb. == Klub formala == == Tərkibi == Bu heyət 11 Avqust 2021-ci il tarixinə istinadən qurulmuşdur.
Sen-Jermen-an-Le
Sen-Jermen-an-Le ( fransız: [sɛ̃ ʒɛʁmɛ̃ ɑ̃ lɛ] ( dinlə)) — Fransanın şimal-mərkəzindəki İle-de-Frans əyalətinin Yvelines departamentində kommuna. Parisin qərb ətraflarında yerləşir, Parisin mərkəzindən 19.1 kilometr (11.9 mil) uzaqda yerləşir. Sakinləri sen-jermenlilər adlanır. Ağaclarla örtülmüş zərif küçələri ilə o, həm yüksək səviyyəli istirahət yerlərini, həm də eksklüziv yaşayış məhəllələrini özündə birləşdirən Parisin daha zəngin şəhərətrafı ərazilərindən biridir. Sen-Jermen-an-Le departamentin sub-prefekturasıdır. Buraya Sen-Jermen-an-Le Milli Meşəsi daxil olduğu üçün təxminən 48 kv. metkilor (19 kv. mil) ərazini əhatə edir, onu Yvelinesdəki ən böyük kommuna edir. Sena çayının böyük bir döngəsini tutur. Sen-Jermen-an-Le RER -in A xəttinin qərb sonlarından birində yerləşir.
Sen-Jermen-de-Fosse
Sen-Jermen-de-Fosse (fr. Saint-Germain-des-Fossés) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Varen-syur-Alye kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03236. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 3667 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 2271 nəfər (15-64 yaş arasında) 1531 nəfər iqtisadi cəhətdən fəal, 740 nəfər hərəkətsizdir (fəaliyyət göstərici 67,4%, 1999-cu ildə bu 67.7%). Fəal olan 1531 nəfərdən 1359 nəfəri (712 kişi və 647 qadın), 172 nəfəri işsizdir (87 kişi və 85 qadın). Aktiv olmayan 740 nəfər arasında 181 nəfər şagird və ya tələbə, 257 nəfər pensiyaçı, 302 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Sen-Jermen-de-Ju
Sen-Jyust (fr. Chavornay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. == Cöğrafiyası == Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. == İqritisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Sen-Jermen-de-Sal
Sen-Jermen-de-Sal (fr. Saint-Germain-de-Salles) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Şantel kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03237. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 437 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 287 nəfər (15-64 yaş) arasında 210 nəfər iqtisadi fəal, 77 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73,2%, 1999-cu ildə bu 69.3%). Fəaliyyət göstərən 210 nəfərdən 190 nəfər (105 kişi və 85 qadın), 20 nəfər işsiz (13 kişi və 7 qadın) çalışmışdır. Aktiv olmayan 12 nəfər arasında şagird və ya tələbə, 34 nəfər təqaüdçü, 31 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Sen-Jermen-le-Paruas
Sen-Jyust (fr. Chavornay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. == Cöğrafiyası == Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. == İqritisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Sen-Jermen-syur-Renon
Sen-Jermen-sür-Renon (fr. Saint-Germain-sur-Renon) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. == Cöğrafiyası == Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. == İqritisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Sen-Jermen-sür-Renon
Sen-Jermen-sür-Renon (fr. Saint-Germain-sur-Renon) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. == Cöğrafiyası == Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. == İqritisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Sen-Jermen sülh müqaviləsi
Sen-Jermen müqaviləsi - I dünya müharibəsinin yekunlarına dair Paris sülh konfransının gedişində Antanta ölkələri ilə Avstriya arasında imzalanmış sülh müqaviləsi. == Haqqında == Avstriya-Macarıstanın hər iki hissəsi ilə aparılan sülh danışıqları onların hər biri ilə ayrı-ayrılıqda müqavilələrin imzalanması ilə nəticələndi.Bu sülh müqaviləsi hazırlanarkən ən mübahisəli məsələ Balkan yarımadası və və Dunay hövzəsi idi. Bu müqaviləyə əsasən Avstriya öz tərkibində olan malikanələrin hamısından əl çəkirdi. Avstriya ilə razılaşma 1919-cu il 10 sentyabrda Paris ətrafındakı Sen-Jermendə imzalandı. Bu razılaşmaya əsasən Avstriya Cənubi Tirolu və İstriyanı, Yuliyevsk-Kraynı,triyest əraziləri İtaliyaya verirdi. Avstriya ərazilərinin böyük hissəsi yeni qurulan üç dövlət - Çexoslovakiya, Polşa və Serb, Xorvat, Sloven Krallığı (sonralar Yuqoslaviya) arasında bölüşdürüldü. Sloveniya, Dolmasiya, Bosniya və Herseqovina Serb, Xorvat, Sloven Krallığına verldi. Avstriya Çexoslovakiyanın müstəqilliyini tanıyır. Çexoslovakiyaya verilən ərazilərdə əsasən avstriyalılar məskunlaşmışdı. Ümumilikdə, xüsusilə, Sudet vilayətində yaşayan əhali də daxil olmaqla Çexoslovakiya ərazində 3 milyondan çox alman dilli əhali oldu.
Kərmək
Dəvəayağı, dəvəqulağı və ya kərmək (lat. Limonium) - plumbaqokimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == (?)Meyer dəvəayağı (Limonium meyeri (Boiss.) O. Kuntze) == İstinadlar == == Həmçinin bax == Dəvəayağı:The Plant List saytında takson barədə məlumat.
Sen-Jermen-аn-Le (rayon)
Sen-Jermen-ан-Le (fr. Saint-Germain-en-Laye) — Fransanın İl-de-Frans regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — İvelin. Suprefektura — Sen-Jermen-ан-Le. Rayon əhalisi 2006-cı ildə 546 627 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 1603 nəf / km². Rayon sahəsi — 341 km².
Sen-Jermen sülh müqaviləsi (1570)
Sen-Jermen sülh müqaviləsi (fr. Paix de Saint-Germain-en-Laye) — Fransada hugenotlarla katoliklər arasında baş vermiş III dini müharibəni başa çatdıran sülh müqaviləsi. Paris yaxınlığında yerləşən Sen-Jermen-an-Le adlı yerdə 15 avqust 1570-ci ildə imzalanmışdır. Bu sülh müqaviləsinə əsasən, Paris istisna edilməklə, bütün Fransa ərazisində hugenotlara etiqad azadlığı, Fransanın hər bir qubernatorluğunda iki şəhərin hüdudlarında kalvinist kilsələrinin fəaliyyətinə icazə və kalvinistlərə dövlət vəzifələri tutmaq hüququ verilmişdir. Sülh müqaviləsinə əsasən hugenotlar həmçinin dörd qala - La-Roşel, Montoban, Konyak və La-Şarite qalalarını almışlar.
Bergen
Bergen (norv. Bergen) — Norveçin ikinçi böyük şəhəri, Hordaland fülkesinin mərkəzi və Qərbi Norveçfülkesinin ən böyük şəhəri. Şəhər ölkənin qərbində, Şimali dənizinin sahilində yerləşir. 1299-cu ilə qədər Norveçin paytaxtı olub, 1830-cu ilə ilə kimi Norveçin ən böyük şəhəri hesab edilirdi. Bu günlərdə Bergen — böyük liman şəhəridir, bundan başqa şəhərdə Bergen Universiteti fəaliyyət göstərir. Orta əsr Brüggen (Bergen) sahili UNESCO Ümumdünya irsinə daxil edilib.
Bernen
Bernen (fr. Bernin) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Muayan Qrezivodan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38039. Kommunanın 2007-ci il üçün əhalisi 3007 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 219 ilə 1200 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 480 km cənub-şərqdə, Liondan 55 km cənub-şərqdə, Qrenobldan 45 km şimal-qərbdə yerləşir.
Betmen
Betmen (ing. Batman), başlanğıcda Bet-men (ing. Bat-man "Yarasa - adam") — DC Comics nəşriyyat evində buraxılmış ən məşhur komiks personajlarından biri. Bu superqəhrəman personaj rəssam Bob Keyn və yazıçı Bill Finqerin birgə müəllifliyi ilə yaradılmışdır. İlk dəfə 1939-cu ilin may ayında "Detektiv komiksləri" (ing. Detective Comics) buraxılışının 27 nömrəli sayında dərc edilmişdir. Yaxın vaxtlara qədər Bob Keyn personajın əsas yaradıcısı hesab edilirdi, lakin aparılmış bir çox tədqiqatlardan sonra, 2015-ci ildə müəlliflik hüququ Bill Finqerə təqdim edilmişdir, çünki qəhrəmanın yaradılmasında Keynin töhfəsi olduqca əhəmiyyətsiz idi. Betmenin orijinal tərcümeyi-hal versiyasında — baş qəhrəman, müvəffəqiyyətli sənaye sahibi, filantrop və qadınların sevimlisi olmuş milyarder Bryus Ueynanın gizli alter-eqosudur. Uşaqlıqda, öz valideynlərinin qətlinin şahidi olmuş, Bryus öz həyatını ədalət uğrunda cinayətin aradan qaldırılmasına və mübarizəyə həsr etməyə and içir. Özünü fiziki və mənəvi şəkildə hazırlayaraq, o, yarasanın stilizə edilmiş kostyumunu geyinərək və cinayətkarlarla qarşı durma üçün şəhərin küçələrinə çıxır.
Bremen
Bremen(alm. Bremen‎ [ˈbʁeːmən])—Bremen əyalətinin paytaxtı. == Tarixi == Bavariya, Hamburq və Saksoniya ilə birlikdə Bremen də artıq 1945-ci ilə qədər mövcud olan siyasi subyektlərdən biri idi; San-Marinodan sonra bu dünyada ikinci ən qədim şəhər respublikadır. Bremen əyaləti Bremen şəhərindən (543 000 əhali) və Veser (d) çayından 65 kilometr aşağıda yerləşən Bremerhaven (d) (125 000 əhali) şəhərindən ibarətdir. Bu iki şəhər arasından ərazi Aşağı Saksoniya əyalətinin payına düşür. İlk dəfə 1200 il əvvəl, daha doğrusu 782-ci ildə milad tarixi ilə 787-ci ildə adı çəkilən və İmperator I Fridrix Barbarossa tərəfindən azad şəhər hüququ alan Bremen 1358-ci ildə Hanseatik liqaya qatıldı. 1404-cü ildə Rolandın heykəlini ucaltmaqla və 1405-ci ildə Şəhər Dəhlizini tikməklə şəhər özünün sağlam təyinata ehtiyacını nümayiş etdirdi. 1646-cı ildə Bremen müstəqil imperiya şəhəri statusunu aldı; 1806-cı ildən bəri Bremen özünü Müstəqil Hanseatik Şəhəri adlandırır. Bremenhaven 1827-ci ildə yaradıldı və 1851-ci ildə şəhər statusuna qaldırıldı. Əyalət parlamenti ənənəvi "Bremise Bürgerşaft" adını daşıyır; əyalət hakimiyyəti "Senat" adlanır və Senatın Rəhbəri əyalətin hakimiyyət rəhbəridir. Hər il Fevral ayının ikinci Cümə günü Almaniyanın məşhur ictimai xadimləri Bremenin dənizkənarı ictimaiyyəti tərəfindən Şəhər Dəhləzində keçirilən tarixi "Şaffermaltsayt" iməcliyinə dəvət olunur.
Hermes
Hermes (q.yun. Ἑρμῆς, Ἑρμέας, Ἑρμείας, miken dilində e-ma-a2) — qədim yunan mifologiyasında ticarət, gəlir, praqmatizm, cəldlik ilahı, ticarətdə gəlir və var-dövlət bəxş edir, atletlərin ilahıdır. Adının ən qədim versiyası Mikena mənşəlidir. Əksər alimlər Hermes adını "daş/yolqırağı məbəd/mərz" mənası verən "herma" sözündən törədiyini qeyd edirlər, lakin onun adı "tərcüməçi" mənası verən "hermeneus" sözü ilə də bağlı ola bilər. Hermes səfirlərin, çobanların, carçıların və yolda olanların himayəçisidir. Magiya, əlkimya və astrologiyanı himayə edir. İlahların elçisi və ölənlərin ruhunun Aidin dünyasına aparan bələdçidir (buna görə də, onu həm də Psixopomp, yəni "ruhların bələdçisi" adlandırırdılar). Cəldlikdə, hiyləgərlikdə və oğurluqda tayı-bərabəri yoxdur. Homer və Hesiod onu "uğur gətirən", "cangüdən" və "əla hiylə quran" adlandırırlar. Ölçü vahidlərini, rəqəmləri, əlifbanı ixtira etmiş və insanlara öyrətmişdir.
Karmin
Karmin (qida qatqısı)
Kensen
Kensen (fr. Quinssaines) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Qərbi Molyuson kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03212. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 1245 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 759 nəfər (15-64 yaş arasında) arasında 560 nəfər iqtisadi fəal, 199 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73.8%, 1999-cu ildə 70.6%). Fəal 560 nəfərdən 528 nəfər (280 kişi və 248 qadın) işləyir, 32 nəfər işsizdir (17 kişi və 15 qadın). 199 hərəkətsiz 38 nəfər arasında şagird və ya tələbə, 113 nəfər pensiyaçı, 48 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Ərmən yaylası
Ermənistan yaylası — Ön Asiyanın şimalında yerləşən yayla. Ön Asiya yaylasına daxil olan üç yayladan: Kiçik Asiya yaylası, Ermənistan yaylası və İran yaylası-dan biridir. == Adı == "Ermənistan dağları" haqqında ilk məlumat qədim yunan müəllifi Ksenofontun b.e.ə V əsrə aid "Anabasis" kitabında verilir. == Yerləşməsi == Ermənistan yaylası üç göl arasında yerləşən ərazini əhadə edir:Göyçə, Van və Urmiya. Yaylanın inzibati cəhətdən ərazisinin böyük qismi Türkiyə və Ermənistanın payına düşür. Üstəlik İranın şimal-qərbində müəyyən ərazini, Gürcüstanın cənubu və Azərbaycanın qərbini əhatə edir. Yaylaya Kiçik Qafqaz, Şərqi Tavr və Kürdüstan silsiləsi daxildir. Yaylanın ümumi sahəsi 400,000 km² təşkil edir. Alp-Himalay qırışıqlığı zonasına daxildir. Dördüncü dövr vulkanik suxurları ilə örtülmüşdür.
Kermit
Kermit(protokol)-faylların ötürülməsi üçün asinxron rabitədə istifadə olunan protokol. 1981-ci ildə Kolumbiya Universitetində (ABŞ) Frank da Kruzo tərəfindən işlənib hazırlanıb. Başlıca olaraq informasiyanın mikrokompüterlər arasında ötürülməsi vasitəsi kimi nəzərdə tutulub. Kermit protokolundan telefon xətləri ilə rabitə üçün nəzərdə tutulmuş bir çox proqram paketlərində istifadə olunur. İnformasiya dəyişən uzunluqlu (adətən, 96 bayta kimi) bloklarla (paketlərlə) ötürülür və hər bir paket veriliş xətasına görə yoxlanılır. İdarəedici simvollar ASCII’nin standart çap simvollarına (32-dən 126-dək onluq kodlar) çevrilir və bu şəkildə adresat tərəfindən düzgün oxunacaq riski olmadan göndərilə bilər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı,465s.
Kerogen
== Kerogen == Neftin mənşəyi, eləcə də miqrasiya və akkumilyasiyası ilə bağlı ikili problemin dəqiq təfərrüatları hələ də tam surətdə aydınlaşdırılmamışdır. Analitik kimya və geokimyada son zamanlar əldə edilən uğurlar bu istiqamətdə bilikləri və dərk olunmanı artırmağa kömək etmişdir, lakin mübahisəli məsələlər həll edilməmiş qalmaqdadır. Buna görə də neft elmindən bəhs edən hər hansı bir mətndə kerogen ilə bağlı bölmənin olması vacibdir. Neft sahəsində çalışan alimlər həmişə çöküntülü hövzələrdə tapılan karbohidrogenlərin mənşəyi ilə bağlı qiymətli dəlilləri əldə etmək üçün yeni etibarlı texnologiyalar axtarışında olmuşlar. Neft sistemlərinin bugünkü analizi geokimya ilə birbaşa vəhdətdə yerinə yetirildikdə, xam neft və təbii qaz toplantılarının bioloji mənşəyə malik olması haqda nəzəriyyəni dəstəkləyir. Neft və qazın biogenik sələfinin (prekursorunun) kerogen olması ehtimal edilir. Kerogen təbiətdə tapılan, bərk, həll olmayan üzvi maddə olaraq, daş mənbə süxurlarında rast gəlinir və qızdırıldıqda neft əmələ gətirə bilir. Kerogenin tipik üzvi tərkib hissələri dəniz yosunu və ağac mənşəli bitki materialıdır. Kerogen bitum və ya həll olan üzvi maddəyə nisbətən yüksək molekul kütləsinə malikdir. Bitum neftin yaranması zamanı kerogendən əmələ gəlir.
Kerulen
Kerulen — Monqolustanda və Çində çay. Uzunluğu 1264 km-dir. Xentey yaylasından başlanır. Dalaynor gölünə tökülür. Yağış və qrunt suları ilə qidalanır. Noyabrdan aprelədək donmuş olur. Yayda daşır. Suvarmada istifadə edilir. Monqolustanın Çoybalsan şəhəri Kerulen sahilindədir.
Aleksandr Herzen
Aleksandr İvanoviç Herzen (rus. Алекса́ндр Ива́нович Ге́рцен; 25 mart (6 aprel) 1812, Moskva – 9 (21) yanvar 1870[…], Paris, Fransa) — rus ədibi, filosof və inqilabçı-demokrat. == Aforizm və hikmətli sözləri == Bərabərlik olmadan əsl nikah ola bilməz, ərini maraqlandırmayan, onun fikirlərini bölüşməyən arvad onun üçün kənizdir, xidmətçidir, dayədir. Elm-həqiqətin inkişaf etdiyi canlı orqanizmdir. Kitab bir nəslin o biri nəslə qoyub getdiyi mənəvi vəsiyyətdir. Kitab vasitəsi ilə biz həqiqətlər və rəzalərlər mülkünə daxil oluruq. Kitaba hörmət etmək, bu təfəkkür məbədinə daxil olmaq lazımdır. Tələsik evlənənin əzabı uzun sürər. Yalnız illərin sınağından çıxmış hisslər müqəddəsdir.
Bergen-Belzen
Bergen-Belzen (alm. Bergen-Belsen‎) və ya sadəcə Belzen (alm. Belsen‎) — Almaniyanın Hannover vilayətində (indiki Aşağı Saksoniya), Belzen kəndindən 1 mil (1.6 km) məsafədə və Bergen şəhərindən bir neçə kilometr cənub-qərbdə yerləşən nasist həbs düşərgəsi. == Məhbuslara rəftar == Hazırkı hesablamalara görə, həbs düşərgəsinin 1943-cü ildən 1945-ci ilə qədər fəaliyyət göstərdiyi dövrdə orada olan məhbusların sayı 120 min nəfərə yaxındır. SS qulluqçularının düşərgənin dosyelərini məhv etməsi səbəbilə onların demək olar yarısının, təxminən 55 min nəfərinin adı məlum deyil.:269 SS-nin məhbuslarla rəftarı düşərgənin ayrı-ayrı hissələrinə uyğun olaraq dəyişirdi. Düşərgəyə mübadilə ilə gələn məhbuslara, ən azı ilkin vaxtlarda digər məhbuslardan daha yaxşı rəftar edirdilər.:187 Müharibədən sonra düşərgənin və ya bəlkə də bir hissəsinin digərləri ilə müqayisədə "imtiyazlı xarakter"ə malik olduğu iddiaları yayılmışdır. Saloniki yəhudi icması kollaborator olduğu 55 nəfərin 53-nün almanlar tərəfindən Bergen-Belzenə "xüsusi lütfkarlıq" kimi göndərilməsi iddiasına görə kollaborator olduğu iddia olunan şəxslərə qarşı məhkəmə işi açmışdır. == İstinadlar == == Xarici keçidlər == Bergen-Belsen Memorial NEW Online archive relating and dedicated to the men and women service personnel and the part they played at the Liberation and subsequent Humanitarian Effort of the Bergen Belsen Concentration Camp The United States' Holocaust Memorial website on Belsen Bergen-Belsen on YouTube Bergen-Belsen Death Camp from Holocaust Survivors and Remembrance Project: "Forget You Not" Film footage of Belsen concentration camp and its destruction Harold Le Druillenec, from the Channel Islands, was the only British survivor of Bergen Belsen. This link is to his testimony at the Bergen-Belsen trial of his experience there.
Bəhmən
Bəhmən — Kişi adı. Bəhmən Vətənoğlu — Azərbaycan şairi. Bəhmən Əliyev — Bəhmən Axundov — == Digər == Bəhmən (ay) — İran və Əfqanıstanın rəsmi təqviminin on birinci ayı. Bəhmən (Zəncan) — İranda kənd.
Dərman
Dərman — insan və heyvanlarda xəstəlikləri müalicə etmək üçün istifadə edilən farmokoloji vasitə.Tibbi praktikada olduqca çox dərmanlar işlədilir. Odur ki, onlar haqqında tam təsəvvür yaratmaq üçün dərmanları oxşar xüsusiyyətlərinə görə qruplaşdırırlar. Ən geniş yayılmış təsnifat dərmanların həm farmakoloji təsir xüsusiyyətləri və həm də kimyəvi tərkibi əsas götürülən qarışıq təsnifatdır. == Ən bahalı dərmanlar == Bəzi aztapılan dərmanlarla müalicə kursunun illik xərci xəstəyə yüz minlərlə dollara başa gəlir. Forbes jurnalı dünyanın ən bahalı dərmanlarının siyahısını tərtib etmişdir. Jurnalın məlumatına görə, dünyada ən bahalı dərman Alexion Pharmaceutical şirkətinin istehsalı olan Soliris preparatıdır. Bu dərmanla illik müalicə kursu 409,5 min dollara başa gəlir. Soliris immun sisteminin unikal pozğunluğundan əziyyət çəkənlərə yardım edir. İnsan yatanda onun qanında qırmızı qan hissəcikləri (paroxysymal nocturnal hemoglobinuria) parçalanır. Dərman bazara iki il öncə daxil olub.
Erməni
Ermənilər (erm. հայեր) — Qafqaz və Yaxın Şərqdə halk. Özlərini "Hay", ölkələrini "Hayastan" adlandırırlar. Ermənistan əhəlisin əsasını təşkil edirlər. Bundan əlavə İran, Türkiyə, Livan, Suriya, və Azərbaycanda da məskunlaşmışlar. Sayları 2010-cu ilə olan təxminlərə əsasən 6–8 milyon nəfərdir. Ermənistandankı ermənilərin sayı rəsmi rəqəmlərə görə 3 milyona yaxındır. Türkiyədə ermənilərin sayı müxtəlif mənbələrə görə 35000 ilə 50000 arasında olub, demək olar ki, hamısı İstanbul və ətrafında yaşamaqdadır. 19-cu əsrə kimi əksəriyyəti Osmanlı İmperiyası və İranda yaşayan ermənilər bu dövrdən sonra müxtəlif səbəblərdən dünya ölkələrinə səpələnib və bu səpələnmə nəticəsidə dünyanın müxtəlif ölkələrində yaşayan erməni topluluqlarına erməni diasporası adı verilib. Erməni diasporasının ən güclü olduğu ölkələr ABŞ, Rusiya və Fransadır.
Fərman
Fərman, hökümdarın möhürünü daşıyan yazılı əmir. Farsca buyurmaq, əmr etmək mənasına gələn fərman ( fars. فرمان‎ ) sözündən yaranmışdır.Elxanilər, Qızıl Orda və Kırım xanlığında yarlıq sözü, Qaraqoyunlu ilə Ağqoyunlularda sözümüz, Böyük Səlcuq, Anadolu Səlcuqlularında pərvanə, Məmlüklərdə mevkii sözü işlədilməkdə idi.
Fərməş
Fərməş — yorğan-döşəyi yığmaq üçün ağzını gözəmək məqsədilə ilgəklər tikilmiş yarım metr hündürlüyündə, 1,2 metr enində, iki metr uzunluğunda bəzəkli xalça. Fərməşə bəzi bölgələrdə məfrəş də deyilir.