Kəsmə

qiymətli kağızlar üzrə REPO sazişində brokerin öz xidmət haqqını almaq üçün saxladığı əlavə vəsait.
Kəsirli İqtisadiyyat
Kəşf
OBASTAN VİKİ
Kəsmə
Kəsmə - Naxçıvanda və Gəncəbasarda geniş yayılmış ən qədim rəqslərdən biridir. Musiqisi sadə, lakin maraqlıdır. Komik rəqslər silsiləsinə daxildir. Onu ancaq kişilər ifa edirlər. Rəqs üçün atılma, tullanma, şıdırğı vurma, sıçrama hərəkətləri səciyyəvidir. İfaçı onu mümkün qədər məzəli tərzdə oynamağa çalışır. “Kəsmə” Naxçıvan Muxtar Respublikasının bütün rayonlarının toy şənliklərində ifa olunan qədim rəqslərdəndir.
Baş kəsmə
Boğazdan və ya boyundan hər hansısa bir soyuq alətlə, gilyotinlə, baltayla başın bədəndən qoparılaraq ayrılmasıdır. Bu cür hallarda 100% ölüm gerçəkləşər. Dünyada edam növü olaraq bu keçmişdə bəzi ölkələr tərəfindən istifadə edilmişdir. Amma sonradan yeni hüquq sisteminin yaranması və guya avropalıların insafa gəlməsi bunu edam növü olaraq tarix səhnəsindən çıxardı. Günümüzdə Səudiyyə Ərəbistanı bunu hələ də istifadə etməkdədir. Bəzi terrorçu qruplaşmalarda, bundan istifadə etməklə insanlar arasında çaşqınlığa və qorxuya yol açmaq istəyir.
Kağız kəsmə
Kağız kəsmə ― kağız dizaynı sənətidir. Bu sənət bütün dünyada fərqli mədəni üslublara uyğunlaşmaq üçün özünəməxsus şəkildə inkişaf etmişdir. Ən çox üslubun ortaq olduğu ənənəvi bir fərq, dizaynların kollajdakı kimi bir çox bitişik təbəqədən fərqli olaraq tək bir vərəqdən kəsilməsidir. Çin rəsmisi Cai Lun, MT 105-ci ildə kağız icad etdikdən sonra MT 4-cü əsrdə Han sülaləsi dövründə kağız kəsmə sənəti meydana çıxdı. Ən qədim kağız Çində Sintszyan-Uyğur Muxtar Rayonunda tapılan 6-cı əsrin Altı Xanədanlığı dövrünə aid simmetrik bir dairədir. Sun və Tan sülalələri dövründə məşhur dekorativ sənət növü olaraq kağız kəsmə tətbiq olunmağa davam etdi. Səkkizinci və ya doqquzuncu əsrdə kağız kəsimi Qərbi Asiyada və XVI əsrdə Türkiyədə ortaya çıxdı. Kağız düzəltmə haqqında biliklər 13-cü əsrə qədər Avropaya çatmadı, buna görə kağız kəsmə yalnız bundan sonra həmin ərazilərdə yayılmışdır. Məsələn İsveçrə və Almaniyada yalnız 16-cı əsrdə kağız sənəti yayılmağa başladı. Tszyançji (剪紙), Çində ənənəvi bir kağız kəsmə üslubudur və zəngin Çin naxışları üçün naxışların kəsilməsindən əmələ gəlmiş və daha sonra özlüyündə bir xalq sənətinə çevrilmişdir.
Kəsmə temperaturu
Kəsmə temperaturu — mexaniki emalda yonqarçıxarma zamanı yaranan istiliyin təsirindən alətin qızma temperaturuna deyilir. Yonqarçıxarmada tətbiq olunan enerjinin demək olar ki, hamısı istiliyə çevrilir. Emal olunmuş səthin bərkiməsinə sərf olunan enerji həddən çox kiçik olduğundan nəzərdən atılır. Kəsmədə yaran istilik mənbələri şəkildə təsvir edilmişdir. Burğulamada yaranan istiliyin 80%-i yonqarla xaric edilir. Yerdə qalan 10% pəstaha, 10% isə alətə keçir. Buna baxmayaraq alətdə yaranan temperatur hamıdan yüksək olur, o orta temperaturu 2–2,5 dəfə, pəsathınkını isə 20–30 dəfə keçir. Ümumiyyətlə, kəsmə temperaturu alət və pəstah materialları ilə bərabər həm də emal rejimlərindən asılıdır. Kəsmə sürəti, veriş artdıqca kəsmə zonasında görülən iş də artır. Alətdə istiliyin nisbətən az hissəsinin cəmləşdiyinə baxmayaraq, onun qızma temperaturu xeyli yüksək olur (bəzən 1000 °C-dən artıq olur).
Kəsmə çörəyi
Kəsmə çörəyi (az-əbcəd. کَسمه چؤرگی،کَسمه‎) - Qəzvin bölgəsində daha çox hazırlanan şiriniyyat növü ki quruluşuna görə incə, uzunsov və quru olaraq, üstü isə küncüt ilə bəzədilir. Kəsmə sözü Azərbaycan türkcəsi və başqa türk dillərindəki kəsmək məsdərindən alınıb ki buda bu çörəyin hazırlanması ilə əlaqəlidir. 1 kq un 200 q şəkər tozu 1 stəkan bitki yağı və ya kərə yağı 2 ədəd yumurta sarısı 2 yemək qaşığı bərk qatıq 1 yemək qaşığı vanil 1 çay qaşığı soda 1 yemək qaşığı çörəkçi mayası Üzü üçün 1 ədəd yumurta Lazım olan miqdarda küncüt Şəkər və suyu odun üstünə qoyub, 1 dəqiqə qaynadandan sonra oddan götürüb və tamamilə soyudun, qatığı soda ilə qarışdırıb və kənara qoyun.Xəmiri 1/4 ilıq su və 1 yemək qaşığı şəkərlə qarışdırıb və işləyənə kimin isti bir yerə qoyub (10 dəqiqə), sonra bir qabda yumurtanı parçalayıb və üzərinə yağ əlavə edin. Üzərinə hil və vanil əlavə edib qarışdırıcı ilə qarışdırın, sonra soyudulmuş qatıq və ərinmiş şəkər əlavə edərək, sonra çörəkçi mayasını əlavə edin.Bütün maddələr qarışdırıldıqdan sonra unu süzüb və az-az üzərinə tökün. Xəmir əllərə yapışmırsa, təxminən 2 ilə 3 saat arasında üstünü örtüb, sonra xırda topları xəmirin içərisindən götürün, vərdənə ilə açıb, üzərinə bir yumurta sürtəndən sonra küncüt səpib və sobanın üst qatına 5 - 10 dəqiqə 170 dərəcə üstünə qoyun.Çörəyin rəngi qonur olandan sonra sobadan götürün.
Kəsmə şikəstə
Kəsmə şikəstə — Azərbaycan xanəndəlik sənətində zərbi muğamlardan biri. Kəsmə şikəstə XIX əsrdə də zərbi muğam kimi özündə geniş təşəkkül tapmışdır. Məlumdur ki, şikəstə janrı əvvəl aşıq musiqi yaradıcılığında əmələ gəlmiş və onun müxtəlif növləri yaranmışdır. Kəsmə şikəstə Azərbaycan xanəndələri tərəfindən tez-tez oxunur. Kəsmə şikəstədə sevgi, məhəbbətin doğurduğu hisslərdən şikayət, əzab-əziyyət, iztirab var.
Lazerlə kəsmə
Lazerlə kəsmə materialların kəsilməklə doğranması və forma verilməsi üçün tətbiq olunan lazerlə emal üsuludur. Adətən kompyüterdən idarə olunan, fokuşlaşdırılmış lazer şüası yüksək enerji konsentrasiyası yaradaraq istənilən materialı, onların istilik-fiziki xassələrindən asılı olmayaraq emalına imkan verir. Kəsmə zamanı material kəsmə şüasının təsirindən əriyir, buxarlanır və ya qaz şırnağı ilə üfürülür. Bu zaman ensiz, minimal termiki təsirə məruz qalan kəsmə yarığı əldə edilir. Lazerlə kəsmə emal olunan səthə mexaniki təsirə malik olmadığından səthdə həm emal zamanı, həm də ondan sonra minimal deformasiyalar əmələ gəlir. Prosesdə həm impilsiv, həm də fasiləsiz olaraq şüalanmadan istifadə olunur. İmpulsiv rejimdə kəsmə ardıcıl açılmış deşiklərin hesabına aparılır. Qat şəklində hazırlanan inteqral sxemlərinin parametrlərinin dəqiq tənzimlənməsi üçün onların istehsalında geniş tətbiq olunur. Bunun üçün aluminium-ittrium əsaslı başlığa malik, məhsuldarlığı modulyasiya olunan impulsiv lazerlərdən istifadə olunur. Proses aşağıdakı rejimlərdə aparılır: impulsun davamiyyəti 0,01÷100 mksan, şüalanma axınının sıxlığı 100 MVt/sm2, impulsun təkrar olunma tezliyi saniyədə 100÷5000 impulsdur.
Asma-kəsmə (rəqs)
Asma-kəsmə — Azərbaycanın milli rəqsi. Ən qədim ənənəvi toy rəqslərindən biridir. Ona qörə belə ad verilib ki, musiqinin sədaları altında gəlini bəyin evinə gətirirlər. Gəlini muşayiət edən qadınlar isə onun qarşısında oynayırlar. Rəqsin tempi aramdır, bir qədər mubaliqəli, sıçrayışlı şəkildədir. Hazırda Naxçıvan Muxtar Respublikasının Ordubad, Culfa, Babək, Şərur, Sədərək və Kəngərli rayonlarında, eləcə də Naxçıvan şəhərindəki toy şənliklərində ifa olunur.
Asma-kəsmə rəqsi
Asma-kəsmə — Azərbaycanın milli rəqsi. Ən qədim ənənəvi toy rəqslərindən biridir. Ona qörə belə ad verilib ki, musiqinin sədaları altında gəlini bəyin evinə gətirirlər. Gəlini muşayiət edən qadınlar isə onun qarşısında oynayırlar. Rəqsin tempi aramdır, bir qədər mubaliqəli, sıçrayışlı şəkildədir. Hazırda Naxçıvan Muxtar Respublikasının Ordubad, Culfa, Babək, Şərur, Sədərək və Kəngərli rayonlarında, eləcə də Naxçıvan şəhərindəki toy şənliklərində ifa olunur.
Kəsmə ilə emal
Kəsmə ilə emal - mexaniki emal üsullarına aid olan texnologiyadır. Burada pəstahda olan artıq material yonularaq (kəsilərək) çıxarılır və lazımi olan formaya salınır. Baxmayar ki, bu üsullarla qeyri metallar da emal oluna bilirlər, çox vaxt kəsmə ilə emal metalların emalı ilə əlaqələndirilir. Bunun səbəbi sənaye inqilabı dövründə maşınqayırmanın inkişafı ilə bağlıdır. Maşınlarda çalışan peşəkarlardan tornaçılar və başqa mütəxəssislər meydana gəlirlər. Əslində əl ilə emal da (məsələn, yonma, yiyələmə, mişarlama) bu sahəyə aiddir. Kəsmə ilə emal istehsal prosesinin tərkib hissəi olub ayrıca bir elm kimi tədqiq olunur. Kəsmənin əsas prinsipi iti tilə malik kəsici alətinin pəstahın səthinə girməsi və bunun nəticəsində nazik material qatını - yonqarı çıxarmasından ibarətdir. Alətin materialı emal olunan pəstahın materialından bərk olmalıdır. Yumşaq materialların emalında adi polad kəsici material kimi tətbiq oluna bilir.
İslamda baş kəsmə
İslamda baş kəsmə — Şəxslərin başlarının kəsilməsi ilə cəzalandırılması. İslam ölkələrinin bəzilərində bu gün belə bu cəza metodundan istifadə edilməkdədir. Baş kəsmə cəzası bir çox ərəb ölkələrində qadağan edilmişdir. Cəza metodundan əsasən radikal islam təşkilatları tərəfindən istifadə edilir. İran, Qətər və Yəməndə cinayətkarların bu şəkildə cəzalandırılması ilə bağlı qanunlar mövcud olsa da bu üsulun istifadəsi həyata keçirilmir. Baş kəsmə cəzasını tətbiq edəndə yeganə islam dövləti Səudiyyə Ərəbistanıdır. Xarici dövlətlərin etirazlarına baxmayaraq dövlət bu cəza metodunun həyata keçirməyə davam edir. Şəxsin başının qılınc ilə kəsirlərək öldürülməsi adətən xüsusi-ağır cinayətlər törətmiş şəxslərə qarşı tətbiq edilir. 2002-ci ildən etibarən Əl-Qaidə və İraq Şam İslam Dövləti tərəfindən əsir alınmış şəxslərin başlarının kəsilməsi və bunların kütləvi şəkildə nümayiş etdirilməsinin ardından mövzunun yenidən aktuallaşmasına səbəb olmuşdur. İslamın əsas və yeganə mənbəyi olan Qurani-Kərimdə isə baş kəsmə ilə bağlı hər hansı ayə və ya hökm yoxdur.

Digər lüğətlərdə