sif. [
ər. ]
1. Müsəlman olmayan, islam dininə etiqad etməyən; qeyri-müsəlman.
// İs. mənasında.
Kafir olsaydı əgər rəhmə gələrdi, gözəlim; O qədər ki, sənə mən dərdimi izhar elədim. Şəhriyar.
□ Kafir olmaq – başqa dinə keçmək (müsəlman haqqında).
[Şeyx Hadi:] Şeyx Sənan, o şəmsi-aləmtab; Oldu kafir, xaç asdı, içdi şərab. H.Cavid.
// Keçmişdə mütərəqqi fikir sahiblərinə, dinə tənqidi yanaşan və ya inanmayan şəxslərə verilən ad; dinsiz, laməzhəb.
Bu fikir köhnə müsəlmanların fikrinə oxşayır: “Rusca danışdın kafirsən, furajka qoydun, kafirsən”. M.S.Ordubadi.
// dan. Söyüş mənasında (çox vaxt “kafir oğlu kafir” şəklində).
Bu kafir oğlu kafir qoşunu qırdı, qurtardı. “Koroğlu”.
[Hacı Fərəc:] Vermə məni kafir əlinə, bir növ məni qurtar. N.Vəzirov.
[Həmzə:] Adə, necə, kafir oğlu kafir, qız qaçıb? C.Cabbarlı.
// Bəzən zarafatla: Ay kafir!
2. dan. Canavar, ilan kimi heyvanların evfemistik adı.
[Dursun:] Az qala kafir məni boğmuşdu, – deyə, qalabalığa qarışdı. A.Şaiq.
Niyə, ay kişi, olmaya yenə kafir çaldı? S.Rəhimov.
[Həsənəli:] Köməyə gəlin! …Kafir məni öldürdü. M.İbrahimov.