kalan
kalandr
OBASTAN VİKİ
Kalan
Kalan (Vərziqan) — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. Kalan (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kalan (Kəleybər) — İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. Kalan məscidi — Buxaradakı (Özbəkistan) əsas cümə məscididir. Poi-Kalan — Kalan minarəsinin aşağısında yerləşən memarlıq ansamblıdır.
Kalan (Germi)
Kalan (fars. كلان‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 456 nəfər yaşayır (70 ailə).
Kalan (Kəleybər)
Kalan (fars. كلان‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 71 nəfər yaşayır (17 ailə).
Kalan (Vərziqan)
Kalan (fars. كلان‎) - İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 62 nəfər yaşayır (14 ailə).
Kalan məscidi
Kalan məscidi (özb. Masjidi Kalon, fars. مسجد کلان‎ — Ulu məscid) — Buxaradakı (Özbəkistan) əsas cümə məscididir. Orta Asiyada qorunub saxlanılan Cümə məscidlərindən Bibixanım məscidindən sonra ikinci ən böyük məsciddir. Tutumu 12000 nəfərdir. == Tarixi == Arxeoloji araşdırmalara görə, indiki məscidin altında daha iki qalığı var. Qalıqlardan biri Arslan xanın (1102—1130) binasıdır. Arslan xan məscidi mövcud bina ilə eyni ölçülərə sahib idi. 1399-1404-cü illərdə Səmərqənddəki Bibixanım məscidi tikilənə qədər Mavəraünnəhrdə ən böyük məscid idi. İkinci məscid XII əsrin I rübündən XIV əsrin ortaları qədər, eyni tipdə idi, ancaq tamamilə kərpicdən düzəldilmişdi.
Poi-Kalan
Poi Kalan (özb. Poi Kalon аnsambli) — Kalan minarəsinin aşağısında yerləşən memarlıq ansamblıdır. Kompleks XII-XVI əsrlərdə tikilmiş üç tikildən ibarətdir: Kalan minarəsi, Kalan məscidi və Miri Ərəb mədrəsəsi. Poi Kalan təntənəli Registan meydanında yerləşir və Buxaranın mərkəzi memarlıq ansamblıdır. == Tarixi == Minarəli məscid VIII əsrdə ərəblər tərəfindən Mavəraünnəhr fəth etdikdən bəri,şəhər qalasının ətəyində Buxarada yerləşir. XII əsrdə Arslan xan şəhərin yenidən möhtəşəm şəkildə qurulmasını düşündü: Bu-Lays küçəsində yerləşən şəhər sarayını sökdü, o vaxta qədər xarabalığa çevrilmiş və şəhər məscidini köçürən qalayı yenidən yaratdı. Qaladan təxminən yüz əlli metr cənub-şərqdə yeni məscid tikilir və üzərində də minarə tikilir. Minarə, Əbu Bəkr Narşahinin ifadəsinə görə "gözəl hazırlanmış", lakin çox kövrək idi: inşaat başa çatdıqdan dərhal sonra minarə məscidin üzərinə düşür və onun üçdə ikisini məhv edir. 1121-ci ildə yeni bir məscid, 1127-ci ildə isə bu günə qədər gəlib çatmış minarə tamamlandı. Arslan xan məscidinin yerində, indiki Kalan məscidi XV əsrdə tikilib, binanın fasadındakı kitabədə deyildiyi kimi bəzədilməsi 1514-cü ildə tamamlanıb.