Kalk

der; -(e)s, -e əhəng, əhək, kirəc; ərp
Kalium
Kalkbrenner
OBASTAN VİKİ
Kalka
Kalka (fr. calque — kopiya) ya da Hərfi tərcümə — linqvistikada başqa dillərin söz, ifadə və frazaların, dil vahidinə uyğun olaraq hərfi tərcümə ilə mənimsənilməsi. Kalkaların yaranmasına gətirən mənimsəmə üsulu kalka ya da kalkalaşdırmaq adlanır. Kalkanın öyrənilməsiylə linqvistika, leksikoloqiya və tərcüməşünaslıq məşğul olur. Kalkalar dil daşıyıcılarının, xarici dilin məişətə və elmə xarici mənimsəmələrin kəskin artımına - müxtəlif tarixi mərhələlərdə Azərbaycan dilinə ardıcıl olaraq fars, ərəb, rus, alman, fransız, ingilis dillərindən, birbaşa reaksiya kimi yaranıb. Bəzi, məsələn island dillində, kalkalaşdırma - praktiki olaraq xarici leksikanın yeganə assimilyasiya vasitəsidir. Linqivistikada aşağıdakı kalka növləri var: sözyaradan kalka; semantik kalka; frazeoloji kalka; yarımkalkalar; yalançı kalkalar. Sözyaradan kalkalar - xarici sözün bir dildən o biri dilə morfemlərlə tərcüməsindən əldə edilir. Kalka adətən mənimsənilmiş söz kimi duyulmur, çünki öz dilinin morfemlərindən ibarət olur. Buna görə bu sözlərin gerçək mənşəyi, çox vaxt bu barədə ilk dəfə bilən insan üçün gözlənilməz olur.
Kalka (dilçilik)
Kalka (fr. calque — kopiya) ya da Hərfi tərcümə — linqvistikada başqa dillərin söz, ifadə və frazaların, dil vahidinə uyğun olaraq hərfi tərcümə ilə mənimsənilməsi. Kalkaların yaranmasına gətirən mənimsəmə üsulu kalka ya da kalkalaşdırmaq adlanır. Kalkanın öyrənilməsiylə linqvistika, leksikoloqiya və tərcüməşünaslıq məşğul olur. Kalkalar dil daşıyıcılarının, xarici dilin məişətə və elmə xarici mənimsəmələrin kəskin artımına - müxtəlif tarixi mərhələlərdə Azərbaycan dilinə ardıcıl olaraq fars, ərəb, rus, alman, fransız, ingilis dillərindən, birbaşa reaksiya kimi yaranıb. Bəzi, məsələn island dillində, kalkalaşdırma - praktiki olaraq xarici leksikanın yeganə assimilyasiya vasitəsidir. Linqivistikada aşağıdakı kalka növləri var: sözyaradan kalka; semantik kalka; frazeoloji kalka; yarımkalkalar; yalançı kalkalar. Sözyaradan kalkalar - xarici sözün bir dildən o biri dilə morfemlərlə tərcüməsindən əldə edilir. Kalka adətən mənimsənilmiş söz kimi duyulmur, çünki öz dilinin morfemlərindən ibarət olur. Buna görə bu sözlərin gerçək mənşəyi, çox vaxt bu barədə ilk dəfə bilən insan üçün gözlənilməz olur.
Kalka döyüşü
Kalka döyüşü - (müasir Kalçik çayı), Kalmius çayının sol qolu Donetsk (Ukrayna) vilayəti). 31 may(6 iyun) 1223-cü ildə birləşmiş rus-qıpçaq qoşunları ilə monqol-tatar ordusu arasında, Cebe və Sabutayın yürüşü çərçivəsində baş verən döyüş. Gürcü, sonra isə alan-yas və Şimali Qafqaz qıpçaq qoşunlarını darmadağın edəndən sonra, Sabutay bahadur və Cebe noyonun başçılığı altında monqol-tatar ordusunun iki tüməni(20 min süvari) 1223-cü ildə Krıma sonra isə qıpçaq çöllərinə soxuldular. Qıpçaq xanı Kötən xan rus knyazlarından kömək dilədi. Kiyevdəki knyaz şurasında düşməni qarşılamaq qərarı verildi. Apreldə rus və qıpçaq qoşunu, şırımlı yerində(Zaporojye) Dnepri keçərək, rəqibi, avanqardını geri oturdaraq, geri çəkilməyə məcbur etdi. İlk uğur rusları və qıpçaqları ruhlandırdı, və onlar şərqə hərəkət etdilər. 9 gündən sonra Kalka çayında rus-qıpçaq qoşunu(40 min rus və 20 min qıpçaq) monqol-tatarların əsas qüvvəsi ilə qarşılaşdı. Rus knyazlarının şurasında ziddiyətlər yarandı. Kiyevli Mstislav monqol-tatarları Kalkanın sağ tərəfində qarşılamağı təklif etdi.
Kalkalpen Milli Parkı
Kalkalpen Milli Parkı (alm. Nationalpark Kalkalpen‎) — Yuxarı Avstriya əyalətinin ərazisində yerləşən Avstriyadakı milli park. 1997-ci ildə qurulmuş parkın sahəsi 21.000 hektardır. Parkda Mərkəzi Avropanın ən böyük meşə zonası, həmçinin Avstriyanın ən böyük karst bölgəsi yerləşir. 25 iyul 1997 ilində açıldı və 20 825 hektar əraziyə sahibdir. and has an area of 20,825 hectare (51,460 acre). Milli park Ştayr şəhərinin cənubunda yerləşir. Onun ərazisi Alp dağlarının ətəklərində yerləşir və yüksək dağ zirvələrinə qədər uzanır. Milli Parkın qorunan böyük meşəlikləri ölkənin ən böyük və yaxşı qorunub saxlanılan meşələrindən biridir. Parkın 4/5 ərazisi bütün meşələrlə örtülmüşdür.
Kalkan
Kalkan — Türk soyadı. Murad Kalkan — idmançı. Yaşayış məntəqələri Kalkan (Uçalı) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd.
Kalkan (Uçalı)
Içmanqol (başq. Ҡалҡан, rus. Калканово) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd Uçalı kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Uçalı): 26 km, kənd sovetliyindən (Uçalı): 16 km. ən yaxın dəmiryol stansiyasından (Uçalı stansiyası): 18 km.
Kalksalo yarımadası
Kalksalo yarımadası — Kareliya Respublikasının cənubunda yerləşən yarımada. Yarımada Ladoqa gölünün qərbində yerləşir. Burada Xelmelyanselkaya körfəzi ilə digər ensiz körfəzi əmələ gətirir. Yarımadada çoxlu sayda göl vardır. Yarımadanın uzunluğu 4,2 km, eni isə 3,7 km təşkil edir. Relyefi təpəlidir. Maksimal hündürlük 60 metrdir. Sahilləri sıldırımlı və qayalıdır. Yarımadanın üzəri meşə və kollar ilə örtülmüşdür. Yarımadanın yaxınlığında gölün dərinliyi 7 metrdir.
Kalkulyator
Kalkulyator — hesab əməliyyatları üçün istifadə olunur. Hesabın əsas əməliyyatlarını yerinə yetirmək üçün istifadə olunan, kiçik portativ, adətən ucuz elektron cihazdır. Müasir kalkulyatorlar çox kompyuterlərdən daha portativ dirlər lakin PDAların çoxunun ölçüsün əl kalkulyatorlar ilə müqayisə etmək olar. 1964-cü ildə Sharp şirkəti tərəfindən element bazası tranzistor olan ilk stolüstü kalkulyator istehsal edilmişdir. Calculator latın sözü «hesabdar» sözündən, o isə calculo «sayıram» feildən yaranıb. O isə öz növbəsində calculus «xırda daş» sözündən yaranıb (keçmişdə xırda daşlar saymaq üçün istifadə edilirdi). 1820-ci ildə fransız ixtiraçı və sahibkar Tomas de Kolmarın (Charles Xavier Thomas de Colmar) yaratdığı, dünyada ilk kalkulyator olan arifmometr satışa çıxarılmışdır.
Ksenokrates (Kalkedonlu)
Kalkedonlu Ksenokrates (yun. Ξενοκράτης,E.ə. 395 – E.ə. 314) — qədim yunan filosofu, Platonun öyrəncisi, Spevsippusdan sonra Akademiyaya başçılıq etmişdir. Ksenokrates, fəlsəfəni sistemləşdirmiş, onu üç hissəyə bölmüşdür: Dialektika (idrak nəzəriyyəsi və məntiqlə birlikdə); Fizika; Etika. Onun fikrincə üç növ ilk varlıq və ya başlanğıc (substansiya) vardır: ağılla dərk edilən, hissi və onların üzərində qurulmuş mürəkkəb. Ağılla dərk edilən göy qatından yüksəklərdə olanların, hissi yerin və göyaltı sahələrin, mürəkkəb isə göyün özünün substansiyasıdır. Buna görə də ağılla dərk ediləni elmin, hissi substansiyanı duyğuların vasitəsilə qavramaq olar. Mürəkkəb substansiya isə rəylə dərk edilə bilər. Elm vasitəsilə qavranılarlar dayanıqlı və həqiqi olur.
Leybnits kalkulyatoru
Leybnits kalkulyatoru — 1674-cü ildə alman riyaziyyatçısı Qotfrid Vilhelm Leybnits (Gottfried Wilhelm Leibniz) tərəfindən yaradılmışdır. Bir çox ədəbiyyatda "Stepped Reckoner" (Pilləli hesablayıcı) adı ilə verilir. Maşın dörd hesab əməli ilə yanaşı kvadrat kökü də hesablayır. 1674-cü ildə dahi alman riyaziyyatçısı Qotfrid Vilhelm Leybnits (Gottfried Wilhelm Leibniz) "Stepped Reckoner" (Pilləli hesablayıcı) adlı hesab maşınını yaratmışdır. Maşın dörd hesab əməli ilə yanaşı kvadrat kökü də hesablayırdı.
Makaley Kalkin
Makaley Kalkin (ing. Macaulay Culkin; 26 avqust 1980, Nyu-York, ABŞ) — amerikalı aktyor. 1990-cı illərin ən uğurlu uşaq aktyorlarından biri hesab olunur. Kalkin evdə tək filmlərində (1990 və 1992) canlandırdığı Kevin Makkalister obrazı ilə şöhrət qazanmışdır. İlk filmə görə o, "Qızıl Qlobus" mükafatına namizəd olub. O, 2021-ci ildə "Amerikan qorxu hekayəsi" teleserialının onuncu mövsümünə çəkilmişdir. Makaleyin aktyor olan iki qardaşı var: Kiran və Rori. Tam adı Makaley Karson Kalkin olan aktyor 1980-ci il 26 avqust tarixində Nyu-Yorkda dünyaya gəlib. Anası Patrisiya Bantrap telefon operatoru idi, atası Kit Kalkin isə əyalət aktyoru olub. Bir müddət sonra oğlunun meneceri kimi çalışıb.
Rori Kalkin
Rori Kalkin (ing. Rory Culkin; 21 iyul 1989, Nyu-York, Nyu-York ştatı) — ABŞ aktyoru. Onun hər iki böyük qardaşı da aktyordur: Makaley Kalkin və Kiran Kalkin. Rori Hyu Kalkin 21 iyul 1989-cu ildə Nyu-York şəhərində anadan olub. O keçmiş brodvey aktyoru Kit Kalkinin ailəsində dünyaya gələn yeddi uşağın ən kiçiyidir. Rorinin bibisi aktrisa Bonnie Bedelia-dır.