Karandaş
Karandaş (rus. Карандаш əsli qara daş sözündən götürülmüşdür) — Yazı yazmaq, şəkil və cizgi çəkmək üçün taxtaya geydirilmiş nazik qrafit, yaxud quru boyaq çubuğu.
== Karandaşların əcdadları ==
İlk variantı XIII əsrdə hazırlanıb. Qrafitin (qələmin içində olan qara hissə) taxtanın arasına qoyulmasını fransız kimyagəri Nikola Konte təklif edib. Əslində bu qrafiti qənaət ilə sərf etmək üçün hazırlanmışdı. Ancaq sonra fikir verildi ki, bu üsulla hazırlanan qələmlər daha yaxşı yazır.
== İlk əsil karandaş ==
Barroudeyl gölü ətrafında qoyunlarını otaran çobanlar fikir verirlər ki, qoyunların dəriləri yerli qayalara sürtünəndə qaralır . Bu barədə yerli alimlərə bildirəndə, onlar düşünüblər ki, Borroudeyldə üzə "qara daş" yataqları çıxır. Yerli əhali tezliklə burada yazı üçün müxtəlif ləvazimatlar hazırlamağa başlayır, adını isə "qara daş" qoyurlar. Türkcə("qara" və "taş" sözlərindən "karandaş2 adı alınır.)
İlk karandaşlar barədə yazılar 1565-ci ilin minerallar barədə yazılan traktatında olub.