Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Xətkeş
Xətkeş — həndəsi qurmada və xətti ölçmədə işlədilən, üzərində bölgüləri olan riyazi alət. Loqarifmik xətkeş xüsusi olaraq hesablamalar üçün hazırlanmışdır.
Loqarifmik xətkeş
Loqarifmik xətkeş — 1622-ci ildə ingilis riyaziyyatçı Vilyam Otred (William Oughtred) tərəfindən yaradılmış və hesab əməllərinin yerinə yetirilməsi üçün nəzərdə tutulan xətkeş. Dörd hesab əməli ilə yanaşı, qüvvətə yüksəltmə əməlini, loqarifmanın hesablanması və bəzi başqa əməliyyatları da yerinə yetirən bu xətkeş hesablama işlərini olduqca sadələşdirmişdir. 1622-ci ildə ingilis riyaziyyatçı Vilyam Otred (William Oughtred) loqarifmik xətkeşi yaratmışdır. Dörd hesab əməli ilə yanaşı, qüvvətə yüksəltmə əməlini, loqarifmi və bəzi başqa əməliyyatları da yerinə yetirən bu xətkeş hesablama işlərini olduqca sadələşdirmişdir.
Sərkeş
Sərkeş (Culfa)
Tərkeş
Tərkeş — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd. Rayon mərkəzindən 30 km cənub-şərqdə, Tikanlıçayın sağında, Oğuz-Qəbələ avtomobil yolunun sağında yerləşir. Sincan İnzibati Ərazi Dairəsinə daxildir. Tərkeş Oğuzda ən qədim yaşayış məskənlərindən biridir. Kəndin ərazisində respublika əhəmiyyətli arxeoloji və memarlıq abidələrindən Qədim Qəbiristanlıq (son orta əsrlər), Böyük Qala, Kiçik Qala (antik dövr), Tikanlı qoruq yaşayış yeri (III–VIII əsrlər) var. "Tərkeş" – etnotoponimdir. Göytürklərin bir qolu olan türkeş tayfasının adını əks etdirir. Bu tayfa haqqında "Türkün qızıl kitabı"nda geniş məlumat verilir. "Türk" – "hərəkətedənod"dur. Uruk-turuk (nəsil-kök), ətrak, tukyu, Terek (çay), tərk, struktur, strategiya, elektrik kimi sözlərin məzmunu da odla, hərəkətlə, həyata qovuşmaqla bağlıdır.
Təteş
Təteş və ya Tetüşi (tatar. Тәтеш; rus.
Kəlkeş (Miyanə)
Kəlkeş (fars. كلكش‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 29 nəfər yaşayır (8 ailə).
Sərkeş (Culfa)
Sərkeş (fars. سركش‎) — İranın Şərqi Azərbaycan ostanının Culfa şəhristanı ərazisinə daxil olan kənd. Kənddə nə qədər əhalinin yaşaması barədə məlumat yoxdur.
Sərkeş (Vərzəqan)
Sərkeş (fars. سركش‎) — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 224 nəfər yaşayır (53 ailə).
Təteş rayonu
Təteş rayonu (tatar. Тәтеш районы) — Rusiya Federasiyası, Tatarıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Rayon respublikanın cənub-qərbində, Kuybışev su anbarı sahilində yerləşir. Respublikanın Bua, Apas, Kama Tamaqı rayonları ilə, Ulyanovsk vilayətinin (Tsilninski, Ulyanovsk rayonları), su anbarının sahilləri boyunca respublikanın Spas rayonu və Ulyanovsk vilayətinin Staromainski, Çerdaklinski rayonları ilə həmsərhəddir. İnzibati mərkəzi Təteş şəhəridir. Rayonun ərazisində Təteş (hündürlüyü 235 m-ə qədər), Şuçye və Undorsk dağları mövcuddur. Ən böyük çay Sviyaqadır. Digər böyük çayları (ümumi uzunluğu 20 km-dən çox): Ulema, Kiln və onun hövzəsi Bedenqa, Mordova (Volqanın qolu). Təteş rayonu Volqa önü iqlim bölgəsinə aiddir. Bölgədə nisbətən nəm və isti yay, sərin və mülayim qarlı qışlar olur.
Kərkəs
Kərkəs (lat. Gyps) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi. == Növləri == Gyps fulvus Gyps bengalensis Gyps rueppelli Gyps indicus Gyps tenuirostris Gyps himalayensis Gyps africanus Gyps coprotheres == Cinslər və növləri == Gypohierax Palma kərkəsi, Xurma kərkəsi (G. angolensis) Gypaetus Toğlugötürən (G. barbatus). Neophron Leşyeyən (N. percnopterus). Necrosyrtes Keşiş kərkəsi (N. monachus) Gyps Ağ çiyinli kərkəs (G. africanus) Benqal kərkəsi (G. bengalensis) İncədimdikli kərkəs (G. indicus) Xallı kərkəs (G. rueppellii) Himalay kərkəsi (G. himalayensis) Ağbaş kərkəs (G. fulvus). Kap kərkəsi (G. coprotheres) Aegypius Qara kərkəs (A. monachus). Torgos Düşük yanaqlı kərkəs (T. tracheliotus) Trigonoceps Ağ başlı kərkəs (T. occipitalis) Sarcogyps Qızıl başlı kərkəs (S. calvus) Azərbaycanda 4 növü var:Qara kərkəs (A. monachus);Ağbaş kərkəs (G. fulvus);Leşyeyən (N. percnopterus);Toğlugötürən (G.barbatus).
Xepreş
Xepreş — Qədim Misirin Yeni padşahlıq dövrünə aid hökmdar tacını adı. Xepreş "Mavi tac" və ya "Cəng tacı" mənasını da daşıyır. Bu taca adətən tarixi kitabələrdə təsvir olunmuş döyüş arabasında ova və ya döyüşə gedən firon hökmdarların başında rast gəlinir.
Xerxes
Heterocoma (lat. Heterocoma) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Alcantara Glaz. ex G.M.Barroso Bishopalea H.Rob. Sipolisia Glaz.
Xetlər
Hetlər, həmçinin hettlər, xettlər və ya xetlər (q.yun. Χετταΐοι, özünü adlandırma Nesili, Kanesili) — qədim xalq. Rus alimi P. M. Jukovski məşhu "Kulьturnıe rassteniə i i sorodoçi" əsərində bildirir ki, hələ Hett konfederasiyası zamanı / yəni təxminən 4500 il öncə- Ə. Ç./ Azərbaycanın sarı heyvası Kiçik və Ön Asiya ölkələrinə ixrac edilirdi. Küp qəbirləri arxeoloji mədəniyyətinin xüsusiyyəti ondan ibarətdir ki, ölülər gildən qayrılmış çox iri küplərin içərisində basdırılmışdır. Ölüləri küp içərisində basdırmaq qədim dəfn adətlərindən biri olmuşdur. Hələ e.ə. II minillikdə Kiçik Asiyada hetlər, daha sonra şumerlər öz ölülərini iki küpün içində basdırırdılar. Misirdə səndəllər istifadə olunarkən Anadolda Hetlər, bu gün istifadə olunan çarıqlara bənzər ayaqqabılar geymişdilər.
Aşağı Tərkeş (Piranşəhr)
Aşağı Tərkeş (fars. تركش سفلي‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 40 nəfər yaşayır (6 ailə).
Yuxarı Tərkeş (Piranşəhr)
Yuxarı Tərkeş (fars. تركش عليا‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 481 nəfər yaşayır (72 ailə).
Kekeş
Kekeş (mac. Kékes) — Macarıstanda dəniz səviyyəsindən 1015 metr yüksəklikdə yerləşən ən yüksək dağ. == Haqqında == Heves əyalətinin Matra dağ silsiləsində Dyöndyöş şəhərinin şimal-şərqinin 12 km-liyində yerləşir. Balaton gölü və Dunay çayından sonra Macarıstanın üçüncü ən çox turist ziyarət edən bölgəsidir. Kekeş adı dağı əksər hallarda mavi rəngə çalmasından götürülmüşdür. Macar dilində kek sözü mavi, kekeş sözü isə mavitəhər mənasını verir.
Ağbaş kərkəs
Ağbaş kərkəs (lat. Gyps fulvus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin kərkəs cinsinə aid heyvan növü. == Qısa təsviri == İri quşdur (10-12 kq). Bel tərəfi qonur, qarın tərəfi isə kürəndir. Çalma və sükan lələkləri qaradır. Quyruğu qısadır və ucu dəyirmi qurtarır. Beyni uzundur və dibində ağ qu lələklərdən ibarət “yaxalıq” var. Başı və boynu qısa ağ qu lələkləri ilə örtülüdür. == Yayılması və həyat tərzi == Avropa, Asiya və Şimali Afrikada yayılıb. Oturaq növdür.
Elektrikötürücü xətlər
Elektrikötürücü xətlər — elektrik şəbəkəsinin tərkib hissələrindən biri, elektrik cərəyanından elektrik ötürmək üçün nəzərdə tutulmuş enerji avadanlığı sistemi. Həm də elektrik stansiyasından kənara çıxan belə bir sistemin tərkibində olan elektrik xətti. Hava və kabel elektrik xətləri var. Son illərdə qaz izolyasiya edilmiş xətlər populyarlaşmışdır. Elektrikötürücü xətlərlə yüksəktezlikli siqnallar vasitəsilə informasiya ötürülməsi də mümkündür. Mütəxəssislərin rəyinə görə, təkcə MDB dövlətlərində 60 min yüksəktezlikli məlumat ötürmə kanalı istifadə edilir. Onlar dispetçer idarəetməsi, telemetrik məlumatların ötürülməsi, rele mühafizə və qəza əleyhinə avtomat sistemlərə siqnalların ötürülməsi üçün istifadə edilir. Elektrikötürücü xətlərin tikilməsi özündə layihələndirmə, istehsal, quraşdırma, işəsalma və xidməti əhatə edən mürəkkəb prosesdir. == Keçiricilik qabiliyyəti == Elektrik keçiricilik qabiliyyəti dedikdə rejim-texniki məhdudiyyətlər nəzərə alınmaqla üç elektrikötürücü fazanın uzunmüddətli sabit rejimdə ötürməsi mümkün olan ən yüksək aktiv gücü başa düşülür. Ötürüləbilən ən yüksək aktiv elektrik gücü elektrik stansiyalarının generatorlarının, elektroenergetika sisteminin ötürücü və qəbuledici hissələrinin statik dayanıqlılığından və yol verilən cərəyanla xətlərin naqillərinin yol verilən qızma gücündən asılıdır.
Kərkəs dağı
Bakı qulaqları (Kərkəs dağı) – Puta burnundan 8,5 km qərb, şimal-qərbdə yerləşən iki yüksəklikdən ibarət dağ. == Haqqında == Bakı qulaqlarının iki zirvəsi var: Taxtalıq və Kərkəs. Lakin çox vaxt ya Bakı Qulaqları, yaxud da Kərkəs dağı kimi adlanır. Cənub yüksəkliyi Taxtalıq adlanır və 412 (384) metr hündürlüyə malikdir. Şimal yüksəkliyi isə Kərkəs adlanır və 424 (396) metr hündürlüyə malikdir. Bakı Qulaqları Abşeron yarımadasının ən yüksək zirvələrindən olduğundan ərazinin bütün yerlərindən görünən təbii mayaka bənzəyir. Ərazinin bitki örtüyü doqquzdon kolu, çoxmeyvəli ardıc, murdarça, kəklikotu, salxımçiçək dovşanalması, gəvən və digər bitkilərdən ibarətdir. Ərazinin faunası isə dovşan, tülkü, kərtənkələ, şonqar quşu, çobanaldadan quşu və digər heyvanlardan ibarətdir. Bakı qulaqları ətəyində hər biri 10-20 santimetr qalınlığında olan qəhvəyi rəngli əlavələrlə 7-8 ağ təbəqə yaranır. Əvvəllər geoloqlar bu ağ qatları adi qum, yaxud da əhəngdaşı olaraq qəbul edirdilər.
Liz Veekes
Liz Veekes (d. 22 sentyabr 1971) — Avstraliyanı təmsil edən su poloçusu. Liz Veekes, Avstraliya yığmasının heyətində 2000-ci ildə baş tutan XXVII Yay Olimpiya Oyunlarına qatılıb və qızıl medal qazanıb. == Karyerası == Liz Veekes, 2000-ci ildə Avstraliya yığması ilə birgə XXVII Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların həlledici, final görüşündə Birləşmiş Ştatlar yığmasını 4:3 hesabı ilə məğlub edən Avstraliya yığması, XXVII Yay Olimpiya Oyunlarının çempionu oldu.
Qara kərkəs
Qara kərkəs (lat. Aegypius monachus) — kərkəskimilər dəstəsindən quş növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir. İri quşdur, kütləsi 12,5 kq-a çatır. Ümumi rəngi qonur, çalma lələkləri qaradır. Başı keçəldir (qonur qu lələklərlə örtülüb). Boynunun dərisi lələksiz göyümtüldür, dibində sərt lələklərdən "yaxalıq" var. Avropa, Asiya və Şimal-Qərbi Afrikada yayılıb. Azərbaycanda dağ və dağətəyi rayonlarda məskunlaşıb. Oturaq yaşayır, lakin yüksək dağlıqda yalnız nəsil verir, qışlamaq üçün düzənliyə qədər enir.
Vərkəş (Şəbüstər)
Vərkəş (fars. وركش‎) — İranın Şərqi Azərbaycan ostanının Şəbüstər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 491 nəfər yaşayır (109 ailə).
Ağ kərkəs
Ağ kərkəs (lat. Neophron) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi.
Paralel xətlər
Paralel xətlər (q.yun. παράλληλος hərfi mənada "yan-yana dayanan, digəri boyunca qaçan") — planimetriyada kəsişməyən düz xətlər. Stereometriyada iki xətt eyni müstəvidə yerləşirsə və kəsişmirsə, paralel adlanır. Evklid həndəsəsində paralel xətlər eyni müstəvidə yerləşən və kəsişməyən xətlərdir. Tərifin başqa variantında üst-üstə düşən xətlər də paralel hesab olunur . Sonuncu tərifin üstünlüyü ondan ibarətdir ki, paralellik ekvivalentlik münasibətinə çevrilir . Xətlərin paralelliyi m {\displaystyle m} və n {\displaystyle n} adətən aşağıdakı kimi qeyd olunur: m ∥ n . {\displaystyle m\parallel n.} Xəttdə olmayan hər hansı bir nöqtə vasitəsilə verilənə paralel bir xətt çəkə bilərsiniz və üstəlik, yalnız bir xətt. Bu ifadənin sonuncu hissəsi Evklidin məşhur beşinci postulatıdır. Beşinci postulatın rədd edilməsi Lobaçevski həndəsəsinə gətirib çıxarır.
Menkes xəstəliyi
Menkes xəstəliyi və ya Qıvrım saç sindromu – mis metabolizminin pozulması ilə bağlı nevroloji əlamətlər, anomal reflekslər, fiziki inkişafdan qalma, ənsə qabarları və nadir halda tez sınan muncuğabənzər (pili torti) saçlar olur. Əksər hallarda revmatoloji şikayətlərə rast gəlinir.
Bekeş (medye)
Bekeş (mac. Békés) — Macarıstanın medyesi, Rumıniya ilə sərhəddə Cənubi Alföldə yerləşir . İnzibati mərkəzi — Bekeşçaba. Həmçinin Yas-Nadkun-Solnok, Çonqrad və Xaydu-Bixar medyeləri ilə sərhəddir. == Demoqrafiya == 2001-ci ilin əhalinin siyahıya alınması nəticəsində 392 nəfər təşkil edirdi. Əhalinin 60 % çoxu şəhər şəraitində yaşayır. Dominant millət - macarlar. Onlardan əlavə slovaklar (təx. 7000), qaraçılar (5000), rumınlar (4000), almanlar (1500) və serblər (400) yaşayırlar. == İnzibati-ərazi bölgüsü == === Yaraşlara bölünməsi === 2013-cü il iyulun 15-dən Macarıstanda medyenin köhnəlmiş ərazilərin əvəzinə yaraşlara bölünməsi qüvvəyə mindi.
Məkəş (Talış)
Məkəş (fars. مكش‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 102 nəfər yaşayır (23 ailə).