Karatsu
Karatsu — Yaponiyanın Kyuşu regionunda, Saqa prefekturasında yerləşən şəhər. Çin, Korey və Yaponiya arasında əhəmiyyətli liman şəhəri olmuşdur. Müasir şəhər 1 yanvar 2005-ci ildə qurulmuşdur.
2016-ci ilin oktyabrının məlumatına görə şəhərin əhalisi 121.684 nəfərdir, hər km² ərazidə 250 nəfər yaşayır. Şəhərin sahəsi 487,42 km²-dir.
Tarixən şəhər Hizen əyalətinin bir parçası olub. 1591-ci ildə burada Naqoya qəsri inşa edilib. 1889-cu ildə inzibati islahatdan sonra şəhər regionuna 1 şəhər (Karatsu) və 19 qəsəbə (Hamasaki, İrino, Kaqami, Karatsu, Kiriqo, Kitahata, Kuri, Kyuraqi, Minato, Mitsuşima, Naqoya, Nanayama, Oçi, Omura, Onizuka, Saşi, Uçiaqe və Yobuko) daxil idi. 1932-ci ildə Karatsuya şəhər statusu verilmişdir. 1 yanvar 2005-ci ildə Karatsu Çinzey, Hamatama, Hizen, Kitahata, Kyyraqi, Oçi və Yobuko ilə birləşdirilmişdir.