Karo Alabyan
Karo Semyonoviç Alabyan (rus. Каро́ Семёнович Алабя́н, erm. Կարո Սիմոնի Հալաբյան; 14 (26) iyul 1897, Yelizavetpol – 5 yanvar 1959, Moskva) — erməni əsilli sovet memarı. O, Ümumittifaq Rusiya Proletar Memarlıq Cəmiyyətinin yaradıcısıdır.
== Erkən illəri ==
Karo Semyonoviç Alabyan 26 iyul 1897-ci il tarixində, Rusiya imperiyasının Yelizavetpol şəhərində (indiki Azərbaycanın Gəncə şəhəri) anadan olmuşdur. O, 1917-ci ildən Sovet İttifaqı Kommunist Partiyası üzvüdür. Alabyan 1929-cu ildə Moskva Ali Bədii-Texniki İnstitutunu bitirmişdir. O, 1932–1950-ci illərdə Sovet Memarları İttifaqının məsul katibi, 1949–1953-cü illərdə SSRİ Memarlıq Akademiyasının vitse-prezidenti olmuşdur.
== Fəaliyyəti ==
Karo Alabyanın əsas işləri 1934–1940-cı illərdə Moskvada Sovet Ordusu teatrının binası, Moskvada 1939-cu və 1954-cü il Ümumittifaq Kənd Təsərrüfatı Sərgisində Ermənistan SSR pavilyonun, 1945-ci ildə N. X. Polkakov və başqaları ilə Volqoqradın yenidən qurulmasının baş planı və s. O, 1939-cu ildə ABŞ-nin Nyu-York şəhərində keçirilən ümumdünya sərgisindəki SSRİ pavilyonunun yaradılmasında Boris İofan ilə iştirak etmişdir.