KAROTAJ

I
сущ. геол. каротаж (метод геологической разведки при бурении скважин, основанный на изучении физических свойств горных пород). Radioaktiv karotaj радиактивный каротаж
II
прил. каротажный. Karotaj diaqramı каротажная диаграмма, karotaj stansiyası каротажная станция
KARNİZ
KAROTİN
OBASTAN VİKİ
Karotaj
Karotaj - geoloji kəsilişdə faydalı qazıntıların (neft, qaz, kömür, müxtəlif filiz və b.) müəyyən edilməsi, quyu kəsilişlərinin öyrənilməsi və başqa geoloji məsələlərin həlli üçün aparılan geofiziki quyu tədqiqatları == Haqqında == Kəsilişdə hansı fiziki və ya kimyəvi parametrlərin öyrənilməsindən asılı olaraq elektrik, radioaktiv, akustik, qaz və b. karotaj növlərindən və onların kompleksindən istifadə olunur. Kompleks karotaj isə kəşfiyyatın hansı faydalı qazıntıya aparılmasından, rayonun geoloji quruluşundan, qazımanın texniki şəraitindən və b. asılı olaraq seçilir. Karotaj prosesində alınmış məlumatlar karotaj stansiyası kompleksinə daxil olan aparaturanın köməyi ilə qeydə alınır. Karotaj dioqramı öyrənilən parametrlərin verilmiş miqyasda quyu kəsilişi üzrə fasiləsiz dəyişməsini əks etdirir. Bəzi tədqiqatçılar karotaj termini əvəzinə "üsul", "-metriya" (məsələn: radiometriya, qamma-üsul) və "Quyuların geofiziki tədqiqatları" terminlərindən istifadə olunmasını məqsədəuyğun hesab edirlər. == Elektrik karotajı == Elektrik karotajı (elektrokarotaj) quyu tədqiqatlarının geofiziki üsullarından biridir, süxurların və faydalı qazıntıların xüsusi elektrik müqavimətinə (r), polyarizasion potensiala və ya dielektrik keçiriciliyinə əsaslanır. Müqavimət karotajı (MK) və təbii elektrik sahələrinin karotaj üsulları (xüsusi polyarizasion potensial üsulla, SP, PÜ) daha geniş tətbiq olunurlar. Neft quyularında əsasən süxurların xüsusi elektrik müqavimətini təyin etmək üçün yan karotaj zondlaşdırılmasından, kömür və filiz yataqlarına qazılan quyuların tədqiqində isə süni partlayış potensiallarının (PP) karotajı və cərəyan qeydiyyatı üsullarından (TK, TKÜ) istifadə olunur.
Akustik karotaj
Akustik karotaj — duyulan səs və ultrasəs diapazonunda tədqiqi üsulu. Neft-qaz quyuları kəsilişlərində müxtəlif litoloji tərkibli layların ayrılması, perspektivli kollektor layların seçilməsi və onların məsaməliyinin müəyyən edilməsi, boruarxası boşluğun sementlənmə keyfiyyətinə nəzarət məqsədilə aparılır. Akustik karotaj dərin quyularda səs (5-20 kHs) və ultrasəs (25-30 kHs) tezlikli akustik şüalandırıcı cihazlar vasitəsilə süni yaradılmış və mühitdə yayılmış elastiki dalğaların kinematik və dinamik xarakteristikalarının öyrənilməsinə əsaslanır.
Radioaktiv karotaj
Radioaktiv karotaj - süxurların təbii və süni yaradılmış radioaktivliyinin ölçülməsinə əsaslanan quyuların geofiziki tədqiqat üsulları. Radioaktiv karotaj neft-mədən geofizikasında tətbiq olunan əsas növləri bunlardır: süxurların təbii qamma aktivliyinin intensivliyinin ölçülməsinə əsaslanan qamma-karotaj (QK); süxurların qamma-kvant mənbələri ilə şüalanmasından baş verən səpinti qamma-şüalanma intensivliyinin ölçülməsinə əsaslanan qamma-qamma-karotaj (QQK); süxur maddəsi ilə neytroan axınlarının qarşılıqlı effektinin öyrənməsinə əsaslanan neytron karotaj (NK). Radioaktiv karotaj məlumatlarından neft-qaz yataqlarının axtarışı və kəşfiyyatı ilə bağlı olan geoloji məsələrin həllində, neft-qaz yataqlarının istismarına nəzarətdə, quyuların qazılma prosesində bəzi texniki məsələlərin həllində və b. sahələrdə geniş istifadə olunur. Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
Aktivasiya karotajı
Aktivasiya karotajı — süxurların xarici ionlaşdırıcı mənbələrlə şüalandırılması nəticəsində onlarda yaranan süni radioaktiv izotopların, yaxud izomerlərin şüalanması xüsusiyyətlərini ölçməyə əsaslanan geofiziki üsul. Radioaktiv izotoplarla aktivləşdirilmiş qum, yaxud məhlulun süxurların içərisində yerləşdirilməsindən sonra onların qamma-şüalanmasının qeydiyyatına əsaslanır. Aktivasiya karotajı üsulu neft-qaz quyularında kollektor çöküntüsü və süxur laylarında çatlılığın və kavernaların (boşluqların), hidrogeoloji tədqiqatlarda isə laydamayenin axın istiqaməti və sürətinin müəyyən edilməsinə imkan yaradır. Qazıma quyularının kəsilişindəki kollektorların radon qazı ilə şüalandırılmasından sonra müxtəlif vaxtlarda təkrar ölçmələr nəticəsində alınmış qamma-karotaj əyrilərini müqayisə etməklə layların neft-qaz və su ilə doyumluluğu qiymətləndirilir. Geoloji məsələlərlə yanaşı Aktivasiya Karotajı üsulu neft-qaz və hidrogeoloji quyularda boru arxasında sementin səviyyəsi, sement halqasının qalınlığı, boruda zədələnmə və perforasiya yerinin və laylar arasında hidrodinamik əlaqənin müəyyən edilməsi kimi məsələlərin həllində geniş istifadə olunur. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh.

Digər lüğətlərdə