KARTOQRAFİK TƏSVİR

yerin, Ayın, planetlərin səthinin və s. ümumiləşdirilmiş, kiçildilmiş təsviri olub, müəyyən riyazi qanuna uyğun qurulur və şərti işarələrin köməyi ilə müxtəlif obyekt və hadisələrin yerləşməsini və xüsusiyyətini göstərir. картографические изображения cartographic representations
KARTOQRAFİK ŞƏBƏKƏ
KASKAD (PİLLƏLİ ŞƏLALƏ)
OBASTAN VİKİ
Kartoqrafik proyeksiyalar
Kartoqrafik proyeksiyalar — Kürə və ya sferik formada olan yeri müstəvi üzərində təsvir etmək üçün istifadə edilən vasitələr. Kartoqrafik proyeksiyalar seçilərkən müəyyən həndəsi fiqurlardan istifadə edilir və proyeksiyalar həmin fiqurların adı ilə adlandırılır. Kartoqrafik proyeksiyanın aşağıdakı növləri vardır: Silindirik proyeksiya Konus proyeksiya Çoxüzlü proyeksiya Azimutal proyeksiya Qlobus şəffaf silindrin daxilinə yerləşdirilir. Bu zaman Yer səthinin ekvatorboyu əraziləri silindrin səthinə toxunur. Toxunma xəttində bütün təhriflər sıfıra bərabər olur. Silindrik proyeksiyalarda, əsasən, dünya xəritələri, həmçinin evkatorboyu ərazilərin xəritələri çəkilir, paralel və meridianlar bir-biri ilə düz bucaq altında kəsişir. Konus proyeksiyalarda xəritə tərtib olunarkən Yer kürəsi konusun səthi ilə ya bir paraleldə - 60° ş.e., ya da iki paraleldə - 47° şm.e. və 62° şm.e.-ləri arasında kəsişir və bu paralellər boyunca təhriflər olmur. Sıfır təhrif xətlərindən uzaqlaşdıqca təhriflər artır. Bu proyeksiyalarda qütbətrafı və mülayim enliklərdə yerləşən ərazilərin xəritələri tərtib edilir.
Rastr təsvir
Rastr təsvir — kompüter monitorunda, kağızda və ya başqa əks etdirmə qurğularda və materiallarda piksellərdən və ya rəngli nöqtələrdən (adətən düzbucaqlı formalı) təşkil olunmuş təsvir. Təsvirin əhəmiyyətli xarakteristikası: piksellərin miqdarı — göstərilə bilər en və hündürlük üzrə piksellərin miqdarı (1024×768, 640×480 və s.) və ya piksellərin ümumi sayı; istifadə edilən rənglərin miqdarı və ya rəngin dərinliyi (bu xarakteristikalar N = 2 k {\displaystyle N=2^{k}} asılığına malikdir, N {\displaystyle N} — rənglərin miqdarı, k {\displaystyle k} — rəngin dərinliyi); rəng sahəsi (rəng modeli) — RGB, CMYK, XYZ, YCbCr və başqaları; displey ölçüsü — təsvirin məsləhət görülən ölçüsü. Rastr təsvirini rastr qrafik redaktorlarının köməyi ilə redaktə etmək olar. Rastr təsviri fotoaparatlarla, skanerlərlə, bilavasitə rastr redaktorları və s. ilə yaratmaq mümkümdür.
Miniatür təsvir
Miniatür təsvir (ing. thumbnail) — şəkillərin və ya videoların kiçildilmiş versiyaları. Bunlar onları tanımağa və təşkil etməyə kömək etmək üçün istifadə olunur, adi mətn indeksinin sözlər üçün olan məqsədi ilə eyni xarakter daşıyırlar. "Microsoft Windows", "macOS", KDE ("Linux") və GNOME ("Linux") və s. müasir əməliyyat sistemləri və ya iş masası mühitlərində olduğu kimi rəqəmsal şəkillər əsrində vizual axtarış sistemləri və təsviri təşkil edən proqramlar adətən miniatür təsvirlərdən istifadə edir. Veb-səhifələrində onlar lazımsız yerə daha böyük faylları yükləmək ehtiyacını aradan qaldırırlar. "Thumbnail" sözü insanın baş barmaq dırnağına işarədir. Bu, insanın barmaq dırnağının ölçüsü ilə müqayisə oluna bilən şəkil və ya təsvirin kiçik ölçüsünü nəzərdə tutur. Sözün bu mənada ən erkən istifadəsinin XVII əsrə aid edilməsinə baxmayaraq, Amerika İrs Lüğətində ifadənin ilk dəfə XIX əsrin ortalarında "kiçik ölçülü bir rəsm əsəri"ni ifadə etmək üçün ortaya çıxdığını bildirilir. Daha sonra bu söz obrazlı şəkildə həm isim, həm də sifət şəklində kiçik və ya qısa hər hansı bir şeyə, məsələn, bioqrafik esseyə işarə etmək üçün istifadə edilmişdir.
Afroamerikalı uşaqların timsah yemi kimi təsvir edilməsi
Afroamerikalı uşaqların timsah yemi kimi təsvir edilməsi (ing. Alligator bait) — XIX əsrin ortalarından XX əsrin əvvələrinə qədər Amerika Birləşmiş Ştatlarında yayılmış şəhər əfsanələrindən biri. Konkret sübutlara söykənməyən motiv haqqında dövrün bir çox qəzet və jurnallarında yazılar yayımlanmışdır. Bəzi vizual sənət nümunələri mövzu haqqında karikaturalar dərc edib. Motivin kim tərəfindən yaradılması məlum deyil. Qaradərili uşaqların timsahları cəlb etdiyi və bəzi halallarda timsahların insanlar toplaşan yerlərə məhz qaradərili uşaqlar üçün gəldiyi iddia olunmuşdur. Mövzu heç vaxt ciddi araşdırma mövzusu olmamaqla bərabər, bu faktı sübut edən hər hansısa bir fakt aşkarlanmayıb. Günümüzdə Amerika jarqonunda Afroamerikalı uşaqları timsah yemi kimi təsvir edən (ing. Alligator bait) jarqonu afroamerikalıar tərəfindən irqi zəmində işlədilmiş təhqir olaraq qəbul edilməkdədir. Burada işlədilən və ingilis dilində olan ing.