kaskad saxlama kamerası, kaskad saxlanma kamerası

ру каскадное хранение en storage cascade de Speicherkaskade fr cascade de stockages es cascada de almacenes it cascata di magazzini
kaskad idarə etmə sistemi
kaskad soyuducu sistemi
OBASTAN VİKİ
Kaskad
Differensial kaskad
Differensial kaskad və ya Differensial gücləndirici kaskad — iki girişi olan gücləndirici kaskaddır, və o bu girişlərə tətbiq edilmiş gərginliklərin fərqini – differensial siqnalları gücləndirir. Əgər hər iki girişə eyni gərginlik verilərsə (sinfaz siqnal), gücləndirilmə çox kiçik olacaq, yəni, differensial gücləndirici sinfaz siqnalları gücləndirmir. Gücləndirici sxemlərin əksəriyyəti sabit gərginliyi gücləndirmək üçün istifadə edilə bilməz. Çünki bu qurğulara gücləndirilən siqnaldan əlavə sürüşmə gərginliyi də verilməlidir. Lakin, gücləndirilərkən sabit gərginliyi sürüşmə gərginliyindən ayırmaq mümkün deyil. Differensial kaskadlar bu prodlemi tam həll edir. Sinfaz siqnalların söndürülməsi differensial kaskadların çox mühüm və faydalı xassəsidir. Bu xassə onlara böyük təhrifedici sinfaz siqnalların fonunda kiçik siqnalları ayırmağa, siqnaları öz aralarında və ya verilmlş səviyyəli siqnallarla müqayisə etməyə, həmçinin siqnallarla bir sıra başqa əməliyyatlar aparmağa imkan verir. Odur ki, differensial kaskadlar bir çox elektron sxemlərin əsas komponentidir. Differensial kaskadların daha bir böyük üstünlüyü var.
CCTV kamerası
Təhlükəsizlik kamerası – mütəmadi şəkildə işləməyə uyğun elektron avadanlıqla istehsal olunan və standart olaraq 75 ohm video siqnal istehsal edən kameralardır. Əsasən CCD, CMOS, DIS kimi sensorlarla istehsal olunurlar. Onların görüntü imkanları televiziya xətləri (TVL, TV Lines) olaraq ifadə olunur. Bu gün 600–700TVL modelləri mövcuddur. Kameraların əsasən əlaqə interfeysləri BNC-dir. Təhlükəsizkik kameraları görüntü siqnalını koaksial kabeldən ötürürlər. == Təhlükəsizlik kameralarının növləri == Texnologiyanın inkişafı ilə bu sektorda da irəliləyişlər əldə edilmişdir. Müasir dövrümüzün texnologiyası ilə istehsal olunan bu tip cihazlar müəyyən kateqoriyaya ayrılırlar. IP kamera AHD kamera UHD kamera IR kamerası Günbəz (Dome) kamerası Lazer kamerası Termal kamera == Təhlükəsizlik Kamerası Markaları == Kamera sistemləri sahəsində illərlədir tanınmış və marka dəyərlərini qoruyub saxlamış onlarla böyük marka mövcuddur. İnkişaf etməkdə olan texnologiyadan geri qalmadan böyük tədqiqatlar həyata keçirdərək bütün dünyada əhəmiyyətli bazar payı qazanan markalar mövcuddur .
Qaz kamerası
Qaz kamerası edamın icra üçün istifadə olunan bir üsuldur. Bağlı bir otaqdan və içinə qoyulmuş zəhərli və ya asfiksiyalı (boğucu) qazlardan ibarətdir. Bu otaq üçün ən çox istifadə olunan qaz hidrogen siyaniddir; karbon qazı və karbonmonoksit də istifadə edilə bilər. 1789-cu ildə Böyük Fransa inqilabının əvvəlində istifadəyə verilmişdi, lakin təsiri İkinci Dünya Müharibəsi əsnasında artan məhkumların dar otaqlarda zəhərli CO qazı ilə öldürülməsi ilə üzə çıxdı. Qaz kameralarının əsas istifadəsi müharibənin sonunda döyüşdən qaçan əsgərləri cəzalandırmaq və ya müharibədə əsir düşən düşmən qüvvələrini zərərsizləşdirmək olmuşdur. Bununla birlikdə, 1939-1943-cü illərdə yəhudi soyqırımı kimi tanınan qırğınlarda və əsir düşmüş qaraçıların öldürülməsində qanunsuz olaraq istifadə edilmişdir. Bu zəhərli qazların kəşfi, qaz kameralarının kəşfindən təxminən 122 il sonra, 1911-ci ildə məşhur fizik Albert Eynşteyn tərəfindən universitet tezis mövzusu olaraq hazırlanmışdır. Almaniya və Fransadan başqa, qaz kameraları da Böyük Britaniya Hərbi Akademiyasında verilən əmrə itaətsizlik cinayəti zamanı ciddi olmamaq təqdirində tələbənin huşunu itirməsi üçün istifadə olunurdu. Ancaq onun ləğvi 1982-ci ildə baş tutmuşdur. Nəhayət, sonuncu dəfə 1942-ci ildə İkinci Dünya Müharibəsindən qaçmış Kaly France adlı şəxsin öldürülməsi üçün istifadə edildi, ancaq riskli olduğu üçün yalnız cinayətkarlara tətbiq edilirdi, ancaq sonradan yalnız ağır cinayətlər edən insanlar üçün istifadə edilmişdi.
Təhlükəsizlik kamerası
Təhlükəsizlik kamerası – mütəmadi şəkildə işləməyə uyğun elektron avadanlıqla istehsal olunan və standart olaraq 75 ohm video siqnal istehsal edən kameralardır. Əsasən CCD, CMOS, DIS kimi sensorlarla istehsal olunurlar. Onların görüntü imkanları televiziya xətləri (TVL, TV Lines) olaraq ifadə olunur. Bu gün 600–700TVL modelləri mövcuddur. Kameraların əsasən əlaqə interfeysləri BNC-dir. Təhlükəsizkik kameraları görüntü siqnalını koaksial kabeldən ötürürlər. Texnologiyanın inkişafı ilə bu sektorda da irəliləyişlər əldə edilmişdir. Müasir dövrümüzün texnologiyası ilə istehsal olunan bu tip cihazlar müəyyən kateqoriyaya ayrılırlar. IP kamera AHD kamera UHD kamera IR kamerası Günbəz (Dome) kamerası Lazer kamerası Termal kamera Kamera sistemləri sahəsində illərlədir tanınmış və marka dəyərlərini qoruyub saxlamış onlarla böyük marka mövcuddur. İnkişaf etməkdə olan texnologiyadan geri qalmadan böyük tədqiqatlar həyata keçirdərək bütün dünyada əhəmiyyətli bazar payı qazanan markalar mövcuddur .
Yanma kamerası
Yanma kamerası - mühərrikin və ya sobanın hisslərinin vəhdətindən yaradılan, yanacaq qarışığının və ya bərk yanacağın alovlanması baş verən boşluqdur. Yanma kamerasının konstruksiyası mexanizm və sobanın ümumilikdə işləmə şəraiti ilə müəyyən olunur. Onun hazırlanmasında istiliyə davamlı materiallardan istifadə olunur. Qızmış qaz mühərrikə daxil olan yanacaq qarışığından daha çox həcmə malikdir. Bu xassə əsasnda kamerada əmələ gələn yanmış qaz daha çox təzyiq yaradır. Bu təzyiq porşeni hərəkət gətirir və ya turbini fırladır. Həmçinin ucluqdan çıxan qaz əlavə itləyici qüvvə yaradır. Yanma kameralarının işləmə prinsipi tətbiq sahəsindən asılıdır. Məsələn onlar daxili yanma mühərriklərində tsiklik işləslər də, qazturbin mühərriklərində bu baş vermir. Onlar adətən bir böyük giriş, yanmış qazı ixrac etmk üçün çıxış deşiyinə malik olur.
Stillərin kaskad cədvəlləri
CSS (ing. Cascading Style Sheets) — sənədin xarici görünüşünün, işarələmə dilinin istifadəsi ilə yazılmış, formal təsvir dili. Adətən HTML və XHTML işarələmə dillərində yazılmış veb-səhifələrin təsviri və tərtibatı üçün istifadə edilir, lakin istənilən digər XML sənədlərə, məsələn, SVG və ya XUL-a da tətbiq edilə bilər. HTML sənədlərini yaradarkən veb-dizaynerlər müxtəlif mürəkkəb məsələlərlə qarşılaşırlar: müəyyən abzas daxilində şifrələrin dəyişdirilməsi; mətnin və ya təsvirin sənədin hər hansı bir yerində yerləşdirilməsi; mətnin və ya fonun rənginin dəyişdirilməsi; müxtəlif verilənlər cədvəllərinin format edilməsi və s. Bu işləri standart üsulla da yerinə yetirmək olar, yəni HTML dilində hər bir abzası ayrıca əmrlər yığımı ilə təsvir etmək mümkündür. Bu halda proqramın yazılması prosesi həddən artıq çətinləşəcək, sənədin ölçüsü isə çox böyük olacaq. Bu işi sadələşdirmək üçün səhifələrə CSS standartında yerinə yetirilmiş xarici fayl qoşulur və həmin faylda istifadə olunmuş xüsusi makrodil vasitəsilə səhifə birdəfəlik formatlaşdırılır. Başqa sözlə, CSS faylı burada şablon kimi istifadə edilir ki, onun köməyilə HTML sənədlərində mətnlər, cədvəllər və digər elementlər formatlaşdırılır. CSS standartından heç bir məhdudiyyət qoyulmadan istənilən serverdə istifadə etmək olar. CSS kodları, HTML kodlarının içinə yazıla bildiyi kimi xarici bir CSS faylı yaradılaraq da əməliyyat yaradıla bilir.
Saxlanma itkisi
Dayaq və ya saxlanma itkisi — mayelər dinamikasında, bir maye içərisində hərəkət edən cismə təsir edən daşıma qüvvəsinin - hücum bucağının (AOA) kritik qiyməti keçməsinə görə - azalması və ya yox olması nəticəsində cismin maye içərisində özünü saxlaya bilməməsidir. Cismin özünü saxlaya bilməməsinin müxtəlif səbəbləri mövcuddur. Ən əsas olan iki səbəb aşağıdakılardır: Daşıyıcı səth üzərində tələb olunan maye sürətinin əldə edilməsinin mümkün olmaması; Nəzarət və ya daşıma səthləri üzərində meydana çıxan axıntı ayrılığı. Aviavasitələrdə dayaq kritik hücum bucağının aşıldığı hər vəziyyətdə “sürətdən müstəqil olaraq” reallaşır. Yəni dayaq bu bucağın keçildiyi bütün sürətlərdə reallaşır. Saxlanma itkisinə bütün qanad məruz qala biləcəyi kimi, nəzarət səthlərinin olduğu qanad hissələri də qala bilər. Hər ikisi də nəzarət itkisinə, dolayı yolla saxlanma itkisinə səbəb olacaqdır. Məsələn, ox bucağı verilmiş qanadlarda qanad ucunda olan nəzarət səthləri, təyyarədən və qanadın hamısından daha əvvəl saxlanma itkisinə uğrayır. Buna görə də, daşınma mərkəzi ağırlıq mərkəzinin qabağına keçir və bu da pozitiv yunuslama momenti meydana gətirir. Yəni təyyarə, burnunu qaldırma meylinə girir.
Nəzarət altında saxlanma
Nəzarət altında saxlanma və ya müvəqqəti həbs cinayət törətməkdə şübhəli bilinən şəxsin həmin cinayəti törətdiyinə dair sübutların olması halında dövlət ittihamçısının qərarı ilə, ibtidai istintaqın aparılması və ya istintaqın başa çatdırılması üçün lazım gəldikdə məcburi formada, hüquq-mühafizə orqanları tərəfindən müəyyən müddətə həbsdə saxlanması prosesidir. Həbs şübhəli bilinən şəxsin dövlətin hüquq-mühafizə orqanları tərəfindən qanuni əsaslarla müvəqqəti olaraq nəzarət altında saxlanılmasıdır. Çox vaxt saxlanılan şəxs əvvəlcə təcridxanaya aparılaraq burada ifadə verir, daha sonra isə qarşısına çıxarıldığı prokuror onun azadlığa buraxılmasını və ya məhkəməyə göndərilməsini tələb edir.