KASNI

бот. 1. цикорий; 2. цикорный;
KASIBYANA
KAŞ, KAŞ Kİ
OBASTAN VİKİ
Kasnı
Kasnı (lat. Cichorium) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === Acanthophyton Less.
Adi kasnı
Adi kasnı (lat. Cichorium intybus) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin kasnı cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Çoxillik bitkidir. Gövdəsi dikduran, hündürlüyü 20-125 sm, aşağı hissədə tüklü, şırımlı, açıq budaqlıdır. Bəzi bölgələrdə çırtlıq (çırtdıq) adlandırılan bu bitkinin aşağı yarpaqları uzunsov-lansetvari, oyüqlu, lələkvarı bölümlü, hər iki tərəfdən nahamar-tüklüdür. Gövdəyanı yarpaqları seyrək, oturaq, gövdəni bürüyən, yuxarı yarpaqlar xırda, bütöv, lansetvari, ucubizdir. Səbətləri 10 mm yaxın uzunluqda, gövdə yarpaqların qoltuğunda tək-tək və ya dəstəşəklində yerləşir. Çiçəkləri mavi rəngdə, sarğıdan 2-3 dəfə uzundur. Toxumcaları 2-3 mm uzunluqda, tərsyumurtavari, açıq rəngdən qara rəngə kimi; kəkili çox qısa nazik pərdələrdən ibarətdir. == Yayılması == Böyük Qafqazın bütün rayonlarında arandan orta dağ qurşağına kimi yayılmışır.
Kasnı kökləri
== Xalq təbabətində istifadəsi == Xalq təbabətində kasnının (gül növü) köklərindən sulu dəmləmə və bişirmə hazırlayıb xroniki mədə-bağırsaq xəstəliklərində mədənin həzm prosesini yaxşılaşdıran, iştahanı və maddələr mübadiləsini artıran vasitə kimi və həmçinin öd yolları xəstəliklərində (sarılıqda) ödqovucu dərman kimi qəbul edirlər. Kasnının köklərindən hazırlanmış dəmləmə və kasnı arağı şəkər xəstəliyində, eləcə də malyariyaya qarşı işlədilir.
Vəzicikli kasnı
Vəzicikli kasnı (lat. Cichorium glandulosum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin kasnı cinsinə aid bitki növü.
Kasnıkimilər
Kasnıkimilər (lat. Cichorioideae) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki yarımfəsiləsi.