Kataloq

yun. katalogos – siyahı 1) faylları saxlamaq üçün sərt diskdə ayrıca sahə: eyni tipli faylların bir kataloqda saxlanması onların sonradan tapılmasını asanlaşdırır; 2) əməliyyat sistemində faylların yerləşmə yerini təyin etmək üçün istifadə olunan sistemli siyahı; 3) bir qayda olaraq, oxucuların düzgün istiqamət seçməsi üçün girişin, başlıqların olduğu çoxrəngli, çoxsəhifəli nəşr; 4) predmetlərin sistemləşdirilmiş siyahısını əks etdirən normativ istehsalat, soraq və ya reklam nəşri; 5) kataloqda malların siyahısı, hətta malların fotoşəkilləri və xarakteristikaları ilə bərabər bəzi mal qrupları öz əksini tapır; 6) tapılmasını asanlaşdırmaq məqsədi ilə müəyyən qayda ilə tərtib edilmiş hər hansı bir əşyanın (kitabların, əlyazmaların, şəkillərin, muzey eksponatlarının, malların və s.-nin) sistemləşdirilmiş siyahısı; 7) kitabxanada mövcud olan sənədlərin biblioqrafik informasiyalarını əks etdirən, məzmununu açan və lazımi sənədlərin kitabsaxlayıcıdan axtarılıb tapılmasına imkan verən sadə informasiya axtarışı sistemi; 8) maşın informasiya daşıyıcılarında göstəriciləri, istinadları və verilənlər ünvanları olan cədvəl; 9) verilənlər yığımının yerləşməsini göstərən və əməliyyat sistemi tərəfindən idarə edilən kataloq.
Kartoteka
Kateqoriya(lar)
OBASTAN VİKİ
Kataloq
Kataloq (yunanca: κατάλογος (katalogos) – siyahı) — tapılmasını asanlaşdırmaq məqsədilə müəyyən bir növbəyə salınmaqla tərtiblənmiş əşyaların (kitabların, əlyazmaların, şəkillərin, muzey eksponatlarının, malların və s.-nin) siyahısıdır; həmin siyahının nəşr olunduğu bəzən şəkilli olan məlumat kitabıdır. Kataloq sözü digər mənalarda da işlənə bilər: faylları saxlamaq üçün sərt diskdə ayrıca sahə: eyni tipli faylların bir kataloqda saxlanması onların sonradan tapılmasını asanlaşdırır; əməliyyat sistemində faylların yerləşmə yerini təyin etmək üçün istifadə olunan sistemli siyahı; bir qayda olaraq, oxucuların düzgün istiqamət seçməsi üçün girişin, başlıqların olduğu çoxrəngli, çoxsəhifəli nəşr; predmetlərin sistemləşdirilmiş siyahısını əks etdirən normativ istehsalat, soraq və ya reklam nəşri; kataloqda malların siyahısı, hətta malların fotoşəkilləri və xarakteristikaları ilə bərabər bəzi mal qrupları öz əksini tapır; kitabxanada mövcud olan sənədlərin biblioqrafik informasiyalarını əks etdirən, məzmununu açan və lazımi sənədlərin kitabsaxlayıcıdan axtarılıb tapılmasına imkan verən sadə informasiya axtarışı sistemi; maşın informasiya daşıyıcılarında göstəriciləri, istinadları və verilənlər ünvanları olan cədvəl; verilənlər yığımının yerləşməsini göstərən və əməliyyat sistemi tərəfindən idarə edilən kataloq. == E-kataloq == Hazırda qlobal səviyyədə İKT nin inkişafı əsasən veb texnologiyaların, o cümlədən internet servisinin dinamik inkişafı mövcud xidmətlərin elektron variantının hazırlanmasına səbəb olmuşdur. Elektron ticarət, elektron kommersiya, elektron təhsil və s. O cümlədən bildiyimiz fiziki kataloqları da indi elektron kataloqlar əvəzləməkdədir. Kitabxanalar, şirkətlər və s. qurumlar kütləvi şəkildə e-Kataloq servisindən istifadə etməkdədirlər. Dünya məkənında olduğu kimi Azərbaycan da elektron kataloq anlayışı inkişaf etməkdə və nəticə etibarı ilə müvafiq internet resurslar hazırlanmaqdadır. Növbəti linklər bu resursların bəziləri və ən populyarlarıdır. == Xarici keçidlər == Baku Info Arxivləşdirilib 2019-08-31 at the Wayback Machine Kataloq.net Arxivləşdirilib 2009-01-06 at the Wayback Machine Directory.Az Arxivləşdirilib 2016-12-12 at the Wayback Machine Azərbaycan Biznes Bələdçisi Arxivləşdirilib 2011-01-28 at the Wayback Machine == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova.
Sistemli kataloq
Sistemli kataloq - biblioqrafik yazıların bilik sahələri üzrə sənədlərin müəyyən təsnifat sisteminə uyğun olaraq yerləşdiyi kitabxana kataloqudur. Sistemli kataloq üçün əlifba-predmet göstəricisi (ƏPG) sistemli kataloq yardımçı aparat–sistemli kataloqda əks edilmiş sənədlərin məzmununu açıqlayan predmet rubrikalarının əlifba siyahısı və müvafiq təsnifat indeksləridir. ƏPG-nin hər bir sözü ayrıca kartlara yazılır. Bu kartlar sistemli kataloqun məxsusi ayrılmış qutusunda əlifba sırası ilə düzülür. Sistemli kataloq üçün əlifba-predmet göstəricisi sistemli kataloq üçün bir növ “açar” rolunu oynayır. O, sizə lazım olan kitabı harada, hansı bölmədə və hansı indeks altında axtarmaq lazım olduğunu göstərir. == Ədəbiyyat == Kitabxana – informasiya terminlərinin qısa lüğəti. Bakı, «NURLAR» Nəşriyyat-Poliqrafiya Мərkəzi, 2010. 144 s.
Yeni Baş Kataloq
Yeni ümumi kataloq və ya NGC (ing. New General Catalogue və ya NGC) — həvəskar astronomiyada uzaq kosmik obyektlərin ən məşhur kataloqu. Kataloq qeyri-ixtisaslaşdırılmış böyük kataloqlardan biri hesab olunur. Çünki, kataloqda uzaq kosmosun bütün tip obyektləri yer alır (məsələn, təkçə yalnız qalaktikalarla ixtisaslaşmır). Kataloqa 7840 obyekt daxildir. Kataloq 1880-ci illərdə Con Lüdviq Emil Dreyer tərəfindən əsasən Vilyam Herşelin müşahidələri əsasında yaradılmışdır, daha sonra isə iki indeks kataloqlarının (IC I & IC II) vasitəsilə 5326 obyekt də əlavə olunaraq genişləndirilmişdir. Cənub yarımkürəsinin səma obyektləri daha az kataloqlaşdırılmışdır, lakin çoxusu Con Herşel tərəfindən müşahidə edilmişdir. "Yeni ümumi kataloq"da bir neçə səvlər var idi, əksəriyyəti "Yenilənmiş yeni ümumi kataloq"da aradan qaldırıldı.
Yeni ümumi kataloq
Yeni ümumi kataloq və ya NGC (ing. New General Catalogue və ya NGC) — həvəskar astronomiyada uzaq kosmik obyektlərin ən məşhur kataloqu. Kataloq qeyri-ixtisaslaşdırılmış böyük kataloqlardan biri hesab olunur. Çünki, kataloqda uzaq kosmosun bütün tip obyektləri yer alır (məsələn, təkçə yalnız qalaktikalarla ixtisaslaşmır). Kataloqa 7840 obyekt daxildir. Kataloq 1880-ci illərdə Con Lüdviq Emil Dreyer tərəfindən əsasən Vilyam Herşelin müşahidələri əsasında yaradılmışdır, daha sonra isə iki indeks kataloqlarının (IC I & IC II) vasitəsilə 5326 obyekt də əlavə olunaraq genişləndirilmişdir. Cənub yarımkürəsinin səma obyektləri daha az kataloqlaşdırılmışdır, lakin çoxusu Con Herşel tərəfindən müşahidə edilmişdir. "Yeni ümumi kataloq"da bir neçə səvlər var idi, əksəriyyəti "Yenilənmiş yeni ümumi kataloq"da aradan qaldırıldı.
Aaarne-Tompson Kataloqu
Aaarne-Tompson Göstəricisi — Aarne-Tompson-Uther İndeksi (ATU İndeksi) folklorşünaslıqda istifadə olunan nağıl süjetlərinin göstəricisidir. ATU İndeksi bir qrup beynəlxalq alim tərəfindən edilən ümumiləşdirmə və təkmilləşdirmənin məhsuludur: İlk dəfə 1910-cu ildə fin folklorşünası Antti Aarne tərəfindən alman dilində tərtib edilmişdir; sonralar göstərici ingilis dilinə tərcümə edildi, təkmilləşdirildi və Amerikalı folklorşünas Stis Tompson tərəfindən genişləndirildi (1928, 1961); 2004-cü ildə isə alman folklorşünası Hans-Yorq Uter tərəfindən yenidən nəzərdən keçirilərək təkmilləşdirildi. == Nağıl növünün müəyyənləşdirilməsi == Tompson "Xalq nağılı"nda nağıl növünü belə müəyyənləşdirir: Nağıl, bir növ, müstəqil varlığa sahib olub ənənəvi xarakter daşıyır. Tam bir povest kimi izah edilə bilər və mənasından başqa heç bir nağıldan asılı deyil. Həqiqətən başqa bir nağılla izah edilə bilər, ancaq təkbaşına izah edilə bilməsi onun müstəqilliyini təsdiqləyir. Yalnız bir və ya bir neçə motivdən ibarət ola bilər. S. Tompsonun Aarne sisteminə gətirdiyi yeniliklərdən biri də zəncirvari nağılları və təsnifata daxil edilməyən nağılları ayrıca qrup şəklində verməklə Aarne sistemindəki bölgünü bir qədər genişləndirməsi oldu. Bu kimi dəyişikliklərdən sonra həmin kataloq beynəlxalq aləmdə Aarne-Tompson göstəricisi (bundan sonra AT) kimi tanınmağa başlayır. == Tarix == Avstriya konsulu İohann Georq von Hann, 1864-cü ildə nəşr olunan Yunanıstan və Albaniya folklor kitabına giriş olaraq qırx dörd nağıl "düstur"un ilkin təhlilini hazırladı. Sabine Barinq-Kold, 1866-cı ildə von Hannın siyahısını tərcümə etdi, əlli iki nağıl növünə qədər genişləndirərək, "Nağıl radikalları" kitabında çap etdirdi.
Hipparkos Kataloqu
Hipparkos kataloqu (HIP) — Hipparcos kosmik teleskopu ilə 1989-1993-cü illərdə ulduzların qeydə alındığı kataloq. Ən dəqiq ulduz kataloqu hesab edilir.
Kataloqların konversiyası
Kataloqların konversiyası (KK) – kataloqların retrospektiv konversiyası, kataloqların retrokonversiyası, kataloqların konvertasiyası (ing. retroconversion, beynəlxalq praktikada tez-tez RECON abbreviaturasından istifadə edilir), kartoçka və ya çap (kitab) formasında olan ənənəvi kataloqların elektron formaya çevrilməsi üzrə texnoloji proseslərin layihələşdirilməsi və reallaşdırılması. Bir tip elektron hesablama maşınlarında, müəyyən proqram təminatında və formatda formalaşdırılmış elektron kataloqlardakı biblioqrafik yazıların başqa tip maşınlarda, digər proqram təminatında və digər normativ/nüfuzlu yazı elementlərinin təqdim edilməsi formatına və (və ya) koda konvertasiya edilmə prosesi də kataloqların konversiyası adlanır. Ənənəvi, başlıca olaraq kartoçka kataloqlarının retrokonversiyası istifadəçinin hansı məkanda olmasından, nə zaman müraciət etməsindən asılı olmayaraq kataloqların əlyetərliyinin asanlaşdırılmasını, biblioqrafik verilənlərin axtarılması və saxlanması üçün yeni imkanların yaradılmasını təmin edir. Tam elektron kataloqlar xüsusən də elektron kitabxanaların yaradılması zamanı onun soraq-biblioqrafiya aparatı (SBA) qismində çox zəruridir. Bu zaman kataloqun konversiyasının həyata keçirilməsi ilə yanaşı mövcud olan elektron kataloqlardan və ya digər elektron biblioqrafik resurslardan istifadə edilməsi də iqtisadi cəhətdən sərfəlidir. Məsələn. XV–XIX əsrlərin rus kitablarının toplu ənənəvi və elektron kataloqlarının retrokonversiyası işini Rusiya Milli Kitabxanası və Rusiya Dövlət Kitabxanası öz üzərinə götürmüşdür. Rusiya Kitab Palatasının “Milli biblioqrafi ya” elekron kataloqu isə SSRİ-də və Rusiyada nəşr edilmiş 850 min nəşr haqqında məlumatı özündə əks etdirir. Rusiya elektron kataloqlarının zənginləşdirlməsinin digər bir mənbəyi Rusiya elmi-texniki ədəbiyyatının toplu kataloqudur.
Köxel kataloqu
Köxel kataloqu (alm. Köchel-Verzeichnis‎, ing. Köchel catalogue) — Lüdviq fon Köxel tərəfindən yaradılmış Volfqanq Amadey Motsartın əsərlərinin xronoloji ardıcıllıqla sıralandığı kataloqdur. Adətən K. və ya KV. abbreviaturası ilə qeyd edilir. Əsərlərin Köxel kataloqundakı sıra nömrələri onların bəstəkarın yaradıcılıq xronologiyasında tutduğu yeri göstərməklə, həm də əsərin özünə qısa istinad verir. Köxelin sırlamasına görə "Rekviyem re-minor" Motsartın 626-cı əsəri olduğuna görə "К. 626" nömrəsi ilə qeyd edilir; lakin, Köxelin orijinal kataloqu (1862) iki dəfə redaktə edilmişdir və buna görə də bəzi əsərlər (məsələn "Valtorn üçün birinci konsert K.(412+514)/386b") üç KV. nömrəsinə malikdir. == Tarixi == Motsartın vəfatından sonrakı onilliklərdə onun əsərlərinin kataloqlaşdırılmasına bir neçə dəfə cəhd edilmişdir. Franz Qlyesner və İohann Anton Andre tərəfindən hazırlanmış kataloq tam olmasa da 1833-cü ildə çap edilmişdir. Motsartın əsərlərinin əhatəli tam kataloqu Lüdviq fon Köxel tərəfindən hazırlanmış və 1862-ci ildə ilk dəfə nəşr edilmişdir. Köxelin 551 səhifəlik kataloqu “Chronologisch-thematisches Verzeichnis sämmtlicher Tonwerke W. A. Mozarts” (azərb.
Ulduz kataloqu
Ulduz kataloqu — ulduzları siyahıya alan astronomik kataloq. Astronomiyada bir çox ulduz sadəcə kataloq nömrələri ilə ifadə edilir. İllər ərzində fərqli məqsədlər üçün çıxarılmış çox sayda fərqli ulduz kataloqu var. Ulduz kataloqu babillilər, yunanlar, çinlilər, farslar və ərəblər də daxil olmaqla bir çox xalq tərəfindən yaradılmışdır. Müasir kataloq elektron formatda mövcuddur və sərbəst kosmos agentliklərinin məlumatları bazasında saxlanılır.
Hipparkos kataloqu
Hipparkos kataloqu (HIP) — Hipparcos kosmik teleskopu ilə 1989-1993-cü illərdə ulduzların qeydə alındığı kataloq. Ən dəqiq ulduz kataloqu hesab edilir.

Digər lüğətlərdə