KAZİNO

сущ. казино (игорный дом, увеселительное заведение с рестораном)
KAZEİN
KAZİNOÇU
OBASTAN VİKİ
İnternet-kazino
İnternet-kazino ( ing. Internet casino ~ ru. Интернет-казино ~ tr. İnternet casino) – İnternet üzərindən qumar oyunları oynamağa imkan verən sayt və ya proqram. Onlayn kazino (ONLINE CASINO), yaxud virtual kazino (VIRTUAL CASINO) da adlandırılan ilk belə kazino 1997-ci ildə ABŞ-də açılıb. Oyunların təşkili üçün iki texnologiya mövcuddur: kazino saytından xüsusi proqram təminatını sərt diskə endirmək, yaxud onlayn texnologiyadan istifadə etmək (daha çox bu texnologiyadan istifadə olunur). Adətən, İnternet-kazinoda istər real pula, istərsə də “fantik”ə (“konfet kağızı”na) oynamaq olar. Pul qoymağı/götürməyi müxtəlif üsullarla etmək olar: kredit kartları, bank köçürmələri, xüsusi kazino kartları, onlayn ödəmə sistemləri (Webmoney, Moneybookers, NETELLER) və s. vasitəsilə. İnternet-kazinodakı oyunlar adi kazinolardakı kimidir: poker, ruletka, bləkcek, oyun avtomatları (videopokerlər və videoslotlar).
Tac Kazino və Əyləncə Kompleksi
Crown Casino and Entertainment Complex - (ing. Tac Kazino və Əyləncə Kompleksi) Avstraliyanın Melburn şəhərində yerləşən kazino və əyləncə kompleksidir. 1994-cü ildə müvəqqəti açıldıqdan sonra 1997-ci ildə yeni binasında xidmət göstərməyə başladı. 510.000 m² sahəsi ilə Cənubi Yarımkürənin ən böyük kazinolarından biridir.
Kazinok kağızağacı
Kazinok kağızağacı (lat. Broussonetia kazinoki) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinin kağızağac cinsinə aid bitki növü. == Təbii yayılması == Təbiətdə növün arealı Şərqi Çin, Yaponiya, Tayvan və Koreyanı əhatə edir. == Botaniki təsviri == Hündürlüyü 5 m-dək olan, nazik, çılpaq zoğludur. Yarpaqları uzunsov-yumurtavari və ya yumurtavari, uzunluğu 5-20 sm, uzun, ucu biz, bünövrəsi yumru və ya yarımürəkvari, çox vaxt iki-üç pərli, üstü soyulan, alt tərəfi nazik tükcüklü, sonradan çılpaq olur, saplağının uzunluğu 1-2 mm-dir. Erkəkcik sırğaların uzunluğu 1,5 sm-dir. Dişicik başcıqların diametri 1 sm-dir. Çiçəkləri ikievlidir. Erkəkcik çiçəkləri sırğalara yığılmış, çiçək yanlığı dörd bölümlü və dörd erkəkciklidir. Dişicik çiçəkləri şarşəkilli başcıqlardadır, çiçək yanlığı üç-beş dişli və sapvari sütuncuqludur.

Digər lüğətlərdə