Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İnternet-kazino
İnternet-kazino ( ing. Internet casino ~ ru. Интернет-казино ~ tr. İnternet casino) – İnternet üzərindən qumar oyunları oynamağa imkan verən sayt və ya proqram. Onlayn kazino (ONLINE CASINO), yaxud virtual kazino (VIRTUAL CASINO) da adlandırılan ilk belə kazino 1997-ci ildə ABŞ-də açılıb. Oyunların təşkili üçün iki texnologiya mövcuddur: kazino saytından xüsusi proqram təminatını sərt diskə endirmək, yaxud onlayn texnologiyadan istifadə etmək (daha çox bu texnologiyadan istifadə olunur). Adətən, İnternet-kazinoda istər real pula, istərsə də “fantik”ə (“konfet kağızı”na) oynamaq olar. Pul qoymağı/götürməyi müxtəlif üsullarla etmək olar: kredit kartları, bank köçürmələri, xüsusi kazino kartları, onlayn ödəmə sistemləri (Webmoney, Moneybookers, NETELLER) və s. vasitəsilə. İnternet-kazinodakı oyunlar adi kazinolardakı kimidir: poker, ruletka, bləkcek, oyun avtomatları (videopokerlər və videoslotlar).
Tac Kazino və Əyləncə Kompleksi
Crown Casino and Entertainment Complex - (ing. Tac Kazino və Əyləncə Kompleksi) Avstraliyanın Melburn şəhərində yerləşən kazino və əyləncə kompleksidir. 1994-cü ildə müvəqqəti açıldıqdan sonra 1997-ci ildə yeni binasında xidmət göstərməyə başladı. 510.000 m² sahəsi ilə Cənubi Yarımkürənin ən böyük kazinolarından biridir.
Kazinok kağızağacı
Kazinok kağızağacı (lat. Broussonetia kazinoki) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinin kağızağac cinsinə aid bitki növü. == Təbii yayılması == Təbiətdə növün arealı Şərqi Çin, Yaponiya, Tayvan və Koreyanı əhatə edir. == Botaniki təsviri == Hündürlüyü 5 m-dək olan, nazik, çılpaq zoğludur. Yarpaqları uzunsov-yumurtavari və ya yumurtavari, uzunluğu 5-20 sm, uzun, ucu biz, bünövrəsi yumru və ya yarımürəkvari, çox vaxt iki-üç pərli, üstü soyulan, alt tərəfi nazik tükcüklü, sonradan çılpaq olur, saplağının uzunluğu 1-2 mm-dir. Erkəkcik sırğaların uzunluğu 1,5 sm-dir. Dişicik başcıqların diametri 1 sm-dir. Çiçəkləri ikievlidir. Erkəkcik çiçəkləri sırğalara yığılmış, çiçək yanlığı dörd bölümlü və dörd erkəkciklidir. Dişicik çiçəkləri şarşəkilli başcıqlardadır, çiçək yanlığı üç-beş dişli və sapvari sütuncuqludur.
Nazino faciəsi
Nazino faciəsi (rus. Назинская трагедия, translit. Nazinskaya Tragediya) - 1933-cü ilin may ayında Sovet İttifaqındakı Nazino adasına 6000 nəfərin kütləvi şəkildə deportasiyası idi. Deportasiya olunanlar, əsasən siyasi məhbuslar və kiçik cinayətkarlardan ibarət idi və onlar "xüsusi bir qəsəbə" tikmək üçün məcburi şəkildə kiçik, təcrid olunmuş, Tomskdan 540 kilometr (340 mil) şimal-qərbdə yerləşən, Qərbi Sibirdəki adaya göndərildi. Köçkünlərə yalnız yemək üçün un, az miqdarda alətlər, geyimlər və ya sığınacaq verilmişdi. Adanı tərk etməyə çalışanlar silahlı mühafizəçilər tərəfindən öldürülürdü. Adanın şəraiti geniş yayılan xəstəliklərə, hakimiyyətdən sui-istifadə, zorakılıq və kannibalizmə səbəb oldu. On üç həftə ərzində Nazino adası ilə əlaqəli deportasiyalarda 4000-dən çoxu insan öldü ya da itkin düşdü. Sağ qalanların əksəriyyətinin səhhətində problem yarandı. Nazino işi 1988-ci ilə qədər, Sovet İttifaqında qlasnost islahatları zamanı, Memorial cəmiyyəti tərəfindən araşdırma başlayanadək demək olar ki, bilinməz olaraq qalırdı.
Tomoyuki Kacino
Tomoyuki Kacino (d. 11 iyul 1960) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 9 oyun keçirib, 1 qol vurub.
El Kamino
El Kamino (ing. El Camino: A Breaking Bad Movie) — 2019-cu il ABŞ istehsalı neo-vestern, cinayət-drama filmi. "Breaking Bad" teleserialının davamı və epiloqudur. Film keçmiş müəllimi Volter Vayt ilə ortaq olub narkotik imperiyası qurmuş Cessi Pinkmanın aqibətindən bəhs edir. Vins Qilliqanın yazıb rejissorluq etdiyi bu filmdə Aaron Pol öz rolunu yenidən ifa edib. "Breaking Bad" serialının aktyorları Cessi Plemons, Kristen Ritter, Çarlz Beyker, Mett Cons, Robert Forster, Conatan Benks və Brayan Krenston filmdə rol alıblar. Robert Forster filmin buraxıldığı gün vəfat edib, bu da onun çəkildiyi son film olub.
KEiiNO
KEiiNO — saamlı reper və yoyker Fred-Rene Bulyo və norveçli müğənnilər Tom Huqo Hermansen və Aleksandra Rotandan təşkil olunmuş musiqi qrupu. Qrup 2018-ci ilin sonlarında xüsusi ilə Norveçin NRK telekanalının təşkil etdiyi Melodi Grand Prix 2019 yarışması üçün qurulmuşdur. KEiiNO yarışmada "Spirit in the Sky" mahnısı ilə mübarizə apararaq nəticədə qələbə qazanmışdır. Mahnının əsas mövzusu gender bərabərliyi və önmühakimələrdir. Həmin mahnı ilə KEiiNO qrupu Norveçi İsrailin Tel-Əviv şəhərində keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. 2 il sonra şanslarını yoxlayaraq ölkəsinin Melodi Grand Prix 2021 seçim turuna qatılaraq Monuments söylədilər. Finalda qalib gələrək 2021 Avroviziya Mahnı Müsabiqəsində Norveçi təmsil etmək şansı əldə etdilər Uzun məşqlərdən sonra KEiiNO 16 may tarixində baş tutan müsabiqənin yarımfinal mərhələsində 15-ci nömrə altında səhnə almışdır. Nəticədə 210 xalla 7-ci yeri tutaraq, final mərhələsinə vəsiqə qazanmışdır. Müsabiqənin finalında bir daha öz mahnısını ifa edən qrup 26 ölkə təmsilçisinin mübarizə apardığı şouda 331 xal toplayaraq, 6-cı yeri tutmuşdur. KEiiNO finalda SMS səsverməsinə görə birinci yeri tutsa da, münsif səsverməsində on səkkizinci yerdə qərarlaşmışdır.
Kabinə
Kabinə — sərnişinlərin səyahət etdiyi kokpit və yük bölməsindən başqa təyyarələrdəki hissəyə verilən addır. Düz bir uçuş rejimi əsnasında təyyarənin qalxdığı hündürlükdə atmosfer təzyiqi çox aşağı olduğundan, sərnişinlərin oksigen dəstəyi olmadan səfəri davam etdirməsi qeyri-mümkündür. Buna görə kabinələrə süni şəkildə təzyiq edilir. Ticarət məqsədli hava nəqliyyatında kabin bütün təyyarələrdə müəyyən siniflərə bölünür. Xüsusiyyətləri aviaşirkətlərə görə fərqlənən bu səyahət siniflərindən ən çox yayılanları business class (biznes sinfi) və ekonom sinifləridir. Siniflərarası ayrılma bir panel və ya pərdə vasitəsilə həyata keçirilir. Oturma yerləri, istirahət zonaları, xidməti avadanlıqların saxlanıldığı yerlər, (mətbəx) tualetlər də kabinənin bir hissəsi hesab olunur.
Karano
Karano- İtaliyanın şimalında Trentino-Alto Adige/Südtirol regionunda bir bələdiyyə. Trentonun təxminən 35 kilomter şimal-şərqində yerləşir. == Ədəbiyyat == All demographics and other statistics: Italian statistical institute Istat.
Karina
Karina — ad. Karina Kapur — Hindistan kino aktrisası. Karina Lixvar — İsraili təmsil edən bədii gimnast. Karina Lipiarska — Polşalı oxatan. Karina Qarsiya — Boliviyalı atıcı. Karina Qoriçeva — qazax ağır atleti Karina Aznavuryan — Rusiyanı təmsil edən qılıncoynatma idmançısı, ikiqat Olimpiya çempionu (2000, 2004) Karina Maruyama — keçmiş Yaponiya qadın futbolçusu.
Karzin
Karzin və ya Fəthabad — İranın Fars ostanının Qir və Karzin şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 7,953 nəfər və 1,651 ailədən ibarət idi.
Kation
Kation (yun. κατά káta "aşağı" və ἴον ion "gedən") müsbət yüklənmiş iondur. Elektrolizdə müsbət yüklənmiş ionlar həmişə katoda tərəf hərkət etdiyindən, onlara Kation adı verilmişdir. Bu atom və molekulaların elektron verməsi və ya Hidrogen ionu H+ alması nəticəsində yaranır. Duzlar həmişə kation və anionların birləşməsindən ibarətdir. Müxtəlif yüklü kationalar arasında baş verən elektron dəyişməsi Qapon düsturu ilə təsvir olunur. Kationların kimyvi təsdiqi üçün tətbiqi analitikaya aid laboratoriya cihazları, həmçinin sadə kolbalar tətbiq edilirlər. == Birləşmiş kationlar == Birləşmiş kationalar aid misallar: NH4+ (Ammonium]]-Ion) H3O+ (Oksonium]]-Ion) [NO]+ (Nitrosilbrləşməsi-Kation) == Sadə kationların birləşməsi == Na → Na+ + 1e− Natrium atomundan elektron verməsi nəticəsində sadə yüklənmiş Natriumionu yaranır. Tomda mənfi yükün az olması səbəbindən müsbət yüklər üstünlük təşkil edirlər. Mg → Mg2+ + 2e− İki elektronun verməsi nəticəsində maqnezium atomundan iki dəfə müsbət yüklənmiş maqnezium ionu yaranır.
Kaznigo
Kaznigo (it. Casnigo) — İtaliyada kommuna. Lombardiya bölgəsində, Berqamo əyalətində yerləşir. Milanın təxminən 70 kilometr (43 mil) şimal-şərqində və Berqamodan təxminən 20 kilometr (12 mil) şimal-şərqdə yerləşir. Kaznigo, Qandino, Qatsano Sant'Andrea, Vertova, Koltsite, Ponte Nossa, Cene, Qorno, Fyorano al Serio kommunaları ilə qonşudur. Əhalisi 3348 nəfər (2008), əhalinin sıxlığı 248 nəfər/km². Sahəsi 13 km² ərazini tutur. Poçt kodu — 24020. Telefon kodu — 035.
Komino
Komino (malta Comino, malta Kemmuna) — Malta arxipelaqına daxil olan kiçik ada. Aralıq dənizinin suları ilə əhatələnir. Qozo və Malta adaları arasında qərarlaşır. Ümumi sahəsi 3,5 km²-dir. 2017-ci il məlumatına görə ada əhalisinin sayı 3 nəfərdir. == Tarixi == Adanın adı Maltada geniş yayılmış yaban toxumunun adından gəlir. Roma hakimiyyəti dövründə Kominoda kəndlilər yaşayırdılar, lakin uzun müddət ada zəif məskunlaşmış və ya hətta tərk edilmişdir. Adanın sahilləri əhəng daşları ilə kəsilmiş və orta əsrlərdə quldurlar və qaçaqmalçılar arasında çox populyar olan dərin mağaralarla kəsilmişdir. Daha sonra Malta cəngavərləri bu adadan ov və istirahət üçün istifadə edirdilər. 1285-ci ildən bəri Kominoda yəhudi mistiki və kabbalisti İbrahim Əbulafiyanın evi olmuşdur.
Makino
Tomitaro Makino (牧野 富太郎, Makino Tomitaro, 24 aprel 1862 - 18 yanvar 1957) — yapon botaniki.
Narino
Narino (isp. Nariño) — Kolumbiyanın departamentlərindən biri, ölkənin qərbində yerləşir. Sakit okenanın giriş-çıxış imkanlarına sahibdir. İnzibati mərkəzi Pasto şəhəridir. Narino departamenti 5 region və 64 bələdiyyəyə bölünür.
Kazuko
Kazuko — ad. Kazuko Şirakava — Yaponiya aktrisası. Kazuko Hironaka — keçmiş Yaponiya qadın futbolçusu.
Camino
Camino — köhnə ödənişsiz, açıq mənbəli GUI və Firefox bünövrəli brauzerdir. O, xüsusi olaraq OS X əməliyyat sistemi üçün nəzərdə tutulub. O, XUL əsaslı istifadəçi interfeysinə malik idi və Mozilla üçün nəzərdə tutulmuş proqramlar işləyəcəkdi. İlk versiyası 2002-ci il fevralın 13-də buraxılan veb-brauzerin inkişafı təəssüf ki, 30 may 2013-cü ildə dayandırılıb. Camino 2.1.2-də holland, alman, fransız, isveçli, italyan, yapon, ingilis, ispan, çin və norveç dili mövcud idi.
Kahinə
Kahinə (ərəb. الكاهنة‎; hərf. qabaqcadan xəbər verən qadın; 668 – 703) və ya Dihyə — Ores padşahlığının bərbər kraliçası, dini və hərbi lider. O, həmin dövrdə Numidiya kimi tanınan Məğribin müsəlmanlar tərəfindən işğalına qarşı yerli müqavimətə rəhbərlik etmiş, xüsusən də Meskiana döyüşündə Əməvi qüvvələrini məğlubiyyətə uğratmışdır. Kahinə döyüşdən bütün Məğribin mübahisəsiz hökmdarı olmuş, bu statusu Təbarka döyüşündə qəti şəkildə məğlub olunana qədər saxlamışdır. == Mənşəyi və dini == Onun şəxsi adı bunlardan biridir: Dəyə, Dəhiya, Dihyə, Dəhyə və ya Dəmyə. Onun titulu ərəbdilli mənbələrdə əl-Kahin' (rahib falçı) kimi qeyd edilmişdir. Bu, gələcəyi qabaqcadan görmək qabiliyyətinə görə onun müsəlman rəqibləri tərəfindən verilən ləqəb idi. O, 7-ci əsrin əvvəllərində Jrāwa Zenata qəbiləsində anadan olub. Beş il Aures dağlarından Qadames vahasına qədər (695-700) azad bir Berber dövlətini idarə etdi. Lakin Musa ibn Nusayrin komandanlığı olan ərəblər güclü bir ordu ilə geri qayıtdılar və onu məğlub etdilər.
Marino
Marino — soyad. Cambattista Marino — İtalyan şair. Valentina Marino — İtaliyanı təmsil edən bədii gimnast. Marino Anelli — İtalyan anarxist, mühacir.
I Kozimo
I Kosimo Mediçi (12 iyun 1519, Florensiya – 21 aprel 1574, Florensiya) – Mediçi ailəsindən olan Florensiyanın son hersoqu və Böyük Toskana hersoqluğunun ilk hersoqu. Allessandro qanuni bir gəlişi tərk etməmişdi. Florensiya Ducun yeni olacağı kobud bir problem olduğu ortaya çıxdı. Florensiyada dövlət idarəçiliyi, o cümlədən ən yüksək səviyyəli olanlar, Cosimo de Medici I-ni Florensiyanın yeni Dükü olmasını istədi. Bu xəbər yayıldığı zaman, Flornsa'nın kənarında olan Strozzi Subtlety üzvləri Florensiyanı ələ keçirərək Cosimo'yu atmağa çalışdılar, amma müvəffəq olmadılar. İdarəçiliyi tamamilə işdən çıxaran ilk Cosimo De 'Medici, ilk növbədə dövlət qulluqçusunun bürokratiyasını və dövlətin fəallığını özünə uyğun olaraq araşdıran və ona qarşı olanları aradan qaldırdı. 1542-ci ildə Florensiyadakı qarnizonda imperiya əsgərləri şəhərdən tamamilə geri çəkildi. 1548-ci ildə Cosimo onları Cenova Respublikasına bağlı olan Elba adasını alıb. O, orada yeni Florens filosunu qurmağa başladı. Sonra Cosimo ana quruda bir liman şəhəri olaraq yeni Livorno şəhərini qurdurdu, Bu yeni şəhərə gəlib yerleşenlere istədikləri dini təqib etmələrinə icazə verib bu şəhərə yerleşenlere din hüriyeti imtiyazları tanıdı, Fransa ilə bir ittifaq razılaşması edən Siena Respublikası əleyhinə İspaniya Krallığı və Müqəddəs Roma İmperatorluğu ilə ittifaq edərək 2 Avqust 1554'de Marcianao Muharebesi'nde Sienalıları məğlub etdi.
Kaliko pişiyi
Basqın bir ağ rəngin üstündə sarı və qara rəngli nöqtəciklər və ya desenlerin olduğu pişiklər Calico pişiyi olaraq adlandırılır. Bir pişik cinsini deyil rəng şablonunu təyin. ABŞ-da Calico pişiyi olarakanılan bu cür, İngiltərədə isə "tortoiseshell və ağ" olaraq adlandırılmışdır. CALICO tipində pişiklər əksəriyyətlə dişidir. Çünki pişiklərin rənglərini təyin X xromosomlarının və dişilərdə X xromosomundan iki ədəd var. Kişi pişiklərdə bir ədəd X və Y xromosomu vardır və Y xromosomundan rəng xüsusiyyəti yoxdur. Bunun istisnası xxy kromozomlarına sahib pişiklərdir. Ancaq bu pişiklərin də demək olar ki, hamısı, qısırdır. Başda Van pişiyi və Ankara pişiyi olmaq üzrə 40-a yaxın pişik irqi mənsubları, CALICO pişiyi tipində tük rəng və naxışlarını sahib ola bilməkdədir.
Kazuko Hironaka
Kazuko Hironaka — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 21 oyun keçirib, 3 qol vurub.
Kazuko Şirakava
Kazuko Şirakava (yap. 白川 和子; 20 sentyabr 1947) — Yaponiyanın aktrisalarından biridir. == Həyatı == Kazuko Şirakava 20 sentyabr 1947-ci ildə Yaponiyanın Naqasaki şəhərinin Kyuşu adasında anadan olmuşdur. İlk dəfə film karyerasına 1967-ci ildə Çəhrayı filmlərə çəkilməsi ilə başlamışdır. Bu ildən başlayaraq Kazuko aşağı büdcəli erotik filmlərə çəkilir. 1971-ci ildən isə "Nikkatsu's Roman Porno" film seriyalarında çəkilir. 1976-cı ildən başlayaraq peşəkar film karyerasına başlayır.
Kerri Kavano
Kerri Kavano (1955, Ceksonvill, Florida) — ABŞ diplomatı. Bir müddət ATƏT-in Minsk qrupunun həmsədri olmuşdur.
Kuzinellus kuzini
Kuzinellus kuzini (lat. Kuzinellus kuzini) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin kuzinellus cinsinə aid heyvan növü.
Kazımov
Kazımov — Azərbaycan soyadı. Ağahüseyn Kazımov — həkim. Adil Kazımov — Sədərək rayonu İcra hakimiyyətinin başçısı. Salahəddin Kazımov — Sovet İttifaqı Qəhrəmanı Dadaş Kazımov — Azərbaycan aktyoru. Rüstəm Kazımov — Azərbaycan aktyoru. Məmmədkamal Kazımov — Azərbaycan aktyoru və rejissoru Tofiq Kazımov — Azərbaycanın teatr rejissoru Ağakişi Kazımov — Azərbaycan teatr rejissoru Telman Kazımov — Azərbaycan SSR quraşdırma və xüsusi tikinti işləri naziri (1982–1988) Telman Kazımov — hərbçi Azay Kazımov — “Azərbaycan bayrağı” ordenli şəhid. Qəzənfər Kazımov — Ədəbiyyatşünas, dilçi, professor. Məhəbbət Kazımov — Azərbaycan müğənnisi Davud Kazımov — Azərbaycan rəssamı Mirkazım Kazımov — Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı. Fəxri Kazımov — Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyətinin sədri.
Elvin Kazımov
Fəxri Kazımov
Fəxri Xanhüseyn oğlu Kazımov (23 oktyabr 1970, Bakı) — Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyətinin sədri, iqtisadiyyat üzrə fəlsəfə doktoru. == Həyatı və fəaliyyəti == Fəxri Kazımov (Fəxri Xanhüseyn oğlu Kazımov) 23 oktyabr 1970-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1992-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir. 1994–1995-ci illərdə İstanbul Mərmərə Universitetinin Bankçılıq və Sığortaçılıq İnstitutunda aspirant təhsili almışdır. 1993–1995-ci illərdə Azərbaycan Respublikasının kommersiya banklarında çalışıb. 1995-ci ildə Azərbaycan Respublikası Milli Bankı Pul-kredit siyasəti departamentinin makroiqtisadi şöbəsində baş iqtisadçı vəzifəsində işləyib. 1995–2000-ci illərdə Azərbaycan Respublikası Milli Bankı İdarə Heyəti Sədrinin baş müşaviri vəzifəsində çalışıb. 2000–2002-ci illərdə Azərbaycan Respublikası Milli Bankının Daxili Audit departamentinin direktoru vəzifəsində işləmişdir. 2002–2008-ci illərdə Azərbaycan Respublikası Milli Bankının İdarə Heyəti Sədrinin Ofisinin rəhbəri, daha sonra Milli Bankın İcra Aparatının rəhbəri vəzifəsində çalışıb. 2008–2016-cı illərdə Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunun İcraçı direktoru vəzifəsində çalışmışdır.
Kamran Kazımov
Kamran Qurbanəli oğlu Kazımov (7 dekabr 1990, Voloqda vilayəti – 5 oktyabr 2020, Cəbrayıl rayonu) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Kamran Kazımov 1990-cı il dekabrın 7-də Rusiya Federasiyasının Voloqda vilayətinin Vaşhi rayonunda anadan olub. Onun atası — Qurbanəli Kazımov 1992-ci ildən 2013-cü ilə qədər Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının sıralarında müxtəlif vəzifələrdə xidmət edib. 1992-ci ilin iyul ayından ailəi ilə birgə Azərbaycanda yaşamağa başlayıb. Kamran Kazımov 1997–2008-ci illərdə Xətai rayonunun 63 nömrəli tam orta məktəbində təhsil alıb. Ailəli və 2 övlad atası idi. == Hərbi xidməti == 2010-cu ildə Xətai Rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılıb və 2011-ci ilə qədər Daxili Qoşunların sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Hərbi xidmətini başa vurduqdan sonra Kamran Kazımov müddətdən artıq hərbi xidmətə başladı və xidmətini Daxili Qoşunların "N" saylı hərbi hissəsində davam elədi. 2012–2014-cü illərdə Daxili Qoşunların Ali Hərbi Məktəbində təhsil alıb və ona "leytenant" hərbi rütbəsi verilib. 2014-cü ildən Daxili Qoşunların sıralarında müxtəlif vəzifələrdə xidmət edib.