kibertəhlükə
kiberturnir
OBASTAN VİKİ
Kibertəhlükəsizlik
Kibertəhlükəsizlik, kompüter təhlükəsizliyi, rəqəmsal təhlükəsizlik və ya informasiya texnologiyaları təhlükəsizliyi (İT təhlükəsizliyi) — kompüter sistemləri və şəbəkələrinin məlumatlarını icazəsiz açıqlanma, texniki vasitələrin, proqram təminatının və ya verilənlərin oğurlanması, eləcə də zədələnməsi ilə nəticələ bilən zərərli aktorların hücumlarından, habelə təmin edilən xidmətlərin pozulmasından və ya yanlış istiqamətləndirilməsindən qorunmasıdır. Bu sahə kompüter sistemləri, internet, habelə Bluetooth və Wi-Fi kimi simsiz şəbəkə standartlarına qarşı etibarın artmasına görə vacibdir. Smart telefonlar, televizorlar və əşyaların internetini (IoT) təmin edən müxtəlif cihazlar da daxil olmaqla smart cihazların artması da bu sahənin əhəmiyyətini artırır. Kibertəhlükəsizlik həm məlumat sistemlərinin qarışıq olması, həm də dəstəklədikləri cəmiyyətlərə görə müasir dünyanın ən mühüm məsələlərindən biridir. Təhlükəsizlik xüsusilə də distrubasiya, seçkilər və maliyyə kimi geniş əhatəli fiziki təsirlərə malik irimiqyaslı sistemləri idarə edən sistemlər üçün böyük əhəmiyyət daşıyır. Kibertəhlükəsizliyin bir çox istiqaməti elektron şifrələr və şifrələmə kimi rəqəmsal müdafiə sxemlərini əhatə edir, lakin ondan həmçinin metal kilidlər kimi fiziki təhlükəsizlik müdafiələrinə yönəlmiş icazəsiz müdaxilələrin qarşısını almaq üçün hələ də istifadə edilir. == Tarix == İnternetin gəlişindən və son illərdə başlanan rəqəmsal transformasiya ilə kibertəhlükəsizlik anlayışı həm peşəkar, həm də şəxsi həyatımızda tanış bir mövzuya çevrildi. Kibertəhlükəsizlik və kiber təhdidlər texnoloji dəyişikliklərin son 50 ilində ardıcıl olaraq mövcuddur. 1970 və 1980-ci illərdə kompüter təhlükəsizliyi əsasən internet konsepsiyasına qədər akademik mühitlə məhdudlaşdı, burada artan əlaqə ilə kompüter virusları və şəbəkə müdaxilələri artmağa başladı. 1990-cı illərdə virusların yayılmasından sonra 2000-ci illər kibertəhlükəsizliy və kibertəhlükəsizliyin institusionallaşdırılması aktual mövzuya çevrildi.
Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi
Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi — nəqliyyat (Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla), o cümlədən dəniz nəqliyyatı və mülki aviasiya, rabitə (telekommunikasiya və poçt), yüksək texnologiyalar (informasiya texnologiyaları, mikroelektronika, nano, bio və digər innovativ elmtutumlu texnologiyalar) sahəsində dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı. == Tarixi == Azərbaycanda ilk telefon xətti 1880-ci ilin dekabr ayında "Qafqaz və Merkuri" Paroxod Cəmiyyəti tərəfindən inşa edilib. Xətt cəmiyyətin "Naberejnaya" küçəsində yerləşən baş kontoru ilə Bakı limanında yerləşən "Kaspi" neft cəmiyyətinin kontorunu birləşdirib. 1881-ci ilin yanvar ayında "Nobel qardaşları cəmiyyəti" telefon çəkilişinə icazə almaq məqsədilə Bakı qubernatoru general-leytenant Pozenə müraciət edib və fevralın 18-də icazə verilib. Həmin ilin noyabr ayının 23-də Azərbaycanda uzunluğu 6 km olan və "Nobel qardaşları cəmiyyəti"nin baş kontoru ilə sədr və baş mühəndisin evlərini birləşdirən ilk telefon xətti istismara verilib. Rəsmi olaraq bu xətt Azərbaycanda ilk telefon xətti hesab olunur və telefon rabitəsinin yaradılması həmin ilə təsadüf edir. Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən 1918-ci ildə Poçt və Teleqraf Nazirliyi yaradılıb. İlk rabitə nazirləri Xudadat bəy Məlik-Aslanov, Ağa Aşurov və Camo bəy Hacınski olmuşdur. 1920-ci il aprelin 28-də Azərbaycanda Sovet Hakimiyyəti qurulduqdan sonra Poçt və Teleqraf komissarlığı yaradılıb. Azərbaycan Rabitəsi SSRİ Rabitə Nazirliyinin Azərbaycan üzrə daimi nümayəndəsi tərəfindən idarə olunub.
Capture the flag (kibertəhlükəsizlik)
CTF (Capture The Flag və ya Bayrağı ələ keçir) kibertəhlükəsizliyində "bayraqların" (burada bayraq adətən bir kod və bir cümlə olur) məqsədyönlü şəkildə həssas proqramlarda və ya veb-saytlarda gizli şəkildə gizlədildiyi bir məşqdir. Bu, rəqabət və ya təhsil məqsədləri üçün ola bilər. Rəqiblər bayraqları ya digər rəqiblərdən (hücum/müdafiə, Attack-Defense, tipli CTF-lər) və ya təşkilatçılardan (təhlükə, Jeopardy, tipli çağırışlar) oğurlayırlar. Bir neçə variasiya mövcuddur. Müsabiqələrə bayraqları aparat cihazlarında gizlətmək daxil ola bilər, onlar həm onlayn, həm də şəxsən ola bilər və təkmil və ya giriş səviyyəsində ola bilər. Oyun eyni adlı ənənəvi açıq idman növünə əsaslanır. == Tarix == Capture the Flag (CTF) təhlükəsizlik bacarıqlarının sınağı kimi istifadə edilən kibertəhlükəsizlik yarışıdır. İlk dəfə 1993-cü ildə ABŞ-da hər il Nevada ştatının Las-Veqas şəhərində keçirilən ən böyük kibertəhlükəsizlik konfransı olan DEFCON -da hazırlanmışdır. Konfransda CTF də daxil olmaqla həftəsonu kibertəhlükəsizlik yarışları keçirilir. CTF-nin oynaya biləcəyi iki yol var: təhlükə və hücum-müdafiə.
Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası