kirli
kirli-kirli
OBASTAN VİKİ
Çirkli müharibə
Argentinada "çirkli müharibə" (isp. Guerra Sucia en la Argentina) — Argentina hərbi diktaturaları tərəfindən həyata keçirilən və 1976-1983-cü illərdə XX əsrin sonuncu hərbi xuntasının hakimiyyəti dövründə ən yüksək həddə çatan dövlət terrorizmi tədbirlərinin (kütləvi adam oğurluğu, işgəncə, məhkəməsiz edamlar) ümumi adıdır. Kondor əməliyyatının bir hissəsi. == Tarixi == 24 mart 1976-cı ildə Xorxe Videlanın başçılıq etdiyi ordu çevriliş edərək prezident İzabel Peronu devirdi. Hərbçilərin köməyi ilə Videla geniş səlahiyyətlər əldə etdi və bu, Argentinada insan hüquqlarının pozulmasına səbəb oldu. Kütləvi həbslər həyata keçirilir, məhbuslara işgəncə verilir, çox vaxt öldürülürdü. Xunta dövründə 10 min nəfər fiziki cəhətdən məhv edilmiş, 30 min nəfər itkin düşmüş, daha 60 min nəfər isə siyasi səbəblərdən uzun müddətə həbslərə, işgəncələrə və zorakılığa məruz qalmışdır. Çirkli müharibənin əsas qurbanları solçu fəallar, o cümlədən həmkarlar ittifaqı üzvləri, tələbələr, jurnalistlər, marksistlər və peronistlər idi. Xunta 1983-cü ildə Argentinanın Folklend müharibəsindəki məğlubiyyətindən qısa müddət sonra süqut etdi. Hökumət dəyişikliyindən sonra prezident Raul Alfonsinin tapşırığı ilə məşhur yazıçı Ernesto Sabatonun başçılıq etdiyi İnsanların Kütləvi İtkin Düşməsi İşləri üzrə Milli Komissiya ( CONADEP) yaradıldı.
Kirli Əhməd Paşa
Kirli Əhməd Paşa (ö. 1715) — III Əhməd səltənətində kaptan-ı dərya olan Osmanlı dövlət xadimi. == Həyatı == Bostançı ocağında yetişmişdir. 1707-ci ilin yanvarında bostançıbaşı, 21 dekabr 1711-ci ildə isə vəzir rütbəsiylə kaptan-ı dərya təyin olundu. Ancaq yalnız bir ay sonra 31 yanvar 1712-ci ildə vəzifədən alındı və İstanbul naibliyinə gətirildi. Həmin ilin aprelində ikinci dəfə kaptan-ı dərya olsa da, 1713-cü ilin yanvarında vəzifədən alınaraq Mosulun mühafizəsi ilə vəzifələndirildi. 1715-ci ildə edam edildi.
Çirkli pulların yuyulması
Çirkli pulların yuyulması — qeyri-qanuni yolla əldə edilmiş maliyyə vəsaitlərinin "gizli iqtisadiyyat"dan rəsmi iqtisadiyyata keçirilməsi və onlardan sonrakı mərhələdə açıq şəkildə istifadə edilməsi. Prosesin rəsmi adı "cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya mülkiyyətin leqllaşdırılması"dır. Bu zaman pul vəsaitləri nağd puldan qeyri-nağd (bank) pula və əksinə qeyri-nağd puldan (bank hesabı) nağd pula çevrilə bilər. == Ümumi məlumat == Bu elə bir prosesdir ki, onun nəticəsində cinayət yolu ilə əldə edilmiş ("çirkli") vəsaitlər qanuni ("təmiz") kimi görünməyə başlanır. Pulların yuyulması əməli bir cinayətdir və bu əmələ görə Azərbaycan Respublikasında müvafiq cinayət məsuliyyəti nəzərdə tutulubdur. Cinayətkarlarda, bir qayda olaraq, yalnız iri məbləğdə vəsaitlərin yuyulmasında ehtiyac yaranır. Bununla belə, bu cür əməlin cinayət sayılmasında yuyulan vəsaitlərin həcmi və yaxud məbləği rol oynamır. Çirkli pulları qanuni kimi görünməsini təmin etmək və ya ən azından çirkli pulların mənbəyini gizlətmək məqsədilə cinayətkarlar müxtəlif üsul və vasitələrdən istifadə edirlər. Bu cür üsul və vasitələrdən maliyyə və qeyri-maliyyə, ələlxüsus da bank sektorunda istifadə olunur. Pulların yuyulmasına qarşı mübarizə bir neçə məqsədlə aparılır.