KİTABXANAŞÜNAS

сущ. библиотековед
KİTABXANALARARASI
KİTABXANAŞÜNASLIQ
OBASTAN VİKİ
BDU Kitabxanaşünaslıq-informasiya fakültəsi
Bakı Dövlət Universitetinin İnformasiya və sənəd menecmenti fakültəsi — Bakı Dövlət Universitetinin fakültələrindən biri. == Tarixi == Bakı Dövlət Universitetində müstəqil İnformasiya və sənəd menecmenti fakültəsinin formalaşmasına gedən yol Azərbaycanda 1947/1948-ci tədris ilində təşəkkül tapmış ali kitabxanaçılıq təhsilinin yaranmasından başlayır. Həmin tədris ilində Bakı Dövlət Universitetinin Filologiya fakültəsində Kitabxanaçılıq şöbəsi yaradılmışdır. Şöbənin ilk ixtisas müəllimləri xalq yazıçısı Süleyman Rəhimov, Əliheydər Qəhrəmanov, Hüseyn Tağıyev və Məryəmxanım Səmədova olmuşlar. 1958/1959-cu tədris ilində şöbə Şərqşünaslıq fakültəsinin tərkibinə daxil edilmişdir. 1962-ci ilin avqust ayında BDU-da müstəqil Kitabxanaçılıq fakültəsinin təşkil olunması haqqında qərar qəbul olunmuşdur. 2004-cü ildə BDU-nun Elmi Şurasında fakültənin adı dəyişdirilərək Kitabxanaçılıq-informasiya fakültəsi adlandırılır. 18 yanvar 2023-cü il tarixində Bakı Dövlət Universitetinin Elmi Şurasının iclasında BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin adının dəyişdirilməsi müzakirəyə çıxarılıb və qərar qəbul olunub; fakültənin adı dəyişdirilərək "İnformasiya və sənəd menecmenti" adlandırılıb. Fakültədə 3 dildə (Azərbaycan, ingilis və rus dillərində) tədris aparılır. Bakı Dövlət Universitetinin peşəkar kadr hazırlığı sistemində bu fakültə həmişə xüsusi yeri və mövqeyi ilə seçilmişdir.
Bakı Dövlət Universitetinin Kitabxanaşünaslıq-informasiya fakültəsi

Kitabxanaşünaslıq
«Kitabxanaşünaslıq» anlayışını elmi müstəviyə ilk dəfə olaraq Münhen kitabxanasının kitabxanaçısı Martin Villibald Şrettinger (1772-1851) gətirmişdir. Məhz bu səbəbdən onu «kitabxanaşünaslığın atası» adlandırırlar. O, «kitabxanaşünaslıq» anlayışını özünün ikicildlik «Kitabxanaşünaslıq üzrə bitkin dərslik və yaxud kitabxanaçının mükəmməl iş aparmasına dair rəhbərlik» adlı əsərində işlətmiş, «kitabxanaşünaslığ»ı ayrıca bir elm sahəsi kimi qiymətləndirmişdir. == Elmin müxtəsər təsviri == Kitabxanaşünaslıq - cəmiyyətdə kitabxanaçılıq prosesinin inkişaf qanunauyğunluqlarını, xassələrini, xarakterini, strukturunu və çap əsərlərindən ictimai istifadənin təşkili problemlərini tədqiq edib öyrənən humanitar elmdir. Kitabxanaşünaslıq elminin strukturuna 2 müxtəlif mövqedən yanaşmaq olar: 1) Elmşünaslığa görə; 2) Elmi fənn kimi. == Elmin obyekti, predmeti və funksiyaları == Kitabxanaşünaslıq elminin obyekti kitabxanalar, ümumilikdə isə kitabxana işidir. Hər bir elmdə olduğu kimi, kitabxanaşünaslıqda da elmin mahiyyətini onun predmeti təşkil edir. Kitabxanaşünaslığın predmeti, onun obyekti olan kitabxana işinə yanaşma tərzini, tədqiqat metodlarını müəyyənləşdirir və müvafiq anlayışlar vasitəsi ilə şərh edilir. Kitabxanaşünaslıq elminin obyektini təşkil edən kitabxana işi 3 əsas elementdən ibarət kommunikativ sistemdir: 1) Əməyin predmeti – nəşr formasında olan informasiya (sənəd); 2) Əməyin subyekti – oxucu (istifadəçi); 3) Əməyin vasitəçisi – kitabxanaçı. Bu üçlük kitabxanaşünaslığın obyektinin mahiyyətini düzgün başa düşməkdə əsaslı əhəmiyyətə malikdir.
Kitabxanaşünaslıq və informasiya elmləri
Kitabxanaşünaslıq və biblioqrafiya (jurnal)

Digər lüğətlərdə