KİV-AEROBİKA

is. \[abreviatura: kardio-intensivlik-vəziyyət (KİV), rus. кардио-интенсивность-кондиция (КИК)\] idm. Ritmik musiqi sədaları altında müxtəlif aerobika ləvazimatlarından, əsasən ipatdıdan istifadə etməklə yerinə yetirilən aerobika növü.
KİNOHİT
KLASTER
OBASTAN VİKİ
Kiv
Kütləvi informasiya vasitələri və ya qısaca KİV — texniki vasitələrdən istifadə etməklə informasiyanın ictimai formada ötürülməsi orqanlarının məcmusu. Yayım mediası informasiyanı filmlər, radio, yazılmış musiqi və ya televiziya kimi media vasitələri ilə elektron şəkildə ötürür. Rəqəmsal media həm internetdən, həm də mobil kütləvi kommunikasiyadan ibarətdir. İnternet mediası e-poçt, sosial media platformaları, internet saytları və internet əsaslı radio və televiziya kimi xidmətlərdən ibarətdir. Bir çox digər kütləvi informasiya vasitələrinin internetdə əlavə iştirakı var. Bunlara televiziya reklamlarına onlayn qoşulmaq və ya yayımlamaq, ya da açıq və ya çap mediasında QR kodları yaymaq, mobil istifadəçiləri veb-sayta yönləndirmək daxildir. Bu yolla, onlar internetin verdiyi asan əlçatanlıq və yardım imkanlarından istifadə edə bilərlər. Beləliklə, onlar eyni vaxtda və sərfəli şəkildə dünyanın bir çox müxtəlif bölgələrində asanlıqla məlumat yayımlaya bilərlər. Xarici media məlumatı bilbordlar, blimplər, uçan reklam lövhələri, avtobusların, ticarət binalarının, dükanların, idman stadionlarının, metro vaqonlarının və ya qatarların, köşklərin daxilində yerləşdirilən yazılar, lövhələr, plakatlar kimi media vasitələri ilə ötürür. Çap mediası kitablar, komikslər, jurnallar, qəzetlər və ya broşürlər kimi fiziki obyektlər vasitəsilə məlumat ötürür.
Aerobika
Aerobika — ritmik musiqi ilə aerobik məşqlərdən ibarət olan gimnastikadır və təlimlərin ritmini izləməkdə kömək edir. == Haqqında == Dözümlülüyün təzahürü ilə bağlı olub dövrlər üzrə gedən idman növlərində (qaçış, yeriş, üzgüçülük, avarçəkmə, velosipedsürmə, xizəklərdə, konkilərdə sürüşmə) ürək-damar və tənəffüs sistemlərinin funksional imkanlarının yüksəlməsinə yönəlmiş təmrinlər sistemi. 2. Məşğul olanların fiziki hazırlığının yüksəlməsinə yönəlmiş və musiqi sədaları altında icra olunan müxtəlif fiziki təmrinlər kompleksi. Sağlamlıq və idman məqsədlərində istifadə olunur. Tərkib vasitələrinə yaş xüsusiyyətlərinə görə fərqlənən, alət və əşyalar tətbiq edilən, müxtəlif şəraitdə (zalda, stadionda, suda keçirilən) müxtəlif sistem və istiqamətlər və s. daxil edilir. 3. Bodibildinqdə - yarışlarda əzələlərin və venaların son hədd qabarıqlığını nümayiş etdirmək marağı ilə dərialtı piyin yandırılması və maksimum səfərbər edilməsinə yönəlmiş orqanizmin aerob məhsuldarlığının yüksəlməsinin metod və vasitələrinin məcmusu. Bura stasionar velotrenajorlarda, qaçan cığırlarda, xizək və avarçəkmə trenajorlarında arası kəsilməz, yavaş və fasiləli qaçış məşğələ - təmrinləri daxildir.
Qırğızıstanda KİV
Qırğızıstanda kütləvi informasiya vasitələri (KİV) bölgədəki qonşu ölkələrlə müqayisədə daha çox azaddır və konstitusiya mətbuat azadlığına zəmanət verir və senzuranı qadağan edir. Bununla belə, media hələ də hökumət tərəfindən məhdudlaşdırılıb. ATƏT Qırğızıstanın çap və onlayn medialarında etik normalara dair hesabat yayımlayıb. 2003-cü ildə Qırğızıstanın 25-30 qəzet və jurnalının səkkizi dövlətə məxsus idi və dövlət nəşriyyatı Uçkun, ölkənin ən böyük qəzet nəşrçisi idi. Kütləvi informasiya vasitələri arasında rəqabət hökumətyönlü qəzetlərin və yayım orqanlarının ciddi dəstəyi ilə ləğv olunur. 2000-ci illərin əvvəllərində artan sayda bu cür idarələrə hökumətlə əlaqəsi olan şəxslər nəzarət edirdilər. Hazırda Qırğızıstanda hökumətin yayımları məhdudlaşdırdığı və keçmişdə müxalifətin etirazlarını nümayiş etdirən xüsusi şəbəkələri qorxutduğu və ya bağladığı 8 dövlət və 20 özəl televiziya şəbəkəsi mövcuddur. 23 FM radio stansiyası və cəmi 13 AM stansiyası var. Dövlət mediası üstünlük təşkil edir və ölkədəki siyasi mühiti nəzərə alaraq müxalifət tərəfindən özəlləşdirilməsi üçün hərəkətlər Prezident Qurmanbek Bakıyev tərəfindən əngəllənir. Şəxsi şəbəkələrin əksəriyyəti paytaxt Bişkekdə yerləşir.
İ̇dman aerobika
İdman aeorobikası—Aerobikanın müxtəlif növ məşğələlər sistemindən ayrılmış idman növü. Bura dövrlər üzrə gedən və getməyən xüsusiyyətli, plastik, mimik və başqa geniş dairədə gimrıastik məşğələlərin musiqi altında icrasından ibarət yarış fəaliyyəti aiddir. "Aerobika" sözü XX əsrin 60-cı illərində Amerika həkimi Kennet Kuper tərəfindən istifadə edilmişdir. 1963-cü ildə nəşr olunan "Aerobika" kitabında aerobik məşqlərin insan orqanizminə təsiri ilə bağlı araşdırmaların nəticələri təqdim edilmişdir. Yüngülləşdirilmiş ştanqla güc qabilliyyətinin və dözümlüyün tərbiyə edilməsini birləşdirən təmrinlərin yerinə yetirilməsi ilə aerobika növü. Təmrinlər başqa növlərdə olduğu kimi səciyyələndirilən arasıkəsilməz axın metodu və musiqi altında icra olunur. Yalnız yaxşı hazırlanmış adamlara məsləhət görülür. Uyğun musiqi altında müxtəlif rəqs hərəkətlərindən istifadə ilə tamamlanan aerobika növü. Bütün rəqslərin əsasında özünəməxsus caz texnikası hərəkətləri dayanır Rəqslər və ümumi hazırlayıcı gimrıastik təmrinlər qaməti düz saxlamağa, qarın və yan-sağrı əzələlərinin tonusunun yüksəldilməsinə kömək edir. Bədənin müxtəlif hissələri sanki bir-birindən asılı olmadan hərəkət edir.
Aerobika Gimnastikası 2015 Avropa Oyunlarında
Aerobika Gimnastikası 2015 Avropa Oyunlarında — I Avropa Oyunlarında aerobika gimnastikası idman növü üzrə yarışlar 17, 19 və 21 iyun tarixləri arasında baş tutdu. Yarışlar 5 407 tamaşaçı tutumu olan Milli Gimnastika Arenası keçirildi. İdmançılar 2 dəst medal uğrunda mübarizə apardı. Qarışıq qrup yarışlarında qızıl medalı Macarıstan gimnastları qazandı. Gümüş medala Rumıniya nümayəndələri, bürünc medala İspaniya gimnastları layiq görüldü. Qarışıq cüt yarışlarında isə İspaniyalı Sara Moreno və Visente Li I Avropa Oyunlarının çempionu oldu. İtaliya gimnastları Miçela Kastoldi və Davide Donati gümüş medal, Rusiyalı Duxiq Janaziyan və Denis Solovyov isə bürünc medal qazandı. Ümumi yekunda, medal sıralanmasında İspaniya idmançıları 1 qızıl və 1 bürünc medalla 1-ci yeri tutdu.
Aerobika Gimnastikası 2015 Avropa Oyunlarında — Qarışıq (Cüt, çoxnövçülük)
I Avropa Oyunlarında aerobika gimnastikası idman növünün qarışıq cüt yarışları 17 və 21 iyun tarixləri arasında baş tutdu. Yarışlar 5 407 tamaşaçı tutumu olan Milli Gimnastika Arenası keçirildi. 10 dövlətin 20 idmançısı yarışların qızıl medalı uğrunda mübarizə apardı. I Avropa Oyunlarının çempionu 21.150 xal toplayan İspaniya gimnastları Sara Moreno və Visente Li oldu. Gümüş medalı İtaliyaıı Miçela Kastoldi və Davide Donati, bürünc medalı isə Rusiya idmançıları Duxiq Janaziyan və Denis Solovyov qazandı.

Digər lüğətlərdə