KLEM

авто.
I
сущ. клемма (устройство для присоединения проводов к машине, прибору, аппарату); винтовой зажим. Akkumulyator klemi клемма аккумулятора
II
прил. клеммовый. Klem qəlibi клеммовая колодка
KLAVİŞLİ
KLERİKAL
OBASTAN VİKİ
I Klement
I Klement — 4-cü Roma papası olaraq bilinir. Bəzi mənbələrə görə 88-97-cu illər aralığında Roma Papası olaraq fəaliyyət göstərmişdir. İmperator Trayanın dövründə edam edilmiş və şəhidlik zirvəsinə ucalmışdır. == Həyatı == Papa Müqəddəss I Klement haqqında kifayət qədər məlumat tapılmamışdır. Papalığdan əvvəlki həyatına dair məlumatlar çox azdır. Papa Pyotr dövründə, Roma Yepiskopluğunu idarə etdiyinə dair sənədlər var. Bu yepiskopluq dövründə, ona müqəddəs ünvanını uyğun görmüşdülər. Yepiskopluğ dövründə, xristianlığı uyğun bir dillə insanlara izah etmiş və insanlara xristianlığı sevdirmişdi. Bu səbəbdən xalq arasında tolerantlıq, sevgi və hörmət qazanmışdı. Papa Pyotr, şəhid edilincə onun yerinə gələn 2 papa (Linus, Anakletus) vəzifəyə təyin olunmuşdu.
Jorj Klemanso
Jorj Bencamin Klemanso (fr. Georges Benjamin Clemenceau; 28 sentyabr 1841[…] – 24 noyabr 1929[…], Paris) — fransız siyasi və dövlət xadimi, jurnalist,Fransanın 41-ci (1906–1909) və 54-cü (1917–1920) baş naziri, Fransa akademiyasının üzvü. == Həyatı == === Uşaqlığı === Jorj Klemanso Fransanın qərbində yerləşən Vandeya departamentində respublikaçı baxışlı həkim ailəsində dogulmuşdu. Vandeya 1789-cu il Fransa burjua inqilabından etibarən royalizmin və katolisizmin dayağı olması şöhrət qazanmışdı. Klemansonun əcdadları ölkədə vətəndaş müharibəsi gedən zaman inqilabi hökumətin tərəfində vuruşmuşdular. Jorj Klemanso xatırlayırdı ki, uşaqlığında ona qiyamçıların güllələdikləri respublikaçının həlak olduğu ağacın ətrafını göstərmişdilər. Bu hekayə onun təxəyyülündə o qədər canlanmışdı ki, hətta ağacın ətrafında naməlum vətənpərvərin həyatına son qoyan güllələri axtarıb tapmağa cəhd etmişdi. Klemansonun atası Benjamen tibbi təhsil almış, lakin respublikaçı ruhu onu siyasi fəaliyyətə cəlb etmişdi. Jorj Klemanso etiraf edirdi ki, məhz atasının Böyük Fransa inqilabı haqqında oxuduqlarını dəfələrlə ona danışması və özünün bununla bağlı fəlsəfi fikirlərini zarafatyana formada ona təqdim etməsi onun baxışlarının formalaşmasına təsir göstərmiş yeganə hal olmuşdur. === Gəncliyi === Klemanso atası kimi tibbi təhsil almaq üçün 1858-ci ildə liseyi bitirdikdən sonra əvvəl Nantdakı tibb məktəbinə daxil oldu.
Kleman Lanqle
Kleman Lanqle (fr. Clément Lenglet; 17 iyun 1995, Bove) — La Liqa klubu Barselonadan icarə əsasında Atletiko Madriddə mərkəz müdafiəçisi kimi çıxış edən fransalı peşəkar futbolçu. == Həyatı == 17 iyun 1995-ci ildə Fransada anadan olub.
Klemens Metternix
Klemens fon Metternix (alm. Klemens Wenzel von Metternich‎, 15 may 1773[…], Koblens, Trir kürfürstlüyü, Müqəddəs Roma imperiyası – 11 iyun 1859[…], Vyana) — Avstriya dövlət xadimi, Avstriya imperiyasının Xarici işlər naziri və dövlət kansleri, Vyana konqresinin əsas təşkilatçısı. 1848-ci il Avstriya inqilabı zamanı istefa vermişdir. == Həyatı == Avropa mühafizəkarlığının ən aparıcı simalarındandır. Ömrünün 39 ilini (1809-1848) Avstriya imperatorluğunun Xarici İşlər Naziri vəzifəsində çalışan Metternix, bu illər ərzində Avropa tarixinin şəkillənməsində rol alan nadir dövlət adamlarından biri olub. Metternix həmçinin Vyana konqresinin (1815) əsas arxitektlərindən biri kimi Post- Napoleon Avropasının qurulmasında çox önəmli rol oynayıb. "Metternix sistemi" adlanan və davamlı konqreslərlə müşayət olunan bu güc balansı, 1848-ci il İnqilablarına qədər Avropanın böyük dövlətləri (Prusiya, Avstriya, Rusiya, Böyük Britaniya, Fransa) arasındakı münasibətlərin tənzimləyən başlıca mexanizm olub. Metternix, 1848-ci ildə 39 il fasiləsiz diplomatik fəaliyyətdən sonra istefa veribdir. Hətta istefadan sonra belə Avstriya imperatoru I Frans İosif daima xarici siyasət məsələlərində onunla məsləhətləşirdi. Klemens Metternix, mühafizəkar bir dövlət adamı kimi Fransız İnqilabı ilə təməlləri atılan liberalizm, millətçilik hərəkatları və dövrün bir çox yeniliklərinə qarşı kəskin düşmən münasibəti bəsləyərək bu meyillər ilə mübarizə aparmaq üçün qitə gücləri arasında davamlı məsləhətləşmələr edilməsi, birliyin qurulmasının əsas təşəbbüskarı olmuşdur.
Klemense Royer
Klemense Auqustine Royer (fr. Clémence Augustine Royer; 21 aprel 1830[…], Nant, Fransa metropoliyası – 6 fevral 1902) — fransız yazıçısı. == Həyatı == Klemense Royer 1830-cu ildə Fransanın Nantes şəhərində anadan olub. Babası 1832-ci ildə Krala qarşı üsyana qatıldığı üçün ailə İsveçrəyə sürgünə göndərildi. Royer 10 yaşına çatanda bir monastır məktəbinə göndərilmişdi. Lakin bu məktəbdə şiddətli psixoloji gərginliklər yaşayaraq oranı tərk etmək məcburiyyətində qalmışdı. Məktəbdən çıxdıqdan sonra atasının köməyi ilə riyaziyyatı öyrənməyə başladı. 1849-cu ildə atasının vəfatından sonra müəllimlik etmək üçün iş axtarmağa başladı. O, fransız dili, riyaziyyat və musiqi dərsi verə biləcəyini düşünürdü. Xüsusi ev dərsləri verdikdən sonra 1853-cü ildə bir qız məktəbində müəllim işləmək üçün Valesə (Cənub-Şərqi İngiltərə) getdi.
Klement
İsgəndəriyyəlí Klemént - (yun. Κλήμης ὁ Ἀλεξανδρεύς, lat. Clemens Alexandrinus, Titus Flavius Clemens; təq. 150[…], Afina, Axeya – təq. 215[…], Kayseri) — xristian apologeti, nəzəriyyəçisi, İsgəndəriyyə ilahiyyat məktəbinin rəhbəri. == Bioqrafiyası == Təqribən 150-ci ildə Afina şəhərində zəngin ailədə dünyaya gəlmiş və yaxşı təhsil almışdır. 20 yaşında ikən Aralıq dənizi sahilləri boyunca səyahətə çıxmışdır. İsgəndəriyyədə ilahiyyat məktəbinin başçısı Pantenlə tanış olmuş, onun təsiri ilə xristianlığı qəbul edib orada məskunlaşmışdır. Burara Klemens keşiş olmuş, apologetik əsərlərini yazmış, qnostiklərlə və "ittellektual" Xristianlığa şübhə ilə yanaşan başqa xristianlarla polemikalara girmişdir. Əsəs fəaliyyəti Xristian ehkamlarının düşüncənin dəlilləri ilə barışdırmasına yönəltmişdir.
Klement Ader
Klement Ader (2 aprel 1841[…], Myure[d], Yuxarı Qaronna, Fransa – 3 may 1925, Tuluza, Yuxarı Qaronna, Fransa) — Fransız mühəndis Muret, Haute-Qaronnedə anadan olmuşdu və Tuluzada vəfat etmişdir. == Həyatı == Ader həm elektrik, həm də maşın mühəmdisliyində bir yenilikçi idi.Başalnğıcda elektrik mühəndisliyi təhsili aldı və 1878 ci ildə Aleksandr Bell tərəfindən icad etdiyi telefonu inkişaf etdirdi. Bundan sonra 1880-ci ildə Oaris də telefon şəbəkəsini qurdu.1881-ci ildə sterefonik qəbul etməni təmin edən bir telefon əlaqə sistemi olan tetrafonu icad etdi,opera performansları üçün ilk stereo əlaqəni 1881-ci ildə 3 km məsafəyə siqnalı ötürə bilən cihaz kimi icad eti. 1903-cü ildə Pari-Madrid yarışı üçün bir V8 mühərriki dizayn etdi.Ancaq 3 və ya 4 ədəd istehsal olunmasına baxmayaraq heç biri satılmadı Buna əlavə olaraq mexaniki uçuş probleminin həllinə qayıtdı və həyatının sonuna qədər bunun üçün çoxlu vaxt və maliyyə xərc etdi.Quşların uçuşunda Luis Pierre Mouillardın(1834-1897)işlərindən istifadə edərək ilk uçuş maşını 1886-da,Eolda yerinə yetirdi.Dörd qanatlı bir pər istifadə etdi. == İstinadlar == == Xarici keçidlər == Clement Ader Clement Ader's flying machines Arxivləşdirilib 2020-04-15 at the Wayback Machine Clement Ader's first flight in 1879 ?
Klement Ettli
Klement Riçard Ettli (ing. Clement Richard Attlee; 3 yanvar 1883 – 8 oktyabr 1967) — Böyük Britaniya dövlət və siyasi xadimi. 1945–1946-cı illərdə Böyük Britaniyanın 62-ci baş naziri olmuşdur. == İstinadlar == == Xarici keçidlər == More about Clement Attlee on the Downing Street website.
Klement Markhalm
Klement Markhalm (ing. Sir Clements Robert Markham: 20 iyul 1830 və ya 1830 – 30 yanvar 1916 və ya 1916, London) — ingilis səyyah və yazıçıdır. Klement Markhalm 1863 və 1888-ci illər arasında Kral Coğrafiya Cəmiyyətində (ing. Royal Geographical Society) kargüzar işləmişdir. Daha sonra cəmiyyətin sədiri təyin edilmiş və 12 bu vəzifədə işləmişdir.
Klement Markham

Klement Metternix
Klemens fon Metternix (alm. Klemens Wenzel von Metternich‎, 15 may 1773[…], Koblens, Trir kürfürstlüyü, Müqəddəs Roma imperiyası – 11 iyun 1859[…], Vyana) — Avstriya dövlət xadimi, Avstriya imperiyasının Xarici işlər naziri və dövlət kansleri, Vyana konqresinin əsas təşkilatçısı. 1848-ci il Avstriya inqilabı zamanı istefa vermişdir. == Həyatı == Avropa mühafizəkarlığının ən aparıcı simalarındandır. Ömrünün 39 ilini (1809-1848) Avstriya imperatorluğunun Xarici İşlər Naziri vəzifəsində çalışan Metternix, bu illər ərzində Avropa tarixinin şəkillənməsində rol alan nadir dövlət adamlarından biri olub. Metternix həmçinin Vyana konqresinin (1815) əsas arxitektlərindən biri kimi Post- Napoleon Avropasının qurulmasında çox önəmli rol oynayıb. "Metternix sistemi" adlanan və davamlı konqreslərlə müşayət olunan bu güc balansı, 1848-ci il İnqilablarına qədər Avropanın böyük dövlətləri (Prusiya, Avstriya, Rusiya, Böyük Britaniya, Fransa) arasındakı münasibətlərin tənzimləyən başlıca mexanizm olub. Metternix, 1848-ci ildə 39 il fasiləsiz diplomatik fəaliyyətdən sonra istefa veribdir. Hətta istefadan sonra belə Avstriya imperatoru I Frans İosif daima xarici siyasət məsələlərində onunla məsləhətləşirdi. Klemens Metternix, mühafizəkar bir dövlət adamı kimi Fransız İnqilabı ilə təməlləri atılan liberalizm, millətçilik hərəkatları və dövrün bir çox yeniliklərinə qarşı kəskin düşmən münasibəti bəsləyərək bu meyillər ilə mübarizə aparmaq üçün qitə gücləri arasında davamlı məsləhətləşmələr edilməsi, birliyin qurulmasının əsas təşəbbüskarı olmuşdur.
Klement Miçelin
Klement Miçelin (11 may 1997-ci ildə anadan olub) — Liqa 1 təmsilçilərindən olan Tuluza klubunda müdafiəçi kimi çıxış edən peşəkar Fransa futbolçusudur. Miçelin həmçinin Fransanın gənclər yığmalarından olan U-17 komandasının üzvüdür. == Klub karyerası == === Tuluza === Miçelin Liqa 1-də debütünü 20 sentyabr 2016-cı ildə Lill klubuna qarşı oyunda etmişdir. O, 61-ci dəqiqədə İssiaqa Sillanı əvəz etmişdir. Həmim görüşdə Tuluza Lillə səfərdə 2-1 hesabı ilə qalib gəlmişdir.
L'Aberjeman-Klemansya
L'Aberjeman-Klemansya (fr. L’Abergement-Clémenciat) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şatiyon-syur-Şalaron kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01097. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 784 nəfər təşkil edirdi. == Həmçinin bax == Fransa rayonlarının siyahısı == İstinadlar == == Xarici keçidlər == Vikianbarda L'Aberjeman-Klemansya ilə əlaqəli mediafayllar var.
Mark Alvin Klements
Mark Alvin Klements (ing. Mark Alwin Clements; 1949) — Avstraliya botaniki. == Elmi fəaliyyəti == Mark Alvin Klements toxumlu bitkilər üzrə ixtisaslaşmışdır.. == Əsərləri == J.O. Indsto, P.H. Weston, M.A. Clements, A.G. Dyer, M. Batley, R.J. Whelan (2006): Pollination of Diuris maculata (Orchidaceae) by male Trichocolletes venustus bees. Australian Journal of Botany. 54 (7). p. 669. M.A. Clements, 2006: Molecular phylogenetic systematics in Dendrobieae (Orchidaceae). Aliso 22: 465—480.
Mutsio Klementi
Mutsio Klementi (23 yanvar 1752[…], Roma – 10 mart 1832[…]) — əsasən İngiltərədə yaşayan italyan bəstəkarı, pianoçusu və müəllimi.
Pelle Klement
Pelle Klement (19 may 1996, Amsterdam) — Erediviziya təmsilçilərindən olan Zvolle klubunda hücumçu kimi çıxış edən peşəkar Niderland futbolçusudur. 19 may 1996-cı ildə anadan olub. Klement Ayaks akademiyası proqramı vasitəsilə inkişaf etmişdir. O, Eerste Diviziyada debütünü Yonq Ayaks klubu ilə 8 may 2015-ci ildə Venlo klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. Klement əsas komanda ilə Erediviziyada debütünü 2016-cı ilin noyabr ayında N.E.C klubuna qarşı oyunda etmişdir. 28 iyun 2017-ci ildə Klement Ayaks klubundan ayrılaraq, Çempionşip təmsilçilərindən olan Ridinq klubu ilə üç illik müqavilə imzalamışdır. 3 yanvar 2019-cu ildə Klement 2018-19 mövsümünün sonuna kimi Erediviziya təmsilçilərindən olan Zvolle klubu ilə müqavilə imzalamışdır.
Pom Klementieff
Pom Aleksandra Klementeff (fr. Pom Alexandra Klementieff; 3 may 1986, Kvebek) — fransız aktrisa. Anası koreyalı, atası isə rus-fransızdır. Paris şəhərində Cours Florent teatr məktəbində təhsil alıb və "Loup" (2009), "Sleepless Night" (2011) və "Hacker's Game" (2015) kimi bir çox filmdə yer alıb. "Qalaktika mühafizəçiləri" filmində Mantis rolu ilə yenidən fəaliyyətini davam etdirdi.
Saşa Klement
Saşa Nikol Klement (ing. Sasha Nicole Clements; d. 14 mart 1990, Toronto, Ontario, Kanada) aktrisa və model.
Sen-Kleman-syur-Dyurans
Sen-Kleman-sür-Dürans (fr. Saint-Clément-sur-Durance, oks. Sant Clamenç sus Durença) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azür regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Brianson. Qiyestr kantonuna daxildir. INSEE kodu — 05134. 2008-ci ildə əhalinin sayı 276nəfər təşkil edirdi. 2007-ci ildə 184 yaşda olan (15-64 yaş arasında) 135 nəfər iqtisadi cəhətdən fəal, 49 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73.4%, 1999-cu ildə 75.0%). İşləyən 135 nəfərdən (67 kişi və 61 qadın), 7 nəfər işsiz (3 kişi və 4 qadın) idi.
Sen-Kleman-sür-Dürans

Sen-Kleman (Alye)
Sen-Kleman (fr. Saint-Clément) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Le-Meye-de-Montan kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03224. 2008-ci ildə əhalinin sayı 355 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 211 nəfər (15-64 yaş arasında) arasında 140 nəfər iqtisadi fəal, 71 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 66,4%, 1999-cu ildə 61.7%). Aktiv olan 140 nəfərdən 121 nəfər (63 kişi və 58 qadın), 19 nəfər işsiz (9 kişi və 10 qadın) idi. Aktiv olmayan 10 nəfər arasında şagird və ya tələbə, 35 nəfər təqaüdçü, 26 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Tit Flavi Klement (konsul)
Tit Flavi Klement (lat. Titus Flavius Clemens; təq. 50 – may 95, Roma) — Qədim Roma dövlət xadimi, 95-ci ildə konsul. O, Flavilər sülaləsindəndir. Roma katolisizmində və bir sıra pravoslav kilsələrində müqəddəs kimi şöhrət qazanmışdır. Klement Tit Flavi Sabinin oğlu idi. Sabin 72-ci ildə konsul-suffekt idi. Klementin qardaşı Tit Flavi Sabin 82-ci konsul olmuşdur və həyat yoldaşı Yuliya Flaviya idi. Atası 69 dekabrda Vitelli dövründə öldürülmüşdür. O, imperator Vespasianın qardaşının nəvəsi, imperator Tit və Domisianın qohumu idi.
Klemens fon Metternix
Klemens fon Metternix (alm. Klemens Wenzel von Metternich‎, 15 may 1773[…], Koblens, Trir kürfürstlüyü, Müqəddəs Roma imperiyası – 11 iyun 1859[…], Vyana) — Avstriya dövlət xadimi, Avstriya imperiyasının Xarici işlər naziri və dövlət kansleri, Vyana konqresinin əsas təşkilatçısı. 1848-ci il Avstriya inqilabı zamanı istefa vermişdir. == Həyatı == Avropa mühafizəkarlığının ən aparıcı simalarındandır. Ömrünün 39 ilini (1809-1848) Avstriya imperatorluğunun Xarici İşlər Naziri vəzifəsində çalışan Metternix, bu illər ərzində Avropa tarixinin şəkillənməsində rol alan nadir dövlət adamlarından biri olub. Metternix həmçinin Vyana konqresinin (1815) əsas arxitektlərindən biri kimi Post- Napoleon Avropasının qurulmasında çox önəmli rol oynayıb. "Metternix sistemi" adlanan və davamlı konqreslərlə müşayət olunan bu güc balansı, 1848-ci il İnqilablarına qədər Avropanın böyük dövlətləri (Prusiya, Avstriya, Rusiya, Böyük Britaniya, Fransa) arasındakı münasibətlərin tənzimləyən başlıca mexanizm olub. Metternix, 1848-ci ildə 39 il fasiləsiz diplomatik fəaliyyətdən sonra istefa veribdir. Hətta istefadan sonra belə Avstriya imperatoru I Frans İosif daima xarici siyasət məsələlərində onunla məsləhətləşirdi. Klemens Metternix, mühafizəkar bir dövlət adamı kimi Fransız İnqilabı ilə təməlləri atılan liberalizm, millətçilik hərəkatları və dövrün bir çox yeniliklərinə qarşı kəskin düşmən münasibəti bəsləyərək bu meyillər ilə mübarizə aparmaq üçün qitə gücləri arasında davamlı məsləhətləşmələr edilməsi, birliyin qurulmasının əsas təşəbbüskarı olmuşdur.
Ankara Klementi
Ankara Klementi — Ankara şəhərinin yepiskopu, xristian müqəddəsi. Pravoslav, Katolik və Köhnə Pravoslav kilsələrində hörmətlə qarşılanır. == Həyatı == Ankara Klementi 258-ci ildə Qalatiyanın tərkibində olan Ankara şəhərində anadan olmuşdur. Atası bütpərəst, anası isə xristian idi. On iki yaşında Klement yetim qaldı və Klementi xristian ruhunda böyüdən anasının dostu Sofiya tərəfindən övladlığa götürüldü. Sofiya, Klementin öyrətməyə və xristianlığı qəbul etməyə hazırlaşmağa başladığı bir çox tərk edilmiş uşağa sığınacaq verdi. On səkkiz yaşında Klement artıq Ankara xristian icmasında şöhrət qazanaraq presviter təyin edilmişdi. == Yepiskopluq və təqib == İyirmi yaşına çətinliklə çatan Klement məmləkəti Ankara yepiskopu təyin edildi. İmperator Diokletian (284–305) dövründə Ankaralı Klementdən xristian inancından imtina etməsi tələb olunur. İmtina etdikdən sonra yepiskop həbs olundu və işgəncələrə məruz qaldı.
Klementin
Klementinum (çex. Klementinum) Praqada Çex Respublikasının Milli Kitabxanasının yerləşdiyi tarixi binalar kompleksidir. Son vaxtlara qədər kompleksdə Milli, Universitet və Texniki kitabxanalar yerləşirdi; Şəhər Kitabxanası da Mariánské Náměstídə yaxın idi. 2009-cu ildə Texniki kitabxana və Bələdiyyə kitabxanası Technická 6 ünvanındakı Praqa Milli Texniki Kitabxanasına köçürüldü. == Tarix == Onun tarixi 11-ci əsrdə Müqəddəs Klementə həsr olunmuş kilsənin mövcudluğundan başlayır. Orta əsrlərdə bir Dominikan monastırının əsası qoyuldu, 1556-cı ildə Cizvit kollecinə çevrildi. 1622-ci ildə Yezuitlər Çarlz Universitetinin kitabxanasını Klementinuma köçürdülər və kollec 1654-cü ildə Universitetlə birləşdirildi. Yezuitlər 1773-cü ildə Klementinum İmperator tərəfindən rəsədxana, kitabxana və universitet kimi qurulana qədər yatırılana qədər qaldılar. Avstriyalı Mariya Tereza. Milli Kitabxana 1781-ci ildə yaradılıb və 1782-ci ildən Klementinum qanuni depozit kitabxanası olub.