Klima

das; -s, -s od. -ta iqlim; atmosfer, hava
Klient
Klimaanlage
OBASTAN VİKİ
Klimaks
Klimaks və ya menopauza - orqanizmin təbii “qocalma” prosesinin mərhələsidir. Qadında menstruasiya (aybaşı) ardıcıl olaraq 12 ay olmadıqda, klimaksdan söhbət açıla bilər. Klimaksın başlamasına səbəb yumurtalıqların fəaliyyətinin dayanması və qanda qadın cinsi hormonların (estrogen və progesteron) səviyyəsinin aşağı düşməsidir. Klimaks, klimakterik dövr – qadın cinsi sistemi üzvlərinin geriyə inkişafı dövrüdür. Klimaks, ilkin olaraq yumurtalıqlarda yumurta hüceyrəsi yetişdirilməsi prosesinin tədricən pozulması ilə başlayır. İlk zamanlarda yumurta hüceyrəsi özünün tam yetişkənlik səviyyəsinə çatmadığı üçün ovulyasiya da baş vermir. Bütün bunlar, yaşın artması ilə əlaqədar olaraq, qadın orqanizmində progesteron və estrogen kimi, qadın cinsi hormonların hazırlanmasının azalması səbəbindən baş verir. Əvvəlcə aybaşılar qeyri-müntəzəm xarakter alır. Aybaşı bəzən qısa, bəzən uzun çəkir, bəzən bir neçə ay fasilədən sonra yenidən başlayırlar. Daha sonda isə aybaşı tamamilə və həmişəlik olaraq yox olur.
Klimatologiya
İqlim haqqında təlim – iqlimşünaslıq – meteorologiyanın əsas bölmələrindən biridir. İqlimşünaslığın mövzusu astronomik və fiziki-coğrafi şəraitin mürəkkəb kompleksinin təsiri altında formalaşan atmosfer proseslərinin öyrənilməsidir. Bu proseslər, əsasən Günəş radiasiyasının təsiri altında yaranır. Bu radiasiya dəniz və quru səthindən istilik və rütubətin mübadiləsi nəticəsində havanın daşınmasına və dəyişməsinə səbəb olur. Qısa müddətdə atmosferdəki proseslər avtonom baş verir. Uzun zaman müddətində bu proseslər əhəmiyyətli dərəcədə istilik axınından asılı olur. Bu səbəbdən, Yer kürəsinin hər bir ərazisində proseslərin xarakteri, onların yaranma tezliyi, dəyişmə müddəti və ardıcıllığı verilmiş ərazinin en dairəsi, ilin fəsli, relyefin şəraiti, okean və qurunun paylanması kimi qlobal amillərlə təyin olunur. Yerin radiasiya rejimi, nəinki Günəş işıqlanmasının dəyişməsindən və Yer orbitinin elementlərinin tərəddüdündən asılıdır, o həmçinin geoloji keçmişdə atmosferin tərkibinin inkişafından və insan fəaliyyətindən də asılıdır. İqlimə fəal təsir göstərmək üçün, insan heç olmasa bu kompleksin tərkib hissələrindən birini dəyişsin. Hal-hazırda, artıq antropogen fəaliyyət iqlimi dəyişən əsas səbəblərdən biridir.
Klimatoterapiya
İqlim müalicəsi və ya klimatoterapiya — müalicə və profilaktika məqsədi ilə iqlim amillərindən istifadə. Xarici iqlim şəraiti və yerli iqlimin xüsusiyyətləri tibbi klimatologiyada və patoloji fiziologiyada istifadə olunur. Klimatoterapiyada relyefin yeri, hündürlük, havanın temperaturu, atmosfer təzyiqi, küləyin gücü, küləyin istiqaməti, buludluluq, günəş radiasiyasının sıxlığı, landşaft xüsusiyyətləri mühüm əhəmiyyət kəsb edir. Klimatoterapiya həm xəstə üçün adi iqlim şəraitində (ölkə kurortlarında, istirahət evlərində, yerli klinikalarda), həm də xüsusi iqlim klinikalarında həyata keçirilə bilər. Dağ iqlimi tənəffüs və damar sistemlərinə güclü təsir göstərir, maddələr mübadiləsini stimullaşdırır. Səhra iqlimi vərəm xəstəliyini müalicə etmək üçün istifadə edilə bilər, yarımsəhra iqlimi isə böyrək xəstəliklərinə faydalı təsir göstərir.