Koje

die; -, -n koyka; ensiz yataq
Koitus
Kokain
OBASTAN VİKİ
Kojevnikov buxtası
Kojevnikov buxtası — Laptevlər dənizində, Xatanqa çayının mənsəbində formalaşan buxta. Xatanqa körfəzində Xara-Tumus və Nordvik yarımadaları arasında yerləşir. Qərbdən açıq dənizə çıxışı vardır. Materik daxilinə 48 km məsafədə uzanır. Eni çıxacaqda 20 km, dərinliyi isə 7 metrdir. Buxta rus ordusunun zabiti, 1905-ci ildə bu buxtanı tətqiq edən Mixail Yakovleviç Kojevnikovun şərəfinə adlandırılmışdır. Buxatnın sahillərində tundra bitkiləri yayılmışdır. İlin böyük qismi buzla örtülü olur. Buxataya İlya, Carqalax, Semieriskaya, Takyan Yurax şayları tökülür. Cənub sahilində İlya buxtası yerləşir.
Leopold Kojelux
Leopold Kojelux (d. 26.6.1747, Velvari, Bohemiya krallığı - ö. 7.5.1818, Vyana, Avstriya) — Çexiyalı bəstəkar. Yan Antonin Kojeluxun qohumu və şagirdi.
Lukas Kojenieski
Lukas Kojenieski (31 may 1995) — ABŞ-lı atıcı. Lukas Kojenieski ABŞ-ni 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Lukas Kojenieski birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 10 m məsafəyə pnevmatik tapança yarışında iştirak etdi. Ümumilikdə 622.3 xal toplayaraq 21-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Maqdalena Kojena
Maqdalena Kojena (çex. Magdalena Kožená 26 may 1973[…], Brno) — Çex əsilli müğənnisi (Mezzo-soprano) Ziyalı alim ailəsində anadan olub (atası riyaziyyatçı, anası bioloqdur). Valideynlərinin hər ikisi Boxemiyadan idi. Atası on bir yaşında ikən dünyasını dəyişir. Əvvəlcə fortepianodan təhsil alır, lakin altı yaşında bir qolu sındıqdan sonra Brno Filarmoniya Orkestrinin uşaq xoruna daxil olaraq müğənnilik etməyə başlayır. Daha sonra Kojena Neva Meqova və Yirji Peşa ilə Brno Konservatoriyasında, Eva Blaxova ilə Bratislava Ali Musiqi Məktəbində (1995-ci ildə bitirmişdir) oxuyur. Elə həmin il Zalsburq festivalının laureatı seçilir. 1996-1997-ci illərdə Vyana Xalq Opera evinin solisti olur. "Adi" klassik-romantik repertuardan əlavə Kojena barokko ("orijinal") tərzdə də işləyir. Con Eliot Qardiner ilə Bax cantatalarının yubileyi dövründə (2000) fəal əməkdaşlıq etmişdir.
İvan Kojedub
İvan Nikitoviç Kojedub (ukr. Іван Микитович Кожедуб; 8 iyun 1920[…] – 8 avqust 1991, Moskva) — sovet hərbi xadimi, Böyük Vətən müharibəsi dövründə hərbi təyyarəçi. Üç dəfə Sovet İttifaqı Qəhrəmanı (04.02.1944, 1944, 1945). İvan Kojedub 8 iyul 1920-ci ildə Ukrayna SSR-in Çerniqov quberniyasının (indiki Sumı vilayəti) Obrejievka kəndində yoxsul kəndli ailəsində anadan olmuşdur. Onun arzusu təyyarəçi olmaq idi. Buna görə də, o əvvəlcə aerokulbda məşğul oldu, sonra təyyarəçilik məktəbini bitirdi. 1934-cü ildə Şostka şəhərində kimya-texnologiya texnikumunu bitirmişdir. 1940-cı ildə Qırmızı Ordu sıralarında hərbi xidmətə yola düşmüşdür. Elə bundan bir qədər sonra — 1941-ci ildə çavuş, 23 fevral 1942-ci ildə baş çavuş rütbəsinə layiq görülmüşdür. O, Böyük Vətən müharibəsi başladıqdan sonra, bir qədər gec — 1943-cü ilin iyulunda cəbhəyə göndərilmişdir.