Kollege
Kollegialität
OBASTAN VİKİ
Kollegial Transfiqurasiya Kilsəsi (Qarvolin)
Kollegial Transfiqurasiya Kilsəsi (pol. Kolegiata Przemienienia Pańskiego) – Polşanın Qarvolin şəhərində yerləşən katolik kilsəsi. Neobarokko üslubunda tikilmişdir. 7 may 1962-ci ildə mədəni mülk statusu almışdır. == Tarixi == 1825-ci ilə qədər kilsənin yerində taxtadan tikilmiş başqa bir kilsə fəaliyyət göstərmişdir. 12 mart 1825-ci ildə baş vermiş yanğın nəticəsində taxta kilsə məhv olmuş və yeni kilsənin tikintisinə başlanmışdır. Tikinti işləri 1839-cu ilə kimi davam etmiş və prixodun tarixində ilk kərpic kilsə tikilmişdir. 20 oktyabr 1839-cu ildə kilsə ilk Müqəddəs Messa tədbiri keçirilmişdir. 29 noyabr 1840-cı ildə kilsəyə indiki adı – Transfiqurasiya kilsəsi adı verilmişdir. Tikinti işlərindəki nöqsanlara görə kilsə binası tez-tez təmir işlərinə məruz qalmışdır.
Kollegiallıq
Kollegiallıq (lat. collegium – birlik, yoldaşlıq) — ümumi əhəmiyyətli işlərin bir qrup şəxslər tərəfindən ümumi (kollegiya) müzakirəsi və həlli; kollegial orqanın həyata keçirdiyi rəhbərlik metodu; təkbaşına idarəetmənin alternativi. Kollegiallıq tapşırılan iş üçün kollegiya (büro, komitə, məclis və s.) üzvünün ümumi və şəxsi məsuliyyətinin uzlaşdırılmasını tələb edir. Onun məqsədi atılan addımın, fəaliyyətinin mütarazlığını təmin etməkdən ibarətdir. Kollegiallıq məsələyə dərin və hərtərəfli düşünərək yanaşmağı təmin edir. Bir sıra orqanlar (partiyalar) məhkəmələr (o cümlədən: beynəlxalq məhkəmələr), parlamentlər (o cümlədən, beynəlxalq parlamentlər) və s. məhz kollegiallıq prinsipi üzərində fəaliyyət göstərirlər. B.S.Atakişiyev, İnzibati hüquq və terminlər, Bakı-2008, s. 194.

Digər lüğətlərdə