Koltəhnəli
Mahmudlu (əvvəlki adı: Koltəhnəli) – Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd.
== Etimologiyası ==
Kəndin adı mahmudlu tayfası ilə əlaqədardır.
== Tarixi ==
Mahmudlu kəndi Şəmkir rayonunda, rayon mərkəzindən 21 km. şimal-şərqdə, Mahmudlu inzibati ərazi dairəsində, Şəmkir çayının sağ sahilində, Gəncə-Qazax düzənliyində yerləşir. Əhalisinin sayı 3259 (1 yanvar 2005-ci il tarixli məlumata görə) nəfərdir. Əhali əsasən heyvandarlıq, taxılçılıq, üzümçülük və bağçılıqla məşğul olur. Kənddə orta məktəb, klub, kitabxana, tibb məntəqəsi, qədim qəbiristanlıq, körpü, şəhidlərin xatirəsinə ucaldılmış abidə, bir neçə artezian, müxtəlif ticarət-məişət obyektləri və s. var.
Kənd tarixən bir-birinə yaxın olan doqquz xırda oymaqdan - mahmudlular, məşədiqurbanlılar, kəlbalılar, allahqulular, qazaxlılar, yekənamazlılar, püstəlilər, yarəhmədlilər, hacıməmmədlilərdən ibarət olub. XX əsrin kollektivləşmə illərində bu oymaqlar bir yerə köçürülmüş və yaşayış məntəqəsi də Mahmudlu oymağının adı ilə əlaqədar olaraq adlanmışdır.