Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dördüncü dövr
Dördüncü dövr ― Beynəxalq Stratiqrafiya Komissiyasının (ICS) geoloji vaxt bölgüsündə Kaynozoy erasının üçüncü – ən sonuncu dövrüdür. O Neogen dövründən sonra gəlir və 2.58 milyon il əvvəldən bu günə qədər olan dövrü əhatə edir. Dördüncü dövr iki epoxaya bölünür: Pleystosen (2.58 milyon il əvvəldən 11.7 min il əvvələ qədər) və Holosen (11.7 min il əvvəldən bu günə qədər). Bu nisbətən qısa geoloji zaman kəsiyində Yerin müasir siması və təbiətinin formalaşması, insanın meydana gəlməsi və inkişafı bağlıdır. Nəhayət Dördüncü dövr çöküntülərində bir sıra faydalı qazıntı yataqları yerləşir. Buna görə də Dördüncü dövr digər geoloji dövrlərlə müqayisədə çox qısa olsa da müstəqil dövr kimi ayrılır. Dördüncü dövr temini 1759-cu ildə italyan geoloqu Covanni Ardyuno tərəfindən İtaliyanın şimalındakı Po çayının vadisindəki alyüvial yataqlar üçün təklif etmişdir. 1829-cu ildə Jules Desnoyers Fransanın Sien hövzəsinin çöküntüləri üçün təqdim etmişdir. Bu çöküntülərin Üçüncü Dövrün süxurlarına nisbətən cavan olduğu açıq-aşkar görünürdü. Dördüncü dövr Neogen Dövründən sonra gəlir və bu günə qədər uzanır.
Dördüncü dövr buzlaşmaları
Dördüncü dövr buzlaşmaları (həmçinin pleystosen buzlaşması kimi də tanınır) 2,58 milyon il bundan əvvəldən başlayan və davam edən dördüncü dövr boyu bir-birini əvəz edən buzlaq və buzlaqlararası dövrlər seriyasının adıdır
Dövr
Dövr ərəb sözüdü (دور), цикл (rusca), cycle (ingiliscə), devir, devre(türkcə) yəni devrə, dolanma, bir şeyin öz oxu ətrafında hərəkəti, bir şeyi təkrarlama, gəzib dolanib əvvəlki vəziyyətə qayıtma. Dövr (astronomiya) — Günəş dövrülüyü Dövr (məclisin baş tərəfi) — Dövr (geologiya) — Geologiyada bir geoloji sistemin çöküntülərinin əmələ gəlməsi üçün lazım olan vaxt (zaman).
Antrapogen dövr
Antropogen Dövr - Stratiqrafik şkalanın son sistemi və Yerin geoloji tarixinin son dövrü, hazırda davam edir.A.d. üzvi aləmin inkişafında mühüm dəyişikliklər baş vermişdir ki, bu da insan cəmiyyətinin yaranması və inkişafıdır. Müddətinə görə bərabər olmayan iki hissəyə bölünür: Pleystosen və Holosen.Keçmiş sovet geoloji ədəbiyyatlarında Dördüncü dövr (sisitem) kimi işlədilir və başlanğıc 0,7 mln.il qəbul edilmişdir.Dördüncü dövr ərzində Yer səthi, bitki və heyvanat aləmi müasir görkəmini almışdır.İnsanın yaranması və təşəkkülü bu dövrlə əlaqədardır. Yer səthinin çox hissədə xüsusən şimal yarım kürəsində nəhəng qitə buzlaşmalarının inkişafı səciyyəvidir.Bu dövrdə yer qabağında güclü tektonik hərəkətlər baş vermiş, xüsusilə bu hərəkətlər Avrasiyanın alp qırışıqlıq qurşağında, Sakit okeanın kənarlarını əhatə edən cavan qırışıq strukturlarda, Mərkəzi və Orta Asiyanın dağ sistemlərində intensiv vulkanizmin təzahürü ilə özünü göstərmişdir.Qurunun səthində müxtəlif mənşəli (buzlaq, delivüal, allüvial,prolüvial, göl, eol və b.) kontinental çöküntülər üstünlük təşkil edir. Bu çöküntülərin mütləq yaşını təyin etmək üçün paleomaqnit üsullardan istifadə edilir.
Dövr (astronomiya)
Dövr — Astronomiyada Günəş dövriliyi nəzərdə tutulur və günəş fəallığının dəyişiklikləri nəticəsində müşahidə olunur. Ən yaxşı öyrənilmiş və daha çox tanınmış 11 illik Günəş dövrləridir. Günəş fəallığının dəyişikliklərinin əsas səbəbkarları Günəşin səthində görünən ləkələr hesab olunur. Günəşin səthində görünən ləkələrin sahəsi dəyişdikçə Günəşin fəallığıda dəyişir. Bu proses dövri xarakter daşıyır. Alimlər 11 iilik, 22 illik, əsrlik, 2 əsirlik, minillik, 2300 illik və s. Günəş dövrlərini müşahidə edirlər.
Dövr (geologiya)
Dövr - tarixi geologiyada nisbi geoxronoloji şkalanın vahidi. Yerin və canlılar aləminin inkişafının böyük bir mərhələsinə uyğundur. Eranın bir hissəsi olub, sistemin əmələgəlmə vaxtı və geoxronoloji ekvivalentidir. Dövr mütləq davamiyyəti bir neçə on milyon illərlə ölçülür (~1,8 mln il davam etmiş dördüncü dövrdən başqa). Dövr Yer qabığının ehtizazi və horizontal hərəkətlərilə səciyyələnir. Yer üzərində dəniz hövzələrinin paylanması və forması, həmçinin fauna və flora aləmində baş verən dəyişikliklər bu hərəkətlərlə bağlıdır. Çox vaxt bu iri hərəkətlər, dövrlərin müxtəlif əsrlərində və ya onların sərhədlərində baş verən daha zəif ehtizazi hərəkətlər və qırışıq əmələgətirmə prosesləri ilə müşayiət edilir. Dövr 2 və ya bir neçə əsrə bölünür. Dövr adı sistemin adından əmələ gəlir. Geologiya Geologiya terminlərinin izahlı lüğəti.
Dövr dəqiqə
Dəqiqədə edilən dövriyyə sayı (dövr/dəq, 1/dəq, dəq−1, həmçinin rpm [revolutions per minute]) — Dərəcə tezliyinin ölçü vahidi (sabit ox ətrafında baş verən tam dövriyyələrin sayı). Mexaniki komponentlərin fırlanma sürətini ölçmək üçün istifadə olunur. Həmçinin saniyədə dövrlər sayı istifadə olunur (simvollar: dəq/s və ya s−1). Dəqiqədəki dövrlər sayı 60-a bölünmə ilə saniyədə dövrlər sayına çevrilir. Əks dönüşüm: saniyədə dövrlər dəqiqədəki dövrlər sayına keçmək üçün 60 tərəfindən vurulur.
Müasir dövr
Müasir dövr əksər tarixçilərin Fransa İnqilabı Sənaye İnqilabı ilə başladığını qəbul etdiyi və bu gün də davam edən tarixi dövrlərin sonuncusudur. Fransız İnqilabının təsiri ilə millətçilik hərəkatı yarandı. Bu cərəyan milli dövlətlərin yaranmasına və imperiyaların dağılmasına səbəb oldu. Respublika və demokratiya indiki formasını aldı. Müstəmləkə yarışı Birinci Dünya Müharibəsinə, Birinci Dünya Müharibəsi isə İkinci Dünya Müharibəsinə səbəb oldu. ABŞ müstəqilliyini əldə etdi. Kommunizm yarandı. Meyci inqilabı ilə Yaponiya dünyanın super güclərindən birinə çevrilməyə başladı. Alman ittifaqı əldə edildi. Rusiya imperiyası dağıldı, onun yerində SSRİ quruldu.
Orbital dövr
Orbital dövr — bir göy cisminin xarici ağırlıq mərkəzi və ya başqa bir göy cismi ilə ümumi olan bir kütlə mərkəzi ətrafında orbitdə tam bir inqilab etdiyi vaxtdır. Göy mexanikasının öyrənilməsi mövzusudur. Orbital dövr göy cisminin ölçüsündən asılı deyil. Kiçik bir təbii ədədə bərabər olan iki (və ya daha çox) göy cisminin orbital dövrlərinin nisbəti orbital rezonansa səbəb olur və cismin orbital dövrünün və onun oxu ətrafında fırlanma dövrünün belə bir nisbəti ilə — spin-orbitala. rezonans. Günəş sistemindəki toz hissəciklərinin orbital dövrü Poyntinq-Robertson effektinə görə azala bilər. Keplerin üçüncü qanununa görə, dairəvi və ya elliptik orbitdə bir-birinin ətrafında fırlanan iki cismin orbital dövrü T (saniyələrlə) T = 2 π a 3 μ {\displaystyle T=2\pi {\sqrt {\frac {a^{3}}{\mu }}}} a — orbitin yarım əsas oxudur μ = GM standart qravitasiya parametridir G — qravitasiya sabitidir M — daha böyük cismin kütləsidir. Eyni yarım böyük oxa malik bütün elliptik orbitlər üçün ekssentriklikdən asılı olmayaraq, inqilab dövrü eynidir. μ = GM standart qravitasiya parametridir Əksinə, verilmiş orbital dövrə malik olmaq üçün cismin fırlanmalı olduğu məsafəni hesablamaq üçün formula belədir: a = G M T 2 4 π 2 3 {\displaystyle a={\sqrt[{3}]{\frac {GMT^{2}}{4\pi ^{2}}}}} Məsələn, 100 kq bədən kütləsi ilə hər 24 saatda bir hərəkəti başa çatdırmaq üçün kiçik bir cisim öz kütlə mərkəzindən 1,08 metr məsafədə fırlanmalıdır. Nisbətən kiçik bir cisim dairəvi bir orbitdə hərəkət etdikdə və kütlə mərkəzinin sıxlığından asılı olduqda — p (kq / m³), ​​yuxarıdakı tənlik sadələşdirilir: T = 3 π G ρ {\displaystyle T={\sqrt {\frac {3\pi }{G\rho }}}} .
Orogen dövr
Orogen dövr — Ştilleyə görə Yer qabığının anormal inkişaf dövrü. Bəzi tədqiqatçılara (Mossakovski, 1965) görə orogen dövr üç mərhələyə ayrılır: I-alt molasslar mərhələsi, II-dağəmələgəlmə mərhələsi, III-üst molasslar mərhələsi. Digər alimlər yer qabığının yaranması tarixində orogen və epeyrogen mərhələlərinin növbələşməsini mümkün saymırlar. Şatskiyə görə (1937), bu proseslər eyni vaxtda baş verir və bir-biri ilə sıx əlaqədə olur. Tipik orogen (qırışıqəmələgəlmə) hərəkətləri arasında tədrici keçid vardır. Orogen- (rus. ороген, ing. orogen) (yun. oros- dağ və genos — əmələ gəlmə , yaranma) geosinklinalın inkişafının son mərhələsində onun yerində / epigeosinklinal orogen/, yaxud platformanın yerində onun fəallaşması mərhələsində / epiplatforma orogen/ yaranmış dağ sistemi. Ilk dəfə " orogen" termini 1921-ci ildə Avstriya geoloqu L. Kober tərəfindən geosinklinalın qalxma hərəkətləri və dağların yaranması ilə səciyyələnən ikinci inkişaf mərhələsi üçün təklif edilmişdir.
Prenatal dövr
Hamiləlik kişidən gələn sperma ilə qadının yumurtalıqlarından atılmış olan yumurtanın döllənməsindən doğuma qədər keçən 40 həftəlik (280 gün) dövrə verilən addır. Döllənmənin meydana gəldiyi andan 8 həftənin sonuna qədər keçən dövrə embrionduq dövr deyilərkən bundan sonrasına və doğuma qədər olan dövrə də fetal dövr deyilir. Mütəxəssislər spermanın vagina içərisində ən uzun müddət qala bildiyi pozanı hamilə qalmaq üçün ən uyğun poza olduğunu bildirirlər. Ayrıca cinsi əlaqədən sonra qadının görəcəyi tədbirlər hamilə qalmaq şansını artırır. Misyoner pozada (kişinin üstdə olduğu) münasibət zamanı və münasibət sonrasında 1saat belin altına yastıq qoyaraq uzanmaq spermlərın daha rahat və uzun müddət vaginada qalmasını təmin edir. Ancaq yastıq çox qalın olmamalıdır. Diz dirsək pozasında olan bərabərlik hamilə qalmaq üçün ən uyğun şəkildir. Belə pozada bərabərlikdən sonra arxası üstə uzanmaq və belin altına yastıq qoymaq lazımdır. Ayaq üstə, oturan formada və ya qadının üstdə olduğu pozalarda spermanın vaginadan kənara axdığı üçün hamilə qalmağa uyğun poza deyil. Geniş yayılmış poza: kişinin üstdə, qadınla üz-üzə olduğu pozadır.
Qaranlıq dövr
Qaranlıq dövr — ənənəvi olaraq orta əsrlərə aid olan və Qərbi Roma İmperiyasının süqutundan sonra Qərbi Avropada demoqrafik, mədəni və iqtisadi bir geriləmənin baş verdiyini bildirən dövri bir tarixdir. Qaranlıq dövr deyimi ilk dəfə İntibah dövrü İtaliyasında istifadə edilmişdir. İtalyan filosofu və şairi Françesko Petrarka (1304 - 1374) ilk dəfə bu ifadəni işlətmişdir. Bu, orta əsrlərdə avropalıların mənfi baxışlarının göstəricisi idi. Həqiqətən, bu dövrdə Avropada Latın ədəbiyyatının geriləməsi, ümumilikdə əhalinin sayının azalması, müxtəlif texniki mövzularda, memarlıq və digər mədəniyyət sahələrində geridəqalma meyli müşahidə olunur. Qaranlıq dövr termini əslində bir Avrosentrik bir nöqtəni əks etdirir, çünki Avropalıların Qaranlıq dövr olaraq qəbul etdikləri zaman İslam sivilizasiyasının ən parlaq dövrlərindən biridir. Qaranlıq dövrün başlanğıc və son tarixləri də müzakirə mövzusudur. Bəziləri başlanğıc tarixi üçün 410-cu ili əsəs götürərkən, digərləri Romada son imperatorun hakimiyyət illərinin bitdiyi 476-cı ili əsas götürürlər. Bitiş tarixini Böyük Karlin Papa tərəfindən İmperator elan edildiyi 800-cü ili götürənlər də var. Orta əsrlər insanlıq üçün qaranlıq olsa da, teatr üçün maarifləndirmə prosesi idi.
Qızıl dövr
Qızıl dövr və ya Qızıl Əsr aşağıdakı mənalara gələ bilər: Qızıl Əsr (mifologiya) - türk mifologiyasında, xalq inancında və ictimai fəlsəfədə mükəmməl dünya idealı. Qızıl dövr (metafor) - bir siyasi-ictimai qurumun yüksək nailiyyətlər əldə etdiyi dövr. Altın əsr - Türkmənistanda göl.
Qədim dövr
Sonsuz dövr
Sonsuz dövr (ing. infinite loop, rus. бесконечный цикл, türk. sonsuz döngü) – semantik və ya məntiqi yanlışlıqlara görə normal şəkildə başa çata bilməyən dövr; həmçinin, qəsdən aşkar başaçatma şərti olmadan yazılmış, lakin kənar müdaxilə ilə başa çatdırılan dövr. Bax: LOOP, SIDE EFFECT. #include <stdio.h> main() { while(1) { printf("Infinite Loop\n"); } } İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s. Make an infinite loop in several languages, on programming-idioms.org.
Çoxillik dövr
Atmosfer prosesləri o qədər dəyişkən və çoxşaxəlidir ki, müasir iqlimin öyrənilməsində onun müxtəlif xüsusiyyətlərini əks etdirmək üçün onların uzunmüddətli və ya çoxillik dövr ərzində müşahidələrini aparmaq lazımdır. İqlimşünaslıq elmi ilkin material kimi meteoroloji müşahidə məlumatlarını istifadə edir və bu nəticələr zaman və məkan daxilində müqayisə edilir, tutuşdurulur. İqlim barədə təsəvvür əldə etmək üçün qısa dövr ərzində müşahidə məlumatları kifayət etmir. Çoxillik müşahidə məlumatlarından nəticə çıxarmaq üçün onları statistik cəhətdən işləmək lazımdır. Ona görə iqlim xarakteristikaları çoxillik müşahidə sıralarından statistik nəticə çıxarmaqdan ibarətdir. Belə xarakteristikalar müxtəlif meteoroloji kəmiyyətlərin çoxillik orta qiymətindən, illik anomaliyaların orta qiymətlərdən orta meylindən, çoxillik dövr ərzində ayrı- ayrı meteoroloji elementlərin limit qiymətlərindən, bu və ya digər hadisənin təkrarlanmasından, müəyyən meteoroloji hadisələrin son müddətindən və s. ibarət ola bilər. Çoxillik dövrdə statistik korrelyasiya metodunun köməyi ilə meteoroloji kəmiyyətlər arasında əlaqələrin olub- olmamasını kəmiyyətcəifadə etmək mümkündür. Hadisələr arasında kəmiyyət əlaqələrini ifadə etmək üçün meteorologiyada çoxillik dövr ərzindəki müşahidələrə əsasən empirik düsturlar işlənir. Deməli meteorologiyada statistik metodlar birinci dərəcəli əhəmiyyətə malikdir ki, bu da çoxillik dpvr ərzində müşahidə məlumatları olmadan tətbiq edilə bilməz.
Romantik dövr
Romantik dövr- XVIII əsrin sonunda Klassik Roman hərəkatına reaksiya olaraq yaranan və Viktor Hüqo ilə böyük şöhrət qazanan və insanın yaradıcılıq azadlığının qarşısında duran hər şeyə qarşı çıxan hərəkatdır. “Ən yaxşı qayda qaydasızlıqdır” deyən romantiklər insan duyğularını, təxəyyülünü və insanı düzəltməyin cəmiyyəti islah etməklə edilə biləcəyini iddia edirlər. Romantizm müxtəlif ölkələrdə müxtəlif formalarda yaranmışdır. İngilis ədəbiyyatında özünü daha çox poeziyada göstərir. İngilis poeziyasında özünü qalın bir xəttdə göstərən romantizmin ilk adı Uilyam Wordsvortdur. O, təbiətə müqəddəs ehtiram ideyasını mənimsəmiş, şeirlərində təbiəti bəhanəsiz təsvir etmişdir. Həmçinin bu sırada Samuel Taylor Coleridge, Percy Bysshe Shelley və John Keats var. Xəttin ən qalın hissəsi Lord Bayrondur. Alman ədəbiyyatında 18-ci əsrin ikinci yarısında "coşqun cərəyanı" ilə inkişaf edir. Bu hərəkatın qabaqcılları Klopstok və Herder romantizmdən xəbər verir.
Proqressiv dövr
Proqressiv dövr (ing. Progressive Era) — XX əsrin əvvəllərində ABŞ-də korrupsiya, monopoliya, israfçılıq və səmərəsizliyə qarşı mübarizə aparan sosial aktivizm və siyasi islahat dövrü. Proqressivlər sürətli sənayeləşmə, urbanizasiya, immiqrasiya və siyasi korrupsiyanın yaratdığı problemləri həll etməyə çalışırdılar.
Rəqəmsal dövr
İnformasiya çağı, İnformasiya əsri, Rəqəmsal dövr, Rəqəmsal əsr — XX əsrin ortalarından başlayan tarixi dövr. Sənaye inqilabı zamanı qurulan ənənəvi sənayelərdən informasiya texnologiyalarına əsaslanan iqtisadiyyata sürətli keçid ilə xarakterizə olunur. İnformasiya çağının başlanğıcı 1947-ci ildə tranzistorun, 1957-ci ildə optik gücləndiricinin və 1970-ci il yanvarın 1-də başlayan "Unix" vaxtının inkişafı ilə əlaqələndirilir. Bu texnoloji irəliləyişlər məlumatın emalına və ötürülməsinə əhəmiyyətli təsir göstərmişdir. Birləşmiş Millətlər Təşkilatının Dövlət İdarəetmə Şəbəkəsinə görə, İnformasiya çağı sosial təkamülün hərəkətverici qüvvəsi kimi modernləşdirilmiş informasiya sistemləri və internet kommunikasiyalarına səbəb olan kompüter mikrominiatürləşdirmə nailiyyətlərindən istifadə etməklə formalaşmışdır. Kitabxananın genişləndirilməsi 1945-ci ildə Fremont Rayder tərəfindən hesablanmışdır ki, kifayət qədər yer mövcud olduqda hər 16 ildən bir tutum ikiqat artır. O, həcmli, çürüyən çap əsərlərini kitabxananın müştəriləri və digər qurumlar üçün tələb əsasında çoxaldıla bilən miniatürləşdirilmiş mikroformalı analoq fotoşəkillərlə əvəz etməyi təklif etmişdir. Bununla belə, Rider, illər sonra analoq mikroformanın rəqəmsal görüntüləmə, saxlama və ötürmə mühiti ilə əvəzlənəcəyini, avtomatlaşdırılmış, potensial itkisiz rəqəmsal texnologiyalar vasitəsilə məlumatın inkişaf sürətində böyük artımların mümkün ediləcəyini proqnozlaşdırmırdı. Müvafiq olaraq, 1965-ci ildə tərtib edilmiş Mur qanunu, sıx inteqral sxemdəki tranzistorların sayının təxminən hər iki ildən bir iki dəfə artdığını hesabladı. 1980-ci illərin əvvəllərində hesablama gücünün təkmilləşdirilməsi ilə yanaşı, daha kiçik və daha ucuz fərdi kompüterlərin çoxalması məlumatlara anında daxil olmaq və bu məlumatı paylaşmaq və saxlamaq imkanı yaratdı.
Döyüşən çarlıqlar (dövr)
Döyüşən çarlıqlar (çin. ənən. 戰國時代, sadə. 战国时代, pinyin: Zhànguó Shídài, hərfi mənası: "Çjanqo şisay") — Qədim Çın tarixində e.ə. V əsrdən başlayaraq Çinin birləşdirilməsinə qədər - e.ə. 221-ci ilə dək olan bir dövrdür. Bu dövrdə Şərqi Çjou ondan sonra gələn Çuntsyu, Çjou sülalələri hakimiyyətdə olmuşdurlar. Tsin imperiyasının yaranması ilə Döyüşən çarlıqlar düvrü sona çatmış olur. Bu dövr haqqında ilk məlumatlar “Döyüşən çarlıqların strategiyası” (çin. ənən.
Qızıla bürünmüş dövr
Qızıla bürünmüş dövr (ing. Gilded Age) — vətəndaş müharibəsindən və Cənubun yenidən qurulmasından sonra ABŞ-də sürətli iqtisadi inkişaf və əhalinin yüksək artımı dövrü. Birləşmiş Ştatlar tarixində Qızıla bürünmüş dövr təxminən 1870-ci ildən 1900-cü ilə qədər uzanan bir dövrdür. Xüsusilə Şimali və Qərbi ABŞ-da sürətli iqtisadi artım dövrü idi. Amerikada maaşlar Avropadakından, xüsusən də ixtisaslı işçilər üçün maaşlardan çox artdıqca, sənayeləşmə getdikcə artan ixtisassız işçi qüvvəsini tələb etdikcə, bu dövrdə milyonlarla avropalı immiqrant axını baş verdi. Sənayeləşmənin sürətlə genişlənməsi 1860-1890-cı illər arasında real əmək haqqının 60% artmasına səbəb oldu və daim artan işçi qüvvəsinin yaranmasına gətirib çıxardı. Bir sənaye işçisinə düşən orta illik əmək haqqı (kişilər, qadınlar və uşaqlar da daxil olmaqla) 1880-ci ildəki 380 dollardan 1890-cı ildə 564 dollara yüksələrək 48% artdı. Qızıla bürünmüş dövr həm də yoxsulluq və sosial bərabərsizlik dövrü idi, çünki milyonlarla mühacir – çoxu yoxsul bölgələrdən Birləşmiş Ştatlara axışdı və sərvətin yüksək konsentrasiyası daha nəzərə çarpan oldu. Dəmir yolları fabrik sistemi, mədənçıxarma və maliyyənin əhəmiyyəti artan əsas inkişaf sənayesi idi. Avropadan və şərq əyalətlərindən immiqrasiya Qərbin əkinçilik, təsərrüfat və mədənçilik əsasında sürətli böyüməsinə səbəb oldu.
Qədim dövr müharibələri
Qədim dövr müharibələri — Qədim dövrdə həm Azərbaycan, həm də dünya tarixində dövlətlər arasında toqquşmalar olmuşdur. Bu toqquşmalar siyasi, iqtisadi, sosial, etnik və.s məsələlər üzərində baş vermişdir. Assuriyanın Mannaya basqınlarının davam etdiyi bir vaxtda, e.ə IX əsrin sonlarında Manna yeni bir təhlükə ilə- Urartu dövlətinin hücumları ilə üzləşdi. Həm Assuriya, həm Urartu Manna torpaqlarını ələ keçirmək üçün mübarizə aparırdı. E.ə VIII əsrin birinci yarısında Urartunun Mannaya yürüşləri daha da artdı. Çətin münaqişə dövründə Mannanın hökmdarı İranzu (e.ə 740–719) Assuriya ilə müttəfiqlik əlaqələri qurmağı qərara aldı. Bu dövrdə Assuriya ilə Urartu arasında uzun sürən mübarizə e.ə 735-ci ildə Assuriyanın qələbəsi ilə başa çatdı. Hökmdar Azadan (e.ə 718–716) sonra hakimiyyətə gələn Ullusunu Urartu meyilli siyasət aparmağa başladı. Assuriya onunla ittifaqda olan Mannanın düşmənləri sırasına keçməməsi üçün e.ə 716 cı ildə hücuma keçdi. Bu hücum nəticəsində Urartu meyilli qüvvələr məğlub edildi.
Orta dövr (Misir)
Orta padşahlıq ya Orta dövr Qədim Misirin (e.ə. təqr. 2050-e.ə. təqr.1750 bəzi mənbələrdə e.ə. 2137-1781) XI-XII bəzi mənbələrdə XI-XIII (Manefon) sülalələr dövrünü əhatə edir. Bu dövrdə Misir yenidən güclü mərkəzləşmiş dövlətə çevrildi. XII sülalə fironları Nubiya, Sinay y-a və Cənubi Fələstinin bir sıra vilayətlərini zəbt etdirlər. Bu zaman Suriya, Mesopotamiya, Punt və Nubiya ilə ticarət əlaqələri genişlənmiş, sənətkarlıq, ağac emalı və toxuculuq inkişaf etmişdir. Bu dövrdə ziddiyyətlər, üsyanlar mərkəzləşmiş firon hakimiyyətini zəiflədərək ayrı-ayrı nomların siyasi əhəmiyyətini artırmış olur. E.ə.
Son qədim dövr
Son qədim dövr, Qədim dövrdən erkən orta əsrlərə keçidi izah edən müasir bir termindir. Son qədim dövr ifadəsi özünü ədəbiyyatda ilk dəfə Max Weber ilə tapsa da, ilk dəfə bu ifadə mədəniyyəti tarixçisi Jacob Burckhardt tərəfindən 1853-cü ildə istifadə edilmişdir. Son qədim dövrün nə vaxt başladığı və nə vaxt bitdiyinə dair mübahisələr var. Ümumiyyətlə, dövrün başlanğıcının, eramızın 284-cü ilində Kayser Diocletianın taxta keçməsi ilə başlandığı qəbul edilir. Qərbdə bu dövrün Qərbi Romanın dağılmasına və ya 568-ci ildə Lombardların İtaliyanı işğal etməsinə qədər davam etdiyi iddia edilir. Ancaq bu tarix şərqdə eramızın 565-ci ilində İmparator I Yustinianın ölümünə və hətta VII əsrdə İslamın yayılmasına qədər davam edir.
Sonrakı dövr (Misir)
Sonrakı (Liviya-Sais, İran) dövr e.ə. təqr. 1070–332-ci illərdə XXI–XXVI sülalələr hakimiyyət dövrü. Bu dövrdə Misirin xarici qüdrətinin zəiflənməsi və qonşu ölkələrin siyasi hakimiyyəti altına düşməsi ilə saəciyyələnir. E.ə. X əsrin sonunda (e.ə. təqr. 950–920-ci illərdə) Liviya mənşəli Şeşonk Misirdə hakimiyyəti ələ keçirərək XXII sülalənin əsasını qoymuş olur. Bu sülalənin fironlarının Asiyada fəal hərbi siyasət yeritmək və Misiri vahid dövlətdə birləşdirmək cəhdləri boşa çıxdı. E.ə.
Azot dövranı
Azot bütün canlıların toxumalarında mövcud olan ən əsas elementlərdən biridir. Atmosferin 78%-ni təşkil etdiyi halda havadakı azot insanlar və heyvanlar tərəfindən birbaşa qəbul edilmir. Azot ehtiyacının təmin edilməsində ən mühüm vəzifəni bakteriyalar həyata keçirir. Azot dövranı havadakı azot qazı (N2) ilə başlayır. Bəzi bitkilərdə yaşayan bakteriyalar havadakı azotu ammonyaka (NH3) çevirirlər. Başqa növdən olan bakteriyalar isə ammonyakı nitrata (NO3) çevirirlər (havadakı azotun ammonyaka çevrilməsində ildırımlar da mühüm rol oynayır).Sonrakı mərhələdə nitrat yaşıl bitkilər kimi qidasını özü hazırlayan canlılar tərəfindən udulur. Öz qidalarını özləri hazırlaya bilməyən insan və heyvanlar ancaq bu bitkiləri yeyərək azot ehtiyaclarını təmin edirlər. İnsanlar və heyvanlardakı azotun yenidən təbiətə qayıtması isə bu canlıların tullantıları və ölülərinin bakteriyalar tərəfindən parçalanması nəticəsində həyata keçir. Bakteriyalar bu işi görərkən sadəcə təmizlik etmir, eyni zamanda azotun əsas mənbəyi olan ammonyakı da yenidən üzə çıxarırlar. Ammonyakın bir qismi başqa bakteriyalar tərəfindən karbona çevrilərək yenidən havaya qarışır, digər qismi isə başqa növ bakteriyalar tərəfindən nitrata çevrilir.
Azərbaycan SSR birinci beşillik dövründə
Azərbaycan SSR birinci beşillik dövründə — Azərbaycan SSR-də iqtisadiyyatın mühüm inkişaf mərhələlərindən biri. Birinci beşillik plan Azərbaycan SSR xalq təsərrüfatının inkişafında mühüm addım oldu. Belə ki, xalq təsərrüfatına (kolxozlarsız) 140 milyon manat (müqayisəli qiymətlə), o cümlədən sənaye inkişafına 89 mln manat (və ya respublika xalq təsərrüfatına yönəldilən bütün kapitalın 63,6 faizi), nəqliyyat və rabitəyə 11 mln (10,7 faiz), kənd təsərrüfatına 16 mln, (7,2 faiz), mənzil tikintisinə, elm, mədəniyyət, maarif, səhiyyə və s. 24 mln manat (21,4 faiz) vəsait qoyulmuşdu. Neft sənayesi xüsusilə inkişaf etmişdi. Zəngin yataqları olan Neftçala, Qala (" Əzizbəyovneft" tresti), Lökbatan, Qaraçuxur və s. istismara verildi. Abşeronun hüdudlarından kənarda yeni neftli sahələrin mənimsənilməsinə başlandı. Qazma sahəsində müvəffəqiyyətlər əldə edildi. Qazıma işlərinin həcmi əgər beşilliyin birincilində 320,6 min metr idisə, 1932-ci ildə 484,3 min metrə çatdı.
Azərbaycan Sasanilər dövründə
Azərbaycan Sasanilər dövründə - III-IV əsrlərdə Azərbaycanda feodal münasibətlər yarandı. Arşakilər sülaləsinin nümayəndəsi Ərdəşir Babəkan 226-cı ildə İranda Parfiya dövlətini süquta uğradaraq Sasanilər dövlətinin əsasını qoydu. Atropatenada bu dövrdə də zərdüştlüyə sitayiş olunurdu. Albaniya 226-cı ildə Sasanilərdən asılı vəziyyətə düşdü. Atropatena isə 227-ci ildə onun vilayəti oldu. 510-cu ildə Sasanilər dövlətində Arşakilər sülaləsinin hakimiyyətinə son qoyuldu. I Xosrov Ənuşirəvanın dövründə (531-579) Albaniya, Atropatena və İberiya Sasani dövlətinin Şimal mərzbanlığına daxil edildi. Erkən orta əsrlərdə Albaniyada, Çola, Şəki, Ut, Qarabağ, Paytakaran və s. vilayətlər var idi. Uti vilayətində Bərdə şəhəri, Şəki və Çola arasında Qəbələ şəhəri yerləşirdi.
Azərbaycan Xalq Cumhuriyyəti dövründə teatr
Azərbaycan Xalq Cümhuriyyətinin yaranması milli teatrın fəaliyyətində də canlanmaya səbəb oldu. Dövlətin fəal köməyi və müdaxiləsi nəticəsində Azərbaycan teatrının inkişafında mühüm keyfiyyət dəyişiklikləri baş verdi. Teatrın repertuarına Azərbaycan tarixi və milli azadlıq mübarizəsi ilə bağlı yeni əsərlər gəldi. İctimai həyatda teatrın rolu artdı. Əsası 1873-cü ildə qoyulmuş peşəkar Azərbaycan teatr sənəti XX əsrin əvvəllərində milli mədəniyyətin ən sürətlə irəliləyən sahələrindən idi. 1900-cü ildə Əbdürrəhim bəy Haqverdiyevin rəhbərliyi ilə ilk daimi teatr truppası yarandı. "Nicat" mədəni-maarif cəmiyyətinin nəzdində yaradılan teatr bölməsi (1906), qabaqcıl teatr xadimlərinin bir truppada birləşdirilməsi milli teatrın inkişafında mühüm rol oynadı. 1912-ci ildən "Səfa" cəmiyyətinin teatr bölməsi fəaliyyət göstərirdi. Azərbaycan teatr sənətinin korifeyləri Hüseyn Ərəblinski, Cahangir Zeynalov, Mirzağa Əliyev, Hüseynqulu Sarabski, Sidqi Ruhulla və başqaları çox çətin şəraitdə fəaliyyət göstərsələr də, həqiqi xalq sənəti uğrunda fədakarlıqla və inamla mübarizə aparırdılar. Azərbaycan teatrının qabaqcıl nümayəndələri cəmiyyətin mütərəqqi qüvvələrinin yardımına arxalanaraq, teatrın ideya-bədii səviyyəsini qaldırmaq və onu təşkilati cəhətdən möhkəmləndirmək üçün pərakəndə teatr truppalarının birləşdirilməsinə çalışırdılar.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə fəhlə sinfi
Azərbaycan Xalq Cümhuriyyətində fəhlə məsələsi — Azərbaycan Xalq Cümhuriyyəti dövrünün ən mürəkkəb məsələlərindən biri. Azərbaycanda fəhlələr müstəqil sosial zümrə kimi 19-cu əsrin son qərinəsində formalaşmışdır. Əsas hissəsi Bakı neft mədənlərində çalışanlar idi. 1901-ci ildə onların sayı 28 minə çatmışdı, Bakının bütün sənaye sahələrində çalışan fəhlələrin sayı, bütövlükdə 65–70 min nəfər idi. Fəhlələrin sayı qəzalarda da artırdı. Azərbaycan fəhlələrinin tərkibi çoxmillətli, əsas fərqli cəhətlərindən biri isə yüksək dərəcədə təmərküzləşməsi idi. Bəzi hesablamalara görə, Birinci dünya müharibəsi ərəfəsində (1913) Azərbaycanda bütün fəhlələrin sayı 570 min nəfərə çataraq, əhalinin 14,3%-ni, digər bir hesablamaya görə isə 305 min nəfər olmaqla, əhalinin 12,4%-ni təşkil etmişdir. Fəhlələrin tərkibində azərbaycanlıların sayı üstünlüyə malik idi. Müharibə ərəfəsində Bakı fəhlələrinin 37,6%-i (42,4 min nəfər) azərbaycanlılar, 24,7%-i ruslar və digər millət və xalqların nümayəndələri idi. Birinci dünya müharibəsi fəhlələrin say və tərkibində ciddi dəyişikliklər yaratdı.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə qaçqınlar məsələsi
Azərbaycan Xalq Cümhuriyyəti dövründə qaçqınlar məsələsi — XX əsrin əvvəllərində erməni millətçilərinin azərbaycanlılara qarşı dəfələrlə törətdikləri soyqırımları nəticəsində yaranmış və beynəlxalq səciyyə kəsb etmiş problem. 19-cu əsrin əvvəllərindən başlayaraq çar Rusiyası tərəfindən cənubi Qafqaza — Azərbaycan torpaqlarına köçürülmüş ermənilər yerli aborigen əhali olan azərbaycanlılara qarşı aramsız kütləvi qırğınlar həyata keçirmiş, onları öz ev-eşiklərindən məhrum etmiş, ata-baba torpaqlarından sıxışdırmışlar. Azərbaycan xalqnın üzləşdiyi belə fəlakətlərdən biri də 1917–1920-ci illərdə baş vermişdir. Bu dövrdə yüz minlərlə azərbaycanlı Qərbi Azərbaycandan, həmçinin Naxçıvan, Qarabağ və digər bölgələrdən didərgin salındılar. 1917–18-ci illərdə təkcə Yeni Bayazid, Eçmiədzin və İrəvan qəzalanndan olan qaçqınların sayı 200 minə çatmış, İrəvan quberniyasında azərbaycanlılar yaşayan 211 kənd viran edilmişdi. Ümumiyyətlə, erməni qəddarlığı və təcavüzü nəticəsində 1918–20-ci illərdə İrəvan, Zəngəzur, Şuşa və Şamaxıdan 300 mindən çox azərbaycanlı qaçqın düşmüşdü. Azərbaycanın əlverişli geostrateji mövqedə yerləşməsi, zəngin sərvətlərə malik olması, Birinci dünya müharibəsi zamanı bir-biri ilə döyüşən bloklardakı iri dövlətlərin, Azərbaycana yiyələnmək və buranı həmişəlik olaraq özünün bir quberniyasına çevirmək istəyən Rusiyanın Azərbaycana münasibətdə təcavüzkar siyasəti, Azərbaycan xalqının müsəlman, xüsusilə türk olması və Rusiyanın müstəmləkə siyasətindən narazılığı, ermənilərin "dənizdən-dənizə" "Böyük Ermənistan" yaratmaq kimi sərsəm ideyalarını həyata keçirmək məqsədilə Azərbaycanın əzəli torpaqlarını zəbt etmək arzusu, ümumən, türklərə qarşı düşmən münasibəti, onların öz məkrli niyyətlərini həyata keçirmək üçün böyük dövlətlərin, xüsusilə Rusiyanın əlində alətə çevrilmələri və s. o zaman Azərbaycanın düçar olduğu fəlakətin əsas səbəbləri idi. Azərbaycan xalqının öz doğma yurd-yuvalarından qaçqın düşməsi prosesi Avropa dövlətlərinin cənubi Qafqaza müdaxiləsindən sonra da dayanmadı. Həmin dövrdə təkcə İrəvan quberniyasından şərqi Azərbaycana 150 mindən çox qaçqın gəlmişdi.
Azərbaycan Xalq Cümhuriyyətinin hərbi dövr üçün qanunların tədbiqi haqqında qərarı
Azərbaycan Xalq Cümhuriyyətinin hərbi dövr üçün qanunların tədbiqi haqqında qərarı — Azərbaycan Xalq CümhuriyyətiHökuməti tərəfindən 1918 il iyunun 23-də qəbul edilmiş sənəd. Hökumətin Azərbaycan Xalq Cümhuriyyəti ərazisində hərbi vəziyyət elan olunması barədə 1918 il 19 iyun tarixli qərarına əsasən hazırlanmışdı. Qərara əsasən, mövcud mürəkkəb hərbi-yasi şəraitlə əlaqədar ölkə vətəndaşları üçün bir sıra məhdudiyyətlər müəyyənləşdirilirdi. Bəzi cinayət əməlləri (qətl, soyğunçuluq, talan, hakimiyyətə silahlı müqavimət göstərilməsi, qadınların oğurlanması və onlara təcavüz edilməsi, yaşayış binalarının yandırılması, dəmir yolunun, telefon və teleqraf xətlərinin xarab edilməsi və s.) ümumi təhqiqatdan alınaraq, müharibə dövrünün qanunları əsasında mühakimə olunmalı idi. Bu cinayət əməllərini törədənlər hərbi-istintaq komissiyaları tərəfindən məsuliyyətə cəlb edilməli, təhqiqatın nəticələri hərbi məhkəmələrə göndərilməli idi. Bundan əlavə, aşağıdakı əməllərin törədilməsinə qadağa qoyulurdu: milli hissləri və əhalinin müxtəlif təbəqələrini bir-birinə qarşı qızışdıran yalan məlumatların və şayiələrin yayılması; hökumətin fəaliyyəti və qərarları, hərbi hissələrin əməliyyatları haqqında yalan məlumatların yayılması; hakimiyyət orqanlarının razılığı olmadan kütləvi yığıncaqların və mitinqlərin keçirilməsi; müxtəlif odlu silahların, patronların, sursatın, partlayıcı maddələrin gəzdirilməsi, saxlanması və ticarəti. Qərarın elan edilməsindən sonra iki həftə ərzində vətəndaşlar malik olduqları silah-sursatı dövlət orqanlarına təhvil verməli idilər. Qərarın qarşıya oyduğu tələbləri yerinə yetirməyənlərə qarşı cəza tədbirləri də müəyyənləşdirilmişdi. Göstərilən sənədə iki dəfə əlavə qəbul edilmişdir. 1918-ci il iyulun 15-də imzalanmış birinci əlavə iki bənddən ibarətdir.
Azərbaycan Xalq Cümhuriyyətinin hərbi dövr üçün qanunların tədbiqi haqqında qərarına əlavələr
Azərbaycan Xalq Cümhuriyyətinin hərbi dövr üçün qanunların tədbiqi haqqında qərarı — Azərbaycan Xalq CümhuriyyətiHökuməti tərəfindən 1918 il iyunun 23-də qəbul edilmiş sənəd. Hökumətin Azərbaycan Xalq Cümhuriyyəti ərazisində hərbi vəziyyət elan olunması barədə 1918 il 19 iyun tarixli qərarına əsasən hazırlanmışdı. Qərara əsasən, mövcud mürəkkəb hərbi-yasi şəraitlə əlaqədar ölkə vətəndaşları üçün bir sıra məhdudiyyətlər müəyyənləşdirilirdi. Bəzi cinayət əməlləri (qətl, soyğunçuluq, talan, hakimiyyətə silahlı müqavimət göstərilməsi, qadınların oğurlanması və onlara təcavüz edilməsi, yaşayış binalarının yandırılması, dəmir yolunun, telefon və teleqraf xətlərinin xarab edilməsi və s.) ümumi təhqiqatdan alınaraq, müharibə dövrünün qanunları əsasında mühakimə olunmalı idi. Bu cinayət əməllərini törədənlər hərbi-istintaq komissiyaları tərəfindən məsuliyyətə cəlb edilməli, təhqiqatın nəticələri hərbi məhkəmələrə göndərilməli idi. Bundan əlavə, aşağıdakı əməllərin törədilməsinə qadağa qoyulurdu: milli hissləri və əhalinin müxtəlif təbəqələrini bir-birinə qarşı qızışdıran yalan məlumatların və şayiələrin yayılması; hökumətin fəaliyyəti və qərarları, hərbi hissələrin əməliyyatları haqqında yalan məlumatların yayılması; hakimiyyət orqanlarının razılığı olmadan kütləvi yığıncaqların və mitinqlərin keçirilməsi; müxtəlif odlu silahların, patronların, sursatın, partlayıcı maddələrin gəzdirilməsi, saxlanması və ticarəti. Qərarın elan edilməsindən sonra iki həftə ərzində vətəndaşlar malik olduqları silah-sursatı dövlət orqanlarına təhvil verməli idilər. Qərarın qarşıya oyduğu tələbləri yerinə yetirməyənlərə qarşı cəza tədbirləri də müəyyənləşdirilmişdi. Göstərilən sənədə iki dəfə əlavə qəbul edilmişdir. 1918-ci il iyulun 15-də imzalanmış birinci əlavə iki bənddən ibarətdir.
Azərbaycan numizmatikası (xanlıqlar dövrü)
Azərbaycan numizmatikası - Azərbaycanda pul işinin və pul dövriyyəsinin mərhələləri toplusu. Azərbaycanın tarixində XVIII əsrin II yarısı XIX əsrin I rübü numizmatik nöqteyi-nəzərdən çox mürəkkəb, ziddiyyətli bir zamandır. Bu dövr əslində tarixi Azərbaycan torpaqlarının hissə-hissə parçalanması, Səfəvi imperiyasının sonu, Şərqi Avropanın və yeni Rusiya imperiyasının Qafqaza işğallarının başlanması və sona çatması dövrü idi. Əslində bu dövr numizmatik materialları olmadan yazılı sənədlər vasitəsi ilə araşdırılması mümkün olan bir zamandır. Buna baxmayaraq, Azərbaycanın son müstəqil pul və pul dövriyyəsinin öyrənilməsi baxımından müəyyən açılması mümkün olmayan məsələlərə aydınlıq gətirə bilər. Beləliklə, göstərilən zamana aid olan dəfinələr və pul nominalları göstərir ki, Nadir şahın ölümündən sonra da Azərbaycanda ayrı-ayrı pul nominalları dövriyyədə istifadə olunurdu. Belə ki, XVIII əsrin 50-ci illərində son Səfəvilərdən I Süleymanın və III Abbasın gümüş pulları, Nadir şahın sikkələri, Böyük Moğol imperiyasının rupiləri, Osmanlıların Təbrizdə, Gəncədə, Tiflisdə və İrəvanda zərb etdikləri onluq və beşlikləri, o cümlədən İranda Azərbaycan hakimiyyətinə can atan ayrı-ayrı yerli hakimlərin İmam Rzanın və Mehdi-əz Zamanın adından zərb olunan anonim pullar dövriyyədə istifadə olunurdu. Bu sikkələr yazılı mənbələrdə «imami» pulları adlanırdı. Pul bazarında qarışıqlıq Qubalı Fətəli xanın hakimiyyəti zamanı nisbətən sabitləşdi. Vəziyyət Qacarın hakimiyyəti zamanı daha da yaxşılaşdı.
Bağlı dövriyyəli televiziya
Qapalı dövriyyəli televiziya (ing. Closed-Circuit Television və ya CCTV) kameraların görüntü siqnallarını müəyyən bir yerə ötürdükləri bir sistem. Televiziyadan ən vacib fərq siqnalın hər kəsə açıq formada ötürülməməsidir. Bir sözlə, CCTV banklar, şirkətlər və hava limanları kimi obyektlərin istifadəsi üçün nəzərdə tutulmuş bir televiziya sistemidir. Həm də müəyyən bir ərazinin görüntüsünün müəyyən monitorlara verildiyi bir ekran sistemi kimi düşünmək olar. CCTV-nin əvvəllər eksperimental istifadəsi olsa da, bu gün ümumiyyətlə təhlükəsizlik məqsədilə quraşdırılır. CCTV sistemi CCTV kameralar, linzalar, rəqəmsal videorekorderlər və monitorlardan ibarətdir. CCTV sisteminin ən vacib xüsusiyyəti görüntülərin zamanla mütənasib şəkildə qeyd edilməsidir. İlk ticarət məqsədli CCTV sistemi ABŞ-da 1949-cu ildə Vericon tərəfindən elan edilmişdir. İlk bağlı dövriyyəli televiziyalarının ən böyük problemi, video görüntülərin çəkilməsinin mümkün olmaması idi.
Böyük qan dövranı
İnsanda qan dövranı - insan vücudundaki qanın hərəkətidir. Böyük qan dövranı sol mədəcikdən başlayıb sağ ürək qulaqcığında qurtarır. Kiçik qan dövranı sağ mədəcikdən başlayıb sol ürək qulaqcığında qurtarır. Qan orqanizmdə öz hərəkətini boyük və kiçik qan dovranı ile başa çatdırır. Böyük qan dovranında ürəkdən qovulan qan bədənin ən ucqar hissələrinə paylandıqdan sonra yenidən uürəyə qayıdır. Böyük qan dovranı ürəyin sol mədəciyindən ən iri arteriya olan aorta vasitəsilə başlayır. Aorta urəkdən çıxdığı yerdə qovs əmələ gətirir. Aorta oz gedişində şaxələr verir ki, bunlardan bir cütü urək əzələsini qanla təchiz edir. Bunlara ürəyin tac damarlari deyilir. Digər şaxələr isə qanı boyuna, başa və yuxarı ətraflara aparır.
BƏƏS dövründə İraq
Bəəs dövründə İraq və ya İraq Cümhuriyyəti — İraq tarixində ölkənin Ərəb Sosialist Bəəs Partiyası tərəfindən 1968-2003 illər arasında idarə edilən dönəmdir.İraq və Suriya qolu olan bu Partiya, İraqda Səddam Hüseyn rejiminin dağılması sonrası dağıdılıb. İraq prezidenti Əbdül Rəhman Arif və İraqın Baş naziri Tahir Yəhya, əvvəllər 1963-cü ildə hakimiyyəti ələ keçirən və ilk növbədə başçılıq etdiyi Bəəs Partiyasından Əhməd Hassan əl-Bəkrin rəhbərliyi ilə 17 İyul dövlət çevrilişi zamanı devrildi. -Bəkr, onun lideri və Səddam Hüseyn.Səddam partiyanın kəşfiyyat xidmətlərinin de-fakto rəhbəri vəzifəsindən keçərək 1970-ci illərin ortalarına qədər ölkənin de-fakto lideri oldu və 1979-cu ildə prezident vəzifəsində əl-Bəkrə müvəffəq olduqda de jure lider oldu. Əl-Bəkrin de jure hakimiyyəti dövründə ölkənin iqtisadiyyatı böyüdü və İraqın ərəb dünyasında mövqeyi artdı. Bununla yanaşı, bir neçə daxili amillər ölkənin sabitliyinə təhdid yaratdı, bunların arasında ölkənin İranla qarşıdurması və İraqın öz şiə müsəlman icması daxilindəki fraksiyaları var. Xarici problem İran-İraq müharibəsinə töhfə verəcək İranla sərhəd münaqişəsi idi. Səddam Hüseyn 1979-cu ildə İraqda şiələrin başçılıq etdiyi hökumət əleyhinə etiraz dalğaları dövründə İraqın Prezidenti, İnqilab Komandanları Şurasının sədri, Baş nazir və Bəəs Partiyasının Regional Komandanlığının baş katibi oldu. Təbiətcə rəsmi olaraq dünyəvi olan Bəəs Partiyası etirazları sərt şəkildə repressiya etdi. Digər bir siyasət dəyişikliyi İraqın şiə müsəlman ölkəsi olan İrana qarşı xarici siyasətidir. Münasibətlərin pisləşməsi nəhayət 1980-ci ildə İraqın İrana genişmiqyaslı bir hücumu ilə başladığı İran-İraq müharibəsinə səbəb oldu.
Cahiliyyət dövrü
Cahiliyyə (ərəb. جاهلية‎) - müsəlman ənənəsinə görə, islamaqədərki tarixdə insanların peyğəmbərsiz yaşadığı dövr. Tarixdə ilk və son Cahiliyyə dövrləri fərqləndirilir. İslam dövründə meydana gələn Cahiliyyə termini islamdanəvvəlki ərəblərin yanlış inancları və həyat tərzini xarakterizə etmək üçün işlədilmiş və müəyyən zaman kəsiyinə şamil olunmuşdur. Məhəmməd peyğəmbər cahiliyyəni dövr kimi deyil, həyat tərzi kimi səciyyələndirmişdir. Əvvəllər bilgisizlik dövrü kimi anlaşılan cahiliyyəni müasir alimlər elmin deyil, helmin (mehribanlıq, səbir, kamal) əksi kimi xarakterizə edirlər. Quranda 4 dəfə xatırlanan cahiliyyə termini İslamdan əvvəlki ərəblərin elmsizliyinə deyil, yalnız Allaha inanmamasına, təkəbbür, çılğınlıq və s. kimi mənfi xüsusiyyətlərinə işarədir. Peyğəmbər həmin dövrə xas müsbət adətlərin saxlanmasının tərəfdarı idi. Zəngin mifik düşüncəyə malik olmuş Cahiliyyə dövrü ərəbləri astronomiya, təbabət, qiyafət (fizioqnomika) elmlərdə uğurlar qazanmış, dövrün yüksək bədii-estetik xüsusiyyətləri ilə seçilən poeziyasını yaratmışdılar.
Cahiliyyət dövründə Ərəbistan yarımadasında siyasi vəziyyət
Cahiliyyət dövründə Ərəbistan yarımadasında siyasi vəziyyət — İslam tarixi baxımından cahiliyyət dövründə Ərəbistan yarımadasının ərazisində, müəyyən zamanlarda mövcud olmuş dövlətlər xüsusi önəm daşımaqdadır. Çünki cahiliyyət dövrü ərəblərinin düşüncə tərzini, onlara siyasi, iqtisadi, sosial, dini və mədəni aspektlərdən yanaşmaqla öyrənə bilərik. Buna isə biz ilk növbədə Ərəbistan yarımadasında qurulan dövlətlərin tarixi inkişaf prosesini öyrənməklə nail ola bilərik. Cahiliyyət dövrü ərəb dünyasının mövcud durumunu öyrənmək İslam tarixinin müxtəlif mövzularını daha rahat anlamaqda bizə yardımçı olacaqdır. Əsil adı “Şibhu Cəzirətil-Arab” (Ərəb yarımadası) olduğu halda, qısa şəkildə “Cəzirətul-arab” deyə adlandırılmışdır. Sadəcə əl-Cəzirə də deyilir və türk dilində buna bənzər şəkildə Ərəb yarımadası əvəzinə qısaca Ərəbistan adı istifadə olunur. Ərəb yarımadası Asiya, Afrika ve Avropanın kəsiştiyi önəmli bir nöqtədə yerləşir. Şərqdə Bəsrə və Oman körfəzləri, cənubda Hind okeanı və qərbdə Qırmızı dəniz ilə əhatə olunmuşdur. Cənubda Babul-Məndəb boğazı ilə Afrikadan ayrıldığı halda, şimalda Süveyş kanalı vasitəsilə bu qitəyə birləşir. Ötən yüzilliyin sonlarına doğru Yəmənin Mərib bölgəsində aparılan arxeoloji qazıntılar, bu bölgənin, miladdan 10-15 əsr əvvələ gedib çıxan qədim və parlaq bir mədəniyyətə sahib olduğunu göstərməkdədir.
Cahiliyyət dövründə Ərəbistanda siyasi vəziyyət
Cahiliyyət dövründə Ərəbistan yarımadasında siyasi vəziyyət — İslam tarixi baxımından cahiliyyət dövründə Ərəbistan yarımadasının ərazisində, müəyyən zamanlarda mövcud olmuş dövlətlər xüsusi önəm daşımaqdadır. Çünki cahiliyyət dövrü ərəblərinin düşüncə tərzini, onlara siyasi, iqtisadi, sosial, dini və mədəni aspektlərdən yanaşmaqla öyrənə bilərik. Buna isə biz ilk növbədə Ərəbistan yarımadasında qurulan dövlətlərin tarixi inkişaf prosesini öyrənməklə nail ola bilərik. Cahiliyyət dövrü ərəb dünyasının mövcud durumunu öyrənmək İslam tarixinin müxtəlif mövzularını daha rahat anlamaqda bizə yardımçı olacaqdır. Əsil adı “Şibhu Cəzirətil-Arab” (Ərəb yarımadası) olduğu halda, qısa şəkildə “Cəzirətul-arab” deyə adlandırılmışdır. Sadəcə əl-Cəzirə də deyilir və türk dilində buna bənzər şəkildə Ərəb yarımadası əvəzinə qısaca Ərəbistan adı istifadə olunur. Ərəb yarımadası Asiya, Afrika ve Avropanın kəsiştiyi önəmli bir nöqtədə yerləşir. Şərqdə Bəsrə və Oman körfəzləri, cənubda Hind okeanı və qərbdə Qırmızı dəniz ilə əhatə olunmuşdur. Cənubda Babul-Məndəb boğazı ilə Afrikadan ayrıldığı halda, şimalda Süveyş kanalı vasitəsilə bu qitəyə birləşir. Ötən yüzilliyin sonlarına doğru Yəmənin Mərib bölgəsində aparılan arxeoloji qazıntılar, bu bölgənin, miladdan 10-15 əsr əvvələ gedib çıxan qədim və parlaq bir mədəniyyətə sahib olduğunu göstərməkdədir.
Caz Dövrü
Caz dövrü 1920–1930-cu illər dövrü olub ki, caz musiqisi və rəqs üslubları Birləşmiş Ştatlarda tez bir zamanda ümummilli populyarlıq qazanıb. Caz dövrünün mədəni nəticələri, ilk növbədə, Birləşmiş Ştatlarda, cazın vətənində hiss olunurdu. Caz Yeni Orleanda, əsasən də diaspor mədəniyyətindən yaranaraq, bu dövrdə daha geniş mədəni dəyişikliklərdə əhəmiyyətli rol oynamış və onun populyar mədəniyyətə təsiri hələ uzun müddət davam etmişdir. Caz əsri tez-tez Coşqun iyirminci əsrlərlə birlikdə xatırlanır və Birləşmiş Ştatlarda o, quru qanun dövrü ilə əhəmiyyətli dərəcədə kəsişirdi. Bütün ölkə üzrə radiostansiyaların tətbiqi hərəkətə əhəmiyyətli dərəcədə təsir göstərib. Bu zaman caz dövrü inkişaf etməkdə olan gənclər mədəniyyəti ilə sıx əlaqədə olmuşdur. Bu hərəkat, həmçinin Avropa caz hərəkatına start verilməsinə kömək etdi. "Caz dövrü" termini 1920-ci ilə qədər geniş yayılmışdır. 1922-ci ildə amerikalı yazıçı F. Skott Fitscerald bu termini daha da populyarlaşdıraraq "caz dövrünün nağılları"adlı hekayələr toplusunu dərc etmişdir. Caz-19-cu əsrin sonu və 20-ci əsrin əvvəllərində Yeni Orlean, Luiziana ştatının qaradərili Amerika icmalarında yaranmış və blüz və rqtaymdan inkişaf etmiş musiqi janrıdır.
Dövri sistemin beşinci periodu
5-ci period elementləri — beşinci periodda yerləşən elementlərdir. Bu periodda 8 element yerləşir.
Dövri sistemin birinci periodu
1-ci period elementləri — birinci periodda yerləşən elementlərdir. Bu periodda 2 element yerləşir: Hidrogen və Helium. Bloch, D. R. Organic Chemistry Demystified. McGraw-Hill Professional. 2006. ISBN 0-07-145920-0.
Dövri sistemin dördüncü periodu
4-cü period elementləri — dördüncü periodda yerləşən elementlərdir. Bu periodda 18 element yerləşir.
Dövri sistemin ikinci periodu
2-ci period elementləri — ikinci periodda yerləşən elementlərdir. Bu periodda 8 element yerləşir.
Dövri sistemin səkkizinci periodu
8-ci period elementləri — yeddinci periodda yerləşən elementlərdir. Bu periodda Aktinoidlərlə birlikdə 32 element yerləşir.
Dövri sistemin yeddinci periodu
7-ci period elementləri — yeddinci periodda yerləşən elementlərdir. Bu periodda Lantanoidlərlə birlikdə 32 element yerləşir. Perioddakı elementlərin hamısı Radioaktiv elementlərdir. Periodda Yer kürəsində təbii halda ən ağır element olan Uran elementi yerləşir.
Dəmir dövrü
(İlk) Dəmir dövrü — e.ə XI–VIII əsrləri əhatə edir. Tunca nisbətən daha möhkəm, keyfiyyətli dəmirin kəşfi, ondan hazırlanan əmək alətləri və silahlar yeni yüksəlişə səbəb oldu. At və dəvədən minik vasitəsi kimi istifadəyə başlanmışdır. Süni suvarmanın yaranması ilə bağçılıq və bostançılıq inkişaf etmişdir. Son Tunc və Erkən Dəmir dövründə Azərbaycanda müdafiə tikililəri, siklopik qalalar inşa edilmişdir. E.ə. 7-ci əsrdən etibarən dəmirdən geniş istifadə edilməyə başlanmışdır.Bu dövrdə yazı meydana gəldi.Yazını papirus,gil lövhələr,daş,dəri və başqa materiallar üzərində yazırdılar. E.ə.II minilliyin I yarısını əhatə edir.Bu dövrdə 3-cü ictimai əmək bölgüsü yaranmışdır.Bu əmək bölgüsündə sənətkarlıqla əkinçilik birləşir. Qədim Yaxın Şərqdə dəmir dövrünün eramızdan əvvəl 2-ci minilliyin sonlarında (e.ə. 1300-cü il) Anadoluda və ya Qafqaz və Balkanlarda dəmir əritmə və dəmirçilik texnikasının kəşfi ilə başladığı güman edilir.
Dövri cədvəl dövrü
Dövri cədvəl dövrü — Dövr elementlərin üfüqi istiqamətdə dövri sistemdə yerləşməsidir. Hidrogen atomu və ya qələvi metalla başlayıb, təsirsiz qazla qurtarır.
Duvr
Duvr (ing. Dover [ˈdoʊvər], fr. Douveres, lat. Dubris) — Böyük Britaniyanın Kent qraflığında liman qəsəbə və eyniadlı rayonun inzibati mərkəzi. Qəsəbə Duvr boğazının (və ya Pa-de-Kale boğazı) sahilində, Kenterberi şəhərinin cənub-şərqində, Meydston qəsəbəsinin şərqində və Hastinqs qəsəbəsinin şimal-şərqində yerləşir. Qəsəbənin sahilində yerləşən təbaşir uçurumlar "Duvrın Ağ Uçurumları" adlanır. Qəsəbənin strateji mövqeyi tarixi boyu bəllidir. Arxeoloji tapıntılar ərazinin Britaniyaya daxil olan və tərk edən xalqlar üçün vacib olduğunu aşkar etmişdir. Qəsəbənin adı Daur çayından gəlir. Arxeoloji tapıntılar qəsəbənin daş dövründən bəri əhaliyə malik olduğunu sübut edir.
Qövr
Qövr vilayəti və ya Qur vilayəti (fars. غور‎) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. Vilayətin ərazisi 36.479 km², 2009-cu ilin əvvəlinə olan rəsmi təxminə əsasən əhalisi 625.2 min nəfər, inzibati mərkəzi Çağçaran şəhəridir. Əhalisini əsasən taciklər, həzaralar, aymaqlar, özbəklər və puştunlar təşkil edir.
Dover
Duvr (ing. Dover [ˈdoʊvər], fr. Douveres, lat. Dubris) — Böyük Britaniyanın Kent qraflığında liman qəsəbə və eyniadlı rayonun inzibati mərkəzi. Qəsəbə Duvr boğazının (və ya Pa-de-Kale boğazı) sahilində, Kenterberi şəhərinin cənub-şərqində, Meydston qəsəbəsinin şərqində və Hastinqs qəsəbəsinin şimal-şərqində yerləşir. Qəsəbənin sahilində yerləşən təbaşir uçurumlar "Duvrın Ağ Uçurumları" adlanır. Qəsəbənin strateji mövqeyi tarixi boyu bəllidir. Arxeoloji tapıntılar ərazinin Britaniyaya daxil olan və tərk edən xalqlar üçün vacib olduğunu aşkar etmişdir. Qəsəbənin adı Daur çayından gəlir. Arxeoloji tapıntılar qəsəbənin daş dövründən bəri əhaliyə malik olduğunu sübut edir.
Deyr əz-Zövr
Deyr əz-Zövr (ərəb. دير الزور‎) — Suriyada şəhər, eyniadlı mühafəzənin inzibati mərkəzi. Deyr əz-Zövr vilayətinin inzibati mərkəzi idi.
Deyr əz-Zövr mühafəzəsi
Deyr əz-Zövr mühafəzəsi — Suriyanın 14 mühafəzəsindan biri. Mühafəzənin ərazisi 33.060 km², inzibati mərkəzi Deyr əz-Zövr şəhəridir. 2008-ci ilin yanvarın 1-nə olan rəsmi məlumata əsasən mühafəzənin əhalisi 1.511 milyon nəfərdir.
Deyr əz-Zövr vilayəti
Deyr əz-Zövr vilayəti — Osmanlı İmperiyası tərkibində, 1857–1917–ci illərdə mövcud olmuş I dərəcəli inzibati–ərazi vahidi. İnzibati mərkəzi Deyr əz-Zövr şəhəri idi.